Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri

 

 

Vətəndaş cəmiyyəti institutlarının yeni inkişaf mərhələsində daha böyük nailiyyətlər əldə etməsi xeyli dərəcədə özəl sektorla əməkdaşlıq imkanlarının genişlənməsindən asılı olacaq. Bu əməkdaşlıq özəl sektor üçün böyük fayda verə bilər. QHT-lərin korrupsiyaya qarşı mübarizədən tutmuş biznes mühitin yaxşılaşmasına qədər ən müxtəlif sahələrdə təşəbbüsləri sonda özəl sektorun daha da inkişafına genişlənməsinə gətirib çıxaracaq. Nəticədə bütün cəmiyyət bu əməkdaşlıqdan fayda götürəcək, özəl sektorun dəstəyi ilə QHT-lər tərəfindən sosial problemlərin həllinə yönəlik səyləri cəmiyyətdə harmoniyanın saxlanması, sosial gərginliyin azalmasıyla nəticələnəcək.

 

VƏTƏNDAŞ CƏMİYYƏTİ İNSTİTUTLARI VƏ SOSİAL-İQTİSADİ İNKİŞAF

 

Müasir dünyada vətəndaş cəmiyyəti institutları sosial-iqtisadi inkişafa da əhəmiyyətli töhfə verirlər. 1995-ci ildə dünyanın 22 ölkəsində (Hollandiya, Almaniya, İrlandiya, İspaniya, Belçika, Avstriya, Fransa, Finlandiya, Böyük Britaniya, Avstraliya, ABŞ, İsrail, Yaponiya, Çexiya, Macarıstan, Slovakiya, Rumıniya, Argentina, Peru, Braziliya, Kolumbiya, Meksika) üçüncü sektorun (dini təşkilatlar istisna olmaqla) illik dövriyyəsi 1.1 trln dollar təşkil edib. Ayrı-ayrı ölkələrdə isə məsələn, İsveçdə qeyri-kommersiya sektorunun iqtisadiyyatda payı 15 faizə çatır. Vətəndaş cəmiyyəti institutları xidmət, kiçik biznesin inkişafı, marginal qrupların məşğulluğu, yoxsulluğun aradan qaldırılması, biznes mühitin yaxşılaşdırılması, sosial xidmətlərin göstərilməsi sahəsində əhəmiyyətli rol oynayırlar.

 

İnkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti institutları innovativ ideyalar irəli sürməklə beyin mərkəzləri kimi çıxış etməklə ənənəvi problemlərin həllində (yoxsulluğun azaldılması, marginal qrupların məşğulluğu, sosial xidmətlər, kiçik biznesin inkişafı, s.) yeni üsul vasitələr tapmağa nail olurlar. Bu isə öz növbəsində vətəndaş cəmiyyəti institutlarının sosial-iqtisadi inkişafa məxsusi töhfə verməyə imkanlar yaradır. Vətəndaş cəmiyyəti institutları "insan kapitalı"nın yaradılmasında müstəsna xidmətlər göstərirlər. Cəmiyyəti irəli aparacaq, həmçinin iqtisadi tərəqqiyə yeni impuls verəcək ideyalar bir çox hallarda vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülür təşviq edilir.

 

Vətəndaş cəmiyyəti institutlarının məhz ölkənin sosiaql iqtisadı inkişaf proseslərində daha fəal iştirak etməsi III sektorun prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirilə bilər. Bu istiqamətdə vətəndaş cəmiyyəti institutları hələ ki, öz potensiallarından kifayət qədər istifadə edə bilmirlər. Bunun obyektiv subyektiv səbəbəri var, lakin yeni inkişaf mərhələsində vətəndaş cəmiyyəti institutları əsas diqqəti buna mane olan səbəblərin aradan qaldırılmasına yönəltməlidirlər. Dövlət isə öz növbəsində bu məsələdə vətəndaş cəmiyyəti institutlarına fəal yardım göstərməlidir. Bu yardım vətəndaş cəmiyyəti institutlarına vergi güzəştlərinin tətbiqi, dövlət sifarişlərinin verilməsi istiqamətində ola bilər. 

Həmçinin dövlət proqramlarının hazırlanması icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi praktikası daha da genişləndirilməlidir. Hazırda vətəndaş cəmiyyəti institutları 20-ə yaxın dövlət proqamının icrasına müxtəlif istiqamətlər üzrə tərəfdaş kimi cəlb olunublar. Amma bir çox hallarda onların bu dövlət proqlamlarının həyata keçirilməsində iştirakı simvolik xarakter daşıyır. Gələcəkdə dövlət proqramlarının hazırlanması həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu artırılmalıdır. Onlar yalnız tərəfdaş kimi deyil, ayrı-ayrı istiqamətlərdə tədbirlərin həyata keçirilməsində əsas icraçı tərəflərdən biri kimi nəzərdə tutulmalıdırlar. Vətəndaş cəmiyyəti institutlarının hazırkı inkişaf səviyyəsi potensialı bu məsuliyyəti öz üzərlərinə götürməyə imkan verir.  

