Yolçu  

 

Vətənimizin ağır günlərində üç övladı ilə özünü Vətən torpağına sipər edən, sözün əsl mənasında Xalq qəhrəmanı Hacı Əkbər Rüstəmova ithaf edirəm.

 

Vətən yanğısıyla şeir yaz dedin,

Varağım od tutub alışır hərdən.

İllərdi qoynuna gedə bilmirik,

Bizi oğulluqdan silməz ki, Vətən?

 

Yolçu qardaş, bir yol tutub gedirsən,

Qorxutmayıb səni eniş, yoxuşlar.

Bəzən ağlayırsan, bəzən gülürsən,

Göz yaşların yanağını naxışlar.

 

Bir gözün ağlayır, bir gözün gülür

Budur yolundakı təmiz əqidə 

Səmadan qəlbinə nurlar süzülür

Vicdanın təmizdir, ruhun həqiqət.

 

İndi bizim üçün sönüb ocaqlar

De bizi kim sevər, kim əzizləyər. 

vaxtsa peşiman olacaqdılar

vaxtsa haqq özü bizi səsləyər. 

 

Yolçu, dönə-dönə etdin məsləhət

Ürəkdə torpağa, elə məhəbbət;

dənə-dənə dənələnnik

min bir yerə səpələnnik

dönə-dönə biz ələnnik

köçkün deyə çağırarlar.

 

Söylə, baxdılarmı məsləhətinə

De, inandılarmı həqiqətinə

Sonda sən dediyin oldu bu həyat

Xeyri yoxdu yatan yatıb min oyat...

 

Dənə-dənə dənələndik

Min bir yerə səpələndik

Dönə-dönə biz ələndik

Köçkün deyə çağırdılar.

 

Sən kimlərlə qarşılaşdın bu yolda

Çoxmu qəhrəmanı gördün, a yolçu.

Başı qarlı dağlar aşdın bu yolda

De, sən neçə ömür sürdün a yolçu.

 

Sevdin el-obanı canından artıq

Üç oğlunla vətənə sipər oldun.

Vuruldun elinə qanından artıq

Döyüşdün Ər oğlu dedilər sənə.

 

Sənanın şəhiddi; ona min rəhmət!

Yenə öz yoluyla gedir o yolçu

Ürəyində sevgi, canında qeyrət

Vətəni, elini sevir o yolçu.

 

Axı ayağında dəmir çarıq,

ki, sehrli əsan varıydı.

Sən tufana düşmüş yelkənsiz qayıq

Hər tərəfin boranıydı, min qarıydı.

 

Sonu görünməyən bir yoldu bu yol

Sonunda bir işıq parlayır onun.

Bu yolun sağı, solu yoxdu,

Bu yol arzusudur neçə milyonun.

 

Sən ehey Yolçu, bir yol tutub gedirsən

Bu yolda qoy sənə uğurlar olsun

Bəzən ağlayırsan, bəzən gülürsən,

Yolun aydın olsun, işıqlar olsun,

 

Tanrı bu yolda sənə yar olsun.

Çox yolun yolçusunu

Yola salıb bu dünya.

Bu yolun ağrısını,

Kim anlaya, kim duya.

 

Şərəfli ağır yolun

Yolçusu Hacı Əkbər.

Yanan odun, alovun

Yolçusu Hacı Əkbər.

 

Vətəni sevməyinlə

Seçildin hər bir kəsdən.

Döyüşdə zəfərinlə

Qəhrəman oldu dəstən.

 

Hələ çox belə yolun

İlk cığırın açarsan

Milyonların səsiylə

Göylərə ucalarsan.

 

Elxan İdris fəxrlə

Sənə alqış söyləyir.

Sənə bu uzun yolda

Çox uğurlar diləyir.

 

Elxan İDRİS

20 yanvar 2010-cu il

525-ci qəzet.- 2014.- 9 avqust.- S.28.