İntihar: cinayətlərin ən böyüyü və ya Allaha qarşı üsyan
Müqəddəs kitablarda bir başqasını öldürmək
günah, özünə
qəsd etmək isə cinayət sayılır. Çünki özünü yaradan
sən deyilsən və özünlə bağlı hökmü də sən verə bilməzsən.
Bəli,
Allah bizləri ölüm
üçün deyil,
həyat üçün
yaradıb. İnsana yaşam
hüququ bir dəfə verilir. Bəziləri isə bu dəyəri qiymətləndirməyib
öz həyatlarına
qıyıb intihar edir. Ölüm problemlərdən qurtuluş yolu deyil. Dünyada təxminən 6 milyarddan
çox insan yaşayır. Əhali ilə
birgə problemlər də günü-gündən
çoxalır. Deməli, bütün
bu iqtisadi, elmi-texniki inkişaflar və səylər insanları daha xoşbəxt və dinc bir mühitə
qovuşdurmaq üçün
deyil. Hər gün demək
olar ki, minlərlə insan öldürülür və
ya canına qəsd edir. Bəlkə də elə dünyanın bu inkişafıdır, insanları
intihara sürükləyən?
Son vaxtlar demək olar ki, hər
gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər eşidirik.
Ən pisi də odur
ki, bununla hər yaş həddində qarşılaşırıq.
Yəni intihar edənlər sırasında uşaqlar,
gənclər, orta yaşlılar, qocalar olur. Bunun artıq adi
hala çevrildiyini desək, bəlkə də yanılmarıq.
Qeyd edək ki, bunlar
rəsmi qeydə alınan və KİV-də ictimaiyyətə açıqlanan intihar hadisələridir. Bəs görəsən
son illər özünə
qəsdin bu qədər artmasına səbəb nədir?
İntihar hadisələrinin
artımı təkcə
Azərbaycanda deyil, dünyada
müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının
hesablamalarına görə,
son 45 ildə intiharların
sayı 60 faiz artıb. Maraqlıdır ki, intiharlar
həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur.
İntihar edənlərin yaşı
müxtəlifdir. Çox vaxt
bu faciə ilə gənclər rastlaşır. Bəlkə də
bu addımı atmazdan əvvəl məqsəd ətrafdakıların
diqqətini üzərlərinə
çəkmək olur,
lakin bunun həyatları bahasına
başa gələcəklərini
düşünmürlər. Bəzi valideynlər öz övladlarını ibrətamiz
nağıllarla, laylalarla
deyil, seriallar, internet və cəmiyyət tərbiyəsi ilə özbaşına buraxaraq
böyüdürlər. Bununla da valideynlər övladlarını uçuruma
yuvarlayırlar. Ata-ananın uşaqlarına
diqqətsiz yanaşması,
lazımınca vaxt ayırmaması övladın
səhv addım atmasına, pozğun insanlarla dostluq etməsinə səbəb
olur. İntihar edən səxsin
mütləqdir ki, psixologiyasında bir sıra problemlər olur. Bununla bağlı psixoloq Günel Tağızadə
ilə görüşüb fikirlərini öyrəndik.
–Günel xanım, psixologiyada intihar anlayışı nədir,necə başa düşülür?
–İntihar problemi həll etmək cəhdidir. İntiharların son zamanlar bu
qədər kütləvi
hal alması çoxağrı–vericidir. İntihar fenomeninə psixoloji ədəbiyyatda bir neşə baxış mövcuddur. Ümumilikdə intiharların baş verməsi hallarının
sosial-iqtisadi və mənəvi böhranla əlaqədar olduğu müəyyənləşdirilib. İntihar fenomenini izah edən psixodinamik, bioloji və sosial-mədəni
model, yanaşma var. Psixodinamik yanaşmanın
nümayəndəsi Vilhelm Ştekel qeyd edir ki, suisid
digər insanlara qarşı yönəlmiş
mənfi xarakterli emosiyalardır. İntihar çox hallarda depressiya və qəzəbin nəticəsidir. İntiharda
digər bir insanı öldürmək
istəyi insanın özünə yönəlir, yəni
intiharın kökündə
autoaqressiya durur .
–İntihar edən
şəxsin psixologiyasında
hansı problemlər olur?
–İntihar- insanın
özünə qarşı
yönələn kəskin
qəzəbdir. Digər qrup alimlər suisidin səbəbi kimi uşaqların həyatlarının ilk və ya yeniyetməlik
dövründə valideynlərin
ölümü, boşanmasının səbəb olduğunu güman edirlər. Sosiomədəni
aspektdən E. Dürkeymin fikirləri əsas götürülür.
Burada cəmiyyətdəki
qruplar və insan arasındakı bağların necə qurulmasından, münasibətlərdən
asılı olaraq intihar halı izah edilir.İntihar zamanı bioloji yanaşma,bioloji faktor əsas götürülərək qanda serotonin maddəsinin aşağı
aktivliyə malik olması ilə izah olunur. Statistika da
göstərir qanın
biokimyəvi quruluşu
intihar edən şəxslərdə digərlərindən
fərqlidir. İntihar niyyəti
olan şəxsdə bir sıra halları
müşahidə etmək
mümkündür. Əhvalın
asağı düşməsi,
qidalanmanın pozulması,
alkoqol asıllığının
yaranması, ölüm
haqda intensiv şəkildə danışma,
yadlaşma, mühitdən,
insanlardan uzaqlaşma, davranışlarında
kəskin dəyişiklik, ya çox yüksək əhval-ruhiyyənin yaranması,
ya da əksinə,
həyatın mənasızlığı
haqda fikirlər və s.
