Məczub Təbrizi divanının ilk nəşri

 

 

 

İki əsr yarıma qədər davam edən Səfəvilər dövrü Azərbaycanda mədəniyyətin, elmin, ana dilinin, anadilli ədəbiyyatın çiçəklənməsi ilə əlamətdar olmuşdur. Sam Mirzənin "Töhfeyi-Sami", Əhdi Bağdadinin "Gülşəni-şüəra", Sadiq bəy Əfşar Sadiqinin "Məcməül-Xəvas", Vəliqulu bəy ibn Davudqulu Şamlunun "Qisəsül-xaqani", Məhəmməd Tahir Nəsrabadinin "Təzkirətüş-şüəra", Həzinin "Təzkirətül-müasirin", Xoşgunun "Səfineyi-Xoşgu", Lütfəli bəy Azər Bəydilinin "Atəşkədə" s. təzkirələrdə bu dövrün şairləri Azərbaycan ədəbiyyatının inkişafı barədə maraqlı məlumalar vardır. Səfəvilər dövrünün banisi Şah İsmayıl Xətainin (1501-1524) sarayında Süruri,Şahi, Matəmi, Tüfeyli, Kişvəri kimi şairlərin fəaliyyət göstərməsi, saraydakı ədəbi məclisin məlikiş-şüəra Həbibi tərəfindən idarə edilməsi mənbələrdə göstərmişdir.

Son illərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Səfəvilər dövrü ədəbiyyatımızın nəşrinə tədqiqinə xüsusi diqqət yetirilir. Həmin dövrə dair Əlyazmalar İnstitutunda, dünyanın bir sıra kitabxana muzeylərində saxlanan yazılı abidələrimiz nəşr edilmişdir. Əlyazmalar İnstitutunun rəhbərliyi xarici ölkələrdən Səfəvilər dövrünə dair sənəd əsərlərin surətlərinin gətirilməsinə xüsusi diqqətlə yanaşır. Filologiya elmləri doktoru Paşa Kərimovun bu sahədəki fəaliyyətini xüsusilə qeyd etmək istədik. O, Səfəvilər dövrü anadilli poeziyamızın görkəmli nümayəndələri-Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzəqulu xan Zəfər, Vəhid Qəzvini Təsir Təbrizinin divanlarının ilk dəfə olaraq tam həcmdə ayrıca kitab halında geniş ön sözlə nəşr etdirmiş, 2007-ci ildə M.Hüseyni ilə, çap etdirdiyi "XVII əsr Azərbaycan lirikası" antologiyasına Rəhməti, Şah Abbas Kəbir, Şah Abbas Sani, Tərzi Əfşar, Saib Təbrizi, Müsahib Gəncəvi, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Vaiz Qəzvini, Səfiqulu bəy Səfi, Mürtəzaqulu Sultan Şamlu başqalarının əsərlərini daxil etmişdir. Bundan başqa, P. Kərimov "XVII əsr anadilli Azərbaycan lirikası" "XVII əsr anadilli Azərbaycan poeziyası (icmal portret oçerklər)" ,"Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı" adlı monoqrafiyalarında araşdırmaya çoxsaylı əlyazma materialları cəlb etməklə dövrün poeziyasının ən səciyyəvi cəhətlərini nəzərdən keçirmişdir. Son günlərdə P.Kərimov, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məmmədi ilə birlikdə Səfəvilər dövrü ədəbiyyatımızın naməlum nümayəndəsi, XVII əsr şairimiz Məczub Təbrizinin anadilli şeirlər toplusu-divanını nəşr etdirmişdir. Kitabın tərtibçisi Məhəmmədəli Hüseyni, redaktoru Arif Ramazanovdur. Qeyd etmək istərdik ki, əsərin əlyazma nüsxəsini Leyden Universiteti kitabxanasından Qahirə Milli kitabxanasından əldə edərək mətbuatda haqqında ilk dəfə söz deyən Almaniyada yaşayan həmvətənimiz M. Hüseyni olmuşdur. M.Hüseyni kitaba yazdığı ön sözdə Məczub divanının nüsxələri, şairin XVII əsr ictimai həyatında ədəbiyyatında oynadığı rolu barədə fikirlərini bildirmişdir. Kitaba başqa bir ön söz yazan P. Kərimov Məczubun dövrünün mütərəqqi görünüşlü "hind üslubu"şairlərinə qarşı əks, mürtəce mövqedə durmasını, onun divanındaki şeirlərin bədii xüsusiyyətlərini daha ətraflı nəzərdən keçirmişdir. Tədqiqatçı qeyd edir ki, XVII əsrdə Səfəvilər dövründə siyasi, ideoloji gərginlik hökm sürürdü, şiə ruhaniləri yalnız dini məsələlərdə deyil, dövlətin idarə olunması işlərində fəal iştirak edir, ideya müxaliflərini amansız təqib edirdilər. Bu dövrdə ictimai ədalətsizliyə, dini, məzhəbi təəssübkeşliyə, zülm zorakılığa qarşı etiraz edən mütərəqqi görünüşlü ziyalılar, xüsusilə poeziyada "hind üslubu" nümayəndələrinin yaradıcılığında fanatizmə biganəlik, qeyri-adi universallıq, "vösəte-məşrəb", ("xarakter genişliyi"), "sülhe-koll"("ümumi sülh") prinsipləri müşahidə olunur.

