Suğra Bağırzadənin “Floristika” mövzusunda fərdi-yaradıcılıq sərgisi
açılıb
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda əməkdar artist Suğra Bağırzadənin fərdi-yaradıcılıq sərgisi açılıb.
İttifaqdan APA-ya verilən məlumata görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Sərginin açılışında mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri,
xalq rəssamı Fərhad Xəlilov və başqaları çıxış edərək
sərgilənən əsərlər
haqqında fikirlərini
bildiriblər.
Fərdi
yaradıcılıq sərgisində
S. Bağırzadənin əsərləri
ilə yanaşı “Floristika” İncəsənətə
Dəstək İctimai
Birliyinin ilk buraxılış
iştirakçılarının əsərləri də nümayiş etdirilib.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 30 avqust.- S.18.