Azərbaycanın mədəniyyət, ədəbiyyat
və dövlətçilik tarixinin dünyada təbliğinə böyük
töhfə
(Əvvəli ötən sayımızda)
Azərbaycanın dahi şairi
və mütəfəkkiri
Nizami Gəncəvinin
irsinin dünya miqyasında araşdırılması
və təbliği istiqamətində son vaxtlar
olduqca önəmli addımlar atılmaqdadır.
Bəşəriyyətin yetirdiyi ən
nəhəng və ən parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə,
yeni dövrün tələblərinə uyğun
tədqiqinə və
tanıdılmasına yönələn
bu addımlar, əvvəla, şairin adını və yaradıcılığını yenidən bütün dünyanın diqqət mərkəzinə çıxarır.
Digər
tərəfdən, ədəbi
irsi bütün mahiyyəti etibarilə bəşəri, dünyavi
səciyyə daşıyan
Nizaminin adıyla paralel olaraq, ümumən Azərbaycanın
və Qafqazın müxtəlif sahələrə
aid aktual məsələləri
gündəmə gətirilir.
Bu isə, öz
növbəsində, Azərbaycanın
Qafqazın aparıcı
ölkəsi, onun dünyaya açılan qapısı, siyasi, iqtisadi və mədəni lideri olduğunu bir daha isbatlayır. Sözügedən istiqamətdə son dərəcə gərəkli,
məqsədyönlü təşəbbüslərin
irəli sürülməsi
və həyata keçirilməsinə başlanması
ilk növbədə görkəmli
ədəbiyyatşünas alim, Moskva Dövlət
Universitetinin Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın adı ilə bağlıdır.
Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq Elmi
Mərkəzinin təşkili
ilə bağlı çalışmaların praktik-əməli
nəticələri ötən
ilin ikinci yarısında meydana çıxmağa başladı
və indiyədək
bununla əlaqədar həm xaricdə, həm də ölkə daxilində bir neçə önəmli tədbir keçirilib.
Bu ilin iyulunda Bakıya gələn Oksford Universitetinin alimləri ilə Azərbaycan Nazirlər Kabinetində olduqca səmərəli bir görüş gerçəkləşib. Baş nazirin müavini Elçin Əfəndiyev görüşdə dünyanın
ən qədim və nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan
və Qafqazşünaslıq
Elmi Mərkəzinin yaradılmasını Azərbaycan
ədəbiyyatına və
mədəniyyətinə verilən
çox böyük qiymət adlandırıb.
Belə bir mərkəzin yaradılmasının elmi
əhəmiyyətini vurğulayan
Elçin Əfəndiyev
bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti
ilə yanaşı, gələcək nəsillərin
elmi potensialının
zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını
söyləyib.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva Oksford Universitetində yaradılmış
Elmi Mərkəzin Azərbaycan və ölkənin yerləşdiyi
Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması
üzrə Böyük
Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağı olduğunu deyib. Oksford Universiteti ilə əməkdaşlığın
uğurlu nəticələrinin
olacağına inandığını
qeyd edən Nərgiz Paşayeva Azərbaycan alimlərinin,
şərqşünaslarının, türkoloqlarının əsərlərinin
belə bir müstəvidə bu ali təhsil
ocağının alimlərinə
tanıdılacağından məmnunluğunu bildirib.
Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun professoru,
Beynəlxalq Münasibətlər
üzrə Kral İnstitutu və Oksford Analitika tədqiqat mərkəzinin
üzvü Edmund Herzig,
Şərqşünaslıq İnstitutunun professoru və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin
aparıcı elmi tədqiqatçısı Robert Hoyland, Şərqşünaslıq
İnstitutunun ərəb
filologiyası və ərəbşünaslıq üzrə
müəllimi Culyan Foltles göstərilən
diqqətə görə
təşəkkür ediblər.
Qonaqlar Azərbaycanın elm xadimlərinin
əsərlərinin tərcümə
olunaraq geniş ingilisdilli auditoriyaya tanıdılmasını vacib
saydıqlarını vurğulayıblar.
Həmin səfər çərçivəsində
qonaqlarla daha bir görüş Moskva Dövlət Universitetinin Bakı filialında təşkil edilib. Görüşdə Filialın rektoru, akademik Nərgiz Paşayeva ilə yanaşı, Azərbaycan
elmi ictimaiyyətinin nüfuzlu nümayəndələri,
o cümlədən AMEA-nın
prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, elm xadimləri,
MDU-nun Bakı filialının
müəllim və tələbələri də
iştirak ediblər.
