Mərdliyin
profilləri - C. F. Kennedi
İngiliscədən
Telman Orucov tərcümə edib
(Əvvəli ötən şənbə
sayımızda)
Belə
bir niyyət yox idi ki, müstəqillik naminə müstəqilliyə,
bütün kompromisslərə qarşı inadkarlığa
və ya izafi məğrurluqla və tərsliklə birinin
şəxsi əqidələrini dərk etməyə haqq
qazandıraq. Belə bir məqsəd də yox idi ki, hər
bir məsələnin düz və səhv tərəfə
malik olduğu, əclaflar və səfehlər istisna olmaqla
bütün Senatorların düzgün tərəfi
tapacaqları və onu müdafiə edəcəkləri barədəki
fikir təklif edilsin. Əksinə, Baş nazir Melburnun
(söhbət XIX əsrin ikinci rübündə (1834-1841-ci
illərdə) Böyük Britaniyanın Baş naziri olmuş
Uilyam Lamb – vikont Melburndan gedir – tərcüməçi) ifadə
etdiyi hissləri bölüşürəm. O vaxtlar gənc
tarixçi olan T.B.Makoleyin tənqidindən qıcıqlanan
Melburn qeyd etmişdi ki, necə ki, Makoley hər şeyi bilən
kimi görünür, mən də istərdim ki, heç
olmazsa nəsə haqqında əmin ola bilim. Və doqquz il
Konqressdə olmaq mənə Linkolnun (Abraham Linkoln 1861-1865-ci
illərdə ABŞ Prezidenti olmaqla, yerli ekspertlərin rəyinə
görə ölkə tarixində ən yaxşı Prezident
olmuşdu – tərcüməçi) sözlərinin
müdrikliyini öyrətdi: “Az şey vardır ki,
bütünlüklə şərdir və ya
bütünlüklə yaxşıdır. Demək olar ki, hər
şey, xüsusən hökumətin siyasəti hər ikisinin
bölünməz qarışığıdır, belə
ki, onların ikisi arasında hansının üstün
olduğu barədə ən yaxşı qərar verməyimiz
ardıcıl olaraq tələb olunur”.
Bu kitab
partiyanın nizamlanmasını və partiya məsuliyyətini
təklif etmək niyyətini güdmür, bunlar zəruri
şeylərdir ki, heç vaxt bizim qərarlarımıza təsir
göstərməyəcəkdir. Bunu da təklif etmək niyyətini
güdmür ki, bir ştatın və ya regionun yerli
maraqları istənilən vaxt müzakirə edilmək
üçün legitim hüquqa malik deyildir. Əksinə, hər
bir Senatorun loyallığı onun partiyası, ştatı və
sektsiyası, ölkəsi və öz vicdanı arasında
bölünür. Partiya məsələlərində onun
loyallığına normal qaydada nəzarət olunur. Regional
disputlarda, regional məsuliyyətlilik onun xəttinə bələdçilik
edənə bənzəyir. Milli məsələlərdə,
vicdan işlərində partiya və regional loyallığa
çağırış baş verir, mərdliyin
sınağı meydana çıxır.
Birinə
Prezident olmaq üçün, birinə partiyaya görə və
ya millətə görə öz aşıb-daşan hissi
naminə vuruşmaq üçün mərdlik göstərmək
lazım gəlir. Lakin bunlar müqayisə edilməzdir, mənə
elə görünür ki, Senatordan igidlik göstərmək
tələb olunanda, onun gələcəyinə nəzarət
edən seçicilərin sərt qüvvəsinə
açıq şəkildə tabe olmamaq gəlir. Bu səbəbə
görə mən təqdim olunan əsərə millətin
daha məşhur “üsyançılarını” – Con
Randolfu, Taddeus Stivensi, Robert La Folletteni və digər
bütün qalanları daxil etmədim – onlar mərdlik,
vicdanlılıq adamları idilər, lakin onlar bu mübarizələri
belə inamla aparmışdılar ki, evlərinə geri
dönəndə seçicilərin dəstəyinə sevinəcəklər.
Ən nəhayət,
bu kitab demokratik hökuməti və xalqı idarə etməni
aşağılamaq niyyətini güdmür. Prinsip adamlarını
haqsız olaraq seçici ehtirasları tərəfindən məhkum
edilməsi nümunələri, seçki prosesində
geniş iştiraka icazə verilməsinə qarşı
cavabı olmayan arqumentlər də deyildir. İctimaiyyətdən
gələn qəddar bədbəxtliklər
qarşısında xeyirxahlığa nail olan adamların əhvalatları
heç də axırıncı sübut deyildir ki, biz
bütün vaxtlarda milli məsələlər üstündə
seçicilərin hisslərinə məhəl qoymayaq.
