Con F.Kennedi: Mərdliyin
profilləri
(davamı)
İngiliscədən
Telman Orucov tərcümə edib
IV
Tomas Hart
Benton
“Mən köpük
populyarlığına nifrət edirəm”
“Mister
prezident, ser...”. Qıvrım qara
saçlı Senator 1850-ci ildə az qala
boş olan zalda danışırdı. Çıxış
edənlə sözləşmiş əsəbi Senator daxil
olmaqla burada qalanlar onun gərilmiş iri əzələlərini
və çiyinlərinin qalxdığını gördü
və onun soyuqqanlı cingiltili səslə, çətinliklə
dediyi, qədim romalılara məxsus iri başından
çıxan və zəhərli mizrağa bənzəyən
“ser” sözünü eşitdilər.
“Mister
Prezident, ser... Mən heç vaxt sözləşməmişəm,
ser. Lakin bəzən mən döyüşürəm, ser; və
mən döyüşəndə, ser, arxasınca matəm gəlir,
ser”.
Heç kəs bunu Missuridən olan yaşlı Senator
Tomas Hart Bentonun əbəs lovğalığı kimi qiymətləndirmədi. Həqiqətdə
isə o, Sent-Luisin erkən vaxtlarından indiyədək
heç kəsi öldürməmişdi, həmin vaxt Birləşmiş
Ştatların mahal prokuroru bədbəxtlikdən kobud
missurili ilə duelə çıxmışdı (doqquz
addımlıqda!). Lakin bütün Senat bilirdi ki, Tomas
Hart Benton sərt və vuruşmağa atılan adamdır və
Senatın zalına – artıq tapança ilə deyil, beyni
deşən sarkazmla, söyüşlə
çıxırdı, buna baxmayaraq, natiqliyə və sərt
qızışdırılan debata öyrənmişdi. O,
özü siyasi toqquşmaların yaralarına qarşı
immunitetə malik idi, onun düşmənləri isə
qanı tökülə-tökülə, əzilmiş halda
geri çəkilirdilər. Onun böyük
siyasi eqosu və güclü sağlamlığı, fiziki cəhətdən
olduğu kimi onu ruhi cəhətdən də dərisi
qalına çevirmişdi. (Onun dərisinin
gön keyfiyyəti hər gün öz bədənini at
qaşovu ilə daramasının nəticəsi idi, “ona
görə ki, ser, Roma qladiatorları bunu edirdilər, ser”.
Ondan əgər şotka həqiqətən də kələ-kötürdürmü
soruşduqda, o, qışqıracaqdır: “Nəyə görə,
əgər mən sizə həmin şotka ilə
toxunsaydım, siz qatil deyə, qışqırardınız,
ser”).
Lakin indi,
Senatdakı otuz ili əhatə edən axırıncı
müddətində Benton sona çatmaq üçün
özünün son böyük döyüşündə
hücum altında idi
– və bu vaxt onun özünə siyasi matəm
qismət olacaqdı. 1821-ci ildən 1844-cü ilədək o,
Missuri siyasətinin mühüm şəxsi kimi, onun ilk
Senatoru və ən çox sevilən bütü kimi
ştatı ali qaydada idarə etmişdi.
Onun opponentlərindən birinin sözlərinə görə,
bu belə məna verir ki, “istənilən adam
üçün siyasi ölüm “qoca Bulliona” (Bentonun çətin
pulu qazanmaq üçün vuruşmasından
çıxarılan ləqəbi idi), (“öküz” – bull və
“milyard” – billion sözlərinin qəribə şəkildə
birləşməsindən əmələ gəlmişdi – tərcüməçi).
