“Mən meqapolisdə yaşayan müsəlmanam”

 

 

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Ülkər Mehdiyeva

“Look.tm” moda portalına müsahibə verib. Rusiya Jurnalistlər Birliyinin Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, “Novosti-Azerbaydjaninformasiya agentliyinin xüsusi müxbiri, postsovet məkanında ictimai-siyasi prosesləri öyrənən Analitik İnformasiya Mərkəzinin eksperti Ü.Mehdiyeva peşəkar fəaliyyəti ilə bağlı suallarla yanaşı, jurnalistin dəblə bağlı sorğularını da cavablandırıb.

 

“525-ci qəzethəmin müsahibəni təqdim edir.

Ülkər xanım, jurnalist kimi vaxtdan fəaliyyətə başlamısınız?

İlk müsahibəmi 2012-ci ilin iyununda almışam. Analitik materialları isə daha əvvəllərdən hazırlayırdım. 2011-ci ildə universiteti qurtaran kimi postsovet məkanında ictimai-siyasi prosesləri öyrənən Analitik İnformasiya Mərkəzinin eksperti oldum. Bu, mənim üçün əvəzedilməz təcrübə idi.

Belə qısa müddətdə siz Azərbaycan diasporunda ən məşhur jurnalistlərdən biri oldunuz. Bu uğurun sirri nədədir?

Xoş sözlər üçün çox sağ olun. Düzünü desəm, mən özümə uğurlarıma çox tənqidi yanaşıram. Fikrimcə, bundan da artığını bacararam. Etiraf edim ki, bir il əvvəl siz məndən müsahibə götürmək istəyəndə elə bu səbəbdən razı olmamışdım. Mənə elə gəlirdi ki, xüsusi reportajın qəhrəmanı olmaq üçün qeyri-adi heç etməmişəm. Bu il isə Rusiya Jurnalistlər Birliyinin Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü oldum. Ümid edirəm ki, bir il ərzində işimdə qazandığım uğurlar, artıq sizə nəsə danışmağa imkan verəcək. İnsanı müvəffəqiyyətə Allaha, özünə arzularına olan inam aparır. İnsan inanmasa, heç vaxt uğur qazana bilməz. Uğursuzluğa düçar olursansa, yenidən ayağa qalxmaq üçün özündə güc tapmağı da bacarmalısan. Həyatda hamı səhv edə bilər. Ən əsası, heç vaxt özünə qapanmayasan. İnsanı irəli aparan ruhun gücüdür. Bu dünyada mümkün olmayan heç yoxdur. Mən hələ uşaq olanda azərbaycanlı gənc jurnalist Səadət Qədirova haqqında məqalə oxumuşdum. O istedadlı qızın həyatı məni bərk təsirləndirmişdi. Öz-özümə fikirləşmişdim ki, böyüyəndə onun kimi olacağam. Bir il sonra isə o qızla tanış oldum dostluq etməyə başladım. Dördüncü kursda oxuyarkən kafedranın xüsusi kursuna yazılmışdım. Müəllimimi görəndə təəccübləndim. Bu, müsahibəsini oxuduğum həmin qız idi. Mən fəxr edirəm ki, onun tələbəsi olmuşam. İndi mən bunları sizə danışıram düşünürəm ki, ola bilər bu dediklərim kimin üçünsə bir stimul olsun.

– Mayakovski qələmi süngüyə bənzədir. Bu fikirlə razısınızmı?

Məqalələrimin hər biri qəlbimin harayıdır. Hər hansı bir problemdən yazıramsa, deməli, həmin məsələ mənə güclü təsir edib. Misal üçün, bu yaxınlarda bir jurnalistin azərbaycanlılar haqqında xoşagəlməz sözlərlə dolu məqaləsinə cavab yazdım. Hazırladığım material böyük səs-küy yaratdı. Bu, mənim üçün kiçik olsa, qələbə idi. qədər insan varsa, o qədər fikir var. Kiminsə sizi olduğunuz kimi qəbul etmədiyinə görə ruhdan düşmək, özünə olan inamı itirmək olmaz. Zaman keçdikcə kimin kim olduğu aydınlaşır.

Jurnalistika sizin üçün nədir?

