Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı

 

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi daxil olmaqla Alagöz dağ silsiləsi Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Tarixən Azərbaycan şimalda Dağıstan, qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan, şərqdə Xəzər dənizi,cənubda isə İran ilə həmsərhəd olub. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan verib".

 

Tariximizin öyrənilməsində arxeoloqların, alimlərin fəaliyyəti qədər, müxtəlif dövrləri əks etdirən eksponatların da rolu var. Ölkəmizdə tariximizlə bağlı materialların toplanması, saxlanması, araşdırılması təbliği ilə məşğul olan Milli Azərbaycan Tarix Muzeyinin fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiqdir. 

 

1930-cu illərin ortalarında "böyüməkdə olan nəslin siyasi tərbiyəsi məsələlərinə diqqətin artırılması, muzey ekspozisiyasında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya hökumətin tələblərinin həyata keçirilməsi tarixin Sovet düşüncəsinə uyğun öyrənilməsi təbliği" günün əsas məsələlərindən birinə çevrilib. Məktəblərdə tarixin tədrisinə artırılan diqqət yeni tipli tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olunub. Azərbaycan SSR hökumətinin 31 mart 1936-cı il qərarına görə Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması, tarix profilli yeni muzeyin yaradılması onun Azərbaycan Tarixi Muzeyi adı ilə yenicə təşkil edilən SSRİ EA-nın Azərbaycan Filialına verilməsi ilə nəticələnib. Bu, keçmiş Dövlət Muzeyinin tərkibindən 1934-cü ildə çıxan Teatr Muzeyindən başqa qeyri-tarix profilli digər sahələrin ayrılmasına yeni muzeylərin (Təbiət Tarixi Muzeyi, İncəsənət Muzeyi, Din Ateizm Tarixi Muzeyi, Ədəbiyyat Muzeyi s.) yaranmasına səbəb olub. 30-cu illərin sonu - 40-cı illərin əvvəllərində baş verən kütləvi repressiya müharibə alimlərin, muzey işçilərinin sıralarını seyrəldib. 1941-ci ildən bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi SSRİ EA Azərbaycan Filialının Tarix, Dil Ədəbiyyat İnstitutunda muzey şöbəsinə çevrilib. Azərbaycan Tarixi Muzeyi 1945-ci ildə yaradılan Azərbaycan SSRİ EA-nın tərkibində eyni adla fəaliyyətə başlayıb.

 

1920-41-ci illərdə H.Z.Tağıyev mülkündə Şirvanşahlar Sarayında, əsasən, tarixi mövzularda sərgilər təşkil edən muzey (1941-1952-ci illərdə H.Z.Tağıyev mülkündə Azərbaycan SSR XKŞ - Nazirlər Soveti yerləşdirilib) müharibə sonrakı illərdə elmi tədqiqat (xüsusilə arxeoloji) işlərinə daha çox üstünlük verib.

 

1953-cü ildə Tağıyev mülkünün yenidən muzeyə qaytarılması dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaradıb.

 

Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti haqqında danışarkən tez-tez "birinci" "ilk dəfə" sözlərindən istifadə etmək lazım gəlir. Belə ki, 1925-ci ildən başlayaraq 60-cı illərədək, arxeoloji işlərin aparılması EA-nın Tarix İnstitutuna həvalə edilənədək, respublikanın arxeoloji mərkəzi olan Tarix Muzeyi arxeoloqlar Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə, Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli Hüseynov başqalarının rəhbərliyi ilə Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə başqa yerlərdə apardıqları qazıntılarla Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoyub. Məhz bu ekspedisiyalar, eləcə muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiyalar zamanı əldə olunan bu gün muzeyin fondlarında qorunan material ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirib, neçə-neçə kitab dissertasiya üçün mənbə rolunu oynayıb.

 

60-cı illərdən başlayaraq muzey bilavasitə arxeoloji ekspedisiyalar təşkil etməsə , yeni bir sahənin - sualtı arxeoloji tədqiqatların mərkəzinə çevrilib. 1968-72-ci illərdə muzeyin əməkdaşı tarixçi-arxeoloq Viktor Kvaçidzenin başçılıq etdiyi qəvvaslar qrupu Xəzər dənizində sahilyanı ərazidə (Bəndovan I, Bəndovan II, Bilgəh s.) tədqiqat işləri aparıb.Bu gün ekspozisiyada görkəmli yer tutan sualtı arxeoloji materialı aşkar edən, su altında qalan orta əsr yaşayış yerlərinin (Muğan, Quştaşfi) tapılması öyrənilməsi işinin əsasını qoyublar.

 

Muzeyin zəngin kolleksiyası müxtəlif illərdə nəşr edilən buklet, kataloq, albom məqalələrin əsasını təşkil edir. Muzey tərəfindən nəfis şəkildə nəşr edilən "Milli geyimlər", "Zərgərlik bəzəkləri", "Şərq silahları", "Mis məmulatı", "Xalçalar xalça məmulatı", "Azərbaycan tikmələri", "Arxeoloji material", "Numizmatika", "Sualtı arxeologiya" adlı kitablar yüksək rəğbətlə qarşılanıb. 1966-cı ildə "Azərbaycanda aparılan arxeoloji qazıntılardan əldə edilən qızıl gümüş əşyaların kataloqu" 1972-ci ildə "Azərbaycanın qədim bəzəkləri" albomunun nəşri tarixsevərlər arasında böyük marağa səbəb olub. 1970-80-ci illərdə "Eksponatlar danışır" adı ilə ən yeni tariximizə dair orijinal və nadir eksponatların təsviri və onlar haqqında məlumat verən ikicildlik kitab çapdan çıxıb.

 

Muzeyin fondlarında saxlanılan bir çox materialı əks etdirən, Azərbaycan tarixşünaslığında ilk dəfə dövlətçilik rəmzlərimizi özündə birləşdirən orijinal "Azərbaycanda dövlətçilik və onun rəmzləri" kitab-albomu 2000-ci ildə işıq üzü görüb.

 

Muzeyin 1950-90-cı illərdə nəşr edilən əsərləri və burada aparılan elmi-tədqiqat işlərinin nəticəsinə həsr edilən elmi sessiyaların materialları da onun elmi nəşrlərindəndir. Bu iş 2001-ci ildən davam etdirilərək "Azərbaycan Tarixi Muzeyi" adı altında Azərbaycan Tarixi Muzeyi-80, Azərbaycan Tarixi Muzeyi-2002 və s. adlarla nəşr olunub. Elmi məqalələr toplusu olan bu əsərlər əsasən muzey materiallarına əsaslanır. Toplanılan eksponatların xüsusiyyətlərini, ekspozisiyaların elmi baxımdan təşkilini, muzeyşünaslığın vəzifələrini, əməkdaşların elmi fəaliyyətini əks etdirir. 2002-ci ildə muzeyin fondlarında mühafizə edilən xatirə kolleksiyası əsasında hazırlanan "Maestro Niyazi" kataloqu, 2003-cü ildə Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına həsr olunan multimedia kompakt diski (YUNESKO-nun maliyyə yardımı ilə), 2004-cü ildə "Elmin qızıl fondu" kataloqu və s. işıq üzü görüb. Onu da qeyd etməliyik ki, bu əsərlər fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Tarixi Muzeyinin qrifi ilə çıxan nəşrlərin yalnız cüzi hissəsidir.

 

Muzeydə aparılan elmi-tədqiqat işləri Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını-onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şahidlik edir.

 

(Ardı var)

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2014.- 11 dekabr.- S.7.