Buna baxmayaraq, siyasətdə ekspert olmaqla, daim
öz ştatı daxilində qeyri-populyar işləri
müdafiə edir və adamları tədricən valeh etdiyi
dövr ərzində yenidən seçilmək barədə
xahiş etməyə də ehtiyac duymurdu. Bu bir fakt idi
ki, o, təkcə özünə himayəçiliyə nifrət
edirdi, lobbistlərdən gələn Konqressin rüşvət
və xeyriyyə mədaxilləri siyasətçiləri
narahat edə bilərdi, lakin Missuri adamını yox! Missuri qanunvericiliyi üçün Demokratik namizəddən
tələb olunurdu ki, onların kampaniyalarının
alçaldıcı məğlubiyyətinin acısı
altında özünün yenidən seçilməsi
üçün səs vermək öhdəliyini
götürsün. İlk Senator hətta ardıcıl
olaraq otuz il xidmət etmişdi, yeni ştatdan heç bir
başqa Senatorun iddia edə bilmədiyi halda, Tomas Hart Benton
görkəmli mövqeyə nail olmuşdu və o, Qərbi nəhayətsiz
enerji ilə müdafiə etmişdi, başqa heç bir
müxalif namizəd bu məsələdə onunla
yarışa bilməzdi. Poni Ekspress, teleqraf xətti və
ştat daxilindəki magistral yollar onun iftixar bəslədiyi
nailiyyətlərdən biri idi – və trans-kontinental dəmir
yolu, tam inkişaf etmiş, əhalisi və resursları ilə
varlı olan Qərb onun arzularını təşkil edirdi. Senatın atası və xalqın müdafiəçisi
olan Bentonu məğlub etmək olardımı? “Heç
kəs Bentona qarşı çıxa bilməzdi, ser”,- deyə o, qışqıracaqdı. “Çomaqla döyən az sayda vəkillərdən
başqa heç kəs; onlar Bentonun opponentləridir – Benton və
xalq, Benton və demokratiya bir və eynidir, ser; sinonim terminlərdir,
ser, sinonim terminlər”.
1844-cü ildə zəruri məğlubiyyətin əl
yazısı artıq divar üzərində meydana
çıxmışdı. Qul ştatı olan Missuri tədricən
daha güclü surətdə hiss etməyə başladı
ki, onun sədaqəti Cənubun bacı ştatlarına məxsusdur.
Bu ştat artıq özünün üsyankar Senatoruna
şübhə ilə baxmağa meyl edirdi, onun əsas
loyallığı nə partiyaya, nə də sektsiyaya aid idi,
ancaq Birliyə aid idi, bunun üçün o, vuruşurdu –
döyüş cəbhəsində və Konqressdə – və
baxışlarının sərt müstəqilliyi
üçün o, istər Konqressin işində, istərsə
də Konqressdən kənarda döyüşmək niyyətini
güdürdü. Onun Birliyə özünü həsr etməsi
Cənuba və ya Demokratik partiyaya onun həsr olunmasından
çox böyük idi (opponentləri onu ittiham edirdilər
ki, Benton 1844-cü ildə Demokratik partiyanın Milli Qurultayında
demişdi ki, əgər qurultay Van Byureni tərk etməyə
hazırlaşırsa, onda o, “Demokratik partiyanın 50 dəniz
sajenindəki (bir dəniz sajeni 182 sm uzunluğundadır – tərcüməçi)
dərinlikdə cəhənnəm odunun ortasında
batmasını görəcəkdir, bundan əvvəl isə mən
mister Van Byurenə bir dyüm verəcəyəm”).
Qanunvericilik üçün kampaniya 1844-cü ilin
başlanğıcında onun yenidən seçilməsinə
ümid verirdi, qəflətən Benton öz ştatı və
partiyası ilə əlaqəsini qırdı, bunu o,
Texasın anneksiya edilməsi barədəki müqavilənin məğlubiyyətinə
görə etdi. İnanmışdı ki, bu müqavilə
Kalhounun meksikalıların hüquqlarına və ya
müqavimətinə, siyasi, quldarlıq və sektsionist niyyətlərə
məhəl qoymadan bəsləyib üzə
çıxardığı qəsddir. Benton
həqiqətən “taleyin manifestinin” milli müstəvidə
Qərbə doğru genişlənməsini
alqışlayırdı – öz siyasi düşmənlərinə
kömək edirdi ki, ona açıq hücum etmək
imkanını seçsinlər. Bentonun təsdiq etdiyinin
əksinə Texas müqaviləsi Missuridə populyar idi, o
bilmirdi ki, seçiciləri həqiqətənmi onun
mövqeyinə əksdirlərmi:
“Əgər onlar mən bildiyim kimidirlərsə, mən
öz yerimdən istefa verəcəyəm; çünki nə
onların məlum arzuları əleyhinə səs verməklə
zorakılıq edə bilərəm, nə də ona səs
verməklə öz konstitusional və əxlaqi borc
düşüncəmə zorakılıq edə bilərəm. Əgər mənim
siyasi həyatımı alternativ söndürəcəksə,
mən onu qəbul etməliyəm”.
