Xilqət və qürbət şairi Məmməd
İsmayıl
Uzun
illər vətənimizdən uzaqda yaşamaq məcburiyyətində
qalsa da, şair Məmməd İsmayıl, dünyanın
harasında olmasından asılı olmayaraq, canı qədər
sevdiyi vətəni Azərbaycanı
gücünün yetdiyi, adının
böyüklüyü qədər sevgi və ilhamla təmsil
edir. Dünyanın müxtəlif ölkələrində,
xüsusilə Rusiya və yaşamaqda olduğu Türkiyədə
istər əsərləri, istərsə də elmi fəaliyyəti
hər zaman mətbuatın diqqət mərkəzindədir,
kitabları çap olunur, görüşləri
keçirilir. Biz də şairin haqqında çıxan
yazılar və əsərlərinin yayınlanması ilə
bağlı xəbərləri
davamlı olaraq oxucularımızla bölüşməkdəyik.
Son aylarda M.İsmayılın redaksiya heyətinin üzvü
olduğu Moskvanın "Literaturnaya znakomstvo" jurnalın
son nömrəsində
"Şərqdən baxış" rubrikasında
Türkiyədə yayınlanmış olan "Rus şeir
antologiyası" haqqında geniş təhlili məqaləsi
işıq üzü görüb, Türkiyədə isə "Bercəstə"
jurnalı şairin 75 illiyi ərəfəsində bir silsilə
şeirini oxucularına təqdim etdib. "Çınqi"
jurnalı isə aprel nömrəsində Məmməd
İsmayıl haqqında geniş həcmli dissertasiyanın müəllifi,
gənc tənqidçi Gülnar Səma Qasımlının
"Məmməd İsmayılın şeirində nar"
başlıqlı tədqiqat məqaləsini dərc edib.
Bunlardan əlavə "Başarı" jurnalı son
nömrələrində
M.İsmayıl şeirlərindən örnəklərə
yer verib. "Başarı" jurnalı son sayında
"Boğaz" televiziyasının yayın yönətməni,
yazıçı Mustafa Atmacanın "Xilqət və
qürbət şairi Məmməd İsmayıl" adlı
geniş araşdırma yazısına yer verib.
Oxucularımız üçün maraqlı
olacağını düşünüb həmin məqaləni
dərc edirik.
Hər
kəsin bildiyi sözləri söyləyən, amma bildiyimiz
sözcükləri bizə şeir yumşaqlığında
və duyğusallığında, üstəlik könül
tellərimizə toxunan, yerli-yerində bir yazı və ahəngli üslub halına gətirənlər
şairlərdir. Əgər kainatın ürəyi insansa,
şair də o ürəyi oxuyandır. Şairlik duyğu dənizində
üzmək kimidir. Hər şair əbədiyyət sahilinə
qədər üzə bilməz, çünki şairlik tək
başına söz sənəti, dil canbazlığı
deyil. Şair insanlığın içində bulunduğu
olumsuz ya da uyğunsuz vəziyyətdən
çıxış yolu arayan düşüncə dəryasıdır.
Mən də bir şairdən - Məmməd İsmayıldan
bəhs eəcəyəm. Şair şerinin dərinliyi qədər böyükdür. Məmməd
İsmayıl o dərinliyi özündə saxlayan bir
şairdir. Onu tərif etməyə və tanıtmağa
qalxışmayacağam. Görmək istədiyim öz
baxış bucağımla onun fərqinə
vardığımı, sənət və ədəbiyyat maraqlılarıyla paylaşmaqdır.
lll
Şeirlərində
ənənə ilə çağdaşlığı
iç-içə xırman etmiş bir şairdən,
ara-sıra ona söyləndiyi kimi, "Məmməd
İsmayıl", amma çoxunluqla "Məhmət
İsmail" deyə bəhs edəcəyəm. Məhmət
İsmail şeirində, özündən gələn
duyğu və düşüncəni səsə
dönüşdürüb duyğularını səsləndirməyi
bacaran seçilmiş bir sənətkardır. Bəlkə
çox iddialı olar, amma söyləməliyəm ki Məmməd
İsmayıl bir Vətən
şairi olduğu kimi, həm də
bir bədəndə könlü parçalanmış,
həsrət, sitəm, qürbət, sərzəniş,
ümit və vəfa daşıyan şairidir. Bütün
anlamlarda hər misraiçi şeirsəl zənginliyi
çox güclüdür:
"...Qəlbindən keçəni Tanrı bilirsə
Dilə
gətirməyin lüzumu yoxdu.
