Milli mədəniyyət və
düşüncə tariximizin "Ziya" səhifəsi
(Əvvəli ötən sayımızda)
“Ziya”nın bızə məlum olan ilk –
08.02.1879-cu il tarixlı
3-cü nömrəsində işlənən bir neşə alınma mənşəli, alınma
sözlü termin diqqəti cəlb edir: teleqramma, bal (yəni qonaqlıq),ura çığırmaq,muzigah,
litoqrafiya,komandir,əfsər (ofiser), zakaz və s.
Bu sözlərin hamısı
oxucu üçün
başa düşülən
olduğundan heç bir izahat verilməyib. Fikrimizin
təsdiqi üçün
həmin nömrədən
kiçik bir elanı oxuculara çatdırırıq:
“Qəzetə müştərilərimizə
məruz ola ki, qəzetəmizdən ötrü zakaz verdiyimiz hürufat vəsl olunanacan naçar olub, qəzetəmizi litoqrafda təb etdirürük.Ona görə lazımdır
ki, basmə əlində ittifaq düşən bəzi kur və qüsur
və ya bir ax taxir surətində
nüktəgirlik (tənqidçilik
–N.N.) etməsinlər, çünki
yaman günün ömrü az olur”(08.02.1879,N3).
“Ziya”nın
15 fevral 1879-cu il tarixli 4-cü nömrəsini
vərəqləyirik. Bu nömrədəki otryad, qubernator, uşqola tipli bir neçə
milliləşmə yoluna
düşən Avropa
mənşəli söz
vardır.
Nömrənin baş məqaləsi uşaqların təlim və tərbiyəsinə
aiddir. Yazı “Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində” adlanır.
Bu yazıda ərəb
mənşəli sözlərin
üstünlüyü adi
oxu prosesində elə ilk cümlələrdən
hiss olunur: “Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri-bəyanını
və insanlara məxsus olan nemətlərdən olubbaisi-şərif
və iftixar olmağına ...əvvəlinmci
dərəcədə bildik...
Bu zəmanədə, hansı ki, mülk və millətin tərəqqisi
elm və mərifətə
və növbənöv
dillərə və xətlərə olmaqdadır”.
Nümunədə dilimizin fonetik qanunauyğunluğunu qəbul
edən təkcə bir söz var:
Avropa(Fransa) mənşəli “nömrə” sözü. Digər sözlərin böyük əksəriyyəti
Şərq alınmalarıdır.
Maraqlıdır
ki, “Ziya” qəzetində bəzən təhsil ocaqlarını
tədris dilinə görə məktəb və uşqola
kimi fərqləndirirlər: “Dövlət...lazımi yerlərdə
uşqolalar və məktəblər açubdur”.
“Ziya” qəzetindəki bəzi məqalələr müəyyən
mövzu ilə ilgili tezlik lüğətini xatırladır. Azərbaycan dilçilik ədəbiyyatımızda
bu mövzuda iki yazıya rast gəirik; biri M.Füzulinin “Leyli
və Məcnun poemasının tezlik lüğəti, digəri
filologiya elmləri namizədi Fazil Əhmədovun “XVIII ədəbi
dilinin inkişafında M.V.Vidadinin rolu” mövzusunda
yazdığı namizədlik dissertasiyasının bir
bölməsidir.
“Ziya” qəzetinin leksikasında əsas yeri maarif, məktəb
və mətbəə məsələlərinə aid terminlər
tutur. Bu da təbiidir; “Ziya” Azərbaycan mətbuatında
ilk irimiqyaslı maarifçilik nəşridir. ”Ziya” qəzeti bu cəhətdən öz sələfindən
-“Əkinçi” qəzetindən də əsaslı şəkildə
fərqlənir. “Əkinçi” qəzetində
ictimai-siyasi və kənd həyatı məsələlərinin
işıqlandırılmasına daha çox fikir verildiyindən,
təbii ki, burada bu sahələrə aid terminlərdən
daha çox istifadə olunurdu.
Bir məsələni də xüsusilə vurğulamaq
lazımdır. H.Zərdabi rusdilli milli ziyalı idi; o, Şamaxıda da,Tiflisdə də, Moskvada da rus dilində təhsil
almışdı. H. Məlikzadə (Zərdabi) Moskva Universitetini
qurtarıb,təyinatı üzrə Tiflisə qayıdandan
sonra da, sonralar Qubada dövlət qulluğunda işləyəndə
də bütün yazı-pozu işlərini rus dilində
gördüyündən 30-35 yaşına qədər onun Azərbaycan
ədəbi dilində mükəmməl yazı təcrübəsi
yox idi. Lakin H.Zərdabi qısa bir müddətdə ədəbi
dil və anadilli yazı mədəniyyətimizdə inqilab
yaratdı;M.F.Axundovun tövsiyəsi ilə
“Əkinçi” qəzetin ətrafına yaxşı həyat
məktəbi keçmiş, yaxşı müəllimlərdən
dərs almış bir neçə dili mükəmməl bilən
milli ziyalıları toplaya bildi. “Əkinçi”yə
rus dilində göndərilən məktublar da yaxşı tərcümə
olunurdu.