Öz
partiyasına və sektsiyasına satqın yarlığı
vurmaqla, Viqlərə və britaniyalılara qoşulmaqla,
Benton Missuri Qanunvericiliyinin görkəmli namizədlərinin dəstəyini
açıqca itirdi və bütün qaydalarda şəxsi
hücumların obyektinə çevrildi – oranın sakini
olmayan, öz borcunu yerinə yetirməyən və ictimai rəyin
nifrət etdiyi adam kimi Missurinin “Register” qəzeti elan
etmişdi ki, Senator Benton “ürəyində demaqoq və
tirandır. Xristianlıqda özü haqqında
ən böyük fikirdə olandır, eqosentrikdir. O, hara gedirsə, o, nə edirsə, bircə
xarakterini – hədələyən, həyasız, prinsipsiz
demaqoq xarakterini göstərir”.
Lakin Benton hətta seçki ərəfəsində də
öz partiyasının Texas siyasətini ifşa etməsini
davam etdirməkdə tərəddüd etmirdi. O, Senatda
çıxış edərkən ittiham edirdi ki, Missuridəki
onun siyasi əleyhdarlarını Kalhoun, Tayler və onların
dostları, “ştatın departamentinin pulunu ödədiyi 300 qəzet
daxil olmaqla, onların çoxu elə də gözə
çarpan deyildir, hərəkətə gətirmişlər”.
Adi vətəndaşlar arasında nəhəng
populyarlığı onu Qanunvericilikdən keçirmişdi –
Qanunvericiliyin iyirmi səkkiz səs ehtiyatından yalnız səkkiz
səsə onun partiyası nəzarət edirdi. Elə həmin vaxt quldarlıq tərəfdarı
Demokrat Atçison hələ qurtarmamış müddətə
Senatı doldurmaq üçün otuz dörd səs
ehtiyatı ilə seçildi. Senator Benton öz vəziyyətinin
yazılmamış ümumi təlimatlarına əməl etməkdə
çətinliklə səhvə yol verə bilərdi – effekt
şəklində: “Sən müstəqil dilini yumşalt, ser,
Cənubun mövqeyində dayan və ya
labüd nəticələrdən əzab çək”.
Lakin Tennessi sərhədindəki çətin gənclik
Tomas Hart Bentona özünü döyüşdən necə
uzaqlaşdırmağı öyrətməmişdi, istər
bu vəhşi heyvanla döyüş olsun, istər siyasətçilərlə
döyüş olsun. (Onun Endryü Ceksonla münasibəti, bu, onun Tennessidə
vəd edilən qanuni və siyasi karyerasını tərk edib
Missuriyə keçməsinə səbəb oldu, belə bir
izahın subyekti idi ki, hər ikisi Vaşinqtonda olan vaxt
möhkəm siyasi və şəxsi dostlara çevrildilər.
İllər keçdikdən sonra Bentondan yeni bir adam
soruşanda ki, nə vaxtdan Ceksonu tanıyır, o, lovğa
qaydada cavab vermişdi: “Hə, ser, mən onu tanıyıram,
ser; general Cekson çox böyük adamdır, ser. Mən ona
güllə atmışam, ser. Sonralar o, mənə
böyük yaxşılıq etdi, ser. Mənim Birləşmiş
Ştatlar Bankı ilə davamda”). “Vəhşi
bizona” oxşayan, – bəziləri isə ona “əyilmiş
palıd ağacı” deyirdi, – hər gün, hər bir işdə
onun hücum etməsindən bütün millətin
asılı olduğu fikrinə inanaraq o, Senata döndü.
1844-45-ci illərdəki onun məğlubiyyətə
yaxın olmasının əksinə, Senator Benton Oreqonun ərazisinin
genişlənməsi məsələsində cəsarətlə
öz partiyasının və ştatının əleyhinə
çıxdı. Genişlənmə məsələsi barədə
ictimai bəyənməni, xüsusən çox sayda vətəndaşlarını
Oreqona göndərmiş Missuridə şəxsən
özü qaldırsa da – o, bu vaxt hiss etdi ki, “bütöv
Oreqona ya heç nə”, “əlli dörd qırx və ya
vuruş” barədəki Demokratik partiyanın mövqeyi
qeyri-adi dərəcədə qeyri-realdır. İngiltərə və Kanada ilə sövdələşmək
şüarlarına sadiq qalmağın əleyhinə prezident
Polkla məsləhətləşib, o,
baxışlarındakı səhvi düzəltməkdən
imtina etmələrinə – xüsusən miçiqanlı
Lyuis Kassa görə Senatda Demokratik kolleqalarına hücum
etdi. Bu “sadə şeylərin” Missuri
atlarını fiziki və ruhi cəhətdən kor edən xəstəlik
növü olduğunu izah etdi, hansı ki, həmin xəstəlik
yalnız baytar həkimi hansısa bir əsəbi kəsən
vaxt sağala bilər. O, elan etdi ki, “Kassı sadə
şeylər naminə kəsəcəkdir, ser və onu
müalicə edəcəkdir”.
