Misra-misra, sətir-sətir açılan
Şair dünyası
Çingiz
Cəfərli şair kimi bir qayda olaraq poetik nəfəs
verdiyi hadisələri içəridən ,
daxilən yaşayır. Odur ki, onun bədii fikir, söz
dünyası misradan-misraya , şeirdən-şeirə
cilalanmaqla oxucu qəlbində özünə yer tapa bilir. Bunun isə
başlıca səbəbi ondadır ki, o, hər bir
sözü , bədii ifadəni, fikri ürəyinin isti
kürəsində bişirməklə özünün
söz dünyasına rəngi ilə solmayan ilmə- ilmə
naxışlar vurur. Ç. Cəfərlinin işıq
üzü görən “Xatirələrdə yaşayan
ömür” ( Bakı. Gənclik
2014) sayca şairin ikinci kitabıdır. Onun
ikinci kitabı əvvəlkindən mövzu, ideya
baxımından fərqlənir. Bu da ondan irəli gəlir ki, o,
bir şair kimi ruhən içəridən
yaşadığı hadisələrin mahiyyətinə diqqətlə
yanaşır, ona isti nəfəs verməyi bacarır.
Ç.Cəfərlinin şeirləri ehtiva dairəsinə
görə yaxşı mənada tez – tez dəyişir ki, bu
da istər şeirlərinə , istərsə
də poemalarına bir ləngərli oxunaqlıq gətirir.
Kitabda “ Şairin poetik dünyası” adlı
oxunaqlı, məzmunlu ön söz yazan Nazim
Əlioğlu Ç.Cəfərlinin
janrına , mövzu və ideyasına görə qəlb
oxşayan əsərlərini xəlbirdən keçirib
yaxşı mənada ələyir.
Kitabda
müxtəlif bölmələrdə mövzusuna görə
diqqəti çəkən, janrına görə fərqlənən hər
bir şeir , poema , hekayə, xatirə və deyimlərində vətəndaş
şairin rəng dünyasının müxtəlif incə
çalarlarını aydınlığı ilə görə
bilərik. Bu mənada şairin rənglər
dünyasındakı vətənpərvərlik hissi bədii
təcəssümü, özüəməxsusluğu ilə
daha çox seçilir və yadda qalır. Onun bilavasitə
mayası vətənpərvərliklə yoğrulan şeirlərində
vətənə sonsuz məhəbbət ,
onun hər zəfərinə olan ehtiram poetik şairanə bir
dillə vəsf olunur.
Neçə
dahilərin, ulu ustadın,
Ulu zirvələrdən
çağrılan adın,
Çatladır bağını düşmənin,
yadın.
Bol sərvət
diyarı, cümlə cahanım
Sənsən ana yurdum, Azərbaycanım.
(“Azərbaycanım”)
Vətənin
özü kimi Onun əyilməz vüqarı ,
qoç igidlərin məskəni
, oylağı olan dağlarını bütün əzəməti
ilə obrazlaşdıran şair onu ecazkar məhəbbətlə
tərənnüm etməyi bacarır.
Yaşıl
meşələrin bəzəkdir sənə ,
Rəng
verir çəmənlər gözəlliyinə,
Ceyranlar gəzişir
düzündə yenə,
Elimin vüqarı , qüruru dağlar.
(“Dağlar”)
Ç. Cəfərli
incə, həssas qəlbli şair kimi vətəninə və
onun hər bir guşəsinə qəlbən bağlı olub
düşünüb-daşınan bir insandır. Onun şərq musiqisinin konservatoriyası sayılan
ulu Qarabağın bənzərsiz gözəli olan
Şuşaya həsr etdiyi şeir hər şeyi yerində onu
bütün mahiyyəti və mənası ilə duyan
şairin rahat olmayan dünyasından xəbər verir. Bu elə bir dünyadır ki, bu gün intizar səssiz-səmirsiz
boğulur.
Muğam
beşiyisən, segah səsisən,
Neçə
müğənninin xoş nəfəsisən,
Gözəllik
dühası, gül həvəsisən,
Səni
sevənlərə pir olan Şuşa,
Yağılar
gözünə tir olan Şuşa.
(“Şuşa”)
Ç. Cəfərlinin
həyatı şeirlərində vətənə, onun
torpağına, el ağsaqqallarına dərin hörmət və
ehtiram var. Onun şeirlərində bir qaya olaraq
torpaqlarımızın bütövlüyü uğrunda canını qurban verən
şəhidlərimiz ürək yanğısı ilə vəsf
olunur. Belə şəhidlərimizdən biri də
Müşfiq Cəfərovdur. El məhəbbətini,
vətən sevgisini qəlbində, ürəyində gəzdirən
Müşfiq taleli Müşfiq sözün həqiqi mənasında
özünə ölməzlik qazandı.
