Azərbaycanda vətəndaş cəmiyyəti
təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti
(davamı)
AZƏRBAYCANIN
TANINMIŞ
MİLYONÇU-XEYRİYYƏÇİLƏRİ
İSA
BƏY HACINSKİ
" İki məşhur qardaş olublar: İsa bəy və Kazım bəy Hacınskilər.
" Xəzər dənizindəki
Çələkən adası
bu qardaşların ixtiyarında olub.
" Bibiheybətdə mədənləri
olub.
" İsa bəyin ən əzəmətli binası Sahil küçəsindəki Qız
qalasının yanında
Roma və Qotik üslubunda tikilmiş əzəmətli bina idi.
" 1912-ci
ildə Mərdəkanda
dövrələmə hasar
içərisində alman
və modern üslubunda
bir imarət tikdirmişdi.
İSA
BƏY HACINSKİNİN
XEYRİYYƏ
CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
" 1904-cü
ildə Bakıda
"Hidayət" cəmiyyəti
yaradılır. Bu cəmiyyət dini xarakterdə idi. İsa bəy Hacınski bu cəmiyyətin İdarə Heyətinin üzvü idi.
AĞABALA
QULİYEV
(1862-?)
" 1862-ci
ildə Bakının
Keşlə kəndində
anadan olub.
" Uşaqlıqdan dəyirman
sahəsində çalışıb.
Nəhayət varlandıqdan sonra
dəyirman işini yenidən qurub, istehsal qüvvəsini artırır.
" O,
Şimali Qafqazda un, düyü təmizləyən,
kraxmal dəyirmanları
tikdirib işə salır. Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandırır.
" 1916-cı
il fevralın 13-də
Bakıda çörəyin
satılmaması ucbatından
qadınların "Babıy
bunt" kimi tanınan
aclıq qiyamı baş verir. Onun əvvəlcədən taxıl
ehtiyatı görüb
anbarlara vurdurması işi özünü doğruldur.
" 1905-ci
il Rus inqilabından
sonra A. B. Quliyevin görüşlərində qəribə
dəyişiklik yaranır.
O, qatı mürtəce
olan Hacı Aslan Aslanbəyovun təsiri altına düşərək qaragüruhçulara
meyl edir. Həmin ilin noyabrında Bakıda yaranmış
"Yakor" təşkilatına
daxil olur.
" 1920-ci
ilin martında A. B. Quliyev İrana gedir. O, İranda olarkən Bakı bolşeviklər tərəfindən
işğal edilir.
" A.
B. Quliyev ailəsini Bakıdan çıxarda bilir. Bir müddət Təbrizdə,
sonra İstanbulda və yenidən İranda yaşayıb.
O, burada dünyadan köçüb.
AĞABALA
QULİYEVİN
XEYRİYYƏ
CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
" 1905-ci
ildə təşkil edilmiş "Müsəlman
Xeyriyyə Cəmiyyəti"nin
ilk təsisçilərindən olub.
" 1917-ci
ilin aprel-may aylarında Bakıya Türkiyədən, Rum elindən
çoxlu qaçqınlar
gəlmişdilər. Onları
yerləşdirmək, isti
paltarla və ərzaqla təmin etmək sahəsində xeyli iş görmüşdü.
ƏJDƏR
BƏY AŞURBƏYOV
" Əjdər bəy Aşurbəyov Bakının
Sabunçu kəndində
anadan olub. Məşhur
və geniş yayılmış Aşurbəyovlar
nəslindəndir.
"O, neft sahəsində ilk fəaliyyətə ötənlərin
sonlarından başlayıb.
"1893-cü ildə Sabunçudakı mədənlərində
bir quyusu fontan vurur. Bu, onu dərhal milyonçular sırasına
qaldırır.
" 1915-ci
ildə Sabunçuda Nobelə icarəyə verdiyi neft mədəni
ilə bağlı müqavilə sona yetir və özü
mədənləri idarə
edir.
" Səməd Vurğun
küçəsindəki Göy
məscidi Ə. Aşurbəyov
tikdirib.
"Bakıda vəfat
edib.
