"Bayrağım"
Avqustun 21-də Rəşad Məcidin 50 yaşı tamam
oldu. Bu münasibətlə onun müxtəlif illərdə
yazdığı şeirləri “525”in oxucularına təqdim
edirik.
Bayrağım
Səni ən
çətin
günlərimdə qorudum,
beynimə həkk edib
ürəyimə sarıdım.
Mahnımda,
nəğməmdə gizlədim.
Aya baxıb
xatırladım,
ulduzunu
sevdim.
Üç
rənginə öyrəndim,
hər
üzünü sevdim.
Hücumdan,
həmlədən qorudum,
küləkdən, tufandan keçirdim,
Bir
gün qaldırdım başımın üstünə,
Saxladım,
əymədim.
Zaval yox
indən belə,
başımın üstündən
qoymaram
yerə.
Sənə
təşnəyəm, acam -
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü
çatmaz
daha nəsə
tərpədə,
kimsə
əyə...
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək
gələcəyə!
Kimsən,
ey doğulan
Kimsən, ey doğulan?!
Ağlaya-ağlaya
Neçənci əsrdən dönüb gəlirsən?
Dünyanın sirrini yəqin bilirsən.
Danış,
de görüm
– Mən
sənin nəyinəm,
sən mənim
nəyim?
Kimsən, ey doğulan.
Günəşin
istisi qurutmayınca,
Küləyin
nəfəsi, havanın dadı
yuyub
aparmayınca
Buğlanan,
tər yaddaşını,
danış,
din görüm!
Kimsən ey doğulan?!
Bu günəş,
bu hava
Qamaşdırar
üz-gözünü,
işıqda açılmış
fotolenti tək
solar,
solar yaddaşın;
Dil
açanacan
unudular
yaddaşın...
Danış,
din görüm –
Kimsən
ey doğulan?..
Yastıq
Doğulan
kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi – düzdülər keçdiyi yola.
Sonra
noğul yastığı,
Sonra nağıl yastığı.
Başı
üşüyəndə papağı yastıq,
Əli
üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı
yastıq.
Ağrıyan
dişinə yastıq qoydular
Ləngiyən
işinə yastıq qoydular
Axırda
yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın
gərdişinə yastıq qoydular
Yuxulatdı
bu adamı,
Günün
günorta çağında
Yuxu tutdu bu adamı.
...
Yatıb yuxuda gördü ki,
ipək yastığı
daşlaşıb,
ayağına
dolaşıb.
Addımını
ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyutək.
Ayağı
balacalaşır,
Boyu balacalaşır.
... Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi
yastığı başının altına...
21
yaşımla söhbət
21
yaşımın ayrılıq günü,
Qoyma
öləziyim, qıyma ki, sönüm!
İlhamı
şam kimi yanıb tükənir,
Bir zaman
şeirini əzbərlədiyim,
Odlu
misrasını əzbər dediyim
İşıqlı şairlər, cavan şairlər.
Sönür
ekranlarda, gen kürsülərdə
şeiri
özlərindən tez qocalanlar,
Odları tükənən – yavan şairlər.
Təzə
söz adına
Köhnə bayatını təkrarlayırlar.
Elə
bir yerdəcə sayır, sayırlar,
Şöhrətin ardınca çapan şairlər.
Yanaqdan
süzülən bir cüt yaş kimi
Sürüşüb gözümdən düşür
gümanım.
Sirli
yaddaşımın sınır tilsimi:
“Nehrəsi çalxanır qoca zamanın”.
21
yaşımın son gecəsində
Özümün özümlə davam başlayır.
Sevgimin atəşi
dinir səsimdə,
Şeirimlə,
sözümlə davam başlayır...
...Otuz beş yaşımda qalxıb kürsüyə
İyirmi
bir yaşımda yazdığım şeiri
Əgər
soyuq-soyuq, hissiz-ürəksiz
Təzə
söz adına oxuyacamsa,
Gəncliyin
yarımçıq misralarını
Yamayıb,
közəyib toxuyacamsa,
Baxıb
görəcəmsə
İyirmi
bir çıxıbdı iyirmi birimə!