Yaxşın
da yamana dönür nə sirsə
Qoy baxaq əlinin
duzumu yoxdu?.."
deyərkən,
hər cür vəfasızlığa sitəmini
görürük.Sözə sənət qatıb duyğuları
tərpədən və quru kəlimələrdən, ruhu
sarsan şeir meydana gətirən Məhmət İsmail ümumilikdə "Türkçə
şeir"in boyuna biçilən heca vəznindən istifadə
edir. Amma onun şeirlərində şerin səsini gücləndirən
alliterasiyalar və cinas kimi qafiyələrdən
yaralanıb sənətə yeni anlam qatan özəllikləri
də sıx-sıx görmək
mümkündür. Yeri gəlmişkən bir cinas
örnəyi vermək istəyirəm:
"...Səbəbi
nə oldu tökülən qanın,
Neçin
yurdun adı Qarabağ oldu?
Qarabağ...Qarabağ...Azərbaycanın
Yaralı
köksündə qara bağ oldu..".
Yaşanmışlıqlar,
acılar, özləmlər sərbəst dolaşarkən və
özgür görünürkən çəkilən
könül əsrarları, sevdiklərindən uzaq
düşmələr, şairi kamilləşdirir.
"...Arının
mənzili gələcəkdisə,
Keçmişi-
gözləri dolan pətəkdi.
Musanı
dağlara çəkən nəydisə
Məni də
qürbətə o çəkəcəkdi..."
Onu
çəkən həsrətimi, qürbətmi, yoxsa talemi?
Ya hicrət, ya qürbət nə fərq edər insan ruhunu
yetkinləşdirən, imtahan vasitəsi, ürək
yanğınına başlı-başına bir ələm
çınqısıdır.
"...Ağacın
gələcək meyvəsi şirin
Keçmişi
tökülən çiçəyindədir.
Tək bircə
misrası qalan şairin
Əli gələcəyin
ətəyindədir..."
Ağac
deyə kimi və nəyi qəsd edir? Ağac şairmidir, vətəmidir?
Şair, ya da Vətən çəkdikləri meyvəyə
dönən çiçək kimidir, gözlənən
olacaqdır, işin ucundan tutulmuşdur. Yenə "Allah
unutmaz" şeirində dərin anlamlar barındıran
düşüncələr qarşımıza
çıxır:
"...Gözə görünəcək qəlbinə daman,
Sonunda səhəri gətirər gecə.
Səni qürbətlərdə çürüdən zaman
Şerinin yanından
yel olub keçər..."
Xilqət
və qürbət şairi Məmməd
İsmayıl həm də bir ümid şairidir. O, Vətən
həsrətiylə yanarkən, vətəndən uzaq
düşməsiylə keçən zaman, onu neç vaxt
unutdurmayacaqdır, bundan əmindir. Nədən? Cəlladların
xatırlanmadığını, düşüncə
insanlarının unudulmadığını da yaxşı
bilir. Qəm, sahilə vuran dalğaların qıyıları
öpdüyü kimi, sıx-sıx onu yoxlasa da o,
yazdıqlarıyla qalıcı olacağından adına əmin
olan kimi əmindir. Onun həsrətdən gələn
hüznü də qürbət ellərdə çəkdikləri
də uçub gedəcəkdir, çünki "Sonucda səhəri
gətirər gecə" və uzaqda qalsa da, "Qəmin
sahil adlı sərhəd xətti var…"dır. Sahilə
mütləq çıxacaqdır. Çünki "Mənzil
kəsdi ümidini kəsmətdi"... Çünki
"...Axşam gözlərimdən qaçan yuxunu"
içində bulunduğu dönəm sayarsaq, "Səhər
gözlərində", yəni gələcəkdə
arayır aradığını. Yəni aramağa davam... Yəni
çəkilmək yox... Yəni ümüd davanm edir.