Jurnalistika mənim üçün düşüncə tərzidir, tənqidi fikirləşmək bacarığıdır. vaxtsa bu peşədən getsəm belə, başqa cür düşünə biləcəyimə inanmıram. Jurnalistika həm mənim üçün ədalət uğrunda mübarizə vasitəsidir. Yazılarımla həqiqəti geniş auditoriyaya açıqlaya bilərəm. Yazılarımın qəhrəmanları müxtəlif olur, tanınmışlar da var, adi insanlar da.

Ən yaddaqalan müsahibəniz hansı olub?

Açığı, qəhrəmanlarımın birini o birindən ayıra bilmirəm. Bütün müsahiblərim güclü şəxsiyyətlərdir. Ən çox, əlbəttə ki, ilk müsahibəmi xatırlayıram. Həmin yazınıMən fəxr edirəm ki, azərbaycanlıyamsənədli filminin çəkilişləri zamanı hazırlamışdım. O vaxt fikirləşirdim ki, müsahibədən asan heç yoxdur. Ancaq hər şey gözlədiyim kimi olmadı. Buna baxmayaraq, söhbətim olduqca maraqlı alındı. Düşünürəm ki, başlıq da simvolik idi: “Hər bir azərbaycanlı, ümumiyyətlə, hər bir insan yaxşı hərəkətləri ilə fəxr etməlidir”. Satira Teatrının direktoru Məmməd Ağayevin dediyi bu sözlər mənə çox doğmadır. Mən istəyirəm ki, insanların münasibətlərində hikkə, hirs olmasın.

Siz Rusiyada uğur qazanan bir çox azərbaycanlını oxuculara tanıtdınız. Bu gün azərbaycanlıların Rusiya Federasiyasında formalaşmış imici barədə deyə bilərsiniz?

Uzun müddət Rusiyada azərbaycanlıların imici buraya qazanc üçün gələnlərə görə başqa cür formalaşmışdı. Bu səbəbdən rusların şüurundabazar alverçilərikimi qalmışdıq.  Düşünmürəm ki, bu pisdir. Azərbaycanlılarda ticarət yaxşı alınır. Bunu tarix sübut edir. İvan Qroznı da Azərbaycan tacirlərinə Moskva, Həştərxan, Kazan digər şəhərlərdə yaşamağa, ticarətlə məşğul olmağa icazə vermişdi. Tarixdə belə faktlar çoxdur. 50-60-cı illərdə azərbaycanlılar Rusiyaya Sibirdə neft yataqları kəşf etmək üçün gəlirdilər. Bu o deməkdir ki, biz yalnız ticarət üçün burada olmamışıq. Bu gün bazarda alver edənlərin övladları Rusiyanın aparıcı ali məktəblərində təhsil alırlar tanınmış şirkətlərlə, dövlət strukturları ilə qururlar. Əlbəttə, diasporumuzun həll etməli olduğu bəzi problemlər var. Hazırda Rusiyada azərbaycanlıların obrazını əsasən, gənclər formalaşdırır. Azərbaycan gəncləri milli dəyərlərini qoruyaraq uğurla Rusiya cəmiyyətinə inteqrasiya edirlər.

Siz Rusiyada yaşayırsınız, Azərbaycanda isə anadan olmusunuz. Bəs Vətəniniz haradır?

Sözsüz ki, vətənim Azərbaycandır. Mən Azərbaycan sözünü eşidəndə ürəyim qəribə hisslərlə dolur. Vətənimin adı çəkiləndə yadıma Bakı bulvarındakı neft qoxusu, İçərişəhərin dar küçələri, paxlavanın şirin ətri və əlbəttə ki, Azərbaycan qızlarının sevgi, sədaqət gücü olan Qız qalası düşür. Azərbaycan mənim ürəyimdir. Lakin bununla belə, mən Vətənə olan sevgimi rus dilində daha yaxşı ifadə edə bilirəm. Çünki mən rus dilində düşünürəm, yuxu görürəm, arzularımı öz-özümə bu dildə pıçıldayıram. Doğrudur, hələ də Rusiyanın dözülməz soyuğuna, qarlı qışına öyrəşməmişəm, amma bu mənə rus fəsəlilərini, “Matryoşka” oyuncaqlarını, rus xalq mahnılarını sevməyə mane olmur. Rusiyada mən şəxsiyyət kimi formalaşdım, uşaqlıqda arzuladığım təhsili aldım. Moskvada hər saniyənin öz hökmü var. Daim hərəkətdə olmalı və başqalarından geri qalmamalısan.

