Vətəndaş cəmiyyəti institutları beynəlxalq münasibətlər sisteminin komponenti kimi

 

Bəşəriyyəti təhdid edən dağıdıcı müharibələr erasının bitməsi, Avropanın qlobal müharibə fəlakətlərindən kənarda dinc quruculuqla məşğul olduğu son altmış ilin elmi-mədəni, maddi mənəvi uğurları heç insanlıq qarşısında duran bütün problemlərin birdəfəlik həlli ilə səciyyələnmədi. Yer üzündə hələ kütləvi qırğınların törədilməsi nüvə müharibələrinin başlanma təhlükəsi qalmaqdadır. Hələ beynəlxalq sülh əmin-amanlıq atmosferini potensial zəhərlənməyə məruz qoyan lokal silahlı toqquşmalar, milli-etnik münaqişələr terror insanlıq qarşısında real təhlükə mənbəyi kimi durmaqda davam edir. Nüfuzlu beynəlxalq təşkilatların səylərinə baxmayaraq, planetimizdə insan haqları aşkar gizli şəkildə pozulur, yer kürəsi əhalisinin fiziki mənəvi aləmlə, həmçinin ətraf mühitin qorunması problemləri günü-gündən bütün  kəskinliyilə aktuallaşır.

Şübhəsiz ki, bəşəriyyətin mövcud vacib problemlərinin həllində - dünyada sülhün bərqərar olmasında, ümumi təhlükəsizliyin təmin edilməsində, iqtisadi,  hərbi, ekoloji dəngənin qorunmasında mühüm maliyyə imkanlarına hakimiyyət səlahiyyətlərinə malik dövlət qurumları ilə yanaşı beynəlxalq təşkilatlarda aparıcı rol oynayırlar. Qeyd etdiyimiz ümumbəşəri problemlər bir çox hallarda dövlət təşkilatları bu problemlər fonunda formalaşan regional beynəlxalq qurumların fəaliyyətinin əsas istiqamətlərinə çevrilir. Buna rəğmən aydın olur ki, ekoloji, demoqrafik, sosial problemləri yalnız dövlətlərin hökumət strukturlarının səyləri ilə deyil, həmçinin sıravi vətəndaşların geniş iştirakı, konkret desək qeyri-hökumət təşkilatların fəaliyyəti olmadan aradan qaldırmaq qeyri-mümkündür. Qeyri-hökumət təşkilatlarının əldə etdikləri uğurların səbəblərindən ən əsasını vətəndaşların mövcud ictimai-siyasi, sosial-mədəni problemlərin həllində könüllü fəal iştirakında, bu istiqamətdə dövlət qurumlarının, dövlətlərin yaratdığı regional beynəlxalq təşkilatların onların fəaliyyətinə verdiyi mütəmadi, ciddi dəstəkdə axtarmaq lazımdır.

Digər tərəfdən QHT-lərin formalaşmasının nəzəri aspektlərindən danışarkən onların beynəlxalq münasibətlər sistemində oynadığı rola qısa yer ayırmaq faydalı hesab edilə bilər. Ən azı ona görə ki,  QHT-lərin beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi olması həm realist (həmçinin neorealist), həm   liberal (həmçinin neoliberal) nəzəri məktəblər tərəfindən qəbul edilir. Məsələn, tanınmış nəzəriyyəçi alim P.A.Sıqankov əsasən "Beynəlxalq münasibətlərin nəzəriyyəsi" kitabında beynəlxalq münasibətlərin iştirakçılarını iki qrupa ayırır: I Dövlət, II  Dövlətdən kənar təşkilatlar. Öz növbəsində dövlətdənkənar təşkilatları iki altqrupa (Dövlətlərarası beynəlxalq təşkilatlar, QHT-lər) eynən müəllif QHT-ləri beynəlxaq münasibətlərin aktoru kimi deyil, subyekti kimi görməkdədir. Məktəblər üzrə yanaşsaq, realist marksist məktəblərdən fərqli olaraq, liberal məktəb QHT-ləri beynəlxalq münasibətlərin həm subyekti, həm aktoru kimi qəbul edir onları beynəlxalq münasibətlər sistemini təşkil edən komponentlərdən biri sayır.

Z.Bzejinski əsasən "Seçim" əsərində dünyada mövcud olan sərhədlərin aradan qalxmasını dəyərləndirərkən bu halın insanlar üçün deyil, məhz dövlətlər, dövlətlərarası qurumlar dövlətdənkənar təşkilatlar üçün vacibliyini xüsusi vurğulayır. Məhşur amerikalı politoloq geosiyasətçinin dəvlətdənkənar təşkilatları, yəni QHT-ləri dövlətlə yanaşı göstərməsi yuxarıda qeyd etdiyimiz fikirlərin - QHT-lərin beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi olması fikrinin onların beynəlxalq münasibətlərə təsir imkanlarına sahib olmasının məhşur siyasətçilər dövlət adamları tərəfindən qəbul edilməsinə sübutdur.