N.Paşayeva giriş sözündə britaniyalı alimlərin islam irsinin öyrənilməsindəki rolu haqda danışaraq bildirib ki, onların müəllifi olduğu çoxlu elmi məqalələr və kitablar Oksford Universitetində, habelə digər ali məktəblərdə dərslik kimi istifadə olunur. Akademik ötən ilin oktyabrında onun Oksford Universitetinə səfəri zamanı britaniyalı alimlərin nüfuzu və dəstəyi sayəsində çox mühüm sənəd-universitetin nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin açılmasına dair memorandum imzalandığını məmnunluqla xatırladıb və bunu tarixi hadisə hesab etdiyini vurğulayıb. N.Paşayevanın sözlərinə görə, bu layihə elm dünyasında və təhsil sferasında layiqincə nüfuz qazanacaq. O, sözügedən elmi mərkəzə onun təşəbbüsü ilə Nizami Gəncəvinin adının verilməsini ikinci mühüm məqam adlandırıb: "Düzünü desəm, bu təklif bir çox ziddiyyətlər yarada bilərdi. Lakin hörmətli professorların və həmkarların dəstəyi ilə bu Elmi Mərkəzə Nizami Gəncəvinin adı verildi. Bununla da biz yolun əsas və çox çətin hissəsini keçdik. Bu yöndəki xəyallarımız, arzularımız reallığa çevrildi. Biz bununla fəxr edirik, bu bizi ruhlandırır, bizə güc verir. Layihənin əhəmiyyəti və davamlı olacağı isə heç kimdə şübhə doğurmur. Nizami böyük bir dünyadır, insanlığı birləşdirməyə qadir olan böyük şəxsiyyətdir. Onun adının bu elmi mərkəzə verilməsi XXI əsrdə bölücü millətçi tendensiyalar üçün, birləşdirici amil kimi istifadə edilməlidir. Biz nümayiş etdiririk ki, Nizami Gəncədə doğulub, onun kökü azərbaycanlıdır, biz onun şeirlərində türkçülük izlərini göstəririk. Eyni zamanda biz onu da yaxşı başa düşürük və qəbul edirik ki, Nizami böyük İslam mədəniyyətinə aid şəxsiyyətdir. Onu təkcə İslam deyil, həm də dünya mədəniyyəti ortaya çıxarıb. Hələ XII əsrdə Nizami humanizmə, müasir dünyanın ən başlıca çağırışlarından birinə çevrilmiş tolerantlığa səsləyirdi. Nizami məhz bununla da xatırlanmalıdır, onun adı millətçi spekulyasiyalarda istifadə edilməməlidir, nizamişünaslıq isə kampaniyaya çevrilməməlidir. Bu yüksək missiya ilə alimlər məşğul olmalıdır. Bu missiya diletantların, qeyri-peşəkarların və həvəskarların çiyinlərinə yüklənməməlidir, onunla elmi mərkəzlər məşğul olmalıdır. Başqa cür yanaşmaq Nizami irsinin öyrənilməsinə, Azərbaycan ədəbiyyatına və elminə zərbə vura bilər. Ona görə də israrla xahiş edirəm ki, burada iştirak edən alimlərin hər biri, hər bir vətəndaş bu cür hallarla barışmasın və Nizaminin əsərlərinin həvəskar tərcümələrinin qarşısını almaşa çalışsın. Gərək Nizami haqda akademik əməyin məhsulu olmayan kitabların nəşrinə imkan verilməsin".
N.Paşayeva görüşdə bir cəhəti də dilə gətirib ki, Nizami adına Emi Mərkəz Oksford Universitetinin strukturu kimi fəaliyyət göstərəcək. Bu layihə çərçivəsində filologiya, şərqşünaslıq, türkologiya, tarixşünaslıq, arxeologiya, etnoqrafiya, musiqi və incəsənət sahəsində araşdırmalar aparılacaq. Həmçinin mərkəz tərəfindən magistr, aspirant və doktorant proqramları təsis ediləcək. Akademik Nərgiz Paşayeva mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri kimi Azərbaycan alimlərinin, nizamişünasların elmi əsərlərinin Avropa dillərinə tərcümə olunaraq dünya elminə təqdim olunacağını bildirib. O xatırladıb ki, Azərbaycan elmini təmsil edən alimlər tərəfindən ciddi araşdırmalar aparılsa da, bu araşdırmalar dünya dillərinə tərcümə edilmədiyindən nüfuzlu elmi mərkəzlər onlardan xəbərsizdir və Mərkəz bu istiqamətdə də səmərəli işlər görə bilər.
Oksford Universitetinin professoru Edmund Martin-Herziq çıxışında deyib ki, universitet Nizaminin adını daşıyan Elmi Mərkəzlə birlikdə Azərbaycanda aparılmış elmi araşdırmaları tanıtmaq üçün layihələr həyata keçirəcək, tərcümələrlə məşğul olacaq. Professor Bakıdakı bu görüşün əməkdaşlığın inkişafı üçün böyük imkanlar açdığını bildirib. O, Oksford Universitetində şərqşünaslıq fakültəsinin yaranması və inkişafı tarixi haqda məlumat verib, müasir dünyada bütün ölkələr və cəmiyyətlər tərəfindən elmi əməkdaşlığın və birgə araşdırmaların mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Professor Robert Cerard Oyland isə məlumat verib ki, hazırda Nizaminin adını daşıyan Elmi Mərkəzin fəaliyyəti dörd istiqamət üzrə təşəbbüslərə əsaslanır.Bura tələbə təqaüdlərinin ayrılması, ingilis dilinə tərcümələr, birgə seminarların keçirilməsi və Azərbaycan tarixinin, mədəniyyətinin və dillərinin müxtəlif aspektlərinə dair müzakirələrin, Bərdə şəhərində arxeoloji araşdırmaların aparılması daxildir: "Biz ümid edirik ki, birgə səylərlə Azərbaycan tarixinin, mədəniyyətinin və tarix boyu burada danışılan insanların dillərinin öyrənilməsi sahəsində vəziyyəti müsbətə doğru dəyişə biləcəyik".
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 21 avqust.- S.4.