Biz birik daha!- ”Yüz Gözəl Sevgi Şeiri

 

PƏRVİNin təqdimatında

 

 

 

Sevgi yaşa baxmırdeyirlər. Görəsən, kim deyib bunu?! Gözümüzü açandan görmüşük ki, yeniyetmə vaxtı aşiq olanauşaqsan, get dərsini oxu”, ahıl yaşında sevənəutanmır qoca yaşında...” tənələri edilir... Onda adamda sual yaranır: bəs hansı yaşda sevmək ayıb deyil, qadağan deyil?! Uzun müddət baş sındırandan sonra anlayırsan ki, dəxli yoxdu... Yaşla da bağlı olmasa, mütləq başqa nəyəsə görə yasaq çıxacaq ortaya...

Qızları “o sənin tayındı?”, “heç yaraşır sənə?”, “get denən ayıb olsun, sən mənim qardaşımsan” (!!!), “ağıllı qızsan, özünü yığışdırmotivli, oğlanları isəutanmırsan, filankəsin bacısıdı?!”, “atası bilər, öldürər qızı...”, “əmisi oğluna deyilidi, qan salarsan ortayamövzulu söhbətlərlə, hədələrlə bezdirirlər. Elə ona görə, qədər acı olsa da bu, həqiqətdi: sevgi yalan danışmaq da öyrədir adama. Ziyansız, balaca, sadəlövh yalanlar... Sevgini ürəkdolusu, həyatdolusu yaşamaq istəyirsənsə, ayrı yolun yoxdu.

Gizlənməlisən, sevdiyini , məhəbbətini gizlətməlisən. Çünki ilk vaxtlar sən özün günah etdiyinə inanırsan. Ancaq bu əziz günahın səni o qədər xoşbəxt edir ki, tövbə eləmək haqda heç düşünmək belə istəmirsən. Sevdiyinin ürkək baxışları cavabsız qoyduğunaxı kimə neyləyirik?” sualı hər an beynindədi! Qəribə bir qoruma instinkti yaradır səndə bütün bunlar. Qoruyursan sevdiyini, amma heç özün bilmirsən nədən, kimdən. Hamı yadlaşıb elə bil...

... Amma zaman keçdikcə, sevgin vaxt adlı sınaqdan çıxdıqca, özün   böyüdükcə, hissinin ilahiliyini dərk etdikcə çox şey dəyişir... Anlayırsan ki, səni qəflətən yaxalamış bu duyğu ayıbdı, günah. Onda da yeni sual yaranır: niyə gizlənməliyik? Axı qədər gözdən uzaq, adamsız, boş küçə, köhnə park axtarmaq olar? Cinayətkar ovqatından yorulursan daha... Üsyan edibsevirəmqışqırmaq istəyirsən, əl-ələ tutub küçə-küçə gəzmək istəyirsən sevimli şəhərini... Ancaq! Bilirsən axı, yaxşı bilirsən ki, mümkün deyil, imkan verməyəcəklər, qoymayacaqlar yaşamağa... səni! sevgini!

 

Günah”ını boynuna alıb gizli-gizli sevməkdən savayı yolun yoxdu hələlik. Qəhər boğur səni bunları düşünəndə... Vaqif  BəhmənlininSizin küçəşeirinin ilk misralarında o qəhər hiss olunur. Sevdiyi xanımı qapıya kimi ötürməkdən belə məhrum aşiqin qəhəri... Yeniyetmə oğlan acizliyindən qəhərlənir sanki... Yaxşı deyil, birdən görərlər...”, “üzümə çox baxmadeyəndə qədər aciz görünür insan, deyilmi? Mühit qarşısında, onun qanunları qarşısında aciz! O qəhəri udub, acizliyinlə barışaraq, Vaqif müəllim yazdığı kimiSağ ol, Sən sağ ol!” deməkdən özgə yol qalmır.

 

Vaqif Bəhmənli lirikasına məxsus xəfif yumoru, incə atmacalarıSizin küçəşeirində görə bilməzsən... Kədərlidi bu şeir, çox kədərli! Ürəyini verdiyin, yolunda ölümə hazır olduğun adamın əlindən belə tutmaq yasaqdı sənə... Bunun üçün xüsusi bunker, daldalanacaq mağara, bilim daha axtarmalısan! Bu həqiqət çox acı dadır... Şeirdə həmin acı, ağrı zərif poetik cizgilərlə ifadə olunub. Bəzi misralarda gənc oğlanın üzündəki ifadəni belə görmək olur.Yəqin evdəkilər gözləyir səni...” – deyəndə çarəsizlik, “Mən səndən təhər ayrılım səssiz” – söyləyəndə əzab yağır onun üz-gözündən... bu əzab misradan misraya, bənddən bəndə artır, fərqli yollarla təsvir olunur.

 

Mənə görə isə ən kədərlisi uzaqlaşan sevgilinin arxasınca baxmaqdı. Bilirsən sabah var, bilirsən ən gözəl günlər hələ qarşıdadı, bilirsən heç vaxt ayrılmayacaqsız, bilirsən! Amma yenə kədərlənirsən. Şeirdə deyildiyi kimi qaranlıq onu köksündə gizləyir sənin ürəyin yerindən çıxır, sıxılır...

ayaqlarını sürüyə-sürüyə, sakit, səssiz evə dönürsən, otağına çəkilib yerinə uzanırsan, gözlərini tavana dikib düşünürsən... Mətbəxdən sual gəlir:

Hardaydın, niyə gec gəldin?

Heeeç... Dostlarla!

 

Vaqif Bəhmənli: “Mən səndən təhər ayrılım səssiz...”

 

Bu da sizin küçə, qayıdım geri

Yaxşı deyil, birdən görərlər məni.

Üzümə çox baxma, di tərpən, yeri,

Yəqin evdəkilər gözləyir səni.

 

Sağ ol...

Sən sağ ol, – ayrılırıq biz...

Burdan qayıtmaq da ağırdı axı.

Mən səndən təhər ayrılım səssiz

Qollarım qoluna bağlıdı axı!

 

Axı kimə deyək biz birik daha,

Ömrünə birləşib ömrümün yolu.

Bu qohum-qonşunun gözündə nahaq

Sən özgə qızısan, mən yad oğlu...

 

Bir anda vüsaldan gen düşəcəyik

İndicə zəncirtək qırılmalıyıq.

olsun təzədən görüşəcəyik,

Niyə buna görə ayrılmalıyıq?

 

Gedirsən... gözlərim izləyir səni

Küçənin sonuna çatana kimi.

Qaranlıq köksündə gizləyir səni,

Baxıram gözümdən itənə kimi.

 

Geriyə dönürəm, çırpınır ürək

Yollar da çiyninə götürür məni.

Səni evinizə ötürdüyüm tək

İndi səssizlik ötürür məni.

 

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 22 fevral.- S.22.