Məczub Təbrizi əsərlərini oxuduqda onun qatı şiə ideoloqu olduğunu, mütərəqqi ziyalılara qarşı amansız müharibə elan etdiyini gorürük. P. Kərimovun dediyi kimi, buna baxmayaraq, ana dilinin incəliklərinə dərindən bələd olduğuna, atalar sözləri məsəlləri məharətlə işlətdiyinə, şeirlərini istedadla yazdığına görə, Məczubun adı, əsərləri ədəbiyyat tariximizə salınmağa, ətraflı tədqiq edilməyə layiqdir.

Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli bəlağətli olduğundan nəzm nəsr gülüstan bustanının qəzəlxan bülbülüdür. Qəzəldə Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik "Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən artıqdır". Məczubun təvəllüd tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir. Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" əsərində məlumat verir ki, şair üç min beytlik "Şahrahi-nicat"("Nicat yolu") məsnəvisini 1655-ci ildə qələmə almış, 1677-ci ildə yazıb bitirdiyi üç yüz on dörd bəndlik "Təyidat" ("Təsdiq olunan fikirlər") adlı mənzum risaləsini Şah Suleyman Səfəviyə (1666-1694) ithaf etmişdir. Bu əsər tövhidə, imaməti təsdiq edən hədislərə, on iki imamın mədhinə həsr olunub. Bunlardan başqa, şairin qəsidə, qəzəl, müxəmməs, tərcibənd, saqinamə rübailərdən ibarət dörd min beytlik farsca divanı da vardır.

Məczubun nəşrinə məqalə həsr etdiyimiz anadilli divanının təqribən üçdə birini şiə imamlarının mədhinə həsr olunmuş şeirlər təşkil edir. Məczubun şeirlərindən onun qatı şiə ideoloqu olunduğunu,bir sıra təsəvvüf təriqətlərini sərt bir formada tənqid edərək, onları təqib etməyə çağırdığını bununla fəxr etdiyini görürük. Lakin şairin yaradıcılığının digər diqqətəlayiq cəhətlərinə diqqəti cəlb edən P.Kərimov yazır: "Məczub geniş mütaliə dairəsinə malik, elmin bir sıra sahələrini, ədəbiyyatı gözəl bilən şairdir. Lirik şeirlərində o, səmimi duyğuları tərənnüm etməsi, poeziyaya yeni obrazlar gətirməsi ilə diqqətimizi cəlb edir. Məczub vəsf etdiyi eşqin hər kəsə nəsib olmayan bir duyğu, Tanrı vergisi olduğu iddia edir:

 

 

Eşq Tanrı vergüsidür, ta kimə Tanrı verə,

Özünü yoxsul xəyali-xamilə şah etməsün".

 

P.Kərimov Məczubun şeirlərindəki aşiq obrazından ətraflı danışır. Qeyd edir ki, şairin yaratdığı aşiq obrazı eşqinin paklığı, saflığı, səmimiyyəti, sevgisi yolunda hər bəlaya hazır olması, fədakarlığı ilə diqqəti cəlb edir. Məczubun şeirlərindəki səmimiyyəti dəyərləndirən tədqiqatçı yazır:"Səmimi hisslərin ifadəsi şairin bir sıra beytlərində orijinal obrazların yaranmasına səbəb olmuşdur.Lirik qəhrəmanının həsrəti elə böyükdür ki, o sərapa (başdan -ayağa) söz olub yarım gözləyir. Görüş üçün verilən vədədən cəmi bir nəfəs gecikdiyinə görə aşiqin bağrı qan olur:

 

 

Vədə verdin dün gecə, lütf etdin, ehsan eylədin,

Bir nəfəs gec gəldin əmma bağrımı qan eylədin"

 

Tədqiqatçı, Məczubun şeirlərində bədii ifadə vasitələrindən, poetik fiqurlardan məharətlə, istedadla istifadə etməsini ətraflı nəzərdən keçirmişdir. Şairin dilindən danışarkən onun şeirlərində "Örkən nə qədər uzun olsa da, doğanaqdan keçər","Ot kökü üstə bitər", "Nə əkərsən onu biçərsən","Azın çoxla oyunu olmaz", "Əl məndən, ətək səndən","Könüldən könülə yol var" kimi atalar sözləri və məsələləri işlətdiyini göstərmişdir.

Bundan başqa, P.Kərimov ön sözündə Məczub lirikasının daha bir özəlliyi-əvvəlki dövr şairlərindən fərqli olaraq sevgilisinə qovuşmasını təsvir etməsi şairin didaktikası, hakimlərdən, şahdan cəsarətlə ədalət tələb etməsi, yaradıcılığındaki vətənpərvərlik motivləri barədə danışıbdır. Məczub şeirlərinin janrforma xüsusiyyətləri, quruluşu, qafiyə sistemi də ayrıca tədqiq edilmişdir.

Məczub Təbrizinin Azərbaycan türkcəsindəki divanının nəzərdən keçirdikdə şairin anadilli poeziyamızın inkişafındakı xidmətlərini aydın surətdə görə bilirik.

Bu fikirdəyik ki, əgər gələcəkdə xarici kitabxanalardan kifayət qədər mənbələr, materiallar əldə edilsə, Səfəvilər dövrü ədəbiyyatımızın tarixinin ayrıca bir iri həcmli monoqrafiyada yazılması məsələsi qarşıda duracaqdır.

Nailə Mustafayeva

filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2014.- 11 fevral.- S.7.