Çünki "...Məchul bir arzuyla vurar qəlbimiz/Quru
yalandan da ümid gözlərik"...Çünki
"Ömrün ağ günləri qaradan
çıxar"... Çünki "Görürsən
gül bitər içindən qarın..." O da bir qardələn
(danaqıran) kimi sonunda ortaya çıxacaqdır.
Məhmət
İsmailin şeirlərində sitəm və sərzəniş
də önəmli yer tutur:
"Ey Vətən,
nə tez unutdun,
Bağrına
badaş oğlunu.
Neylədi
ki, ucuz tutdun
Çıxardın
çıxdaş oğlunu..."
...Hər
yetəni bəymi sandın,
Yadı
bizdən yeymi sandın,
Məmmədi
ögeymi sandın,
Dünənki
qardaş oğlunu..."
Vətəni
onu dışlamazdı, amma vətəndə kimlərsə
"Bu yığvalı daş oğlunun" başına
oyunlar gətirdi və "Söz yayıb xətrinə dəydi".
Öz
gerçəyini idrak etməkdə irfan vardır. O da bir
ümidli Məmməd İsmayıldır. Çətin
şərtlərə rəğmən dirəndi, amma qəhir
və sitəmi də bir bilgəliklə söylədi:
"...Yumurta
qabığı yuvada qalar
Çıxıb
gələcəyə uçanda quşlar..."
Yuvasından,
vətənindən, xalqından qopmaq məcburiyyətində
qalışını, vətəni və xalqını
quşun yaranışına səbəb olan qabıq və
özünü də quş olaraq özətləmiş ola
bilirmi? Qabıq, onu Məhmət İsmail edən dəyərlərmi?Bu
quş onun özümüdür? Bəs onu dışlayanlar? Qürbətə
çıxmasına səbəb olanlarmı qabıqdır? Vətəndən
çıxsa da o özdür, özüdür, qabıq
deyildir.
"...Sular
çağlamada gələcək deyə,
Gələcək
eşqiylə göyərmədə
dən.
Çıxdınmı,
dönməyə yol yox geriyə
Bağışla,
yumurta qabığı, vətən..."
İstər şairin özünə, istərsə də onu istəmədiyi hallara düşürənlərəmi söyləyir. "...Boşuna döyməz qapını, yelin də bir bildiyi var…" Bu duyğularımı tərpəşdirən sarsıdıcı ifadə içimi sızlatdı. Əsən yeldən belə yurdun səsini, xəbərini, ya qoxusunu gözləmək necə bir duyğudur?! "...Mənimlə məndəki mən görüşmədi,/ Mən deyiləm mənə tanıdılan mən..." - deyərək, vətənində onu yanlış anladanlara sitəm edir. "...Ölən ölüb getməz durduğu yerdə/ İnsan unudulan çağında ölür" - deyərək də əslində unudulmayacağını, xalqın könlündə yer alacağını anladır. "...Dəniz də yorulmaz, balıqçılar da, Yorulmaz sahildə durub baxanlar..." O sahilin qıyısında, bəlkə bir başa şairin özü də onu beşikdə buraxıb getmək zorunda qalan atasının yolunu gözləməkdəydi, kim bilir! Talehin ona oynadığı çiləsiylə titrədik: "...Neyləyək, bizimki belə gətirdi, Bizə oxşamasın bizdən olanlar..."
"...Əsgər yollarının üstündə bitən
Kəndlərdə göz yaşı qüllələri var.
Ərləri bir zaman cəbhədə itən
Qadınlar hələ də Qərbə boylanar. .."