 

SOSİAL PROBLEMLƏRİN HƏLLİNDƏ QHT-lərin ROLU

 

Keçid dövrünü yaşayan, həmçinin indus trial postindustrial cəmiyyətlərdə bir çox sosial problemlərin həlli dövlət özəl sektorun diqqətindən kənarda qalır. Yaxud dövlət özəl sektor bu problemlərin həlli ilə bağlı kifayət qədər fəallıq göstərmirlər. Ola bilsin ki, bu problemlərin həlli üçün yetərli bilik bacarıqlara malik deyillər. Bu zaman üçüncü sektor dövriyyəyə girir. Qərb ölkələrində bu praktika geniş yayılıb bir çox istiqamətlərdə sosial problemlərin həlli məhz QHT-lərə həvalə edilib. 2005-ci ilin məlumatlarına görə, Almaniyada uşaq baxçalarının 35 faizi, qocalar evinin 50 faizə yaxını, xəstəxanaların 40 faizi dövlət tabeleyində deyil. Fransada isə yerlərdə uşaqlarla işlə bağlı proqramlar əsasən dövlət kontraktları qrantları hesabına tamamilə QHT-lər tərəfindən həyata keçirilir.

 

Azərbaycanda da vətəndaş cəmiyyəti institutları sosial problemlərin həllinə əhəmiyyətli töhfə verirlər, qaçqın məcburi köçkünlərin problemlərinə həllinə yardım göstərilməsi, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi, əlillərlə, müharibə veteranlarına, yoluxucu xəstəliklərdən əziyyət çəkənlərə yardım edilməsi digər sahələrdə QHT-lər kifayət qədər fəaldırlar. Lakin inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmiz bu sahədə çox geri qalır. Dünya təcrübəsi göstərir ki, sosial problemlərin həllində vətəndaş cəmiyyəti institutları böyük uğurlar əldə edirlər. Bu QHT-lərin fəlsəfəsi, çevikliyi novatorluğu ilə bağlıdır. Sosial problemlərin həllində QHT-lər yeni ideyalar, mexanizmlər irəli sürməklə təbət etibarı ilə ləng bürokratik buxovlardan əziyyət çəkən dövlət yerli özünüidarəetmə orqanlarını üstələyirlər. Eyni zamanda könüllülərin cəlb olunması, ictimai dəstək inam QHT-lərə bu məsələlərdə dövlət orqanları özəl sektorla çox ciddi rəqabət aparmağa imkan verir.  Bu baxımdan Azərbaycanda  sosial problemlərin həlli ilə bağlı QHT-lərin dövlət orqanları tərəfindən daha geniş əməkdaşlığa cəlb edilməsi praktikası çox böyük nailiyyətlər əldə etməyə imkan verərdi. Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişaf perspektivlərindən biri məhz onların sosial problemlərin həllində dövlətin özəl sektorun əsas tərəfdaşına çevrilməsidir. Artıq bu istiqamətdə ilkin təşəbbüslər edilməkdədir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə "Sosial sifariş haqqında" qanun layihəsi hazırlanır. Bu qanun layihəsinin hazırlanması qəbulu sosial problemlərin həllində QHT-lər üçün yeni imkanlar açacaq. Sosial problemlərin həllində dövlət siyasətində yeni praktika tətbiq ediləcək. Bu isə vətəndaş cəmiyyəti institutlarının cəmiyyətdəki rolunun daha da artmasına şərait yaradacaq.

 

QHT HƏRƏKATININ GENİŞLƏNMƏSİ: PAYTAXTDAN REGİONLARA DOĞRU

 

Vətəndaş cəmiyyəti institutlarının yeni inkişaf mərhələsində qarşıdakı əsas hədəflərdən biri də vətəndaş cəmiyyəti ideyasının daha geniş yayılması, bölgələrdə QHT-lərin sayının artmasına və onların ictimai həyatda daha fəal rol oynamasına nail olmaqdır. Bu zaman söhbət kəmiyyət göstəricilərinin artmasından getmir. Hazırda bölgələrdə vətəndaşları müxtəlif sosial, iqtisadi, mənəvi-əxlaqi problemlərin həllinə səfərbər edə biləcək, vətəndaş fəallığını artırmağa nail olacaq, yenilikçi qüvvələri öz ətrafında birləşdirə biləcək güclü vətəndaş cəmiyyəti institutlarının formalaşmasına çox böyük ehtiyac var. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasınıdan sonra bölgələrdəki QHT-lərin fəaliyyətinə müəyyən canlanma müşahidə olunur. Eyni zamanda bilavasitə bölgələrdəki problemlərin həllinə yardım göstərilməsini nəzərdə tutan layihələrin də sayı artmaqdadır. Bununla belə paytaxtdan verilən təkan bölgələrdəki impulsla tamamlanmalıdır. Əks halda bu sahədə arzulanan nəticələrə nail olmaq bir o qədər də mümkün görünmür. Etiraf etməliyik ki, bölgələrdə hazırda vətəndaş təşəbbüskarlığının, fəallığının səviyyəsi dövrün tələblərinə cavab vermir.

 

(Ardı var)

AQİL

525-ci qəzet.- 2014.- 20 fevral.- S.6.