– Fotosessiyanız üçün minimalizm üslubu seçilib. Bu stil real həyatda sizə nə dərəcədə yaxındır?

– Mən “Nə qədər sadə olsa, bir o qədər yaxşıdır” prinsipini üstün tuturam. Sadə geyim, adi makiyajsaç düzümü xoşuma gəlir. Saçlarımı, adətən, toplamıram. Aksessuarlardan qolbağlara üstünlük verirəm. Çox nadir hallarda boyunbağından istifadə edirəm. Zərgərlik məmulatlarına o qədər də marağım yoxdur. Yalnız anamın hədiyyə etdiyi üzüyü taxıram. İnanıram ki, o mənə xoşbəxtlik gətirir. Heç vaxt onu barmağımdan çıxartmıram. Əşyalar qiymətinə görə yox, səninlə əlaqəsi olan xatirələrinə görə dəyərlidir. Ancaq onu da deyim ki, bir neçə il sonra başqa cür də fikirləşə bilərəm və zinət əşyalarına sevgim yarana bilər.

– Müsəlman mədəniyyətinin moda dünyasına təsiri hər il artır. Görünür, bu tendensiya hələ uzun müddət qalacaq. Bəs, bu üslub sizin stilinizə necə təsir edir?

İslam mədəniyyətinin təkcə geyimlərimə yox, həyat tərzimə də təsiri var. Mən meqapolisdə yaşayan müsəlmanam. Avropasayağı geyinsəm də, başımı örtməsəm də, din həyatımda birinci dərəcəlidir. İslamın müəyyən qanunları var ki, mən onları heç vaxt pozmaram. Özümü hansısa çətin vəziyyətdə gücdən düşmüş hiss edəndə ilk növbədə məscidə gedirəm. Bu mənə mənəvi tarazlığımı qorumaq üçün lazımdır. Orada özümü tamamilə sakit hiss edirəm. Ümumiyyətlə, mən müsəlman Şərqi ilə bağlı olan hər şeyi çox sevirəm: istər musiqi, rəqs olsun, istərsə də geyim, bər-bəzək. İslam mədəniyyətinin mənə təsiri, hər şeydən əvvəl, özünü gündəlik makiyajımda göstərir. Kosmetikadan çox istifadə etməyi xoşlamasam da, hər zaman gözlərimi önə çıxarıram. Geyimlərimə gəlincə, qarderobumda donlarım, hündürdaban ayaqqabılarım üstünlük təşkil edir. Boyum balaca olduğu üçün dikdabanlara üstünlük verirəm. Dəvətlərə, kokteyllərə gedəndə bu cür geyinirəm. Əlbəttə, qarderobumda cinslər və kombinezonlar, rahat ayaqqabılar da var. Çünki işimlə əlaqədar, parka gəzməyə çıxarkən mütləq rahat geyinməyə üstünlük verirəm. Çantamda hər zaman ayna, dodaq boyası və ətirlərim olur.

– Azərbaycanda tez-tez olursunuz. Oradakı gənclərlə buradakıların geyim fərqi nədir?

Azərbaycan qeyri-adi, tolerant ölkədir. Bakıda avropasayağı, mini geyinmiş qızlara kifayət qədər rast gələ bilərsiniz. Azərbaycanlılar xarici görünüşlərinə görə fərqlidirlər. Bizim aramızda da qarasaçlı, qaragöz qızlarla yanaşı, açıq-xurmayı, mavi gözlü xanımlar da var. Fərqi yoxdur, kənddə, ya şəhərdə yaşayır, hər bir Azərbaycan qadını imkan daxilində özünə qulluq etməyə çalışır. Qızlarımız bəzənməyi sevirlər, amma kosmetikadan qədərində istifadə edirlər. Ümumiyyətlə, mən hamıda sadəliyi sevirəm.

- Sizin üçün qadın gözəlliyi deməkdir?

Mən əminəm ki, qadında ən gözəl şey yaxşılıq etmək bacarığıdır. Napoleon Bonapartın bu barədə dəqiq deyilmiş bir fikri var: “Gözəl qadının gözlərini, xeyirxah qadının isə ürəyini bəyənirəm: biri möhtəşəmdir, o biri isə xəzinədir”.

 

Rus dilindən Nuranə Abbasova çevirib.

525-ci qəzet.- 2014.- 16 avqust.- S.20.