Qloballaşan dünyada
sahibkarlığa yeni baxış
XX əsrin axırlarında dünyada siyasi, iqtisadi-sosial sahələrdə baş verən qlobal dəyişikliklər sonrakı ictimai proseslərə yeni elmi-nəzəri baxışlar, yeni təşkilati-idarəetmə formaları, yeni innovativ düşüncə tərzi və üsulları, yeni metodologiyalar gətirdi.
Həyat
səviyyəsinin kateqoriyası
təkrar istehsal və istehlakla bağlı
olan və necə, hansı səviyyədə həyata
keçirildiyini xarakterizə
etmək üçün
istifadə edilən anlayışdır ki, insanın fiziki, sosial və mənəvi tələbatlarının
ödənilməsi dərəcəsini
ifadə edir. Kifayət qədər mürəkkəb,
çoxşaxəli iqtisadi
və sosial münasibətlər sistemi
olan, daim təkmilləşmə tələb
edən həyat səviyyəsi qanunauyğun
olaraq mikro, makro və qlobal
səviyyəyə bölünür.
Qloballaşmanın mahiyyəti ictimai-iqtisadi,
sosial həyatın bütün sahələrində
baş verən real proseslər kimi xarakterizə edilir və fəaliyyət dairəsi genişlənir.
Müasir
iqtisadi ədəbiyyatlarda
XIX əsrin ortalarından
XXI əsrə qədər
baş verən yeni mərhələdə
"iqtisadi qloballaşma",
"təsərrüfat həyatının
beynəlmiləlləşdirilməsi",
"beynəlxalq inteqrasiya",
"beynəlxalq iqtisadi
əməkdaşlıq" və s. kimi anlayışlardan geniş
istifadə olunur. İqtisadiyyatın formalaşdığı, proseslərin, problemlərin
qoyuluşu, həlli məsələləri yeni
qlobal, siyasi, iqtisadi-sosial mərhələyə
qədəm qoyub.
Dünya
iqtisadiyyatının dəyişmə
sürəti, mahiyyəti,
məkanca yeni-yeni ölkələrin proseslərə
cəlb edilməsi əvvəlki problemlərin
qoyuluşu və həlli yollarından keyfiyyətcə fərqlənir.
Qloballaşma dünya iqtisadiyyatının
keyfiyyətcə tam yeni
halıdır, müxtəlif
mahiyyət kəsb etməklə yanaşı
sosial siyasətin ana xəttini formalaşdırır.
Dövlətin sosial siyasətinin kəmiyyət və keyfiyyət tərəfi, əhali gəlirlərinin
maddi əsası kimi çıxış edir və iqtisadiyyatın
tipindən asılı
olmayaraq, ölkə vətəndaşlarının real gəlirləri, həyat səviyyəsi və inkişafı birbaşa əmtəə və xidmətlər istehsalı
səviyyəsi ilə
müəyyən olunur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki, gələcəkdə
kənd təsərrüfatının
inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə
diqqət göstərməliyik. Bu, həm təhlükəsizlik,
həm iqtisadi, həm də sosial məsələdir.
Çünki Azərbaycan əhalisinin
demək olar ki, yarısı kənd təsərrüfatı
bölgələrində yaşayır.
Təhlükəsizlik, iqtisadi və
sosial məsələlər
ilk əvvəl önəmli
istiqamət olan maddi istehsaldan keçir. Azərbaycanda maddi istehsalın
sahə quruluşunun təkmilləşmiş istiqamətində
aparılan tədbirlər,
sərəncamlar, fərmanların
qəbul edilməsi bu istiqamətdə yeni müəssisələrin
işə salınması
və istehsalın genişləndirilməsinə kömək
edir. Bu proseslər
durmadan genişlənir,
sistematik məqsədyönlü
xarakter alır.
Kənd
təsərrüfatı, aqrar
sahənin inkişafı
ilə yanaşı perspektivdə başlıca məsələ
sosial-iqtisadi problemlərin
həlli üçün
sənaye siyasətinin
formalaşdırılması və onunla bağlı problemlərin
uzlaşdırılması, regionların təbii ehtiyatlardan tam və səmərəli istifadə
etməsidir. Azərbaycan
Respublikasında sənayenin
inkişafına dair
2015-2020-ci illər üçün
Proqramın hazırlanması
və həyata keçirilməsi iqtisadiyyatımız
üçün modern yanaşma
mərhələsi olmalıdır.