AZƏRBAYCANIN
XEYRİYYƏ TƏŞKİLATLARININ FƏAL ZİYALILARI
Əli bəy Hüseynzadə
(1864 -
1940)
l Böyük mütəfəkkir
Əli bəy Hüseynzadə 24 fevral
1864-cü ildə Salyanda
anadan olub.
l Tiflisdəki Qafqaz Ruhani İdarəsinin nəzdində olan molla məktəbində və Rus Gimnaziyasında
təhsil alıb. 1885-ci ildə Sankt-Peterburqa gedib oradakı universitetin fizika-riyaziyyat fakültəsində
təhsil alıb.
l
1890-cı ildə İstanbulda
hərbi-tibb məktəbinə
daxil olub və "İttihadi-tərəqqi"
cəmiyyətində fəallıq
göstərib.
l 1905-ci
ilin iyun ayında "Həyat"
qəzetini, 1906-cı ildə
"Füyuzat" jurnalını
Bakıda nəşr etdirib.
l 1908-ci
ildə ittihadçı
dostlarının dəvəti
ilə Türkiyəyə
gedir. İstanbul Darülfünunda professor olaraq çalışır.
1918-ci ildə o, Ə. Ağaoğlu ilə birlikdə Türkiyə hökuməti tərəfindən
Azərbaycanda olub, Nuru Paşa ilə görüşüb.
1925-ci ildə Ə. Hüseynzadə Bakıda keçirilən I Türkoloji
qurultayda iştirak edib.
l Ə.
Hüseynzadə 1940-cı ildə
martın 17-də Türkiyədə
vəfat edib.
Əlimərdan bəy Topçubaşov
(1865-1934)
lƏlimərdan bəy Topçubaşov 1865-ci ildə
Tiflisdə, qulluqçu
ailəsində anadan olmuşdur.
lİlk təhsilini
Tiflis gimnaziyasında, ali
təhsilini Peterburq Universitetinin tarix-filalogiya və hüquq fakültəsində almışdır.
lBirinci rus inqilabı dövründə
xalqın azadlıq mübarizəsinə qoşulmuş,çar
hökumətinin irticasına
qarşı tədbirlərdə
iştirak etmişdir.
lBakı Dumasının
sədri olmuş,Rusiyada
yaşayan müsəlmanların
vahid təşkilatının
-"İttifaqi - müslümün"
yaradılması və
fəaliyyətində iştirak
etmiş,I-IV qurultayların
keçirilməsində böyük
rol oynamışdır.
lAXC-nin yaranmasında əvəzsiz xidmətləri
olmuş, fövqəladə
səlahiyyətli nazir
kimi İstanbula göndərilmişdir.
lAzərbaycanın ilk parlamentinin
sədri olub.
lAzərbaycanın müstəqilliyini
tanıtmaq məqsədilə
Parisə yola düşən nümayəndə
heyətinə rəhbərlik
etmişdir.
l1920-1934-cü illərdə Parisdə
mühacir həyatı
yaşamış,Azərbaycanın müstəqilliyi uğrunda
mübarizəni burada
davam etdirmişdir.
l1934-cü il noyabrın
5-də Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn
olunmuşdur.
Əhməd bəy Ağaoğlu
(1869-1939)
lƏhməd Ağaoğlu
(Əhməd bəy Ağayev) 1869-cu ildə Şuşa şəhərində
anadan olub.
lİlk təhsilini Şuşada "realnıy
məktəb"də alıb.
Tiflis gimnaziyasında oxuduqdan
sonra,ali təhsil almaq üçün Sankt-Peterburq
və Parisin Sarbonna universitetlərinə
daxil olmuş və müvəffəqiyyətlə
bitirmişdir.
lTransqafqaziya seyminə
keçirilən seçkilərdə
müsəlman fraksiyasından
üzv seçilib.
l1905-ci il erməni-müsəlman
qarşıdurmalarının qarşısının alınmasında
böyük rol oynamışdır.Erməni daşnaklarına
qarşı "Difai"
adlı özünümüdafiə
təşkilatı yaratmışdır.
lÇar qüvvələrinin
təqibləri səbəbindən
bir müddət İstanbulda yaşamışdır.
