Con F.Kennedi- “Mərdliyin
profilləri”
İngiliscədən
Telman Orucov tərcümə edib
Heç şübhəsiz bunu Uebsteri dəstəkləyənlərin
çoxu başa düşürdü, – bura Massaçusetsin
biznes və professional adamları daxil idi, onlar Yeddi Mart nitqinin
yüz minlərlə nüsxəsinin bütün ölkədə
paylanmasına kömək etdilər. Deniel Uebsterin köməyi ilə
onlar anladılar ki, o, Massaçusets əhalisinə
ünvanlanmış və çap olunmuş nüsxələrə
bu sözləri həsr etdi: “Zərurət məni çox
şeylər barədə olandan daha çox həqiqət barədə
danışmağa məcbur etdi... Mən həqiqətən
də sizə xoş olmağı sevirəm; lakin sizin mənə
necə münasibət göstərməyinizdən
asılı olmayaraq, mən sizi xilas etməyə
üstünlük verirəm”.
Lakin bunu Abolitsionistlər və 1850-ci ilin Azad
Torpaqçıları (Azad Torpaq partiyasının üzvləri.
1848-1854-cü illərdə mövcud olan bu partiya Vətəndaş
müharibəsindən əvvəlki dövrdə Birləşmiş
Ştatlar tarixində kiçik partiya olsa da, siyasi nüfuza
malik idi, Qərb ərazilərində quldarlığın
genişlənməsinin əleyhinə idi. Respublikaçı
Deyvis Uilmot 1846-cı ildə məşhur Uilmot Provizo qanun
layihəsini Konqressə təqdim etmişdi. Uilmot konsepsiyası Azad Torpaq partiyası
üçün birbaşa ideoloji cəhətdən öndə
gedən sənəd olmuşdu. Azad Torpaq
partiyasının şüarı “Azad torpaq, azad nitq, azad əmək
və azad adam” idi. Bu şüar kiçik
fermerləri, borcluları, kənd tacirlərini, ev sahiblərini və fabrik işçilərini
özünə cəlb edirdi – tərcüməçi)
başa düşmədilər. Az sayda
siyasətçi belə istedadlı seçicilər tərəfindən
söyülmək ləyaqətinə malik oldular. Möhtərəm Teodor Parker (keşiş – tərcüməçi)
bölünmənin təhlükəsinə laqeyd olmaqla,
qaçmış qullara öz zirzəmisində
sığınacaq verməsilə öyünürdü və
öz moizələrini mürəkkəbə batırılan
qılıncla yazırdı və onun stolunun üstündə
“patronla doldurulmuş və müdafiə üçün
artıq hazır olan tapança” dururdu. O, Uebsteri öz
moizəçi kafedrasından rəhmsiz qaydada məhkum edirdi
və öz hücumlarını hətta Uebsterin vəfatından
sonra da davam etdirirdi. O, qışqırdı ki, “heç bir
canlı adam millətin vicdanı ilə
dava salmaq üçün onun qədər belə çox
şey etməmişdir... Mən, Amerikan tarixində
Yeni İngiltərənin oğlunun etdiyinə bənzər
başqa bir işi bilmirəm. Bunu
yalnız Benedikt Arnoldun (İstiqlaliyyət müharibəsi
vaxtı xəyanət edib, ingilislərə satılan və
ifşa edilən general – tərcüməçi) hərəkəti
ilə müqayisə edə bilərəm. Horatsi Menn deyirdi ki, “Uebster düşən ulduzdur.
Göydən enən Lutsiferdir” (Yerə
düşən mələk, şeytan – tərcüməçi).
Lonqfello (Henri Uodsuart Lonqfello (1807-1882-ci illər)
– görkəmli amerikan şairi idi, müharibə,
quldarlıq, milli düşmənçilik və istismar əleyhinə
çıxış edirdi – tərcüməçi)
dünyadan soruşurdu ki, “Bu mümkündürmü? Bu, illərlə əvvəl Heyndə dağları
fırladan titandırmı?” Və Emerson bəyan edirdi
ki, insanın damarlarında axan qanın hər bir damlası
aşağı tərəfə baxan gözlərə
malikdir... Uebsterin əxlaqi qabiliyyətinin
yoxluğu ölkəni pozur”. Uilyam Kallen Brianta görə
Uebster “əvvəllər müdafiə etdiyi səbəbdən
qaçan adam” idi və çirkli motivin kəsilib
atılması, onu şəraitə görə
qaçmağa məcbur etmişdi. Və Ceyms Rassel Louellə
görə o, “mənim nə vaxtsa haqqında eşitdiyim əclaf
və səfeh olan xəyanətkar bir adam”
idi.
