İki reportaj haqqında, yaxud Mir Şahinə təşəkkür məktubu

 

  

 

Əzizim Mir Şahin!

 

Dünyanın yay keçirən bütün ölkələrində bir qayda olaraq telekanalların da əksəriyyəti yay məzuniyyətinə çıxırlar.

 

Telekanallar bu boşluğu məzmunsuz filmlərlə, köhnə proqramların təkrarı ilə doldurmağa, vəziyyətdən çıxmağa çalışırlar.

 

Etiraf edim ki, bir tamaşaçı kimi yalnız sənin məzuniyyətə getməyin məni öyrəşdiyim orijinal reportajlara, peşəkarHesabat”a həsrət qoyur. Xeyli vaxt idi ki, Bakıdan getmişdin səni ANS-in efirində görməkdən məhrum idik. Nəhayət, dünən (avqustun 21-də) məzuniyyətdən qayıtdığını gördüm. Sən bir dəfə mənə gileylənmişdin ki, yazı-pozudan, proqram hazırlığından bir müddət aralı düşdüyüm məzuniyyət vaxtının bitməsindən sonra yenidən işə başlamağın əzabını yaşayırsan. Əzizim Mir Şahin, birincisi, belə yaradıcılıq əzabını yalnız böyük peşəkarlar, böyük sənətkarlar yaşayırlar.

 

İkincisi, sənin məzuniyyət sonrası ilk reportajın o qədər vacib, o qədər dəyərli bir mövzuda oldu ki, Azərbaycan teletamaşaçısı sənin işdə olmağının təsəllisini yaşadı. Söhbət sənin Ləman Ələşrəfqızının avqustun 21-də “Xəbərçi”nin ana buraxılışında həssas bir mövzuya həsr olunmuş reportajlarınızdan gedir. Reportajın hər ikisi Azərbaycanın cəbhə xəttində baş verən olaylara medianın münasibətinə həsr olunmuşdur. Əvvəlcə Ləman xanımın- Mir Şahinin televiziya dərslərindən bəhrələnmiş böyük bir peşəkarın reportajına baxdım. Ləman xanım Azərbaycanınmüharibədə olan Azərbaycanın cəbhə olaylarını zarafata salan, bəzən lağa qoyan, bir sıra hallarda ordumuzun ləyaqətini yerə vuran, erməniyə informasiya ötürən saxtasaytlarınsaxta fəaliyyətini təhlil etdi. Belə bir təhlili, o tip “saytlarabelə bir dərsi ancaq siz verə bilərdiniz. bu reportajın ardınca- sənin- ustalığına ustadlığına pərəstiş etdiyim Mir Şahinin müharibə jurnalistika mövzusunda reportaj-dərsinə baxdım. Bu, Azərbaycanın indiki həssas çağında ölkəmizi, ordumuzu, xalqın, millətin inamını qəsdən heçə endirməyə çalışan bəzijurnalistlərəbir dərs oldu. Sənin məzuniyyətdən qayıtmağınla teleməkanımızda bir canlanma yarandı. Çox böyük etik normalarla, ustad sözü ilə ustad dərsi keçdin. Allah səni qorusun.

Efirdən və millətin yanından əskik olmayasan!

 

Hörmətlə, Cahangir Məmmədli.

525-ci qəzet.- 2014.- 23 avqust.- S.16.