Çünki necə ki, Uinston Çörçill
demişdi: “Demokratiya idarə etmənin ən pis
formasıdır – zamandan zamana sınaqdan keçirdiyi bütün
formalar istisna olmaqla”. Biz öz demokratik proseslərimizi
yaxşılaşdıra bilərik və biz vicdan
adamlarına hörmətimizi artıra bilərik, onlar bunu
labüd hesab etmişlər, zamandan zamana ictimai rəyin əleyhinə
hərəkət etmişlər. Lakin biz qanunvericilik müstəqilliyini
və məsuliyyətini qadağan etməklə və ya
demokratiyanı azaltmaqla problemləri həll edə bilmərik.
Çünki
demokratiya daha populyar hökuməti və çoxluğun idarə
etməsi mənasını verir, bu seçicilərin qüdrətli
bloklarını tərifləmək və ya aldatmaq
üçün olan siyasi texnikalar sistemindən olduqca
böyük əhəmiyyət kəsb edir. Demokratiya heç
bir Corc Norrisin qeyd etmədiyi – populyar idarə etmə dənizində
fərdi vicdanın abidəsi olmamaqla – bu adı
daşımağa layiq deyildir. Həqiqi demokratiya yaşayaraq,
böyüyərək və ilhamlanaraq öz inamını
xalqın üzərinə qoyur – bu inam ondan ibarətdir ki,
xalq sadəcə onun baxışlarını bacarıqla və
sədaqətlə təmsil edən adamların sadəcə
seçicisi olmayacaqdır, lakin həmçinin elə
adamların seçilməsi olacaqdır ki, onlar vicdanlı
şəkildə mühakimə edəcəklər – belə
bir inam ki, xalq prinsiplərə özünü həsr edənlərin
qeyri-populyar kursa getmələrinə görə onları məhkum
etməyəcəkdir, əksinə mərdliyi qiymətləndirəcək,
şərəfə hörmət bəsləyəcək və
bütünlükdə haqqı tanıyacaqdır.
Bu əhvalatlar
belə demokratiyanın tarixçələridir. Həqiqətən
də, burada bu millətin sərbəst nitqinin irsini dəstəkləmədiyinə
və rəyin şərəfli münaqişələrinin tərbiyə
etmədiyi fikir ayrılığına, qeyri-populyar
baxışlara tolerantlığı bəyənməməyə
malik olan heç bir əhvalat olmayacaqdır. Həyasız
adamlar hər fəsilə xoşbəxt sonluq verə bilmədiyimizi
göstərə bilərlər. Lakin mən əminəm ki,
bu əhvalatlara igidlik göstərənlərdən hali olmaq
xəbərdarlığı kimi baxılmayacaqdır.
Çünki onlardan çoxunun, kimlər ki, ictimai rəylərin
təzyiqinə davam gətirə bilirdi, davam edən siyasi
uğuru və qalanların bütünlüklə bəraət
alması, xalqın uzun müddətli mühakiməsində
bizi öz inamımızı qoruyub saxlamağa qadir etdi.
Və
bunlar nə keçmiş igidliyin nümunələri, nə
də təkcə Senatda bağlanıb qalan gələcək
igidliklərə ehtiyac duyulması deyildir. Həm də bu, təkcə
bizim torpaqdakı hər bir vəzifə sahibinin mərdliyinə
və vicdanına aid problemlər də deyildir, onlar lap itaət
edən və ya qüdrətli olsunlar, fərqi yoxdur, kiminsə
qarşısında – seçicilərin, qanunvericiliyin, siyasi
maşının və ya partiya təşkilatı
qarşısında məsuliyyət daşımalı
olacaqdır. Onlar bizim torpaqdakı hər bir seçiciyə və
səs verməyənlərə də aiddir, hökumətə
heç bir maraq göstərməyənlərə də,
siyasətçiyə və onun sənətinə laqeyd
yanaşanlara da aiddir. Onlar yuxarı yerlərdəki korrupsiya
barədə nə vaxtsa şikayət edənlərə də,
təmsilçinin onun arzularından möhkəm
yapışmasını heç vaxt təkid etməyənlərə
də aiddir. Çünki demokratiyada hər bir vətəndaş
özünün siyasətə marağından asılı
olmayaraq “vəzifə tutur”, bizdən hər bir kəs məsuliyyət
daşımaq mövqeyindədir; və son təhlildə
hökumətin növünü, həmin məsuliyyəti necə
icra etməyimizdən asılı edirik. Xalq ağadır və
bir siyasi liderliyin o növünə malik oluruq ki, yaxşı
ya pis olmasından asılı olmayaraq, onu özümüz tələb
edirik və buna layiqik.