Nə yazıq ki, o qadınlardan biri şairin öz anasıdır və İkinci Dünya Müharibəsinə göndərilən əri də bir daha Qərbdən Şərqə, yəni evlərinə dönə bilməyəcəkdi...
lll
Şairlər üçün, "Bunu yazsaydı da, onu yazmasaydı", deyəcəyimiz durumlarla qarşılaşdığımız olur. Onun şerlərində isə "hansını ələ alıb da yazsam" deyə düşünürəm. Xatirəsi belə olmayan bir atanın həsrəti hey ürəyindədir. Anasıyla böyümüşdür. Ayrılıq anının gözüyaşlı mənzərəsi:
"...Bu soyuq sətirlər bir şey deyirmi,
Səsi sonra çıxdı yağan qarın da
Bir ana düşünün yaşı iyirmi,
Bir oğul, çox olsa, yaşyarımında..."
Zəngin yalnızlığının ilk ortaları ilə bizi tanışdırır: "Biz dörd nəfər idik/Təpəl qoyun idi, Gəzəl alma idi, Anamdı, məndim..."
lll
Anası, əlbəttə, tutunduğu budaqdı, amma alını bəyaz kəkilli "təpəl" qoyun, nar qabığı rəngi yarpaqlarıya "gəzəl" alma ağacı da onun gəlişməsindəki ilk önəmli möhürləriydi. "Mən güldən, bülbüldən yazan deyiləm..." deyərkən acıları, vətəni, milləti və əlbəttə insanlıq üçün daha çox önəm verdiyi dəyərləri yazmaq varkən, gülə eşq nəğməli bülbül olmayacağını söyləməsi dərdinin dərinliyini, sorunlara duyduğu sorumluluğu göstərmiş olmalıdır. "...Mən ki dözüb durdum, dəli olmadım, Mən şair deyiləm, atam-qardaşım…" - sözlərində birilərinə qızğınlığını və sərzənişini görürük. Türklük onun başqa bir sevdasıdır, mənsubiyyətini dərindən hiss edir:
Aləmə igidlik doğan anadır,
Yolu gün doğandan gün batanadır
Ünvanı yer adlı bir vatanadır
Bir ay sevgisidir, bir gün sevgisi
Türkün sevgisi..."
Türklük və Vətən sevgisi onun zirvələrdəki dəyəridir. Bu misralardan türklərin (ya da türkülərin!) getdiyi, gedə bildiyi yeri Vətən bildiyini, uyumlu olduğunu anlıyırıq... Şeirlərində ruha xitab edən zəngin bir lirizmdən və dastani bir temadan bəhs edə bilərik.
Misralarında qızğınlığı görsək də, qisas duyğusuna və kinə rastlamadıq. Şeirləri bir fikrə hamilə təzə gəlin incəliyində sözcüklərlə ifadə edilir. Sanki qeybdən gələn ilahi fikirlətr misra qəliblərinə sığmaq istətmir. Onunçün ümid vazkeçilməz dirənci artıran təməl daşıdır: "Ümidini qeyb edən özü bir ümid yeri..." misralarında da heç bir ümid yoxsa belə, adamın özü ümidə başlanğıc olmalıdır:
"...Mən imdad dilədim, sən yaxa çəkdin,
Gah vara üz tutdun, gah yoxa çəkdin.
Günahsız könlümü günaha çəkdin
Aldadıb bir şeytan qadında məni..."
Önündəki misralar nəysə də, son misradakı "qadın" kəliməsini biz ayrı yerə yozduq. Mövqe və vəzifə ağır, oynaq baldırlı, aldadan şeytan bir qadına bənzər ki, həqiqi durumu fərq edlməzsə, hey aldadacaqdır.
lll
Qoxusu gənziyi yaxan, bəzən nəfəs alarkən belə nəfəssiz buraxan bir həyatın insanı olan şairin, həm özü, həm də sözü işlənəcək cövhər kimidir: "...Dinənmi günahkar, yoxsa susanmı..." - deyərkən əslində yazmağı, danışmağı seçdiyini, susamadığını, başına gələcəklərə qatlanmağı gözə aldığının ifadəsini anlayırıq. "...Adam olmaqdan usandım/ Dəli olmağa gedirəm..." - desə də kamillik sınmış misralarını görürük:
"...Keçib gəldim neçət-neçə ölümdən,
Yaşamadım, yaşatmağı başardım.