Özünü ölümsüzlüyi ilə
Yaşatdı
arzusun kamallarında,
Azadlıq
dühasın amallarında ,
İgidlik
zirvəsin damarlarında,
Elimin mərd oğlu, şəhidim Müşfiqim.
(“Müşfiqim”)
Elin, obanın bütün zamanlarda el ağsaqqalına həmişə
ehtiyacı olur və olacaq. Ona görə ki, el
ağsaqqalı xalqımızın həmişə güvənc
yeri olmaqla ona isti nəöfəsinöə
sığınmışıq. Odur ki, şairin
ağsaqqala həyatın “ dadı, mənası”
adlandırmasında mənən haqqı var. Çünki o
elin, obanın düşünən beynidi.
Həyatın
mənası, dadı sizsiniz,
Gəncliyin şərəfli adı sizsiniz,
Sönən
ocaqların odu sizsiniz,
Ellər
ağsaqqalı, sözü qocalar,
Sizə hörmət edən özü ucalar.
(“Qocalar”)
Dünyanın əzəli əşrəfi olan insan. Onun
haqqında ibrətamiz sözlər söylənilmiş və
bu gün də söylənilir. Bu
baxımdan Çingiz insan və onun mənəvi
dünyasına içəridən öz prizmasından
baxır. O, bu zaman bir şair kimi insan “mən”inin lay qatlarına enməyə
çalışır, onun sirli-soraqlı
dünyasının ağlı-qaralı notlarına ürəyinin
işığını salır.
Gəl
uyma dünyanın malına insan,
Vermə
öz canını varına qurban,
Olar ki, nəfsin
aldadar səni,
Verərsən əlindən etdiklərini.
(“İnsan”)
Ç. Cəfərlinin
şeir yaradıcılığı öz mövzu
,ideya diapazonuna görə rəngarəngdir. Bu rəngarənglik onun şeirlərinə bir
oxunaqlıq, xoş ovqat gətirib. Bu
ovqatı Çingizin ata, ana, övlad haqqında
yazdığı şeirlərində aydınlığı
ilə görmək olar. Onun bu mövzuda
yazdığı şeirlərində həssas qəlbli,
narahat ürəkli şairin söz təşnəsinin,
dünyasının məqamlarının ağır, ləngərli
yükünü görürük. Ataya,
anaya, övlada olan sonsuz ehtiram və məhəbbət
şairin şeirlərinin mayasını, cövhərini təşkil
edir.
Yaxşı
bala ad olur,
Dönükləri
yad olur,
Ağıllısı
dad olur,
Ata, ana,
sevinir,
Fərəhlərin xoş dinir.
(“Övlad”)
Ümumiyyətlə,
sevgi kimi ali hissə bir şair kimi öz
dünyasından baxır və onu içəridən
yaşamalı olur. Çingizin məhəbbətə
dair şeirləri onun sirli-soraqlı dünyasının səhifələrini
sanki bir-bir vərəqləyir. Sevib-sevilməyən
qəlbi sənsizlik dərdi ilə içəridən
qovrulub yanan, yuxulardakı xoş görüşü
xatırladıqca sevgi adlı ağır yük onu mənən
sıxır, təlatümlü anlar keçirməyə məcbur
edir. Bu da təbiidir. Bu baxımdan “Gəldik
görüşə” , “Əlim də yetmir” , “Küskün
olmuşam” , “Tutdun ucuz məhəbbəti” kimi şeirlərində
sevgiyə ürəkağrıdan rakursdan baxır və ona
heç də xoş olmayan poetik bir ovqat verir.
Dərd oldu sənsizlik günbəgün mənə.
Gözlərim
axtardı, tək səni yenə,
Gecələr
yuxularım çəkildi ərşə,
Yalnız röyalarda gəldik görüşə.
(“Gəldik
görüşə”)
Süzgün
baxışlarla ötdün yanımdan,
Olmalıdı
marağın tənha halımdan,
Bu nazlı gedişin, bu ədan nədi?
Elə bil canımı aldı canımdan.
Kitabdakı məhəbbətə aid şeirlərin bir
qismində sevginin xoş rayihəsi duyulur. Sevgi sevən
insana onun həyat yoluna yaşıl işıq yandırmaqla
ona böyük inam bəxş edir. Sanki
ona qol-qanad verir. “Gələndə”
şeirində olduğu kimi.
Bağda
çiçək sevindi,
Bülbül
budaqda dindi,
Göydən
gözəllik endi,
Sən yanıma gələndə.
Ç. Cəfərlinin
yaradıcılığında epik növün bir janrı
olan poemaya yer verməsi onun bir şair kimi uğuru hesab etmək
olar. Bu baxımdan “Ana həsrəti” poeması
mövzu və ideya baxımından olduqca aktualdır. Tənha həyat yaşayan ananın oğlu
qardaşı haqqında faciə notları ilə yüklənən
təəssüratları ananı daxilən silkələyir.
