Teymur Elçinin 90 illiyi qeyd edilib

 

 

 

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında şair Teymur Elçinin 90 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, kitabxanada görkəmli ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını alıb. O, qeyd edib ki, kitabxananın kollektivi tərəfindən T. Elçinin əsərlərini özündə əks etdirən biblioqrafiya nəşr olunub: "Bu biblioqrafiya Teymur Elçinin haqqında tədqiqat aparan mütəxəssislər üçün əhəmiyyətli mənbədir. Bundan başqa Teymur müəllimin şeirlərinə yazılan mahnılardan ibarət disk işıq üzü görüb. Teymur Elçinin bütün əsərləri, xatirə şəkilləri, onun haqqında yazılan yazılar internet bazada toplanıb".

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Ə. Qarayev T. Elçini dövlət xadimi ədəbi şəxsiyyət kimi qiymətləndirib: "Teymur müəllim böyük vəzifə daşıyan dövlət nümayəndəsindən başqa, həm şair kimi tanınır sevilirdi. O, Azərbaycan ədəbi dilinin qorunmasında, onun inkişafında müstəsna xidmətlər göstərib, dilin yaşamasına təkan verib. Teymur Elçin gələcəyə baxan insan idi. Çünki o, uşaqlar üçün yazırdı".

Xalq yazıçısı Elçin Əfəndiyev T. Elçinin şeirlərinin bu gün aktual olduğunu diqqətə çatdırıb. Yazıçı bildirib ki, təkcə uşaqlar yox, böyüklər T. Elçinin şeirlərini oxuyurlar: "Şəxsən mən bu gün Teymur müəllimin şeirlərini oxuyuram uzun illər oxuyacam. Çox sevinirəm ki, o şeirlərin çoxu mənim övladlarıma yazılıb. Bu gün Teymur müəllimin ruhu şaddır bizimlədir".

T. Elçinin oğlu, Azərbaycanın  Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev tədbirin təşkilinə görə ailəsi adından  Mədəniyyət Turizm Nazirliyinə, Milli Kitabxanaya təşəkkürünü bildirib: "Bu gün bizim ailəmizin nurlu, günəşli günüdür. Burda söylənən xoş sözlərdən, səmimi çıxışlardan bir daha əmin oldum ki, insanlar mənim atamı çox seviblər, ona böyük hörmət ehtiram göstəriblər".

Tədbirdə T. Elçin haqqında film nümayiş olunub.

 

525-ci qəzet.- 2014.- 25 aprel.- S.7.