Sözdən qeyri nə gəlirdi əlimdən
Ürəyimi boşaltmağı başardım..." -
desə də söyləyəcəyi bitib-tükənməz. Bizim üçün də "tikən olub gözə batan" bir şairi anlatmaq asan deyildir. Xırpalanmaqdan çəkinməyən, olması gərəkən doğru üçün canını verməyə hazır olan Məhmət İsmail susmaz, üstəlik əsrlərcə yaşamaq haqqı qazanar:
"...Qəlbindən keçəni Tanrı bilirsə,
Dilə gətirməyin lüzumu yoxdu.
Yaxşın da yamana dönür nə sirsə,
Qoy baxaq, əlinin duzumu yoxdu..."
Anadoluda da qədri-qiyməti bilinməyənlər üçün "əkməyinin tuzu yok" deyirlər. O qədər iş gör, özünü parçala, sonunda tərslən, dışlan və "heç"ə sayıl, fərqində deyillərmiş kimi davransınlar! Belə olduğunda Məhmət İsmailin ruhu, əlbəttə, tərpənəcək və üsyan edəcəkdir.
"...Gözə görünənin gözünü deşmək
Ocağın gözünü deşmək deyil ki..."
Gözü deşmək! Ocağı deşmək! Vicdanlar kor və kar olanda eyni "deşmə"yi eyni insan da yapa bilir.
"...Bir də ki, hamının dilinə düşmək,
Hamının qəlbinə düşmək deyil ki..."
İzah etməyə, açıqlamağa gərək varmı, bilmirəm. Dilə düşməklə, könlə düşmək aradakı fərq, izaha gərək qalmayacaq qədər anlaşılandır, amma burada önəmli olan, könlə düşəni çəkə bilməyənlərə və ona dözümü olmayanlara çəkinmədən söylədiyi sözlərdir. Kin və nifrətin olduğu yer və zamanlarda, könüllərə düşənlərin söylədikləri insanlara, havasız qalınan bir anda, yeni bir nəfəs olmaq kimi gəlir. Bax, o zaman "...Sabun köpükləri suyun üzündə" qalırkən "Yeraltı irmaqlar axar dənizə..."
Sabun köpüyü... Yeraltı irmaq... Necə bir ifadədir bunlar?! Acı verən və zülm edənlər nəhayətində sabun köpüyüdür. İnsana uyumlu davranış hər zaman qalıcıdır. Göz önündə olunmasına, görünməsinə və göstərilməsinə izin verilməyən insan və sevgilər böyüyüb tərəftar bulan sözlərə, axan irmaqlara, böyüyən dənizlərə bənzəməzlərmi?! Onu dışlayanlar, ölkəsindən uzaq düşməsinə səbəb olanlar şair sözündə görünməzmi?
"...Olsun yatan baxtım sizə hədiyyə,
Vaxtı oyadanlar, baxtı oyatmır.
Adım cərgənizdən silinib deyə
Bircə əlinizin xınası çatmır..."
Siyahi... Önəmsizlər ya da önəmsənənlər siyahisi! Vətəndaşlıq qeydi. Sitəm və qəhri bir arada ifadə etmək üçün şairin çox səbəbi var.
"...Vətən də eləcə xəyaldı burada,
Nə ad verəcəksən bu seçkinliyə.
Və... canından artıq sevdiyin yurda
Ayağın dəymirsə üç-beş günlüyə..."
