Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)

 

İngiliscədən Telman Orucov tərcumə edib

 

 

5 avqust 1867-ci ildə prezident inandırıldı ki, Linkolnun qəbul etdiyi mudafiə naziri Edvin M.Stenton radikal Respublikacıların gizli alətidir və tabe edilmiş Cənubda qudrətli diktator olmaq yollarını axtarır. Ona gorə də ləngimədən onun istefa verməsini tələb etdi; və Stenton kobud qaydada geriyə cavab atəşi oturdu ki, o, Konqressin novbəti iclasından əvvəl ona qarşı olan istefa vermək tələbini rədd edir. Bu nov həyasızlıq qarşısında onu qorxutmaq mumkun deyildi, Prezident bir həftə sonra Stentonu azad etdi və onun yerinə Stentonun muqavimət gostərməyə cəsarət edə bilməyəcəyi general Qrantı təyin etdi. 13 yanvar 1868-ci ildə hirslənmiş Senat Prezidentə və Qranta elan etdi ki, Stentonun azad edilməsi razılaşdırılmadığından Qrant vəzifəni boşaltmalı və ora Stenton qayıtmalıdır. Mudafiə naziri Kabinetin iclaslarına gələ bilməyə və ya administrasiyada oz kolleqalarına qoşula bilməyə qadir deyildi; və 21 fevralda prezident Conson əvvəlcədən bu hərəkətin Konstitusiyaya zidd olduğuna inandığından onun məhkəmə yoxlamasına cıxarılması ucun narahat olduğundan, yenidən Stentona elan etdi ki, o, nəticə etibarilə mudafiə naziri vəzifəsindən uzaqlaşdırılmışdır.

 

Stenton tutduğu vəzifəni verməkdən imtina edib ozunə ofisində barrikada qurdu, millətin ictimai rəyi ağır qaydada olsa da, Prezidentin əleyhinə hərəkət etməyə başladı. O, məqsədyonlu şəkildə qanunu pozmuş və diktator kimi Konqressin iradəsinin əleyhinə getmişdir. Baxmayaraq ki, Numayəndələr Palatasında, komitədə və palatanın ozundə əvvəlki impicment qətnamələri uduzulmuşdu, yeni qətnamə tezliklə Senata məruzə edildi və 24 fevralda səs coxluğu ilə qəbul edildi. Hər bir sadə Respublikacı lehinə qaydasında səs verdi və Pennsilvaniyadan olan colaq Taddeus Stivens Radikal Respublikacılar hərəkatının qatı uzvlərinin fanatik təmsilcisi olmaqla, Numayəndələr Palatasının muəllimi kimi, baltanın nazik tiyəsinə bənzər ağzı ilə Konqressin hər iki palatasını soyuqqanlı qaydada xəbərdar etdi ki, “Qoy mən belə cinayətdən qacmağa imkan verən qorxağı gorum. Kim bunu etməyə cəsarət etsə, onu mənə gostərin və mən ona gostərəcəyəm ki, sən gələcək nəsili biabır etməyə cəsarət edirsən”.

 

Prezidentin impicment edilməsi ilə – həqiqətən də o, ittiham olunurdu – Numayəndələr Palatası tərəfindən bu ittihama gorə dondurulmuş muhakimə və ya impicment maddələri əsasında bəraət verilməsinin muzakirəsi Senatda 5 martda başlandı, ona Baş hakim sədrlik edirdi. Bu, tarixdəki ən boyuk muhakimələr I Carlzın (1649-cu ildə edam edilən İngiltərə kralı – tərcuməci) Yuksək Ədalət məhkəməsində, XVI Luinin (1793-cu ildə edam edilən Fransa kralı – tərcuməci) Fransız Konventi qarşısında, Uorren Hastinqsin (ingilis mustəmləkə inzibatcısı, Hindistanın 1779-1785-ci illərdə general-qubernatoru, 1788-ci ildə Hindistandakı ruşvətxorluğuna və qəddarlığına gorə muhakimə olunmuş və bəraət almışdı – tərcuməci) Lordlar Palatası qarşısındakı muhakimələri dərəcəsində idi. Dramanın iki boyuk elementi itirilmişdi; Prezidentin muhakimə olunmasının əsl səbəbi millətin rifahı ucun fundamental xarakter daşımırdı; və ittiham olunanın ozu muhakimənin butun gedişində iştirak etmirdi.

