Xocalı soyqırımının beynəlxalq-hüquqi
təhlili
Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın
müdafiəsi uğrunda
vuruşaraq şəhid
oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir
ki,bir tərəfdən
bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə,
Vətəninə sədaqətliliyinin
nümunəsidir.İkinci tərəfdən
də Ermənistanın
millətçi,vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdir - vəhşiliyin
görünməmiş bir
təzahürüdür.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı artıq iki əsrə yaxındır ki, erməni millətçiləri
tərəfindən vaxtaşırı,
beynəlxalq hüququn
ümumtanınmış norma və prinsiplərinin, həmçinin
əsas insan hüquq və azadlıqlarının kütləvi
şəkildə kobud
pozulması, işgəncələr
və digər qeyri-insani, insan ləyaqətini alçaldan
rəftarla müşayiət
olunan etnik təmizləməyə və
təcavüzə məruz
qalmaqdadır. Çoxsaylı
tarixi sənədlər
sübut edir ki,erməni millətçiləri
tərəfindən hələ
1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə
Qafqazda öz tarixi ərazilərində
etnik təmizləmə
və soyqırımı
siyasətinə məruz
qalan yüzminlərlə
azərbaycanlı kütləvi
surətdə qətlə
yetirilmiş, öz torpaqlarından deportasiya olunmuşdur.
Azərbaycan xalqının başına
gələn ən
dəhşətli hərbi
cinayətlərindən biri
də erməni silahlı dəstələrinin
və Xankəndində yerləşən
keçmiş SSRİ-nin
366-cı motoatıcı alayının
mayor Seyran Ohanyanın
başçılığı altında 1992-ci ilin fevral ayının 25-dən
26-na keçən gecə
törətdikləri Xocalı soyqırımı
oldu.
Həmin
gecə Ermənistan Respublikasının silahlı
qüvvələri öz
havadarları ilə
birlikdə Azərbaycan
Respublikasının Dağlıq
Qarabağ regionunda yerləşən Xocalı
şəhərinə hücum
edərək heç
bir günahı olmayan mülki əhalinin şəhəri
tərk edə bilməmiş hissəsini
də qəddarlıqla
qətlə yetirmişlər.
Şahidlər təsdiq
edirlər ki, həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək
uşaqlar və qocalar güllələnmiş, bəzi
meyitlərdə bir neçə xəsarət
yerləri aşkar edilmişdir. Belə ki,bir neçə
uşaq meyitinin qulaqları kəsilmiş,
yaşlı bir qadının sifətinin
sol yanağının dərisi
soyulmuş, qoca kişinin kəllə sümüyü çıxarılmışdı.
İlk dəfə 28 fevral 1992-ci ildə hadisə yerinə vertolyotla gələnlər 500 metr radiusda ərazinin meyitlərlə örtüldüyünü
görmüşlər. Bir gecənin içində yüzlərlə günahsız
insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı şəhərinin işğalının
faciəli nəticəsi
bunlardır: 613 nəfər,
487 nəfər şikəst
olmuş, 1275 adam erməni əsirliyinə düşmüş,
150 nəfər itkin düşmüş, şəhər
isə yerlə-yeksan edilmişdir.
Ermənistanın silahlı qüvvələri
və muzdlular bütöv ailələri
məhv edib, insanları amansızcasına
qətlə yetirmişlər:
adamların dərisi soyulub, qulaqları kəsilib və başlarının dərisi
soyulub çıxarılmışdır.
Soyqırım hadisəsindən sonra
cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can İv Yunet demişdir: "Mən müharibələr
haqqında, alman faşistlərinin qəddarlığı
haqqında çox eşitmişəm. Ancaq ermənilər
5-6 yaşlı uşaqları,
mülki əhalini öldürməklə onları
ötüb keçiblər".
Yüzlərlə dinc əhalinin qanına qəltan edildiyi bu hadisələr
Xocalı genosidi - soyqımı kimi tarixə düşdü.
Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli
260 (III) saylı qətnaməsi
ilə qəbul edilmiş "Soyqırım
cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında"
Konvensiya ilə müəyyən olunmuşdur. Bu Konvensiyada soyqırım
cinayəti hər hansı milli, etnik, irqi, yaxud
dini qrupu tam və ya qismən
məhv etmək məqsədilə törədilən
aşağıdakı hərəkətlərdən
ibarətdir:
- bu cür
qrup üzvlərinin öldürülməsi;
- belə
qrup üzvlərinə
ağır bədən
xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
- hər hansı
bir qrup üçün qəsdən
onun tam, yaxud qismən fiziki məhvini nəzərdə
tutan həyat şəraitin yaradılması;
- bu cür
qrupda doğumun qarşısını almağa
yönəldilmiş tədbirlərin
görülməsi;
- uşaqların zorla bir insan
qrupundan alınıb başqasına verilməsi.
Soyqırım cinayəti üçün
xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini
obyektiv cəhətinə
görə oxşar beynəlxalq cinayətlərdən
fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən
hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və
iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər
heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə
bilməz. Eyni zamanda,
həmin əməlləri
törətmək niyyəti
və onların mümkün nəticələrinin
ümumən dərk edilməsi əməlin soyqırım kimi tövsifi üçün
kifayət deyil. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin
neqativ nəticələri
ilə bağlı əvvəlcədən mövcud
olan konkret niyyəti ortaya çıxarmaq tələb
olunur.
Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan
qaçıb canını
qurtarmaq istəyən
azərbaycanlı mülki
əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi
məhz soyqırım
niyyətini sübut edir.Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz faktdır.
Soyqırım cinayətini təhlil
edərkən onun üç əsas ünsürünün mövcud
olması aydınlaşır:
- tanınan milli,
etnik, irqi və ya dini
qrupun olması;
- bu cür
qrupu tamamilə və ya qismən
məhv etmək niyyətinin olması;
- tanınan qrupla
bağlı soyqırım
hərəkətlərindən hər hansı birinin törədilməsi.
Deməli, soyqırım aktı məhz milli, etnik, irqi və
ya dini qrupa
qarşı yönəlməlidir. Başqa qrupa,
məsələn, siyasi
və ya sosial qrupa qarşı
yönələn bu cür hərəkətlər
soyqırım kimi qiymətləndirilə bilməz.
Xocalı hadisələrinə soyqırım
kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq norması və müqavilə mövcuddur. Bunlardan:
1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il
tarixli 260 (III) saylı
qətnaməsi ilə
qəbul edilmiş Soyqırım Cinayətinin
Qarşısının Alınması
və Cəzalandırılması
Haqqında Konvensiya.
2.Nürnberq Hərbi Tribunalının
Nizamnaməsi (Nizamnamədə
birbaşa soyqırımı
cinayəti göstərilməsə
də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri
kimi nəzərdə
tutulmuşdur).
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının
Nizamnaməsi (4- cü
mad.)
4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi
(1- ci mad.).
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu
(6- cı mad.).
Beynəlxalq hüquq soyqırım cinayəti ilə əlaqədar aşağıdakıları hüquqi nəticələri müəyyənləşdirmişdir:
1.Soyqırım cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.
2. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırım cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.
4. Soyqırım cinayətini törətməkdə əmrin icrasına istinad, şəxsi cinayət məsuliyyətindən azad etmir.
5. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.
6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir.
7. Soyqırım cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edən dövlətə verilməlidir.
Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə bəşəriyyətə qarşı cinayət sayılır.
Şəlalə QULUZADƏ,
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi
Ədliyyə
Akademiyasının
əməkdaşı
525-ci qəzet.-
2014.- 21 fevral.- S.5.