Onun çıxıb getməsindən sonra Senatda
yüksələn Çarlz Samner Uebsterin adını
“dönüklüyün qara siyahısına” daxil etmişdi. Parlaq
“vicdanlı” Senator Uilyam H.Syuard Uebsteri “azadlıq səbəbinə
görə satqın” adlandırmışdı. Feyneyil Hollda keçirilən kütləvi mitinq,
çıxışı “müdrik dövlət xadiminə və
yaxşı adama yaramayan” kimi məhkum etmişdi və belə
yekun vurmuşdu ki, “Konstitusiya ilə və ya konstitusiyasız,
qanuni və ya qanunsuz olsa belə Massaçusets
ştatından qaçmış qulun tutulub geri
qaytarılmasına biz icazə vermərik”.
Massaçusets Qanunvericiliyinin Yeddi Mart
çıxışının ruhuna bütünlüklə
zidd olan qətnamələri sonralar qüvvəyə mindi,
onun üzvlərindən biri Uebsteri “Massaçusetsin satqın
oğlu, Senatda onu təhrif edən”
adlandırmışdı; digəri isə bəyan etmişdi
ki, “Deniel Uebster o vaxt xoşbəxt adam olardı ki, onu Allah
öz rəhmi ilə qorusaydı, onun həyatını kifayət
qədər uzatsaydı, bu ona kifayət edərdi ki, öz hərəkətlərinə
görə tövbə etsin və adının üstündəki
ləkə silinsin”.
Bostonun
“Courier” qəzeti elan etmişdi ki, Konqressin “mister Uebsterə
oxşayan hansısa Şimallı Viq üzvünü tapmaq
qeyri-mümkündür”; və onun köhnə müdafiəçisi
“Atlas” qəzeti bəyan edirdi ki, “onun hissləri bizim hisslər
deyildir”, “biz cəsarət edib deyə bilmərik ki, bu Yeni
İngiltərənin Viqlərinin hissidir”. Nyu-Yorkun “Tribune” qəzeti
hesab edirdi ki, bu, “hadisəyə bərabər olan və onun
müəllifinə layiq olan deyildi”; Nyu-Yorkun “Evening Post” qəzeti
belə terminlərdə danışırdı ki,
“satqınlar geri çəkilsinlər,...
bu adam əvvəllər müdafiə etdiklərini tərk
etdi”; və “Abolitsionist Press” bunu “Deniel Uebsterin
qıp-qırmızı biabırçılığı...
təsvir oluna bilinməyən alçaq və əxlaqsız
çıxış” adlandırırdı.
Edmund
Kvinsi acı şəkildə “şirin spaniyelə (it cinsi – tərcüməçi)
çevrilməsi ilə quyruğunu bulamağı,
ağalarının ona atacağı çirkli puddinq
hesabına onların əlini yalaması” kimi ifadə edilə
bilməyən bir mənanı verirdi. Və nəticədə
Deniel Uebster bizim torpağın ədəbiyyatında həmişəlik
alçaldıldı və adətən nəcib olan Con
Qrinliif Uittier özünün ölməz poeması olan
“İçabod”da bunu kəsilmiş sözlərlə belə
təsvir edir.
Beləcə
düşmüş! Beləcə itirilmiş, işıq
çəkildi
Bu
işığı bir dəfə o,
daşımışdı!
Onun
çal saçlarını şərəf tərk
etmişdi
Həmişəlik!
Sevdiyimiz
və şərəfləndirdiyimiz hər şeydən
Gücü
xilas edən şıltaqlıq qaldı;
Düşmüş
mələyin fikir iftixarı
Hələ də zəncirlərdə möhkəmdir.
Onda təzim
... keçmiş günlərə
Bircə
onun ölməz şərəfinə;
Geriyə
get, dəyiş baxışını da,
Və
gizlət biabırçılığı!
