Dünyanın qapıları

 

 

Dünyanın qapısı hayandadı görəsən, neçədi görəsən, necədi görəsən? Böyük Füzuli birini bilirdi; bu kədər qapısıydı, bu ölümə açılan qapıydı o qədər alçaq idi ki, belini əyməliydin dünya evinin bu qapısından keçməyə... Neçə yüz il idi ki, söz adamları dünyanın ancaq bir qapısınıFüzuli qapısını tanıyırdı. Lap elə dəqiq elmlərdə olduğu kimi qəfil gözlənilməz oldu. Dünyanın başqa bir qapısı da varmış. bu qapını gör neçə yüz il sonra bir az bəstəboy, bir az qaradinməz, lakin ürəyi işıqlı sevgilərlə dolu olan, hələ ki, böyüklüyünü çoxlarının etiraf edə bilmədiyi Ələkbər Salahzadə tanıtdı, lap dəqiqikəşf elədi”. Nyutonla  Eynşteyn + Lütfizadəni xatırladan bir məqamdı...

 

...Bu qapı işıqlı həyəcanla dolu; gələcəyə, uçduqca uça bildiyin sonsuzluqlara, dünyanın ölümsüzlüyünə açılırdı... şair bu qapını hamıya tanıtdı ya hamıya dünyaya açılan öz qapısını tanıtdı...

 

... Onda bir qız dayanmışdı dünyanın qapısında...

 

Heç bir izahata ehtiyac yoxdur. Sadə böyük həqiqət...

 

...Hamı bu dünyaya Ələkbər Salahzadə qapısından girib Məhəmməd Füzuli qapısından çıxır.

 

lll

 

Bu gün

dünən olacaq, 

mən qaldığım günlərdən

bir səs belə dönməyəcək.

 

Bu misralar 1969-cu ildə yazılıb. Şairin cavan vaxtlarında. Sadə adi həqiqətin daxili kədərli bir lirizmlə dolu ifadəsi.., həm daxilində, adamın canına yayılan bu kədərin içərisində həll olunmuş ümid dolu ifadəsi... Amma yox. Dünyada yeganə bir səs var ki, o həmişə qayıdır. Bu böyük şairlərin sözə çevrilmiş səsidir... Elə bu kədərli misraların içərisindəki ümid budur... Lap minilliklərin o tayından da qayıdan səs...

 

lll

 

1962-ci ildə yazılıb;

 

... qədər qələm çalan

Əsrin ortalarında.

Əsrin havası çatmır

Şeirin ortalarında,

Nəsrin ortalarında...

 

O vaxtdan çox şey dəyişib, çox şey.., bircə bu misraların əsəbi böyük həqiqətindən savayı..

 

lll

 

Ələkbər Salahzadə hələ çoxlarının dərk etmədiyi şairdir.

 

 Şairlərin şairidir.

 

 Ədəbi tənqidin gücü çatmayan şairdir.

 

Meyar idi, indi o meyar yoxdur.

 

Dərk edənlərin azlığı ucbatından əsl qiymətini vaxtında almayan şairdir.

 

Bunları nüfuzlu söz adamları deyiblər...

 

Amma vaxt keçir...Özü demişkən (onda cəmi 20 yaşındaydı):

 

 

...Vaxt keçir,

                        vaxt keçir

Yağış daş döyəndə ,

Yaltaq baş əyəndə ...

 

lll

 

Nəsə babat bir şey yazmaq istəyirdim. Amma alınmadı. Böyük şairin sambalı qarşısında alınmadı.

 

lll

 

İş ki, belə gətirdi bu yerdə mən bu şəxsin qədər təmiz, təmənnasız olduğu barədə bu günlərdə eşitdiyim bir əhvalatı danışım.

 

Televiziyada onun haqqında veriliş gedirdi. Şairin yeniyetməlik dostlarındanıydı danışan (yazıda heç kəsin adını çəkmədiyimdən onun da adını çəkmirəm, inciməz).

 

Bu qələm əhlinin həmişə ağıla gəlməyən qəribə söhbətləri olur. Deyir ki, bir gün bir neçə nəfər qələm adamı oturmuşduqmənəm deyənrestoranların birində. Qab-qaşıq düzülmüşdü. Bunların arasındakı büllur fujerlər öz təmizliyi ilə adamı heyran qoyurdu. Birdən dostlardan biri bir fujeri əlinə götürüb çox diqqətlə baxdı gözlənilməz sual verdi:

 

Görəsən bu büllurun təmizliyini ilə müqayisə etmək olar?

 

Hamı susub fikrə getdi... Birdən başqa bir dost sevincək dedi: tapdım, ancaq Ələkbər Salahzadə ilə...  

 

Tofiq Nurəli

525-ci qəzet.- 2014.- 30 avqust.- S.22.