Yaşamaq haqqı”mız...

 

 

Xalq yazıçısı AnarınYaşamaq haqqı” traktatı barədə  məlumatlar, bir neçə gündür ki, mətbuat səhifələrindən düşmür. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənətini əhatə edən, görkəmli şəxsiyyətlər haqda esselərdən ibarət “LİK Azerbaydjanaüçcildliyinin üçüncü cildində yer almış əsərin janrını müəyyənləşdirmək çətindir.  Elə əsərin ilk səhifələrindən yazıçı da  buçətinliyinioxucuları ilə bölüşür. Yaşamaq haqqıtarixi roman deyil, fəlsəfi əsər deyil, araşdırma, tədqiqat işi hesab etmək olmaz, memuar da adlandırmaq yerinə düşmür. Düzdür, əsərdə müəllif şəxsi xatirələrini, iştirakçısı olduğu hadisələri, həyatından keçən prosesləri qələmə alır. Amma məncə, əslində, “Yaşamaq haqqıhamımızın  həyatını əks etdirir. Əsərdə yüzlərlə mənbədənkitablardan, tarixi sənədlərdən, arxiv materiallarından istifadə olunub. təkcə elə bumənbəsözündən yağan bozluğu Anar öz yazıçı qələmiylə, şirin təhkiyəsi ilə rəngləyir, qulağayatımlı, gözoxşayan edir. Elə əsərin əsas məziyyəti budur. Orxon-Yenisey abidələrindən üzü bəri yazılan yazılmayan, düzgün təhrif olunmuş tariximizin yazıçı baxışı ilə təsviri, təqdim edilməsi.Yaşamaq haqqı” özümüzü öyrənmək, dərk etmək, tanımaq üçün lüğət adlandırmaq olar. Sanki hansısa əcnəbi dili mənimsəməkçün istifadə etdiyimiz sözlük kimi, izahlı lüğət kimi... Bu əsərə  yaddaş kitabı da desək, yanılmarıq: tariximizin istənilən səhifəsini, başımıza gələnləri, gətirilənləri, olanları onların səbəblərini bir daha xatırlamaq, yada salmaq heç vaxt yaddan çıxarmamaq üçün vasitə ola bilər. Bu mənada hər bir azərbaycanlının, türkün oxumalı olduğu, övladlarına hədiyyə verəcəyi, qızına cehiz qoşacağı əsərdiYaşamaq haqqı”. Çağdaş dünyada fəlsəfənin, psixologiyanın, sosiologiyanın bir ağızdan dediyi bəlli həqiqət var: şəxsiyyətin formalaşması onun özünüdərkindən, özünə verdiyi dəyərdən, bir sözlə, sevgisindən başlanır. Əlbəttə, burda qətiyyən özündən müştəbehlik, təkəbbür nəzərdə tutulmur. Yəqin, elə son dövrlərdə, müasir zamanda yaşadığımız əsas problem budur: özünəhörmətlə təkəbbürün, özünüdərkləməndən yoxdusindromunun səhv salınması. Yaşamaq haqqıtraktatı məhz özünüdərk (təkəbbür yox!) üçün yollar göstərir, özünəsevgi (məncillik yox!) aşılayır. Əsəri iki dəfə əvvəldən-axıra oxuyan adam kimi bir təəssüratımı bölüşmək istərdim. Traktatın lap ilk sətirlərindən sonuna kimi qürur, sevinc, kədər, təəssüf, ağrı, qorxu, təəccüb hissləri bir-birini əvəz edir.  Bütün bu duyğuları oyadan, yaşadan yazıçının düşünüb uydurduğu, oxucu zövqünü nəzərə alıb, zamanın damarını tutub yazdığı bədii əsər deyil, tariximizdir, mənim, sənin, atalarımızın, babalarımızın yaşadıqlarıdır, daha doğrusu, YAŞAMAQ HAQQInı qorumaq uğrunda mübarizəsidir.

Anarın ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz qarşısında xidmətləri danılmazdır.Kitabi-Dədə Qorquddastanının tanınması, yayılması, təbliğatı üçün gördüyü işlər, “Min beş ilin Oğuz şeiriantalogiyasını tərtib etməklə ümumtürk ədəbiyyatına verdiyi töhfə, Üzeyir bəy Hacıbəylinin, Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin filmlər vasitəsiylə kütləylə, xalqla daha da doğmalaşması, nəsrimizə gətirdiyi yeni nəfəs s. Məncə, “Yaşamaq haqqıbütün bunların cəmidir bəlkə yazıçının ən böyük xidmətidir.

