"Vahidəm, qaldı sözüm
dəhrdə bir dürr
kimi..."
Kürdəmirdə Əliağa Vahidin 120 illiyi qeyd olunub
Kürdəmir rayon İcra Hakimiyyətinin
dəstəyi ilə
AMEA N.Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Aran regional şöbəsi
məşhur şair,
görkəmli qəzəl
ustası Əliağa
Vahidin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii
məclis keçirib.
Tədbiri giriş sözü
ilə açan muzeyin Aran şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə
doktoru Yaqut Bahadurqızı ədəbiyyat
və musiqimizdə özünəməxsus, əvəzsiz
rolu olan Ə.Vahidin həyat və yaradıcılığı
haqqında ətraflı
məlumat verib.
Sonra şairin səsi yazılmış lent yazıları
səsləndirilib.
Filologiya
üzrə elmlər doktoru, professor Tərlan Quluyev, Əməkdar müəllim İmran Sabirov, yazıçı-publisist,
AYB-nın tərcümə
bölməsinin rəhbəri
İlqar Fəhmi Əliağa Vahidin yaradıcılığının əsas məziyyətlərindən,
qəzəl janrının
ənənəvi klassik
xüsusiyyətlərinə riayət etməklə bərabər sadə, xalq danışıq tərzinə yaxın yazı üslubu ilə ədəbiyyata yeni nəfəs gətirməsindən, publisistik
fəaliyyəti, satira
sahəsindəki orijinal
xüsusiyyətləri, tərcümələri,
Azərbaycan muğam ifaçılarının tərəqqisinə
xidmətlərindən söhbət
açıblar.
Şairin həyat və yaradıcılığından bəhs edən "Qəzəlxan" filmindən
kadrlar nümayiş etdirilib.
Respublika III Muğam Müsabiqəsinin
qalibləri Məmməd
Nəcəfov və Nigar Şabanova Ə.Vahidin qəzəllərinə
muğam və təsniflər ifa ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 25 aprel.- S.7.