Xalq şairi Zəlimxan
Yaqub haqqında yeni kitab
Bu günlərdə Azərbaycan
MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun Xalq şairi Zəlimxan Yaqub haqqında kitabı işıq üzü görüb. Kitabın
girişində də
deyildiyi kimi, Xalq şairi, müasir Azərbaycan, ümumən türk dünyası poeziyasının
parlaq nümayəndələrindən
biri olan, Azərbaycan poeziyasını
əzbərdən bilən,
onu səmimiyyətlə
təbliğ etməkdən
doymayan və özü də bu poeziyanın ən gözəl örnəklərini yaradan
Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr
olunmuş məqalələrin
toplandığı bu
kitab, hər şeydən əvvəl,
onun genişmiqyaslı
ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətinə ehtiramın
məhsuludur. N.Cəfərov
yazır: "Dahi sələflərə mükəmməl
istedadla (və ləyaqətlə!) xələflik edən
Zəlimxan Yaqubun xalq arasında qeyri-adi populyarlığı
təsadüfi deyil. Çünki o, mənsub olduğu
millətin ruhundan qopmuş, təbiətindən
- mentalitetindən doğulmuş
mütəfəkkir sənətkarlardandır".
"Elm və təhsil"
nəşriyyatında nəfis
tərtibatla nəşr
olunmuş kitabın redaktoru Dəyanət Osmanlıdır.
525-ci qəzet.-
2014.- 12 fevral.- S.7.