İllərlə
sonra Uittier şeirdəki sətiri dəyişib öz qələmi
ilə bu acı sözləri yazdı: “Mənim həyatımın
ən kədərli anlarından birində”. Dövrün
lovğa, nifrət edilən nəhəngi olan Deniel Uebster
siyasi inciklikdən yuxarıda dayanaraq özünə
inanırdı. Ancaq Uittierin hücumu onun
üçün xüsusilə acı idi. Bəzən
o, özünə hücum edənlərə çiyinlərini
çəkməklə cavab vermək istəyirdi, bəyan
edirdi ki, özünə yarlıq vurulmasını və təhqir
edilməsini əsasən abolitsionistlərdən və
intellektuallardan gözləyir, çünki onlar onu əvvəllər
söymüşdü, necə ki, Corc Vaşinqtonu və digərlərini
də ondan əvvəl söymüşdülər. Tezliklə cavab verməyi tələb edənlərə
o, qoca keşişin başına gələn əhvalatı
müqayisəli qaydada danışırdı. Həmin keşiş öz dostlarına demişdi ki,
“mən həmişə belə qayda qoymuşam ki, qar kəsməyənə
qədər cığırı heç vaxt təmizləməyim”.
Lakin o,
Yeni İngiltərə Viqlərindən sadə birinin onun
müdafiəsinə qalxanda uğursuzluğa
uğramasından kədərlənmişdi və qeyd edirdi
ki, o, “elə bir ziddiyyətə cəlb olunmuşdur ki, nə
ondan lider olmuş, nə də bilavasitə dostlarım arasında
ardıcılım olmuşdur... Mən burada dayanmaqdan
yorulmuşam, Massaçusetsdən olan demək olar ki, tək
adamam ki, ölkə üçün mahiyyətcə mütləq
qaydada yaxşı olan praktiki tədbirlər barədə
mübarizə aparıram... Beş ay ərzində
kolleqalarımdan heç kəs mənim hisslərimlə
azacıq üst-üstə düşən bir şey
nümayiş etdirmədi... martın 7-dən sonra bir saat belə
yox idi ki, onda həyəcanın
ağırlığını dağıdan bir şey hiss
edim. Mən heç bir səhər yeməyinə
və ya nahara laqeyd və asan fikirlə oturmurdum”.
Lakin
quldarlığa qarşı davam edən müxalifliyin obyektiv
və sakitləşdirici qaydada dostlarına izah etmək yolunu
axtararkən, o, buna baxmayaraq təkid edirdi ki, “axıra qədər
çıxışımın prinsipləri üzərində
dayanıram... Əgər lazım olsa mən Yeni İngiltərədəki
hər bir kəndə ayaq döyəcəyəm...
Adamların ağlında təlatüm yaranacağını
mən görə bilmərəm, lakin borc barədəki
öz məsləklərim müəyyən edilmişdir və
möhkəmdir; lakin öz məsləkim ardınca büdrəmədən
getməkdə davam edəcəyəm... Çox
sevincli zamanlarda yelpiyə çevrilmək və ziddiyyətli
alovla qidalanmaq, onlara tabe olmaqdan çox-çox asandır; təhlükədə
mülayimlik məsləhətini verənlər, öz
partiyası qarşısında borcunu uğursuzluğa
düçar edənlər kimi qiymətləndirilir”.
Və
sonrakı ili, onun yetmiş
yaşının əksinə Uebster öz mövqelərini
müdafiə etmək üçün geniş
çıxış turuna yollandı: “Əgər Vətəndaş
Müharibəsi nəticə kimi min şansdan biri
olacaqdırsa, mən hələ də hiss edəcəyəm
ki, istənilən ağıllı məmnunluğun əksinə
mininci şans qorunacaqdır”. Onun, həmçinin
Kleyin, Duqlasın və digərlərinin kompromissin xeyrinə
cəhdləri bütünlüklə uğurlu idi. O,
sarkastik qaydada qeyd edirdi ki, onun kolleqalarından çoxu bu vaxt
deyəcəkdir: “Onlar daim belə hesab edirdilər ki, axıra
qədər Birliyin tərəfində dayandılar”.
Lakin Deniel Uebster öz ümidlərinin puç
olmasına məhkum idi, açıq dəstək belə onu
Prezidentliyi yenidən axtarmağa da bütünlüklə
qadir edə bilməzdi. Onun çıxışına görə
perspektivlər elə dağılmışdı ki,
mövqeyinin qayıtması Yeni İngiltərədəki və
Şimaldakı böyük seçici kütlələrini qənaətləndirə
bilməzdi. O, uzun müddət arzuladığı
Prezidentliyə namizəd göstərilməsini əldə edə
bilməzdi, həm də onun müdafiə etdikləri digər
cəhətləri də mümkün edə bilməzdi, bunu
təkcə müasiri olan tənqidçiləri ifadə
etmirdilər. On doqquzuncu əsrin bir çox
tarixçiləri dəfələrlə demişdilər ki,
Yeddi Mart çıxışında real məqsəd
Prezidentlik üçün Cənubun dəstəyini almaqdan
ötəri təklif edilən qiymət idi.