 

Lakin ən yuksək məhkəmə zalındakı dramanın hər bir digər elementi goz qabağında idi. Hər bir Senator Baş hakimin qarşısında “qərəzsiz ədaləti həyata kecirəcəyinə” and icirdi (bura hətta Ohayodan olan qızmış başlı radikal Senator, Senatın muvəqqəti sədri, prezidentlik ucun xətdə novbəti olacaq Bencamin Ueyd də daxil idi). Numayəndələr Palatası ucun baş ittihamcı “Nyu-Orlean qəssabı” Bencamin F.Batler idi, o, Massacusetsdən olan istedadlı, kobud və demaqoq Konqressmen idi (o, 1874-cu ildə oz yerini itirəndə partiyası və opponentləri tərəfindən o qədər nifrət olunan idi ki, bir Respublikacı Demokratik supurulməyə maraq gostərərək, teleqram gondərmişdi ki, “Batler məğlub oldu, həm də hər şey itirilmişdir”). Muhakimə vaxtı adamların qalereyaya buraxılması ucun minə qədər bilet cap olunmuşdu və hər bir Senatora verilən dord biletdən birini ələ kecirmək ucun istənilən fənddən istifadə edilirdi.

 

Martın beşindən on altısına qədər drama davam edirdi. Numayəndələr Palatası tərəfindən on bir maddə qəbul olunmuşdu, ilk səkkizi Vəzifə Muddəti Aktının pozulması ilə Stentonun vəzifədən uzaqlaşdırılmasına və yeni mudafiə nazirinin təyin olunmasına həsr olunmuşdu. Doqquzuncu Consonun generalla sohbəti ilə əlaqədar idi, buna gorə generala deyilmişdi ki, Ordu Musadirələri Aktının pozulmalarını təqdim etsin; onuncu bunu elan edirdi ki, Conson ifrat dərəcədə qızışdıran və davakar olmaqla, həm də Konqressə və Birləşmiş Ştatların qanunlarına qarşıdır; on birinci isə əvvəlki maddələrdəki butun ittihamların duşunulmuş, ancaq aydın olmayan konqlomeratı (toplusu – tərcuməci) idi. Bu, Taddeus Stivens tərəfindən umumi mustəvini bəzəmək ucun layihələnmişdi, bunlara gorə o, ittihamı himayə edirdi, lakin təməl məsələlərdə ozlərini tanıtmaq istəmirdi. Batlerin bu tələsik duzəldilmiş ittihamı dəstəkləmək ucun olan biabırcı arqumentlərinə qarşı Consonun bacarıqlı və savadlı Şurası gozlənilən səmərəliliklə cavab verirdi. Onlar təkid edirdilər ki, Vəzifə Muddəti Aktı Konstitusiyanı acıq pozmaq cəhdi kimi ləğv edilmişdir və hətta o quvvədə olsaydı da, Stentona tətbiq edilə bilməzdi, cunki səbəblər əvvəlcədən qeyd edilmişdir və qanunun ədalətli yoxlamasının yeganə yolu ondan ibarətdir ki, Stentonun vəzifədən azad edilməli olması və onun huquqları ucun yaraması məhkəmə vasitəsilə həll edilə bilər.

