Cənab Söz

 

Söz ta əzəldən varıdı. Sözü Allah, Allahı Söz yaratdı...”

 İncil                                                                                                                                                                                                                   

 

Bu gün ədəbi məkanımızı bürüyən savadlı, səliqəli, lakin ədəbi-bədii  cəhətdən qidasız, cansız ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Azərbaycan Ədəbiyyatını üzə çıxarmağın, “həqiqi olanı” , “oxşardanseçib ayırmağın bir yolu da, yaranan yaranmaqda olan nadir ədəbi incilərin, yeni formatlarda müstəvilərdə təqdim olunmasıdır. Şeirə gəlincə, düşünürəm, hər biri, ayrı-ayrılıqda samballı ədəbi tutum daşıyıcısı olan bu kiçik poetik nümunələr, bütöv qəzet səhifələrini tutan ənənəvi şeir silsilələri, yaxud, “kitab bolluğusindromunda azdırılmış cildlərlə yox, bir-bir, tək-tək nəşr edilməlidir. Burda əsas məqsədBədii Fikrin, Sözün, yazıldığı dərəcədə mənimsənilməsinə imkan yaradılması, “yazılanın” – yazıldığı, baş aldığı Məqamın mənzərəsində, yarandığı həmin İlahi Tənhalıqda təqdim edilməsidir.

 

Yazıb yaratdıqlarını nəşr etməklə arası olmayan, Allaha olan sevgi, ağrılar durulmalar dolu şeirlərini, təbi gəldikcə, xeyir-şərdə dost-tanışına sədəqə paylayan şair Zakir Fəxrinin poeziyası da, bu gün həmin o itirilib-axtarılan Həqiqi Ədəbiyyatlardandır.

 

A. Məsud

 

 

 Zakir Fəxri

 

AXİRƏT

 

 

Bir səhər yuxudan durarsan, qardaş...

 bilməzsən səhərdi, ya axşamçağı

 Axar suların da, yolu dəyişib

 Görərsən əriyib Himalay dağı

 Yolların da sağı, solu dəyişib,

 Suların altında qalıb qəbirlər

 Sular da, qəbrinin üstündən axır

 Ruhun da, göylərdən qəbrinə baxır.

 Baxarsan, elə hey gözün axtarar

 Amma görərsən ki, bir can qalıb

  bəla, xəta, qan qalıb...

 Sular da ovulub, əriyib hər şey

  səs, bir səda

 Kiriyib hər şey...

 Daşlar ağac olub, ağaclar da daş

Sən özün özündə batmısan, qardaş...

nar ağacları, əncir, üzüm

  alma, püstə, badam qalıb.

 Dünyanı su basıb

 Dünya bir ada...

 Bu kiçik adada tək Adəm qalıb.

Adanın köksündə sevgi çatları

 

Həvva görünür, övladları...

 

 

 

TABUT

 

 

Alışdım tək daşımağa

 Çiynimdə yük daşımağa

 Yer yox bir tük daşımağa

 Çiynimdə tabut gəzirəm.

 

 Dolaşıram dağı-daşı,

  zər, yaqut gəzirəm

 Düyün-düyün yollarımı

 Aça-aça oxuyan bir

 kökdən düşmüş ud gəzirəm.

 

 Gəzirəm dörd bir tərəfi,

 Bilmirəm yolum haradı?

 Çəkir məni sirr tərəfi

 Ölümü gördüm, deyəsən...

 Görəsən olum haradı?..

 

 Suyuna dodaq dəyməmiş

 Köksünə ayaq dəyməmiş

 Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm

 Çiynimdə tabut gəzirəm.

 

 

Dörd yana meydan sulayan

 Səsi ruhumu dalayan

 Axirətdeyib ulayan

 yalqız qalmış qurd gəzirəm

 Çiynimdə tabut gəzirəm.

 

 

Balalar göyçək doğulur

Gül doğulur balalar

Torpaqdan altun doğulur

 Daşlardan yaqut doğulur

 Nədənsə, şair doğulan

 Çiynində tabut doğulur.

 

 

Çox göynətdi ürək məni

 Dərdsiz ürəyə qurd düşər.

 Silkələmə fələk, məni

 Çiynimdəki tabut düşər.

 

525-ci qəzet.- 2014.- 22 fevral.- S.20.