Xızıda Cəfər Cabbarlı anılıb

 

 

Ötən gün Xızı rayonunda Cəfər Cabbarlının 115 illik yubileyi keçirilib. Mərasim Xızı rayon icra hakimiyyəti,  Yazıçılar Birliyi (AYB), AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Cəfər Cabbarlının ev muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

Yubiley tədbirindən əvvəl qonaqlar Xızıda ümummilli lider Heydər Əliyevin və görkəmli ədibin məzarını ziyarət ediblər.

 

Sonra mərasim Xızıda Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Arzu Əzizov açıb. A.Əzizov C.Cabbarlının Azərbaycan ədəbiyyatında yerirolu haqqında düşüncələrini mərasim iştirakçıları ilə bölüşüb.

 

Professor Asif Rüstəmli "Cəfər Cabbarlının ədəbi-ictimai fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib.

 

Mərasimdə AYB-nin katibi İlqar Fəhmi, professorlar Şirindil Alışanlı, Tahirə Məmməd, Rafiq Sadıqov, filologiya üzrə fəlsəfə doktorları Qurban Bayramov, Elnarə Akimova, şair Oqtay Rza, müəllim Xatirə Həşimzadə çıxış ediblər.

 

Ədibin nəvəsi Qəmər Seyfəddinqızı tədbirin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib.

Sonra Oqtay Rza və Xatirə Həşimzadəyə bu ilin Cəfər Cabbarlı Mükafatı təqdim olunub.

 

Mərasimin bədii hissəsində Xalq artistləri Məleykə Əsədova "Aydın" pyesindən fraqment, Mələkxanım Əyyubova sözləri və musiqisi Cəfər Cabbarlıya aid "Gərək günəş dağları aşıb sönməyəydi" mahnısını ifa edib. Müğənnilər Rəşad İlyasovMehri Əsədullayeva da ifaları ilə yubiley mərasiminə rəng qatıb.

 

Tədbirdə Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı videosüjet də təqdim olunub.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 2 dekabr.- S.7.