Z.Bzejinski  "Nyu-York Tayms" qəzetində dərc edilmiş "Hegemonluq bataqlığı" məqaləsində yazır: "...ABŞ-ın İraqa hərbi müdaxiləsi yanlış taktiki addım idi. Bunun əvəzində Birləşmiş Ştatlar o qədər real təhlükə yaratmayan Səddam rejimini müxtəlif vasitələrlə, o cümlədən qeyri-hökumət təşkilatlarının gücündən istifadə etməklə devirə bilərdi...". Bu fikri ilə Bzejinski dünya siyasətində QHT-lərin iştirak imkanlarına oynadıqları rola diqqəti cəlb edib.

Qeyd etmək lazımdır ki, QHT-lərin tarixi daha keçmişə gedib çıxır. Qədim Çinin gizli cəmiyyətlərini, orta əsrlərdə - tampliyerlər ordenini, ən yeni tarixdə isə "Green Peace" xatırlamaq kifayətdir. 70 il tərkibində olduğumuz Sovet imperiyasının siyasi sistemi bolşevik inqilabına qədər Rusiyada formalaşmış təşkilatların inkişafından məharətlə istifadə edilərək ərsəyə gəlmişdi. Bunlara nümunə olaraq, həmkarlar təşkilatlarını, şuraları, kooperasiyaları, mədəni-maarif, elmi sair təsisat qurumları göstərmək olar. Əlbəttə, sovetlər rejimi bu təsisatlardan əsas etibarilə Kremlin siyasətinə uyğun şəkildə, qrup mənafelərini təmin etmək üçün istifadə edib. Bununla belə, bu rejim mahiyyət etibarilə QHT fenomenindən özünəməxsus qaydada olsa da, kifayət qədər geniş hərtərəfli faydalanıb.

Heç kimə sirr deyil ki, müxtəlif dövrlərdə dünyanın çeşidli ölkələrində zəmanənin ən görkəmli şəxsləri məhz QHT-lərin üzvü olaraq, bu qurumların işində fəal iştirak ediblər.

Çağdaş dünyamızda fəaliyyət göstərən beynəlxalq münasibətlər sisteminin tərkib hissəsinə çevrilən qeyri-hökumət təşkilatlarının əsl mahiyyəti fəlsəfəsi haqqında bir sıra məsələlərə aydınlıq gətirmək vacibdir.

İlk növbədə "qeyri-hökumət təşkilatı nədir" sualına cavab tapmağa çalışaq. Mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərməyən, siyasi hakimiyyət uğrunda mübarizə aparmayan istənilən yerli, milliyaxud beynəlxalq vətəndaşlar qrupu tərəfindən yaradılan təşkilata qeyri-hökumət təşkilatı (QHT)  ya ictimai birlik deyilir. Başqa sözlə "ictimai birlik- təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fizikiya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatı" kimi  başa düşülür" . Belə sadə tərif əslində QHT-lərin olduqca geniş funksiyaları həyata keçirməsindən xəbər verir. QHT-lər hüquq, humanitar, səhiyyə, təhsil, ekologiya, insan hüquqları, sülhsair sahələrdə fəaliyyət göstərən qurumlardır. Onlar hətta siyasət səhnəsində cərəyan edən proseslərə də ciddi müdaxilə etmək iqtidarında olan qeyri-siyasi vətəndaş qruplarıdır.

"Fəaliyyət ərazisinə görə qeyri-hökumət təşkilatlarının 4 növü fərqləndirilir: yerli; regional; ümumölkə; beynəlxalq". Qeyri-hökumət və ya qeyri-kommersiya sektoru dövlət və biznes sahələri ilə birlikdə ictimai həyatın böyük bir hissəsini təşkil edir. Onun cəmiyyətdəki xüsusi mövqeyini tez-tez istifadə edilən "üçüncü sektor" anlayışı da xarakterizə edir. Bu sahəni həmçinin qeyri-kommersiya, müstəqil, könüllü, mənfəət gətirməyən və xeyriyyə sektoru da adlandırırlar. Bu anlayışların hər biri mövcud reallığa söykənərək bu sektora daxil olan təşkilatların çoxsaylı aspektlərini qabarıq şəkildə ifadə edir. Digər xüsusiyyətlər isə ya olduqca səthi təqdim edilir, yaxud da, ümumiyyətlə diqqətdən kənarda qalırlar. Misal üçün, "qeyri-hökumət təşkilatı" termini üçüncü sektorla hökumət təşkilatlarını biri-birindən fərqləndirir. Eyni zamanda sektorun biznesə olan münasibətini əks etdirmir. Üçüncü sektora daxil olan qurumların ən başlıca vəzifəsi gəlir əldə etmək olmasa da, onlar müəyyən hallarda mənfəət gətirə bilərlər. Odur ki, "mənfəət götürməyən sektor" termini də əslində müəyyən mənada məsələni tam dəqiqliklə əks etdirmir.

 

(Ardı var)

AQİL

525-ci qəzet.- 2014.- 25 fevral.- S.6.