Uçarı bir uşaqlıqmı keçirdi, yoxsul bir gənclikmi, bilmirəm, amma bildiyim, ötkəm bir ixtiyar dəliqanlı olduğudur. Ürəkli, dirəncli, başqılara rəğmən özünü unutmayan və bəlkə düşüncələrini daha çox yaşatmağa zaman tükədən bir şair görürük. "Qələmi durnalar salan lələkdən" olan, "kəlamı, röyasına girən mələkdən" öyrənən və "Özünü öz bələyindən açan", öz içindəki özünü ortaya çıxaran bir şairi anlamaq və anlatmaq, nə qədər mükəmməl ifadə edilsə də, həqiqətən əskik qalır. Təqdir etməkdə bir hədd gərəkdir. Daha irəli getmirik. Bir Məhmət İsmail "bələyini özü açan" şair olmanın dərin mənasını hüzünlə sevincindən çözməyə çalışarkən,"...Buraxın ünvanım dünyada qalsın/Və dönmək gümanım dünyada qalsın/Buraxın məni…" deyən üsyankar insanı görürük. Haraya gedəcək görəsən? Qafasında gedəcəyi yer haradır? "Dünya" dediyi vətənmi ki?! "O Dünya" dediyi əbədi həyatmı ki?! Köməyə gələn yox, amma…yenə də…hər şeyə rəğmən…Ona görə"...Dünyanın qar yeridir/ Dünyanın bahar yeri..." ən gözəl çiçəklərin də qar qalxdıqdan sonra cücərdiyini bilən bir müdrikin, hər cür çətinlikdən sonra umudunu saxladığı anlaşılır. Bəlkə şairin dərin zehnində bir də unudulmaq acısı vardır: "...Vətənin çıxış yolu/Unudulmağa gedir..." desə də, insanoğlunun insanı ağlından çıxarmayanları unutduğu görülməmişdir. Ümit hüzünlə yan-yanadır axı. Necə ki, şair də nöqtəni belə qoyur:
"...Yox, daha içimə bənzəməz çölüm,
Ömrün ağ günləri qaradan çıxar..."
Sanki bu misralar da yetərli deyilmiş kimi "...Sonucda səhəri gətirir gecə..." misrasına baxacaq olsaq, "...O dərdini açmaz sizə/ Özünədir hər sualı..." desə də, "...Gəribin gözündə tez batar günəş/ Qürbətdə həvəsdən tez düşər axşam..." desə belə... Hətta və hətta "...Mən ki bir yolçuyam gedər-gəlməzə..." deyən insanın içinə bir ağır hüzün çökdürən və insanın bədəninə bir gül tikəni kimi batan misrasına rəğmən "...Görürsən gül bitər içindən qarın..." ifadəsindən və ..."Mənzil kəsdim, ümidimi kəsmədim..."ə bənzər bir çox vurğusundan anlayırıq ki, Onun "köhnəliyi" ya da "təzəliyi" nə qədər onun əlində deyildir, amma yenə də ağla ilk öncə Vətən gəlir.
Məhmət İsmail hər cür məhrumiyyətə və dışlanmaya, qəhrə, basqıya, həsrətə rəğmən öncə də dediyimiz kimi bir ümid şairidir. Öyünməyən, utanılacaq bir halı və tövrü olmayan, bir dik duruşlu, bəlkə ara-sıra da dik başlı bir şairdir Məhmət İsmail.
"...Ağlımdan keçən fikirdən
Özüm də heyrətə düşdüm.
Daş yerində ağır olur
Mən nədən qürbətə düşdüm..."
Səbəbini özü yaxşı bilir əslində qürbətə düşməsi (ya düşürülməsi!) əyilib-bükülmədiyindəndi. Daha öncə də bəhs etdiyim qürbətmi, hicrətmi? "Payız budağından qürbətə düşən yarpaq" kimi onun bəxtinə də hər çətinliyə baxmayaraq şeirlərində həyata bağlılığı gözə çox çarpan şeirlər yazmaq düşüb. "Dərd satıb qəm alıb borc eylə"yən biri olduğuna vurğu yaparaq, insan ömrünə bənzətdiyi mövsümlərlə: "...O yazı anladıq, bu güzü duyduq/ Sən mənə bu qışı tərcümə elə..." deyərkən, ömrünün sonuna, yəni qışa gəldiyini qəbullanmağın ifadəsimi anlayaq, ya da onu dışlayanların başına gələcək sonmu? Biz ikinci ifadəni məqbul sayırıq. "...Yaşaya-yaşaya sonunda ömrün/Bu "gün var, yarın yox" zamanı gəldi", deyir. Vaxtın daraldığını etiraf edən bir baxış və ifadə dışında o misra, əslində Tanrıya təslimiyyətin də ifadəsidir. Dəyərbiçilməzlik yükləyir özünə, sonra da bir dərs verir ağılalmaz bir biçimdə.
