Yaman güvənirsən, özünə yaman,
Elə bil səhrada bağ yaratmısan.
Kiçik təpələri yığıb
üst-üstə,
Zirvəsi görünməz dağ yaratmısan.
Mən elə, mən belə, deyirsən müdam,
Hamıya baxırsan borcu var kimi.
Dəyişir xislətin gündə
yüz dəfə,
Mən qışı
demirəm, ilk bahar kimi.
Hərdən hiddətlənib coşa
gəlirsən,
Özünnən güclüyə yarınmaq
üçün.
Hərdən də, it kimi zingildəyirsən,
Yanınnan, yörənnən qorunmaq üçün.
Əlinnən nə gəlib pislikdən qeyri
Hamıya, həmişə ay quyu qazan.
Səni
tanıyırlar, nadanın
biri,
Səni tanıyırlar, yolunu
azan.
İçini şübhələr dağıdır, didir,
Üfürə-üfürə içirsən suyu.
Sən kimsən, nəçisən,
mənə bəllidir,
Mən kiməm,
bilməzsən ömürün
boyu.
Gecikmişəm
Həmişə gecikdim, bu dünyada mən,
Keçmək istədiyim yollar bağlanıb.
Məni
əzizləyib bağrına
basan,
Qarşıma açılan qollar bağlanıb.
Dəj olan nə varsa
adını çəkin!
Ki, ona toxunub əl
dəyilməsin,
O bülbül hardadı, təkcə mən onun
Eşidəm nəğməsin, duyam nəğməsin.
Hər şey öyrənildi, gizli nə qalıb,
Hamıya
bəllidi daha sirrimiz
Dünyaya bəllidi, nədi,
necədi,
Qanadlı, qanadsız raketlərimiz.
Əzəldən belədi, sən
işə bax bir,
Gecikən dayanır, gendən boylanır.
Qabağa
çıxırsan burnun
əzilir,
Arxada qalırsan,
dabanın yanır.
Tez gələn hər şeyin dəjinə çatdı,
Axıra nə qalır, gecikən deyər.
Mən nədən inciyim belə həyatdı,
Məsəl var, "gec gələn kisədən
yeyər".
Nədə gecikmədim sayımmı
bir-bir,
Taleyin yazdığı
hesaba gəlməz.
Vallah aşkarada hər şey gözəldir,
Amma qarışıqda
heç nə bilinməz.
Kimə
üz tutdumsa, bir söz eşitdim,
Hər şey öz yerində, halaldı, əhsən!
Amma ki, əzizim, bilirsən nə var,
Bir az tez gəlsəydin... çox
gecikmisən.
Üz tutdun dağlara, tufan çən oldu,
Dedim
dada çatar axan bulaqlar.
Gördün göz yaşı
tək dupduru suyu,
Məndən əvvəlkilər bulandırıblar.
Qışqırdım, səsimə səs verdi
dünya,
- Niyə çığırırsan,
dəlisən, nəsən.
Nəyi
bilməliydim, göstərdi
dünya,
İncimə söylədi: bax,
gecikmisən.
Əzab
ver mənə
Hərdən unuduram ağrılarımı
-
Verdiyin əzabın
yanında heç nə.
Mənə təsəllidir bu
əzabların,
Əzab
ver, əzab ver, əzab ver mənə!
Məcnunun sevgisi axı nədir ki,
Onnan əzablıdır indi mənimki,
Məni
odlayırsa ürəyimdəki
Əzab ver mənə.
Bilirsən dözürəm, özünü
gizlət,
Mən səni
sevirəm, sözünü
gizlət.
Aramızda olan dözümü
gizlət,
Əzab ver mənə.
Mən yer üzündəyəm,
sənsə göylərdə,
Bizim aramızda
bir qara pərdə.
Hələ ki, dözürəm
bu ulu dərdə,
Əzab ver mənə.
Dilimnən düşməyən alxışım mənim,
Qəlbimdə həkk olan naxışım mənim.
Hərdən də, nifrətim,
qarğışım mənim,
Əzab ver mənə.
İçimdə sızlayan bir zərif neyəm,
Təpədən dırnağa sözəm,
gileyəm.
Dərdimlə həzz alan bir Promoteyəm
Əzab ver mənə.
Qalıbdı içimdə hayım,
harayım,
Dağılır günbəgün könül
sarayım.
Əlac
ona qalıb günləri sayım,
Əzab ver mənə.
Nələr çəkdiklərim bəllidir sənə,
Belə zülm eləməz düşmən düşmənə.
Eh! Ümid qalıbsa biz görüşənə,
Əzab
ver, əzab ver, əzab ver mənə!
Bal dadı,
Dərdə dərman
baldadı.
Öpdüm
gül yanağından,
Dodağımda
bal dadı.