Yeri gəlmişkən
qeyd edək ki, mətbuat tariximizin tərcüməçilik ənənələri,təəssüf ki, hələ
lazımınca öyrənilməyib. Halbuki bu məsələnin
ciddi tədqiqi bir sıra tarixi,siyasi, ədəbi
və elmi mövzuların mükəmməl şəkildə
araşdırılmasında əhəmiyyətli rol oynaya bilər.
“Ziya” qəzeti
“Əkinçi”nin açdığı
yol ilə gedirdi. Doğrudur, “Əkinçi”nin
heç bir nömrəsində Ünsizadə
qardaşlarının imzasına rast gəlmirik. Amma heç
cür inanmaq olmur ki, yaşadığı dövrün
ictimai-siyasi həyatında fəal iştirak edən
Ünsizadə qardaşları “Əkinçi”nin
nəşrinə etinasızlıq və biganəlik göstərsinlər.
Sonralar Səid Ünsizadədə, onun özündən
kiçik qaradaşı Cəlal Ünsizadə də Həsən
bəy Zərdabinin xidmətlərini yüksək qiymətləndirmişlər.
Səid Ünsizadə 1880-ci ildə
yazdığı bir məktubunda təhsil sahəsindən
uzaqlaşdırılan, maddi çətinliklərlə
üzləşən H.Zərdabiyə göndərdiyi məktubunda
ona “Ziya”qəzetinin Tehran və ya İstanbul müxbirliyini təklif
edirdi. Lakin bu təklif cavabsız
qalmışdı.
Bizə belə gəlir ki, H.Zərdabi “Ziya”da imzasız
çıxış etməyə üstünlük verib. “Ziya”da çap olunan bir
sıra təbiət hekayələrinin – “Zəlzələ”,
“Saqqız cəzirəsi”, “Hava”,
“Qafqazda çay istehsalı” və sair yazıların
mövzu, leksika və üslubuna, yazı
manerasına,sintaksisinin çevikliyinə və xalq dilinin incəliklərindən
istifadə məharətinə görə H.Zərdabiyə məxsusdur.
“Ziya” qəzeti-yazılı mədəniyyətimizin
nümunəvi məktəbidir. Ədəbi dilimizin müəyyən
qayda–qanunlarının müəyyənləşdirilməsində,yazı qaydalarının
formalaşdırılmasında, sözün sətirdən sətrə
keçirilməsi meyarlarının normativləşməsində
qəzet rəhbərlərinin-naşir və mühərrirlərin,
daimi aparıcı müxbirlərin böyük xidmətləri
vardır. Təsadüfi deyil ki, 1881-ci ilin əvvəllərində
“Qafqaz” qəzetində “Ziya” qəzetinin fəaliyyəti
haqqında aparılan müzakirələrdə bu cəhətə
xüsusi fikir verilib.
“Ziya” qəzetində
sənət və peşə terminlərinin işlədilməsi
haqqında yazılarımızın birində söz
içində söhbət açmışdıq (“Ölkəmizin
peşə məktəbləri tarixindən”(Afərin
o şəxslərə ki...) //“Sənətkar”jurnalı,2009,
¹1, səh.16-17).
“Ziyayi-Qafqasiyyə”nın
Şamaxı müxbirlərindən birinin qəzetin 17 aprel
1881-ci il tarixli 11-ci nömrəsində ”Məmləkət əhvalatı”
rubrikası (ümumi başlığı) altında dərc
olunmuş Şamaxıdan göndərilmiş
yazılarının birindən məlum olur ki, şəhərin
bir çox varlı və mötəbər adamları yerli əhalinin
mənfəəti, ünas(qadın) tayfasının təlim
və tərbiyəsindən ötrü bir cəmiyyət
yaratmaq, şəhərdə bir sənət məktəbi
açmaq fikrindədirlər.Onların məqsədi kasıb
və füqəralara əl tutmaq, ağır həyat şəraiti
olanların maddi vəziyyətini yüngülləşdirməkdir.
Yazı müəllifinin fikrincə, bu işin
icrası o qədər də çətin deyil. Məqalədə
qadınlar üçün açılması nəzərdə
tutulan sənət təlimxanasında müxtəlif peşə
ustalığı və bacarığı olan ünas(qadın)
müəllimlərin dərs deməsi məsləhət
görülür. Müəllif təklif olunan təlim və
ürfan ocağında öyrədiləcək peşə və
sənətlərin yerli şəraitə uyğunluğunu
xüsusilə nəzərə çarpdırır: ”Əvvəlmcisi, xəliçə və
palas toxumaq təlim edələr. Hansı ki,onun
cümlə əsbabı (aləti) və övrətlərdən
olan mahir ustaları Şirvanatda çoxdur və ip əyirməyi
və boyamağı çox yaxşı bilirlər.