Çıxışın
bu “dərin eqoizm”i təmsil etdiyinə Emerson əmin idi, lakin
bu səbəb Deniel Uebsterin motivasiyalarına heç cür
daxil ola bilməzdi. Professor
Nevins qeyd edirdi ki, “o, Prezidentlik üçün hansı qiyməti
təklif etmişdisə, öz kəlmələrini qaydaya
salmalı idi və Nyu-Meksiko və qaçmış qullar barədə
isə adamı qəfildən yaxalayan sözləri əlavə
etməli idi. Prezidentliyi əldə etməyə
çalışan hər bir adamın birinci
ehtiyatlılığı öz vəziyyətinə və
bölməsinə əmin olmaqdır; və Uebster bilirdi ki,
onun çıxışı Mansfild dağından Monamoy
İşığına qədər sıçrayan ictimai
ittiham əks-sədası yaradacaqdır. Buna baxmayaraq,
Uebster siyasi cəhətdən kifayət qədər
düşünən adam idi, bilsin ki,
onunku kimi, partiyanın bölünməsi siyasi cəhətdən
əks olan şəxsiyyətlər tərəfindən
başqa tərəfə döndəriləcəkdir və
risqsiz neytral fərdlərə, bu günün razılaşan
qaydada tətbiq etdiyi prinsiplərə doğru hərəkət
edəcəkdir. Və 1852-ci ildə Viq
qurultayı məhz bu xətlə getdi. Kompromisspərəst
gizli səsvermə əlli iki səs üçün Uebsterlə
prezident Filmor arasında bölündü, qurultay populyar
general olan Uinfild Skotta tərəf döndü. Heç bir Şimal Viqi Uebsteri dəstəkləmədi.
Və Boston Viqləri partiya platforması üstündə
mübahisə edəndə Kley Kompromissi etimad qazandı, bu
barədə onlar demişdilər: “Deniel Uebster Henri Kley və
digər dərin düşüncəli dövlət xadimləri
ilə razılaşmaqla, müəllif idi”, Ohayodan olan Senator
Koruinə demişdilər, o, isə bunu istehza qaydasında
şərh etdi: “Və mən Moiseylə razılaşmaqla və
əlavə köməkdən istifadə etməklə On
Ehkamı yazmışam”.
Beləliklə,
Deniel Uebster öz çıxışı ilə nə
öz siyasi populyarlığını
yaxşılaşdırmaq məqsədi güdmədi, nə
də Birliyə haqq qazandırmaq üçün öz
ambitsiyalarını oyatmağa can atmadığı halda,
1852-ci ildə ümidləri puça çıxmış və
ruhdan düşmüş şəkildə öldü, onun
gözləri yataq otağının pəncərəsindən
görünən bir yerdə lövbər salmış yelkənli
qayığın dor ağacında yellənən bayrağa
dikilmişdi. Lap ömrünün
axırınadək o, xarakter etibarilə düz idi,
ölüm yatağında xahiş etmişdi ki, “arvadım,
uşaqlarım, həkim, mən özüm bir səbəbə
görə əminəm ki, mən Deniel Uebsterə layiq olmayan
heç nəyi deməmişəm”. Və sona qədər
o, Birliyə münasibətdə düz olmuşdu və onun ən
böyük hərəkəti mərd prinsipindən irəli
gəlmişdi; bunun üçün Senata axırıncı
sözlərində Uebster öz epitafiyasını
yazmışdı:
“Mən Birlik üstündə dayandım... onun gətirəcəyi
şəxsi nəticələrə qətiyyən məhəl
qoymadım.
Şəxsi nəticələr buna bənzər böhranda
böyük ölkənin üzərinə düşəcək
xeyir və şərlə müqayisədə nədir ki?... Qoy onların istədikləri
nəticələr olsun, mən buna əhəmiyyət vermirəm.
Heç kəs, əgər o, azadlıqları
və öz ölkəsinin Konstitusiyasını müdafiə
edəndə yıxılmışdırsa, bu qədər
çox əzab çəkə və heç kəs bu qədər
tez yıxıla bilməz”.
(Ardı var)
525-ci qəzet.-
2014.- 15 fevral.- S.19.