Bu problemlər
hətta təkcə siyasətçilərə aid deyildir,
çünki mərdliyin eyni təməl seçimi və ya
razılıq ardıcıl olaraq bizim hamımızla
üz-üzə gəlir, biz seçicilərin,
dostlarımızın, direktorlar şurasının və
bizim birliyin acığından qorxuruqmu, güclü
mübahisə tələb edən məsələdə rəy
axınına qarşı dayana bilirikmi? Çünki
adamların ölümü ilə bağlı olan igidliyin əhəmiyyətini
kiçiltmədən, biz həmin adamların mərdlik hərəkətlərini
– kitabda adları çəkilənlər kimi –
unutmamalıyıq, onlar yaşamışlar. Həyat igidliyi
çox hallarda son anın igidliyindən az dramatik bir tamaşa
olur; lakin bu, zəfərin və faciənin gözəl
qarışığından heç də az deyildir. Adam etməli
olduğunu edir – şəxsən özünə aid olan nəticələrin
acığına, maneələrin, təhlükələrin
və təzyiqlərin acığına – və bu,
bütün bəşər mənəviyyatının təməlidir.
Mərd
olmaq üçün bu əhvalatlar aydın edəcəkdir
ki, nə heç bir müstəsna keyfiyyət, nə sehrli
bir formula, nə xüsusi zaman, yer və şərait
kombinasiyası tələb olunmur. Bu elə bir imkandır ki,
tez ya gec bizim hamımızın qarşısına
çıxır. Siyasət elə meydanı sadəcə bəzəyir
ki, orada igidliyin xüsusi sınaqları baş verir. Həyatın
bu səhnəsində bir nəfər mərdlik
çağırışı ilə qarşılaşa bilər,
bu vaxt öz vicdanına qulaq asırsa, nəsə qurban verilə
bilər – öz dostlarını, öz taleyini, öz məmnunluğunu,
hətta öz yaxın adamlarının hörmətini itirə
bilər – hər bir adam özü gedəcəyi kurs barədə
qərar verməlidir. Keçmişin mərdliyinin əhvalatları
özündə belə bir inqrediyenti müəyyən edə
bilər ki – onlar öyrədə bilər, onlar ümid təklif
edə bilər, onlar ilhamla təmin edə bilər, lakin onlar
mərdliyin özünü heç də təchiz edə
bilməz. Bunun üçün hər bir adam öz
könlünə baxmalıdır.
Con
F.Kennedinin tərcümeyi-halı Birləşmiş
Ştatların 35-ci prezidenti Kennedi ailəsində
böyümə
Con
F.Kennedi 29 may 1917-ci ildə anadan olmuşdur, ailədəki
doqquz uşaqdan ikincisi idi. Onun valideynləri: Cozef Patrik
Kennedi-Böyük və Roza Fitcerald Kennedi idi, babaları və
nənələri 1848-ci ildəki böyük kartof
aclığı vaxtı İrlandiyadan mühacirət
etmiş amerikanların ikinci nəsli idi. Onun ata babası
Patrik C.Kennedi qəlyanaltı yeməkxanasının sahibi və
Bostonun siyasi rayonunda “boss” idi; onun ana babası Con F. (“Qəşəng
Fits”) Fitcerald Bostonun meri və Birləşmiş
Ştatların Konqressmeni olmuşdu.
Con
F.Kennedi hələ körpə olanda ailəsi və
dostları onu “Cek” deyə çağırırdılar. Cek
o qədər də sağlam uşaq deyildi; onun anası xəbər
verirdi ki, o, bu xəstəliklərdən əziyyət çəkmişdi:
göyöskürək, qızılca və toyuq
çiçəyi. Mavi gözlü Cekin iki yaşı
olanda, o, skarlatina ilə xəstələndi, bu yüksək dərəcədə
sirayətləndirici və həyata təhlükə yaradan xəstəlik
idi. Onun atası Cekin öləcəyindən qorxub hər
gün xəstəxanaya gəlirdi ki, oğlunun yanında
olsun. Cek bir aya yaxın müddətdən sonra sağaldı,
lakin onun uşaqlığını pis səhhəti xarakterizə
edirdi – xəstəlik o qədər çox idi ki, onun ailəsi
zarafat şəklində deyirdi ki, ağcaqanad onu dişləsə
böyük risk edə bilər; Cekin azacıq qanı demək
olar ki, hökmən ağcaqanadı öldürərdi.
Cekin
üç yaşı olanda Kennedilər Bruklindəki köhnə
evlərindən bir neçə məhlə aralıda olan
Bostonun kənarındakı yeni evə köçdülər.