İkincisi, ipək tor toxumaq,hansı ki,ətraf məktəblərdə
çox məğrubdur(rəğbətlidir-N.N.) və
özü də Şirvana məxsusdur.
Üçüncüsü,
güldüzçülük (müxtəlif parçalara
gül tikmək) sənəti ki, onu bilmək ilə növbənöv
işlər tikmək olar. Məsələn,
ustul (stul) üstü, caməxədan və taxça pərdələri,
başmaq üzü və sairləri.
Dördüncüsü, fufayka (köynək) və corab
toxumaq, hansı ki, Tiflisdə onlardan ötrü çox
yaxşı maşınlar vardır və övrətlərdən
çox yaxşı ustalar vardır. Hansı ki, bir gündə bir nəfər
iyirmi cift (cüt-N.N.) cülgi (corab-N.N.) və bir neçə
köynək toxuya bilər ...
Adı
çəkilən məqaləyə aid redaksiya qeydində
göstərilir ki,şamaxılıların
sənət məktəbi açmaq fikri sözdən əmələ
keçərsə, başqa yerlərdə də belə təlimxanələr
meydana çıxar və “bu qisim işləri əmələ
gətirənlər öz cəmaətlərinə ildə
bir neçə yüz min manat əta və ehsan edən
kimidir”.
Göründüyü
kimi, müəllifin leksikonunda milli və alınma sözlərdən
istifadə yolu ilə “ipək fabriki, iplik fabriki, xəliçə,
palas, güldüzlük, ip əyirmək, ip boyamaq, cəmaxədan
pərdəsi, taxça pərdəsi, başmaq üzü,fufayka, köynək, corab, cülgi” kimi sənət
və peşə anlayışları bildirən termin səciyyəli
bir neçə söz və söz birləşməsi
işlənmiş, ədəbi dilimizin zənginləşməsində
maraqlı məqamlar, sözə leksil mənanın tələblərinə
uyğun yanaşma üsulları meydana
çıxmışdır.
Qəzetdə”Russkiy
kuryer” adlı mətbu orqandan seçilmiş informasiyada
peşə, sənət ocaqlarından söz
açılır:
”Biz yuxarıda rus qəzetlərindən nəqlən
yazmışdıq ki, Qafqazi- cənubidə bir ipəkçilik
məktəbi açmaq əzmindədirlər.”Russkiy kuryer”in rəvayətinə
nəzərən, Rusiyada bir cəmiyyət... bu fikirdədir
ki,Qafqazda bir penirçilik məktəbi
açsın”(1884,N2).
“Bir az
gedüb şirniçi (güləbərin)
mağazasının bərabərinə yetişür”(1884,N5).
Qəzetdə
yerli müxbirlərin Azərbaycan dilində yazdıqları xəbərlərdə
də peşə,sənət, eləcə
də sənaye birliklərinin adlarını bildirən terminlərə
də səxavətlə yer verilirdi: ”Bakuda neftçilər
şirkəti neftçilik sənətini öyrətmək
niyyətilə dekabrın 5-də bir məktəb
açıblar.Məzkur məktəbə qəbul olanlar
pulsuz və müftətəhsilə davam edəcəklər”(16.12.1882,N31).
Qəzetdə
təhsil müəssisələrinə aid terminlərin
işlədilməsində bəzən eyni materialda həm
Şərq, həm də Qərb alınma sözlərindən
müvazi şəkildə istifadə edilmişdir ki, bu da
üslubi axtarışlar kimi qiymətləndirilməlidir:
”Novoye vremya” qəzetəsi eşidibdir ki, Qori
Seminariyasının yanında müsəlmanlardan ötrü
bir təlimxanə kəşad olunması keyfiyyəti baş
dutmayıbdır.Hökumət tərəfindən lazım
görünübdür ki,onun əvəzində müsəlmanlardan
ötrü bir müsəlman darülmüəllimxanəsi (
Müəllimlər İnstitutu-N.N.) hasilə gətirilə”(19.11.1879,N44).
“Ziyayi-Qafqasiyyə”
qəzetinin tərcümə materiallarında işlənmiş
bir sıra terminlər diqqəti cəlb edir: ”Qaspi”
qəzeti deyir ki, Baku dəryasında, yəni Təqiyevin
zavoduna yovuq olan səmtdə bir qayığı dəryanın
ləpəsi vurub aparıb.Məzkur qayıqda üç nəfər
adam var imiş. Bir qədər keçmiş
başqa atəş qayığı onların ardınca
göndərilir. (1884,¹10).
Qəzetin bu nömrəsindəki alış-veriş
işləri termini də ticarət termininin
qarşılığı kimi maraqlı
görünür:”...bu halda dünyanın hər tərəfindən
alış-veriş işləri xarablaşır”.
(Ardı var)
Nazim NƏSRƏDDİNOV,
Əməkdar
müəllim, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü, TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti
525-ci qəzet.-
2014.- 23 avqust.- S.25.