Şair Məmməd Alim dünyasını dəyişib

 

 

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Məmməd Alim vəfat edib.

 

1949-cu ildə Goranboyun Xınalı kəndində dünyaya gələn Məmməd Alim Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil almışdı.

Erkən gənclik illərindən ədəbiyyata, poeziyaya bağlanan M. Alimin əsərləri müntəzəm olaraq ədəbi orqanlarda nəşr edilmiş o, 1981-ci ildən AYB-nin üzvü olmuşdu. Publisistik yazıları ilə tanınan M.Alim həm Azərbaycan Jurnalistlər Birliyinə üzvü idi. Yüzlərlə şeirin, dəyərli ədəbi nümunələrin müəllifi olan, oxucular tərəfindən rəğbətlə qarşılanmış bir sıra kitabı işıq üzü görən şair Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü idi.

Məmməd Alimə Allahdan rəhmət diləyir ondan yadigar qalmış şeirlərindən bir neçəsini, xatirəsinə ehtiram əlaməti kimi, oxuculara təqdim edirik.

 

 

 

 525-ci qəzet.- 2014.- 30 avqust.- S.29.