 

Lakin muhakimə inkişaf etdikcə, artan qaydada aydın olurdu ki, səbirsiz Respublikacılar impicmentin hazırlandığı rəsmi məsələlərə gorə Prezidenti duzgun muhakimə etmək istəmirlər, bunun əvəzinə onu istənilən mustəvidə, istər bu həqiqi səbəb ya da təxəyyul edilən olsun, Ağ Evdən cıxartmaq niyyətindədirlər, cunki onun siyasətini qəbul etməkdən imtina edirlər. Prezidentin xeyrinə deyilən subutlar arbitraj qaydasında istisna edilmişdi, Senatorların əksər hissəsinin əvvəlcədən qərar verməsi həyasızlıqla elan edilmişdi. Ruşvət vermək və təzyiqin digər novlərinə cəhd gostərilməsi mohkəm dayaq vasitəsi rolunu oynayırdı. Muhakiməyə və şəhadətlərə ciddi maraq gostərilmirdi, başlıca maraq hokm ucun lazım olan səslərin yığılmasına yonəlmişdi.

 

Birlikdə iyirmi yeddi ştat (hələ tanınmamış Cənub ştatları istisna olmaqla) Senatın əlli dord uzvunun movcudluğu demək idi və otuz altı səs tələb olunurdu ki, hokm ucun lazım olan ucdə iki coxluq duzəlsin. Demokratların on iki səsinin hamısı əvvəlcədən itirilmişdi və qırx iki Respublikacı bilirdi ki, onların uzvlərindən yalnız altısı Conson əgər cıxarılmalı olsaydı belə, uduzmağı ozlərinə rəva biləcəkdi. Onların qorxusu onda idi ki, Respublikacıların əvvəlki partiya muşavirəsində altı nəfər mərd Respublikacı diqqəti buna yonəltmişdilər ki, onların rəyinə gorə təqdim olunan subutlar məsələdən o qədər uzaqdır ki, impicment maddəsi altında Consonu ittiham etmək ucun onlar hec də kifayət deyildir. Filadelfiya “Press” qəzeti “biabırcılıq” deyə-deyə qışqırırdı. Respublika “onun dostlarının evində satılacaqdır!”

 

Lakin qalan otuz altı Respublikacı mudafiə etsə nəticəyə hec bir şubhə olmayacaqdı. Hamı birlikdə dayanmalıdır! Lakin bir Respublikacı Senator təşkil edilən əvvəlki səsvermədə oz qərarını elan etməmişdi, bu Kanzasdan olan Edmund Q.Ross idi. Radikallar qəzəblənmişdilər ki, Kanzas kimi anti-Conson movqeyində mohkəm dayanan ştatdan olan Senator şubhəli ola bilər. Massacusetsdən olan Senator Samner tustulənirdi ki, “bu, xususən Kanzaslı ucun cox aydın işdir. Mən duşunmurdum ki, Kanzas adamı oz olkəsi əleyhinə geri cəkiləcəkdir”.

 

Ross oz yerini tutan vaxtdan radikal liderlər onun səsinə əmin idilər. Onun butun ətrafı, artıq qeyd edildiyi kimi, onların işini mohkəm mudafiə edənlərdən biri idi. Senatda onun ilk hərəkətlərindən biri Radikal Respublikacıların siyasətinə qoşulması barədəki bəyanatı oxuması idi və o, sakit qaydada onların butun tədbirlərinə səs verdi. O, ozu ucun aydınlaşdırmışdı ki, Endryu Consona şəxsən və siyasi cəhətdən rəğbət bəsləmir və Stentonun vəzifədən uzaqlaşdırılmasından sonra belə kənarlaşdırmanın qanunsuz olduğunu bəyan edən qətnamənin qəbul edilməsinə coxluqla birlikdə səs vermişdi. Kanzasdan olan onun kolleqası, Senator Pomeroy anti-Conson qrupunun ən radikal liderlərindən biri idi. Respublikacılar təkid edirdilər ki, Rossun həlledici səsi ədalətli olaraq onlarınkıdır və onlar inanmışdılar ki, bu səsi almaq butun hər şeyin yararlı olduğu demək olacaqdır. De Uitt ozunun unudulmaz “Endryu Consonun impicmenti” əsərində bəyan edirdi ki, “mubarizənin butov başlıca zərbəsi nəhayət bircə şubhəli qalan Senator Edmund Q.Rossa tərəf dondu”.