Tənhalıq qoca, kimsəsiz ananı sanki məngənə arasına qoyub sıxır. Başqa ocağa sığınan gözünün ağı-qarası olan yeganə oğlu, qonşuda, necə deyərlər lap qulağının dibində yaşayan qardaşı da xəstə anaya biganəlik , laqeydlik göstərir. Qoca dilənçidəki heysiyyət hissi doğma oğul və qardaşdan qat-qat güclüdür. Gecənin qaranlığında xəstə ananın amansız ölümünü qohum, qonşulara çatdıran qoca dilənçinin keçirdiyi mənəvi həyəcan və sarsıntılar poemada təbii səslənir.
Çingiz poemada məcazlardan məqsədli şəkildə istifadə etməklə ana obrazının xarakterini bütün incəlikləri ilə aça bilir.
Ç. Cəfərlinin ikinci “Xəstə qoca” poemasının mövzu baxımından “Ana həsrəti” poemasına müəyyən mənada yaxınlığı var. Fərq orasındadır ki, poemanın finalı xoş sonluqla bitir. Belə ki, xəstə qoca həkimin müalicəsinə baxmayaraq o, son günlərini yaşayırdı. Birdən – birə hər şey dəyişdi. Nəvəsi Əhmədağanı yanında görən qocanın gözlərində bir işıq parladı, ona- qocaya sanki ikinci həyat verildi.
Yaxşı ki, tez gəldi doğma nəvəsi,
Qohuma, qonşuya artdı həvəsi,
Hiss etdi “gəncləşib” olub şux cavan,
Gələcək gününə varmış bir yanan.
Yamanca
sevindi bu qoca xəstə,
Bilmədi
neyləsin xoş bir həvəsdə,
Qoşuldu
nəvəyə getdi evinə,
İnandı bu gündən gələcəyinə.
Ç. Cəfərlinin
hekayə janrına müraciət etməsi heç də təsadüfü
deyil. Özünü bir daha bu janrda sınayan
Çingiz bir nasir kimi hekayələrindəki hadisə və
əhvalatları duyub yaşamalı olub. Onun “ Dağ da dözməz bu dərdə” hekayəsi
mövzu baxımından bu günümüzlə səsləşir.
Öz doğma ata- baba yurdundan köçkün
düşmüş Nurməhəmməd kişinin daxilindən gələn
harayı oxucunu mənən silkələyir. Halal
torpağımızı mənimsəyən nankor ermənilərin
iç üzünü açıb belə ifşa edir. “Düzü, əvvəllər də bir təhər
idilər bu quldurlar. Kimisi qorxaq, kimisə də
ikiüzlü,
boşboğaz, yaltaq və bic. Elə ki, işləri
düşdü olurdular dost, kirvə. Ara deyib
olurdular qır-saqqız. Bizə də nə
var ki, inanırdıq hamıya. Özümüz
kimi bilirik çoxlarını. Sonra da
çəkirik bəlasını, qalırıq yaman günə.
“( səh. 87) Müəllif hekayədə
bədii ifadə vasitələrindən, xüsusilə
mübaliğədən yerində istifadə edərək
Nurməhəmməd kişinin vətənlə, torpaqla
bağlı ağrılı dünyasının lay
qatlarını açır.
Çingizin “Təsadüfün həqiqəti” hekayəsində
Habilin oğlunu görmək üçün uzaq bir ölkəyə
ailəsi ilə gəlməsi və oradan aldığı təəssüratlar
öz əksini tapır. Əsər hekayədən çox
oçerk təsiri bağışlayır.
Müəllifin Qarabağ uğrunda döyüşlərdə
şəhid olmuş Müşfiq Cəfərov
haqqındakı xatirəsini düşünmədən oxumaq
mümkün deyil. Onun Müşfiqin belə ağır, sonu faciə ilə
bitən
döyüşə getməsinin səbəbini
ürəkağrıdan şairanə bir dillə təsvir
etməsi Vətənə, anaya, torpağa, millətə
bağlı olmasında görürdü.
Kitaba oxunaqlılığ gətirən səbəblərdən
biri də Ç. Cəfərlinin uğurla qələmə
aldığı deyimləridir. Aforizm təsiri
bağışlayan bu deyimlərdən vətəni şərtləndirən
amillər də var.
Ç.Cəfərlinin “Xatirələrdə yaşayan ömür” kitabı bir daha onu göstərir ki, o, istər şeir və poemalarında, istərsə də hekayələrində müəyyən uğur qazanıb . İnanırıq ki, bu uğurun davamı olacaq.
Teyyub MƏNSİMOĞLU
525-ci qəzet.- 2014.- 30 avqust.- S.25.