Günahkar
Yoxdu bu dünyada günahsız insanr,
Hər kəsin
içində bir günahı var.
Gülüm, aramızda günah
axtarsan,
Nə mən günahkaram, nə sən günahkar.
Şeytan
qılığıdır hər əməlimiz,
Onun hiyləsilə
satıldı Cənnət.
O vaxtdan yox oldu
hər şeydən əziz,
Uca bildiyimiz
sevgi, məhəbbət.
Günahı olan da "günahsız" oldu,
Hanı bu dünyada günahsmız, hanı?!
Günahkar olanlar satın aldılar,
Tutdular yer üzün, bütün dünyanı.
Bizim qəlbimizin
şöləsi təmiz.
Onun işığında
min parıltı var.
Söndürmək istəsək biz onu
şəksiz -
Mən də günahkaram, sən də günahkar.
Günahsız var olan hər an bizimlə,
Bəlkə da, onun da,
bir günahı var?!
Onun qarşısında öz
sevgimizlə,
Nə mən günahkaram, nə sən günahkar.
27.04.2012
Nə deyim
Qəfil gəldi, yuxu idi, nə idi.
Pıçıldadı, qulağıma nə dedi?
Bəlkə elə yaşayacaq əbədi.
Bu sevgiyə, bu sevgiyə nə deyim?!
İmtahana çəkdi məni
- inandım,
Taleyimi daşa çırpdım
- sınandım,
Ovxalandı quş ümidim
- qanadım,
Bu sevgiyə, bu sevgiyə nə deyim?!
Hardan düşdü
ürəyimə cücərdi?!
İlk gülünü, çiçəyini
kim dərdi?!
Gördüm elə qəhqəhəli
qəhərdi.
Bu sevgiyə, bu sevgiyə nə deyim?!
Mənnən özgə ağrısını
kim bildi?!
Gülüm, sənə açmadığım
nisgildi.
Yaşayıram, ürəyimdə inilti.
Bu sevgiyə, bu sevgiyə nə deyim?!
Həsrət
Bilirsən, tək tənha yaşamaq çətin.
Mən sənə
həsrətəm, sən
mənə həsrət.
Adına
nə deyək bu məhəbbətin,
Mən sənə
həsrətəm, sən
mənə həsrət.
Bu necə sevgidir,
ayırır bizi?!
Biz görə bilmirik bir-birimizi,
Boğub
içimizdə öz
eşqimizi,
Mən sənə
həsrətəm, sən
mənə həsrət.
Qalmışıq çətində, boranda,
qarda.
Bizdən üz döndərir bahar da, yay
da.
Bu necə talehdir yuxularda da,
Mən sənə
həsrətəm, sən
mənə həsrət.
Əlimi
qoyuram əlimin üstə,
Baxıram dünyaya qulağım səsdə.
Dünya
dediyimiz bu gen qəfəsdə
Mən sənə
həsrətəm, sən
mənə həsrət.
Birimiz günəşik, birimiz ayıq,
Birimiz sahilik, birimiz qayıq.
Birimiz dənizik, birimiz çayıq,
Mən sənə
həsrətəm, sən
mənə həsrət.
lll
Vətəndən vətənə gedə
bilmirəm,
Əzablar içində hər
ilim, ayım
Dağılmış, talanmış Qarabağam mən
İçimdə qalıbdı hayım, harayım.
Başımda yurd salıb bu çaxnaşmalar,
Ölüm kabusu tək fırlanır meydan.
Bəlkə bunun üçün
öz taleyimə, -
Mən özüm-özümə
bu qədər yadam.
Nə qədər olarmış
saxtalıq, yalan,
Aldadan da mənəm, aldanan da mən,
Qənim
kəsilmişəm öz
varlığıma,
Özümə düşmənəm, özümə
düşmən.
Dünyaya gələnnən həmişə
təkəm,
Olmayıb simsarım, arxa duranım.
Məni
öz əlimlə güllələyiblər,
Axıb yer üzünə tökülüb qanım.
Bir zaman adını dost bildiklərim,
Mənə düşmən oldu, qanımı içdi.
Qardaş,
qardaş deyib güvəndiklərim,
Məni tapdalayıb üstümdən
keçdi.
Əzdilər, sıxdılar, şirəm
qalmadı,
Qanım şərbət oldu qızıl camlarda.
Mənə hücum çəkdi
quduz köpəklər,
Hara üz tutdumsa,
yaşadım harda.
Batmışam içimin söz
ümmanında,
Qışqırram, kimsəyə çatmır
harayım.
Dağılmış, talanmış Qarabağam mən,
Viranə
qalıbdı könül
sarayım
Kamal Alışoğlu
525-ci qəzet.-
2014.- 10 aprel.- S.7.