"Türk ocağı"
türk milli hərəkatının aparıcı
üzvlərindən biri
olmuş,İstanbul Darülfununda müəllimlik
etmişdir.
lOsmanlı Məclisi
Məbusanına (Millət
Məclisi) Afyon nümayəndəsi seçilmiş,
"İttihad və Tərəqqi" təşkilatının
Mərkəzi-Ümumisinin üzvü
olmuşdur.
l1918-ci ildə vətənə
qayıtmış,1919-cu ildə Paris sülh konfransında AXC nümayəndə heyətinin
tərkibində iştirak
etmişdir.
lŞura hökuməti
qurulduqdan sonra Türkiyəyə getmiş,
"Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru və M.K.Atatürkün yaxın
məsləhətçisi kimi geniş fəaliyyət dairəsində
çalışmışdır.
lBirinci Dünya müharibəsinin sonunda ingilislər tərəfindən
Maltaya sürgün edilib.
l "Hindistan və İngiltərə", "Mən
nəyəm?", "Könülsüz
olmaz", "Sərbəst
insanlar ölkəsində"
və s.kimi əsərlər yazmışdır.
1939-cu ildə Türkiyədə
vəfat etmişdir.
Ömər Faiq Nemanzadə
(1872-1937)
lÖmər Faiq Nemanzadə 1872-ci ildə Ahıska (Axalsıx) Qəzasının Azqur kəndində anadan olmuşdur.
lİlk təhsilini kənd camesində almış, sonra İstanbula gedərək
"Fateh" məktəbində
təhsilini davam etdirmişdir.
lŞəkidə dünyəvi
elmlərdən dərs
demiş, Şamaxıda
milli məktəbin təşkil edilməsində
iştirak etmişdir.
lTiflisdə çıxan
"Şərqi - Rus"
qəzetində çalışmışdır.
l"Molla Nəsrəddin"
jurnalının nəşr
olunmasında böyük
rolu olmuşdur. "Açıq söz", "Tərəqqi",
"İrşad", "Həyat" kimi mətbuatı orqanlarında
çıxış etmişdir.
Bu imzalarla yazırdı
- Ümidvar, Ümid, Lağlağı, Mozalan.
l "Gürcü işi" adlı əməliyyatın başlanması
ilə əlaqədar
dərhal ictimai - siyasi fəaliyyətini dayandırmış, Gəncəyə
köçüb, qəzet
və jurnallarla sıx əməkdaşlıq
etmişdir.
lCənub - Qərbi
Qafqazda ilk müstəqil
türk respublikası
"Ahıska hökuməti
- müvəqqətəsi"nə hökumət rəisi seçilmişdir. Hakimiyyəti ələ keçirmiş
menşeviklər tərəfindən
həbs edilmiş, sonra xalqın təkidi ilə azadlığa buraxılmışdır.
lGəncə Zəraət
Texnikumunun direktoru,
"Zəhmətkeşlər gözü" jurnalının
redaktoru, "Yeni fikir" redaksiya heyətinin üzvü kimi vəzifələrdə çalışmışdır.
l1937-ci ildə Stalin repressiyasının
qurbanı olmuşdur.
Haşım bəy Vəzirov
(1867-1916)
l Vəzirov Mir Haşım bəy Mir İman bəy oğlu 1867-ci ildə Şuşa şəhərində anadan
olub.
l İlk təhsilini molla yanında, sonra isə şəhər məktəbində
almışdır.Daha sonra
İrəvan Müəllimlər
Seminariyasında oxumuşdur.
l Bir müddət Şuşada "müsəlman-rus" məktəbinin müdiri vəzifəsində çalışmışdır.
l 1905-1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdır.Bir müddət Stavropolda sürgün həyatı yaşayıb.
l Bakıda "İrşad" qəzetinin müvəqqəti redaktoru olub. 1907-ci il aprelin 1-də "Tazə Həyat",sonra isə "Səda" qəzetlərini nəşr etdirmişdi.
l 1911 - ci ildə həbs olunur.Azadlığa çıxdıqdan sonra bir-birinin ardınca "Qafqazist", "Sədayi-Vətən", "Sədayi-Həqq", "Sədayi-Qafqaz" qəzetlərini nəşr etdirir. "Məzəli" satirik jurnalının mühərriri olub.Tərcüməçi kimi də fəliyyət göstərib.
l "Döymə qapımı,döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyaların müəllifidir.
l1916-cı ildə dünyasını dəyişib.
(Ardı var)
Yaqublu Nəsiman
tarix elmləri namizədi
525-ci qəzet.- 2014.- 12 fevral.- S.6.