Əsərin daha bir özəlliyi müəllifin obyektivliyidir. Qələmə aldığı hadisələrə həm soyuq tədqiqatçı məntiqiylə, həm də yazıçı fəhmiylə yanaşmasıdır. Təsvir etdiyi olayları bütöv görməsidir. Müsbət cəhətlərimizlə, qürur doğuran şəxsiyyətlərimizlə yanaşı.... Elə ona görə də əsər həm də tərbiyəvi, ibrətamizdir. Məsələn, ilk maarifçilərimiz olan Bakıxanov, Zərdabi, Mirzə Kazım bəy haqda oxuyub qürur hissi keçirirsən, çətin, qorxulu bir dövrdə ədəbiyyatımızda “Vaqif” dramı, musiqimizdə “Koroğlu” operasının meydana gəlməsindən uşaq kimi sevinirsən, kövrəlirsən, Şərqdə ilk Respublikanın məhz burda, bizdə yaranmasıyla fəxr edirsən, lap lovğalanırsan da bir az, son nəfəsində də dilində “Azərbaycan” kəlməsi olan Məmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlərdən ibrət götürməyə, öyrənməyə çalışırsan. Və birdən saytları, sapsarı, bomboz, nə bilim, rəngsiz, simasız, mənasız mətbuatı bürüyən xəbərlər düşür yadına: “Azərbaycanda ədəbiyyat yoxdu”, “Azərbaycanda ziyalı yoxdu”, “qəhrəman yoxdu Azərbaycanda”, “Musiqimiz plagiatdı, ay camaat”, “Səməd Vurğun şair deyildi, biləsiz”... hamısını sadalamağa həvəs də yoxdur, əsəb də dözməz ... AmmaYaşamaq haqqı”nı vərəqlədikcə bunlar yadına düşəndə Fikrət Qocanın məşhur sualı deşir beynini: “Bəs bu namərdlər hardandı?” Elə namərdlərin də “ulu babalarından” danışır Anar. Onların da özlərinə görə yaşamaq uğrunda mübarizəsini, adam olmaqdan ötrü, qazdığı quyuya düşməməkdən ötrü mücadiləsini təsvir edir: danoslar, üzədurmalar, ayaqdandartmalar, “ortadaqaldı”lar, “qarmaqatdılar” və daha nələr. Hüseyn Caviddən danışırıqsa, ondan danos yazan, iclasdapantürkistdeyib üstünə çığıran “yoldaşdan niyə danışmayaq?! Bu da tariximizdi, Yaşamaq haqqımızı qorumaqdan ötrü çabalarımızın tərkibidir.  Məncə, müəllifin də əsas mövqeyi budur: yəni “baxın biz necə böyük millətik, nə qədər haqsızlıqlarla üzləşmişik, necə istedadlı, ağıllıyıq...”  şüarını tribunadan, pafosla qışqırmaq yox, sadəcə millət olaraq varlığımızın tarixini yazmaqbütün mənfisi, müsbəti, üstün cəhətləri və kəsirləri ilə birlikdə. Bu mənada əsərdə müsbət qəhrəman tapmaq çətindir. Çünki müəllif tarixi şəxsiyyətləri insan olaraq təsvir edir, rəsm çəkmir, heykəl yonmurheç vəchlə portret yaratmır.

Şübhəsiz ki, əsərdə tariximizin ağrılı tərəfləri, qonşularımızın ərazi iddiaları, kütləvi qırğınlar, müharibələr, itkilərimiz, 20 Yanvar hadisələri və Qarabağ müharibəsi əsas, önəmli yer tutur. Yazıçının bütün bu hadisələrin bilavasitə iştirakçısı olması, özünün müşahidə etdiyi “səhnəarxası” məqamları qələmə alması bir çox məsələlərin üzərinə işıq salır.  Ona görə, məncə, xəbərsiz gənc və yeniyetmə nəslin bütün bunları oxuyub məlumatlanması xüsusilə vacibdir.

Tarixə ekskursu lap qədim dövrdən başlayan müəllif, günümüzə qədər gəlib çıxır. Eyni zamanda özünün ziyalı arzuları, mülahizələri, gələcəyə aid gözləntiləri və narahatlıqlarını oxucusu ilə bölüşür. Əslində “Yaşamaq haqqı” barədə yazmaq sadə deyil. Əsərin sadəcə üstün və fərqli cəhətlərindən danışmaqla onun haqqında təsəvvür yaratmaq çətindir. Ona görə, məncə, ən düz yol kitabı oxumaqdı, tariximizi səhifə-səhifə izləmək, öz şüurundan, beynindən, içindən keçirmək və yuxarıda sadaladığım hissləri əsərlə təkbətək qalaraq yaşamaqdı.  

Ötən həftə məlumat verildiyi kimi hazırda əsərin azərbaycanca versiyası kitab halında çapa hazırlanır. Yaxın gələcəkdə əsərdən bəzi parçalar “525-ci qəzet”in oxucularına təqdim olunacaq. Sizləri çox da intizarda saxlamamaqdan ötrü deyim ki, növbəti həftələrdə ilk maarifçilərimiz, Repressiya dövrü, Mir Cəfər Bağırov, Nəriman Nərimanov, 21 Azər hadisələri, Heydər Əliyev haqda bölümlərin qəzetdə çapı nəzərdə tutulub.

Bu nömrədə isə əsərdə xüsusi maraq doğuran hissələrdən birini – “Avqust Putçusistemin iflası” essesini oxucularımıza təqdim edirik. 23 il bundan əvvəl, elə bu günlərdə baş verən taleyüklü, həlledici tarixi hadisələrin təsvirini, indi, müstəqil Azərbaycan gənci kimi oxumaq, bütün bu rahatlığımızın, arxayınlığımızın hardan başlamasını anlamaq xeyli ilgincdir. SSRİ-nin dağılması, tarixin hər şeyi yoluna qoyması, uzun illər can atdığımız, arzuladığımız müstəqilliyə necə çatmağımız... bütün bunları müəllif özünəməxsus məntiqlə təhlil edir, gördüklərini, şəxsi müşahidələrini bölüşür.

Beləliklə, Xalq yazıçı Anarın “Yaşamaq haqqı” traktatının çox maraqlı bir parçasını bərabər oxuyaq...

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 23 avqust.- S.14.