Ağsuda rəssam Eyzam Şıxəliyevin rəsm sərgisi açılıb

 

Ağsu Şəhər Mədəniyyət Evində Azərbaycan Rəssamlar İttifaqının üzvü Eyzam Şıxəliyevin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Sərgidə rəssamın yağlı boya ilə işlənmiş 30 əl işi nümayiş etdirilib.

Eyzam Şıxəliyevin “Həmyaşıdlar”, “Analar müharibə istəmir”, “Muğam”, “Şah İsmayıl Xətai”, “Aşıq Bilal”, “Alim Qasımov”, “Səməndər Rzayevkimi əsərləri ziyarətçilərin böyük marağına səbəb olub.

Ağsu rayonunun səfalı dağ kəndlərindən olan Kalvada dünyaya göz açan, burada boya-başa çatan E. Şıxəliyev 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Ağsu Şəhər Mədəniyyət Evində rəssam kimi fəaliyyətə başlayıb. 1996-cı ildən isə Bakıda çalışıb. Əsərləri bir çox sərgilərdə nümayiş etdirilib.

Yaradıcılığında təbiət mövzusunun da böyük yer aldığı rəssam əsərlərində insanın daxili aləminə nüfuz etməklə rənglərin dili ilə onu göstərmək bacarığına malikdir.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 8 avqust.- s.4.