Qeyd etmək
lazımdır ki, maddi istehsalın, xidmət sahələrinin
strukturunun hərtərəfli
formalaşması və
regionlar üzrə tarazlı, təbii resurslara uyğun sistemləşməsi, müstəqil
Azərbaycan iqtisadiyyatının
xarakterini diktə edən zərurətdir.
Azərbaycanda ixtisaslaşdırılmış regionlarda azad iqtisadi zonaların
(AİZ) yaradılması üçün
əlverişli coğrafi-nəqliyyat
potensialı, zəngin
xammal ehtiyatları, əlverişli təbii-iqlim
şəraiti, məhsuldar
torpaq sahələri mövcuddur. Azərbaycanın bir sıra regionlarında texniki-iqtisadi
bazaya malik emal sənayesi, istehsal sahələri və infrastruktura obyektləri, elmi potensial və ixtisaslı kadr ehtiyatı mövcuddur.
Xammalın hazır məhsula
qədər istehsal prosesinin, onun infrastrukturunun yaradılması
regionlarda ixtisaslı kadr hazırlığına,
onun sosial-iqtisadi nəticələrinə müsbət
təsir edən önəmli amillərdəndir.
Müasir bazar iqtisadiyyatı şəraitində əhalinin
həyat səviyyəsinin
daima yaxşılaşdırılması
prosesi kifayət qədər mürəkkəb
və çoxşaxəli
siyasi sosial-iqtisadi münasibətlər sistemidir. Əhalinin həyat
səviyyəsi əhatə
dairəsinə görə
mikro, makro və qlobal səviyyələrə bölünür.
Azərbaycan Prezidenti İ.Əliyev
deyib: "... İnsan kapitalı
inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii
resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına, tətbiqinə
görə inkişaf
edirlər. Biz də bu yolu
seçməliyik".
Artıq 20 ildən çoxdur
ki, Azərbaycan Respublikasının xarici siyasəti, xarici iqtisadi əlaqələrin
formalaşması dünyada
gedən qloballaşma
geosiyasətinin tələblərinə,
beynəlxalq strukturların
tövsiyələrinə uyğun
olaraq həyata keçirilir. Müasir qloballaşan
dünyada xarici iqtisadi əlaqələri
idxal-ixrac, investisiyalar
qoyuluşu, elmi texniki-texnoloji əməkdaşlıq,
birgə-birbaşa təsərrüfat
əlaqələrinin formalaşması
və təkmilləşdirilməsi,
valyuta-maliyyə əlaqələrinə
nəzarət və konkret məqsədyönlülüyünün
dərinləşdirilməsi kimi mürəkkəb proseslərin dövlət
tərəfindən tənzimlənməsi
eyni zamanda daxili sosial-iqtisadi problemin həlli istiqamətində həyata
keçirilir.
"2009-2013-cü
illərdə Azərbaycan
Respublikasının Regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın
müzakirəsi zamanı
İ.Əliyev deyib:
"İndi Azərbaycan
dünya iqtisadiyyatının
bir parçasıdır.
Əlbəttə ki, Azərbaycanda və xüsusilə rayonlarda bu sahədə ixtisaslaşma getməlidir...
Bütövlükdə gələcəkdə iqtisadiyyatın bütün
sənaye kompleksinin modernləşdirilməsi prosesi
daha da sürətlə
getməlidir. Respublikada sənayeləşmənin
sürətli inkişafı
üçün ilk növbədə
kiçik, orta sahibkarlığın sistemli,
məqsədəuyğun formalaşması
mühüm problemdir".
Sahibkarlıq sahələrinin inkişafında
vergi sisteminin mühüm iqtisadi, istiqamətverici, qarşılıqlı
tərəfdaşlıq əsasında
qurulması sahibkarlığın
səmərəliliyinin yüksəldilməsinin
mühüm amilidir. İnsan kapitalının
yeni yaşayış
motivlərinin yaranması,
əməyə yeni münasibətlər, vergi
nəzarətinin sivil
qaydada həyata keçirilməsi sahibkarlıq
sisteminin formalaşmasının
mühüm elementlərindəndir.
Akif ƏSGƏROV
AMEA İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi,
iqtisad elmləri üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 15 aprel.- S.2.