İyirmi
bir yaşında bir təzə qardaş
Baxıb
güləcəksə boyat şeirimə,
Candərdi
alqışlar, yalan şöhrətlər,
Çiçək
yağışları,
gül
yağışları
Salondan
yollanan “bol səxavətlər”
Söndürəcəkdirsə
olan odumu,
Başımın
altına tük yastıq qoyub
“Dostlar”
öyəcəksə
istedadımı.
Gəl
öldür bu axşam,
sındır
bu axşam.
Yaşımın yaşılı çağına
baxma.
Şeirin
od qoxulu səltənətinə
Ey ilham pərisi,
məni buraxma!..
Futbol
oynadığım yadımdan çıxıb
Yüz
yol yıxılardım, dəyib daşlara,
əllərim, qollarım yaralanardı.
Gah dizim, dirsəyim paralanardı.
Süzülüb axardı tər dabanımdan.
İndi
unutmuşam,
O
günüm, o çağım yadımdan çıxıb.
Son dəfə
Futbol oynadığım yadımdan çıxıb.
O gündən
bəriyə nəyim qalıb ki?
Bu qollar, ayaqlar mənimki deyil.
Qovulan o
toplar mənimki deyil,
Dirəklər, dayaqlar mənimki deyil.
Vurulan
topların, dəyən daşların
Daha sızıldamır yeri canımda.
Daha
yüyürmürəm yıxılanacan,
On il, on beş ilin
təri
canımda.
On il, on beş ildi topsız-filansız,
Yenə də yıxılan, əzilən mənəm.
Amma
yıxılanda dizim qanamır,
Amma yıxılanda qolum əzilmir.
Çünki
yıxılıram ürəyi üstə,
Futbol oynamağı yadırğayandan.
Bir
günəş eylə...
Tanrının
yerdəki əziz bəndəsi,
Məni də mülkündə kirəkeş eylə.
Artır
qüvvətimi, çoxalt gücümü,
Sıfırı
bir eylə, biri beş eylə.
Qolla fərmanını,
əmrini qolla,
Çıxaram
sınaqdan - testini yolla,
Üşüyən
qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.
Durulan
gölünəm, daşan selinəm,
Kölən,
cangüdənin, qulun, dəlinəm,
Ovcunda
yupyumşaq plastilinəm,
Yay məni, yenidən bir günəş eylə.
Sənsən...
Sənsən
əzablarla dolu qürbətim,
Sənsən diz çökdüyüm vətənim mənim.
Sənsən
ən yaxınım, vəfalı dostum,
Qanıma susayan düşmənim mənim.
Cəhənnəmim
də sən, cənnətim də sən,
Gah nəğmə oxuyan, gah ağı deyən.
Ağır
əzablardan tir-tir titrəyən,
Ruhtək rahatlaşan bədənim mənim.
Sən -
gecəm-gündüzüm, sən - toyum-yasım,
Sənsən dar ağacım, sənsən xilasım.
Əynimə
oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.
Bəsdi
Neçə
ay içindən çıxa bilmədim:
Türmədi, məhbəsdi, qəfəsdi - bəsdi.
Gözümün
yaşını yığa bilmədim,
Kürdü,
Həkəridi, Arazdı - bəsdi.
Keçdim,
qucağında xoş dəmi keçdim,
Sevinci, kədəri,
dərd-qəmi keçdim,
Ruhumla bir
sirli aləmi keçdim,
Vergidi, cadudu, nəfəsdi - bəsdi.
Sultandın,
çevrildi taxt, sona yetdi,
Tale
bağışlayan baxt sona yetdi,
Tanrının
verdiyi vaxt sona yetdi,
Sevgidi,
maraqdı, həvəsdi - bəsdi!
Bəsdi nədir?
Heç
nə sona yetən deyil,
Bu eşqə qəfəs bilmərəm.
Bu ruhumda,
bu halımda,
Barmağımı kəs, bilmərəm.
Əzabı
da şirin dadır,
Çoxdan sızıb, qanımdadı.
Ruhu hər
an yanımdadı,
Ayrı səda, səs bilmərəm.
Mənəm
işıq dəstələyən,
Yüz-yüz
nəğmə bəstələyən,
Kimdi orda
"bəsdi" deyən,
Bəsdi nədi? "Bəs" bilmərəm.