Yenidən ona qorxaq və satqın kimi hücum edildi, onun
tərcümeyi-hal yazanları inanırdılar ki, “yəqin
ki, tarixdə heç kəs həmin vaxt olduğu kimi onun tək
qaralanmamışdır”.
Lakin Benton öz müstəqil yolu ilə gedirdi və
bu, artan dərəcədə ayrıca xətt idi. O, Viq partiyasının
üstünə getmədi, onun az əhəmiyyətli siyasətçiləri
barədə deyirdi ki, “məni dərk etməyə qadir
olmağı, bunu ildə 12 dəfə bala verən dovşandan
artıq bacarmazlar, onu inandırdılar ki, filin
boğazlığı isə 2 il çəkir”. O,
Vaşinqtonun hər yerində qaynaşan lobbiçilərdən
maliyyə yardımı almağı axtarmırdı, bir
qrupun gəmi qayırma sənayesi üçün subsidiya
axtaran agentlinə demişdi ki, kömək üçün yalnız
bir halda barmağını qaldıracaqdır ki, “nə vaxt
ki, gəmilər öz işini bitirib sənin kimi əclafları
ölkədən kənara aparmaq üçün istifadə
ediləcəkdir”. O, nə Missuri siyasi
başçıları ilə sülh bağlamadı, nə
də Sent-Lyuis poçt şöbəsinin rəisindən
xoşu gəlməməsini davam etdirirdi, belə səbəbdən
ki, o, düşünürdü ki, hər göndəriş
üçün kuryer şirkətinə müraciət edəndə
Armstronq mümkün olan köməyi etməlidir.
Yalnız evində Benton dünya ilə sülh şəraitində idi. Onun qızı Cessi Benton Frimont öz memuarında yazır: “Ev ona dinclik və rahatlıq gücü gətirirdi və o, heç vaxt evdən kənardakı ictimai mübarizə atmosferinə girməkdən əzab çəkmirdi”. Lakin onun ailəsinin həyatının üstünü, iki oğlunun erkən yaşlarındakı ölümünün və arvadının uzun müddət davam edən fiziki və ruhi xəstəliyinin buludu almışdı. O, bütün vaxtlarda arvadına qayğı göstərmiş və özünü ona həsr etmişdi. Hərarətli bir həsr olunmanın dərinliyi bir təsadüfdə açıldı, bu, kobud lovğalıqdan xeyli aşağıda dayanır. Benton fransız printsinə və digər hörmətli qonaqlara qonaqpərvərlik göstərəndə, bu vaxt onun arvadı heç də paltarını tam geyinmiş vəziyyətdə olmadan otağa girdi və məhəbbət dolu gözlərlə ərinə baxmağa başladı. Senator Benton bundan sonra əmələ gələn utancaq sakitliyi pozub, hörmət əsasında və yüksək qaydada arvadını printsə və digər adamlara təqdim etdi, onu öz yanında oturtdu və söhbəti yekunlaşdırdı.
Lakin Senatda o, tənha idi, çətin adam olmaqla, həm də rəhmsiz idi. Kitablar və kağız qalağı ilə o, öz stolundan qalxır və dəfələrlə az qala boş qalereyalar ilə və laqeyd zalla danışırdı. Benton minlərlə statistika məlumatlarını, klassik illüstrasiyaları və əla metaforaları kolleqalarının üzərinə tökürdü, bu, məktəbdə formal təhsil almaqdan və fikrin prinsipiallığından daha böyük idi. Nekroloq qeydi kimi sonralar bu təsvir olunurdu:
“Bəzən təəccüblü qaydadakı bir hazırlıqla o, Roma hüququndan və yunan filosoflarından, Vergilinin “Georgiya”sından, “Min bir gecə nağılları”ndan, Herodotdan və ya Sanço Pansadan, Müqəddəs xalçalardan, alman islahatçılarından və ya Adam Smitdən, Fenelondan və ya Hadibrasdan, Hekkanın Maliyyə Hesabatlarından və ya Trent Şurasının etdiklərindən; Konstitusiyanın qəbul edilməsi debatlarından və ya mətbəx kabinetinin (Endryü Ceksonun prezidentliyi dövründə onun yaxın ətrafının hökumətin işinə müdaxiləsi və əslində hökuməti idarəetməsi – tərcüməçi) intriqalarından və ya Konqressin mərhum üzvünün yaddan çıxmış bəzi çıxışından sitat gətirə bilirdi”.
(Ardı var)
525-ci qəzet.- 2014.- 22 fevral.- S.14.