Hüseynbala Mirələmovla Qafqaz Universitetində görüş
UNİVERSİTETİN
ƏDƏBİYYAT KLUBU YAZIÇININ "VİCDANIN
CƏZASI" KİTABININ MÜZAKİRƏSİNİ
TƏŞKİL EDİB
Oxucu məhəbbətini
qazanmaq hər qələm əhlinə nəsib olmayan böyük xoşbəxtlikdir. Əgər bu
oxucular tələbə
- gənclərdirsə, bu
ikiqat xoşbəxtlikdir.
Artıq
bir neçə ildir ki, Qafqaz
Universitetində müasir
türk və Azərbaycan yazıçıları
ilə görüşlərin
təşkil olunması
ənənə halını
alıb.
Bugünlərdə universitetdə fəaliyyət
göstərən Ədəbiyyat
klubunun təşkilatçılığı
ilə millət vəkili, yazıçı
Hüseynbala Mirələmov
ilə görüş
keçirildi. Bu görüşdə
yazıçının "Vicdanın cəzası"
adlı kitabı müzakirə edildi.
Görüşdə universitetin rektoru
Ahmet Sanıç, universitetin müəllim və professor heyəti iştirak edirdi. Müzakirələrdən öncə yazıçının
həyat və yaradıcılığı haqqında
qısa metrajlı
film və videoçarx
nümayiş edildi.
Universitetin Qafqaz Araşdırmaları İnstitutunda
türkologiya şöbəsinin
müdiri vəzifəsində
çalışan filologiya
elmləri doktoru,
professor Minaxanım Təkləli-Nuriyeva
giriş sözü ilə çıxış
edərək yazıçı
Hüseynbala Mirələmovun
şəxsiyyətinin və
ədəbi yaradıcılığının
bir vəhdət olduğunu vurğuladı.
Universitetin Azərbaycan dili
və ədəbiyyatı
bölməsinin müdiri,
filologiya elmləri doktoru, professor Akif Hüseynli ədibin Qarabağ müharibəsindən bəhs
edən əsərləri
haqqında danışdı.
"Vicdanın cəzası"
kitabına daxil olan əsərlərin müzakirəsi səmimi bir şəraitdə keçdi. Tələbələrin Hüseynbala Mirələmova
ünvanlanan sualları
və yazıçının
yaradıcılığı haqqında maraqlı fikirləri və mövqelər səsləndirildi.
Yazıçı çıxış edən bütün tələbələrin fikirlərini
yüksək qiymətləndirdi
və gənclərlə
görüşməkdən məmnun olduğunu bildirib, onların suallarını cavablandırıb.
Görüş iştirakçılarının "bu kitabında nə üçün məhz Qarabağ, erməni- Azərbaycan mövzusuna toxunması" sualına müəllif həmin hadisələrin şahidi olduğunu və Azərbaycan tarixi üçün ağır və dəhşətli olan faciələrə səssiz qala bilmədiyini, məhz bu olanları gələcək nəsilə ötürmək üçün yazılmasını vacib bildiyi üçün qələmə aldığını bildirdi. Müzakirə boyunca Qarabağ bölgəsindan olan tələbələrin ailələrindən eşitdiklərini bölüşərək öz fikirlərini bildirmələri xüsusi maraq doğurdu. Hüseynbala Mirələmovun diqqətini çəkən xüsusi bir məqam bu görüşün Ədəbiyyat klubu üzvləri tərəfindən təşkil olunması oldu. Tələbə gənclərin sosial fəaliyyətini dəyərləndirən yazıçıya universitet rektorunun "Mən də sizin kimi bu tədbirə dəvətliyəm. İnanın, gün ərzində tələbə klublarının bir neçə layihələrində iştirak edirəm. Bu tədbirləri təqib etmək bəzən vaxt ölçüsünə sığmır" cavabı Ədəbiyyat klubunun fəaliyyəti ilə daha yaxından tanışlıq istəyini yaratdı. Klubun tanıtımı və təqdimatına aid olan videoçarx nümayiş olundu. Yazıçı Hüseynbala Mirələmov klubun fəaliyyətini çox yüksək qiymətləndirdiyini və müxtəlif universitetlərdə belə görüşlərdə iştirak etməsinə baxmayaraq, Qafqaz Universiteti tələbələrinin gənclərlə görüşməkdən məmnun olduğunu bildirib, onların suallarını cavablandırıb.
Yazıçı onun yaradıcılığına burada maraq göstərildiyini önə çəkərək, hələ bir ay əvvəl Universitetin səhnəsində dram dərnəyi üzvlərinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın quruluşunda "Xəcalət" tamaşasını yüksək səviyyədə nümayiş olunmasını bir daha alqışladı. O, tələbələrə mütaliənin önəmindən bəhs edərək çox oxumağı məsləhət gördü və gələcək zamanlarda yenidən belə görüşə gəlməkdən məmnun olacağını dilə gətirdi. Görüşün sonunda rektor Ahmet Saniç Hüseynbala Mirələmovun müxtəlif önəmli vəzifələrdə çalışmasına baxmayaraq mütaliə edib, əsərlərini qələmə almasını təqdir edərək, tələbələrə müraciətlə zamanın elastik olduğunu, nə qədər çox şey sığışdıra biləcəyimizi anladaraq vaxtdan düzgün istifadəyə çağırdı. Rektor Ahmet Saniç millət vəkili Hüseynbala Mirələmova universitetin sənət kursları tələbələrinin əl işlərindən bir ebru sənəti nümunəsini hədiyyə etdi. Görüş yazıçı ilə görüş iştirakçılarının xatirə şəklinin çəkilməsi, yazıçı Hüseynbala Mirələmovun öz kitablarını imzalaması və Qafqaz Universitetinin müəllim və tələbə heyəti ilə xatirə şəkli çəkdirməsi ilə yekunlaşdı.
Lalə
ƏHMƏDLİ
525-ci qəzet.-
2014.- 15 aprel.- S.7.