–Sizcə, gənclərin intihar etməsində valideynlərin səhvi nədir?
–Əgər valideyn
nəzarəti yoxdursa,
diqqətsizlik, baxımsızlıq,
laqeyd yanaşma faktoru varsa əlbəttə
intihar üçün
şərait yaranacaq,
xüsusilə yeniyetmə
yaşında. Bir çox hallarda övlad universitetə hazırlaşanda valideynlər
həddən artıq
tələbkar olaraq “əgər universitetə daxil ola bilməsən,
yaxşı bal yığmasan
evə gəlmə” deyərək uşağın psoxologiyasına
təsir edirlər. Çox vaxt valideynlər özləri
bilmədən övladlarının
intihara əl atmasına səbəb olurlar. Valideynləri tərəfindən
atılmış, tənqid deyil, təhqirə məruz qalan uşaqların xüsusilə yeniyetməlik
yaş dövründə intihar riski böyükdür. Boşanmalar, daima
ailədə konfliktlər
də uşaqların
intiharına gətirib
çıxara bilir. Eyni zamanda belə
desək intiharların profilaktikası
üçün valideynlər
çox böyük resurs ola bilər.
Onların dəstəyi, qayğı
və sevgisi olan yerdə həmişə həyat
var.
–İntiharların artmasında
medianın rolu nədir?
– Media və ya KİV intihar hallarının işıqlandırılmasında çox vaxt ajiotaj yaradır. Məsələ necə işıqlandırmadan gedir. Çox vaxt bu, şou xarakterli xəbər kimi verilir. Bu da həmin halların dərinləşməsinə səbəb olur. İnsanlarda ya qorxu yaradılır, ya onları kəskin şəkildə mühakimə edirlər. Eyni problemli insanlar kiminsə intihar etdiyini eşitdikdə artıq bu xəbər onlar üçün çıxış yolu kimi görünür. Bütün dünyanın statistikası da bunu göstərir ki, hər hansı intihar cəhdinin kütləviləşdirilməsi onun təkrar edilməsi hallarına zəmin yaradır.
Mövzu ilə əlaqədar “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin sədr müavini Nisə Rəhimova da öz fikirlərini bildirib.
–Bu gün
gənclərin arasında intihar
hallarının artmasının müxtəlif səbəbləri
var. Bəzən isə gənclər öz qarşılarına gücü
və potensialına uyğun olmayan məqsədlər qoyurlar.
Müəyyən zaman
keçdikdən sonra bu
məqsədlərə çatmayanda və
arzularını reallaşdıra bilməyəndə bu, onlarda ruh
düşkünlüyü yaradır ki, bu zaman
gənclər özlərini yararsız, heç
nəyi bacara bilməyən, heç vaxt uğur qazana bilməyəcək
şəxs kimi görürlər. Zaman keçdikcə isə artıq onun üçün ən
asan və rahat yolun intihar olduğunu
düşünür. Beləliklə intihara əl atmaqla tez bir zamanda
özünü problemlərdən xilas etmiş
olacağını düşünür.
Bundan əlavə
intihar hallarının
artmağında televiziya
və internetin rolu danılmazdır. Bu gün nümayiş olunan əksər film və seriallarda, həmçinin cinayətlə
bağlı verilişlərdə
gənclər ölüm
hadisələrinin motivləri
ilə tanış olurlar. Bəzən isə internetə çəkilib yerləşdirilən
ölüm hadisələri yeniyetmə
gənclərdə bir növ maraq oyadır. Bütün bunlar bir daha göstərir ki, tədris mərkəzlərində psixologiya
dərslərinin hesabat
xatirinə deyil, ciddi şəkildə keçirilməsi vacibdir.
Çünki gənclər öz
problemlərini çox
vaxt ailəsi ilə bölüşməyə
çətinlik çəkirlər.
Onlar valideynlərinin sərt reaksiyası ilə qarşılaşacaqlarını fikirləşirlər. Valideynlər tərəfindən təzyiqlərə məruz
qalan gənclərin bir qismi isə
intihara cəhd etməklə bir növ valideynlərini cəzalandıracaqlarını və daha onlara
təzyiqlərin olmayacağını
fikirləşirlər. Amma heç də nəticə onların istədikləri
kimi olmur. Düşünürəm ki, gənclər
arasında intihar hallarının qarşısını
almaq üçün
ciddi addımlar atılmalıdır. Çünki
bu günki gəncliyin nə istədiyini müəyyən
etmək bir az çətindir.
Odur ki, ilk növbədə gənclərin
nə istədiklərini,
onları narahat edən problemlərin nələrdən ibarət olduğunu
müəyyənləşdirməli, daha sonra bu
istiqamətdə işlər
görülməlidir. Sevindirici haldır ki, bu gün gənclərin
əksəriyyəti aktiv
olmağa cəmiyyəti
narahat edən problemlərin həllində
fəal rol oynamağa can atırlar. Biz çalışıb həyatdan ümidini kəsmiş, özünə
güvəni olmayan gənclərin cəmiyyət
üçün nə
qədər önəmli
olmalarını onlara
başa salmalıyıq. Bunun üçün biz QHT-lərin
üzərinə çox
böyük məsuliyyət
düşür
və biz bu məsuliyyəti dərk edib gənclərin problemlərini
ictimaiyyətə çatdırmalı
və həmin problemlərin həlli istiqamətində çalışmalıyıq.
Samirə QULİYEVA
525-ci qəzet.- 2014.- 22 fevral.- S.12.