 

İmpicment qətnaməsi Numayəndələr Palatasından kecdikdə Senator Ross təsadufən Rod Aylenddən olan Senator Spraqiyə dedi ki, “yaxşı, Spraqi, iş burasındadır ki və mən daha cox maraq gostərdikcə, baxmayaraq ki, Respublikacılar və mister Consona və onun siyasətinə muxalif olanlar vardır, hətta bu yerdə hər bir ittiham olunan adam kimi o da duzgun muhakimə olunmalıdır”. O saatca “Ross etibarsızdır” sozləri yayıldı. Sonralar o, yazırdı: “Həmin saatdan sonra bir gun də kecmirdi ki, mənə poct, teleqrafla və şəxsi unsiyyətdə olduqda muraciətlər edilsin ki, tezliklə impicmenti mudafiə edənlər tərəfdə dayanmalısan, hətta hansısa laqeydlik gostərənlərin layiq olduğu az sayda məzəmmət edilənlərdən biri olmamalısan”.

 

“Olkə uzrə və həyatdakı butun səfərlərdə, Senatın uzvlərinin məktublarında gostərildiyi kimi ictimai ağılın şəraiti, boyuk vuruşun yolunu acmağa bənzəmirdi. Millətin aparıcı partiyası ictimai ittihamcı movqeyini tutan kimi gorunur və bu muhakimə ancaq gecikdirməyi və ya mudafiəni dinləməyi pozmaq əhval-ruhiyyəsindədir. Vaşinqton muhakimə ərzində siyasi cəhətdən qane olmamağın mərkəzi noqtəsinə cevrildi və Birliyin istənilən ştatının təmsilciləri ilə aşıb daşırdı, Prezidentin devrilməsi barədə praktiki olaraq birləşmiş səsin eşidilməsini tələb edirdi. Anti-impicment Respublikacılarının addımları onun başlanğıcından sonuna kimi, gecə yarısından da o tərəfə inadkarlıq numunəsi idi, gozləmələr və hədələrlə muşayiət olunurdu. Qəzetlər hər gun secicilərinin yanına qayıtdıqda onlara zorakılıq gostəriləcəyi hədələri ilə dolu idi”.

Ross və onun şubhəli olan Respublikacı yoldaşları hər gun boğaza yığılırdılar, onlara qarşı casusluqdan, təzyiqin istənilən formasından istifadə olunurdu. Onların məskənləri diqqətli muşahidə olunurdu, onların sosial dovrələri isə şubhəli qaydada oyrənilirdi, onların hər bir hərəkəti və kampaniyaları xususi bloknotlarda qeyd olunurdu. Onlar partiya mətbuatı vasitəsilə xəbərdar edilirdilər, oz secicilərindən muraciətlər alırdılar və onları siyasi ostrakizmlə (Qədim Afinada b.e.ə. V əsrdə siyasətcilərə qarşı tətbiq edilən surgun cəzası – tərcuməci) və hətta olumlə hədələyirdilər. Stenton Mudafiə Nazirliyində barrikadaya cevirdiyi ozunun qərargahında gecə və gunduz işləyirdi ki, şubhəli sayılan butun cəkilərdən olan Senatorları ozunun təlqinedici hərbi silahdaşlığına gətirsin. Filadelfiyanın “Press” qəzeti “olkənin hər bir noqtəsindən gələn teleqramların qorxulu axını”, “umumi xalqdan” gələn boyuk ictimai rəy dalğası barədə xəbər verirdi, “bu adamlar oz pullarını və həyatlarını olkəyə vermişdilər və ozlərinin boyuk qurbanlarının əbəs olduğunu etirazsız və qisassız gorməyəcəkdilər”.

 (Ardı var)

 

525-ci qəzet.- 2014.- 12 aprel.- S.22.