Bu on iki otaqlı, qüllə pəncərələri və
iri balkonu olan ev idi. Cekin atası bütöv enerji və
ambitsiya ilə, çox ciddi-cəhdlə işləyirdi ki,
uğur qazanan biznesmen olsun. Harvard Kollecinin tələbəsi
olanda o, İrland Katoliki kimi çətin dövrlər
keçirmişdi, özlüyündə and içmişdi
ki, otuz beş yaşında o, milyon dollar pul qazanacaqdır.
Bunu bacarmaq üçün o, otuz beş yaşında bank
prezidenti oldu, sonralar Hollivud filmlərini istehsal etdi və
birjaya iri investisiya qoydu. Prezident Franklin D.Ruzveltin
administrasiyası ərzində bu özünü düzəldən
milyoner Təhlükəsizliklər və Mübadilə
Komissiyasının sədri və Birləşmiş
Ştatların Böyük Britaniyadakı səfiri kimi xidmət
göstərdi.
Hər məktəb
ilinin sonunda Kennedilərin uşaqları Kod buxtasındakı
Hiannis Portdakı yay evlərinə
yığışırdılar, burada onlar dənizdə
üzür, yelkənli qayıq sürür və futbol
oynayırdılar. Kennedilərin uşaqları atasının
həvəsləndirdiyi kimi bir-birilə gərgin surətdə
rəqabət aparırdılar. Cozef-Böyük
oğlanlarından xüsusən çox şey gözləyirdi,
o, istəyirdi ki, onlar təkcə atletika məsələlərində
deyil, nədən yapışsalar, onda zəfər
çalsınlar. Bəzən ancaq bu ailə yarışda
çox uzağa gedib çıxırdı – bir dəfə
Co Ceki velosiped yarışına çağıranda, onlar
başları ilə toqquşdular və axırıncı
yarış iştirakçısına bu, iyirmi yeddi tikiş
qoyulmasına başa gəldi.
İki
böyük oğlan cazibədar, xoş xasiyyətli və fərasətli
idi və mister Kennedi onların hər ikisinə böyük
ümid bəsləyirdi. Hələ cavan oğlan olanda Co hər
bir kəsə elan etmişdi ki, bir gün o, ilk katolik prezident
olacaqdır (həmin vaxtlarda Amerikada katoliklərə
münasibət çox pis olduğundan, onların siyasi səhnədə
irəliləməsi qeyri-mümkün hesab edilirdi – tərcüməçi).
Həmin vaxt heç kəs buna şübhə etmirdi. Digər
tərəfdən, Cek daha az ambitsiyalı kimi
görünürdü. O, daha çox Çoatda, Konnektikat
internat məktəbində populyar idi, şagird qruplarında fəal
olmaqla, tennis, basketbol, futbol, qolf oynayırdı və
mütaliə ilə məşğul olurdu. (Onun dostu Len
Billinqs deyirdi ki, bu necə də qeyri-adi hal idi ki, şagird
kimi Cek “New York Times”-a abunə yazılmışdı). Cekin
baş müəllimi, hətta onun “bacarıqlı, fərdi
ağıla” malik olduğunu qeyd edirdi. Hər şeyin
acığına Cek ancaq nadir hallarda bacardığı qədər
belə inadkarlıqla oxuyurdu (onun sevdiyi fənnlər – tarix və
ingilis dili, əlbəttə ki, istisna olmaqla). Bu bir fakt idi ki,
o, özünü yüksək təhsil dərəcəsinə
görə deyil, şux geyimi, istedadına görə fərqləndirməyə
çalışırdı. Onun atası məktubunda
yazırdı, “mən istəmirəm ki, belə təəssürat
yaradım ki, mən yersiz irad tutanam, Allah da bilir ki, hər bir
valideyn kimi düşünürəm ki, bu çox pisdir və
mən həmçinin hiss edirəm ki, sən bilirsən ki, əgər
mən real olaraq hiss etməsəm ki, sən yaxşı
olanlara maliksən, mən sənin uğursuzluğuna
münasibətdə daha rəhmdil olardım. Xalqı ələ
keçirməyin uzun təcrübəsindən sonra mən dəqiq
bilirəm ki, sən yaxşı olanlara maliksən və sən
uzun yolu gedə bilərsən... Bünövrəni qoymaq
çox çətindirsə, sən çox gənc olanda
buna laqeydlik göstərdin və buna görə mən sənə
bacardığın ən yaxşı şeyləri etməyi
məsləhət görürdüm. Mən o qədər
çox şey gözləmirəm və sən həqiqi dahi
ola bilməyəcəksənsə, mən peşiman
olmayacağam, lakin mən düşünürəm ki, sən
yaxşı mühakiməsi və təfəkkürü olan
həqiqi ləyaqətli vətəndaş ola bilərsən”.
(Ardı var)
525-ci qəzet.- 2014.- 9 avqust.- S.24.