"...Kimsə məni xatırlamaz,
Kimsəyə lazım deyiləm..."
Necə də rahatsız olmur?! Bu necə xoşgörü, açıqürəklilik, alicənablıq?! Nəfsini yenmiş olmaq, özünü aşmış olmaq, onun müdrikliyin zirvə nöqtəsinə çıxarır. "...Qəfəsə salınan yoprğun ürəyin" vətəndən uzaq qalmaq isə "uçmağı unutmamış" olması, ulaşmaq istəyinin vaz keçilməzliyi kimimi başa düşülməli?!
Məhmət İsmail, həyatı gerçəkçi gözündən ələ alan, şeirini də o gerçəkçi gözlə yazan bir şairdir:
"...Zaman aralıqda qara çizgidir
Ömür keçib gedir bu boş çizgidən.
Üz-üzə gecəylə gündüz güzgüdür,
Bir tale boylanır iki güzgüdən..."
İki güzgü! İki ayna yəni! Biri Azərbaycan, biri Türkiyəmi?! Bir onu dışlayanlar, bir də onun özümü?! Bir bu, bir də o biri dünyamı?! "...Ölən ölüb getməz durduğu yerdə İnsan unudulan çağında ölür..." deyərkən, bir neçə misra daha əlavə edər:
"...Dünyaya gəlməkdə varmıdır səhvim
Bu dünya kimləri dərdə salmadı?!
Dərdə dəyirmançı olmaq görəvim
Nə qədər üyütdüm dərd azalmadı..."
"Bu dünya" dediyi onu qürbətə göndərdikləri vətənmi görəsən, ya da yaşadığımız dünyamı?!Səhvən dünyaya gəlmədiyi hər halından bəlli.O, bu dünyaya bir önəmli görəvlə gəldi və şair oldu, bir bilgədir, görəvini də gərəyincə yapmaqdadır.
Yenə onun "Zamanın ələyi ələndikcə" üstdə qalacağını və diqqətlə baxıldığında xalqın üzündə deyil də ürəyində görünəcəyini bilirik.Ayrılıq, onun dərinindəki qanayan yarasıdır. Ən çox hansı misrasında əks olunmuşdur və göz yaşını gizlər, bilmək istərdim.
Məhmət İsmailin şeirinin duyğu dənizində, çox insan üzəcəkdir. Əgər insanlıq həsrəti, Vətən özləmini sevgi, sitəm, qəhr, vəfa və başqa dəyərləri ruhunda yaşamağı sürdürsə, Məmməd İsmayıl şeiri də sonsuza uzanan bir duyğu ifadəsi olarq qalacaqdır. Anasızlıq ananın, atasızlıq atanın, vətəndən uzaqlıq vətənin, həyat və yaşam da ölümün daha yaxşı anlaşılmasını gətirmişdir və şeirinə yansıtmışdır. Coşğulu ikən belə onun hüznünü, ürəyi sarsılmış bir uşaq kimi titrədiyini hiss edərsiniz. Sevinci fərq edilsə belə, ürəyində yer etmiş acılar vardır. Qırılmağı gözə almış qurumuş budaq kimi əyilib bükülməyən, amma fikirləri yaşıl yarpaq kimi təzə hər çətinliyə baxmayaraq, ümidlərini Azərbaycanın və insanlıq üfüqlərinə asmış bir şairdir. Hər şair öz həyatının şeirini yazar, amma əslində insanı, insanlığı yazar. Ustada sağlıqlı bir ömür diləyən
Mustafa ATMACA
525-ci qəzet.-
2014.- 16 aprel.- S.8.