Əlac
İçəridən
əyildinsə
Ha dik dayan, ha düz yeri.
Görək
necə keçəcəksən
Ömründəki qəliz yeri?
Dərd gələcək
qucaq-qucaq,
Yandıracaq ocaq-ocaq.
Yaddaşında
sızlayacaq
Ağrılardan min iz yeri.
Odur sənə
dərman-ilac,
Gördün
ki, yox başqa əlac,
Əlindən
tut, üstünə qaç,
Diri tərpən, di tez yeri.
Çıxmışam
Bu əzabın
zülmətindən,
Dipdiri, oyaq çıxmışam.
Ürəyimdə
dəli bir eşq,
Dilimdə "Allah" çıxmışam.
Üstümdə
Tanrı nəfəsi,
Üzümdə
sevda həvəsi,
Dağıtmışam
dar məhbəsi,
Ölməmişəm, sağ çıxmışam.
Keçdim
çətin mərhələdən,
İnildədi, əsdi bədən.
Bu
onballıq zəlzələdən
Bir boy qalxıb dağ çıxmışam.
Məni
anla
Bir
gün sevgi, bir gün nifrət,
Fikrim atıb-tutur məni.
Bir
baxışı gəl-gəl deyir,
Bir gülüşü satır məni.
Anlamıram
bu kələyi,
Qorxur nədən, sevir nəyi?
Bədəni,
beyni istəyir,
Qəlbi niyə atır məni?
Bu olaya
qalmışam mat,
Tanrım, sənsən indi nicat.
Ya bir
yolluq sirrin anlat,
Ya bir yolluq bitir məni.
Mələyim...
iblisim...
Hamıdan
çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat
verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
Gah
geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah
göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
Gördüm
gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır
bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
Xoş gəlib
Xoş gəlib
dağlara, səfa gətirib,
Bəxtəvər eyləyib Leriki gözəl.
Ayağı
dəydiyi torpaq sevinir,
Gəzir hər yamacı, hər diki gözəl.
Udsun
dağ küləyi, dağ havasından,
Dadsın
dağ neməti, dağ səfasından,
Sıyrılsın
günəştək öz yuvasından,
Olsun həmənki qız, həmənki gözəl.
Yaddaşı
dincəlsin, özün yormasın,
Beynini hər
türlü fikir sarmasın,
Bir
sözdən yüz cürə söz çıxarmasın,
Baxmasın üzümə çəpəki gözəl.
Əsəb
dərmanı
İldırımtək
gedirdin,
Qəfildən qucaqladı.
Dayanası
deyildin,
Səni yaman haqladı.
Ləngidi
yerişlərin,
Addımların laxladı.
Zamanı
yavaşıtdı,
Vaxtı tutub saxladı.
Bildin,
bütün günahlar
İti qaçan vaxtdadı.
Əlacın
kimyəvidi,
Sakit halın saxtadı.
O
Baxma ki,
sakit dayanıb,
Qəfildən
götürər səni!
Qoparıb
dostdan, tanışdan
Evindən itirər səni.
Qaldırıb göyün qatına,
Mindirər şahlıq atına.
Dad gətirib həyatına,
Cənnətə yetirər səni.
Əlində yarağın qalmaz,
Dəftərin, varağın qalmaz,
Heç nəyə marağın qalmaz,
İşini bitirər sənin.
Quruyarsan
bulaq kimi,
Bezər,
doyar uşaq kimi,
Bir
qırıq oyuncaq kimi
Qaytarıb
gətirər səni!
Tapardım
Beyninə
girsəydim bir saatlığa
Bütün suallara cavab tapardım.
Bu qəliz,
mürəkkəb tapmacaların
Açmasını səndən qabaq tapardım.
Birini
seçərdim - ayrılmaq üçün,
Başqa
bir fikrini - bir qınaq üçün,
Bəlkə
də təzədən vurulmaq üçün
Bir isti, bir kövrək bucaq tapardım.
Bəhanə
axtarıb gündə yüz kərə
Dözərdim hər gələn qəza-qədərə.
Bütün
elədiyin dəliliklərə,
Min
günah içində savab tapardım,
Vallah axtarardım, vallah, tapardım.
Rəşad Məcid
525-ci qəzet.- 23
avqust.- S.20-21.