Xalq artisti Şahmar Ələkbərov yad edilib

 

  Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış aktyor və kinorejissor, Xalq artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib.

SalamNews xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan tədbirin iştirakçıları əvvəlcə mərkəzin foyesində görkəmli aktyora həsr edilmiş fotosərgi ilə tanış olublar.Mərasimə Şahmar Ələkbərovun həyat və fəaliyyətindən bəhs edən xatirə video çarxının nümayişi ilə başlanılıb.

Tədbirdə çıxış edən Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev Şahmar Ələkbərovun Azərbaycan kino sənətinə verdiyi dəyərli töhfələrindən söz açıb.Tədbirdə xalq artistləri Əminə Yusifqızı, Ramiz Məlikov, Nuriyyə Əhmədova, Əməkdar Artist Elxan Qasımov, kinorejissor, Ənvər Əbluc və başqaları çıxış edərək görkəmli aktyor Şahmar Ələkbərovun Azərbaycan mədəniyyəti, o cümlədən kino tariximizdəki mövqeyindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.İctimai TeleviziyaRadio Yayımları şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. Qeyd edilb ki, İctimai TeleviziyaRadio Yayımları şirkəti tərəfindən Ş.Ələkbərova həsr olunmuş film avqustun 25-də nümayiş ediləcək.

Tədbirdə Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstərilib.

 

 S.Abdullayeva

525-ci qəzet.- 2014.- 16 avqust.- S.17.