Opera və
Balet Teatrının orkestri Almaniyada Qut-İmmlinq opera sənəti
festivalına
qatılıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
orkestri Almaniyada keçirilən Qut-İmmlinq
opera sənəti festivalında
iştirak edir. SİA-nın verdiyi məlumata görə, orkestr Avropanın mötəbər mədəniyyət
tədbirlərdən olan
bu festivala artıq yeddinci dəfə qatılır.
Bavariyanın səfalı guşələrindən
olan Qut-İmmlinqdə
təşkil olunan ənənəvi festivala bu il Avropanın bir çox ölkələri,
ABŞ, Çin, Yaponiya,
Türkiyə - ümumilikdə
38 ölkədən musiqiçilər
dəvət alıb.
Opera və Balet Teatrının orkestri avqustun 10-da festivalın qala-konsertdə çıxış
edəcək. Qala-konsertdə Avropa bəstəkarları
ilə yanaşı, Azərbaycanın ölməz
bəstəkarları Üzeyir
Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də ifa olunacaq. Kollektivi festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk
və Azərbaycanın
Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 8 avqust.- S.4