Vətəndaş cəmiyyəti
institutları beynəlxalq münasibətlər sisteminin komponenti kimi
Bəşəriyyəti təhdid edən dağıdıcı müharibələr
erasının bitməsi,
Avropanın qlobal müharibə fəlakətlərindən
kənarda dinc quruculuqla məşğul
olduğu son altmış
ilin elmi-mədəni,
maddi və mənəvi uğurları
heç də insanlıq qarşısında
duran bütün problemlərin birdəfəlik
həlli ilə səciyyələnmədi. Yer üzündə
hələ də kütləvi qırğınların
törədilməsi və
nüvə müharibələrinin
başlanma təhlükəsi
qalmaqdadır. Hələ də
beynəlxalq sülh və əmin-amanlıq atmosferini potensial zəhərlənməyə məruz
qoyan lokal silahlı toqquşmalar, milli-etnik münaqişələr
və terror insanlıq
qarşısında real təhlükə
mənbəyi kimi durmaqda davam edir. Nüfuzlu beynəlxalq təşkilatların
səylərinə baxmayaraq,
planetimizdə insan haqları aşkar və gizli şəkildə
pozulur, yer kürəsi əhalisinin fiziki və mənəvi aləmlə,
həmçinin ətraf
mühitin qorunması
problemləri günü-gündən
bütün kəskinliyilə
aktuallaşır.
Şübhəsiz ki, bəşəriyyətin
mövcud vacib problemlərinin həllində
- dünyada sülhün
bərqərar olmasında,
ümumi təhlükəsizliyin
təmin edilməsində,
iqtisadi, hərbi, ekoloji dəngənin qorunmasında mühüm
maliyyə imkanlarına
və hakimiyyət səlahiyyətlərinə malik
dövlət qurumları
ilə yanaşı beynəlxalq təşkilatlarda
aparıcı rol oynayırlar. Qeyd etdiyimiz ümumbəşəri
problemlər bir çox hallarda dövlət təşkilatları
və bu problemlər fonunda formalaşan regional və beynəlxalq qurumların fəaliyyətinin əsas
istiqamətlərinə çevrilir.
Buna rəğmən aydın olur ki, ekoloji, demoqrafik,
sosial problemləri yalnız dövlətlərin
və hökumət strukturlarının səyləri
ilə deyil, həmçinin sıravi vətəndaşların geniş
iştirakı, konkret
desək qeyri-hökumət
təşkilatların fəaliyyəti
olmadan aradan qaldırmaq qeyri-mümkündür.
Qeyri-hökumət təşkilatlarının əldə etdikləri uğurların səbəblərindən
ən əsasını
vətəndaşların mövcud
ictimai-siyasi, sosial-mədəni
problemlərin həllində
könüllü və
fəal iştirakında,
bu istiqamətdə dövlət qurumlarının,
dövlətlərin yaratdığı
regional və beynəlxalq
təşkilatların onların
fəaliyyətinə verdiyi
mütəmadi, ciddi dəstəkdə axtarmaq lazımdır.
Digər tərəfdən QHT-lərin
formalaşmasının nəzəri
aspektlərindən danışarkən
onların beynəlxalq
münasibətlər sistemində
oynadığı rola
qısa yer ayırmaq faydalı hesab edilə bilər. Ən azı ona görə ki,
QHT-lərin beynəlxalq
münasibətlər sisteminin
tərkib hissəsi olması həm realist (həmçinin neorealist), həm
də
liberal (həmçinin neoliberal) nəzəri məktəblər
tərəfindən qəbul
edilir. Məsələn,
tanınmış nəzəriyyəçi
alim P.A.Sıqankov əsasən "Beynəlxalq
münasibətlərin nəzəriyyəsi"
kitabında beynəlxalq
münasibətlərin iştirakçılarını
iki qrupa ayırır: I Dövlət,
II Dövlətdən
kənar təşkilatlar.
Öz növbəsində dövlətdənkənar
təşkilatları iki
altqrupa (Dövlətlərarası
beynəlxalq təşkilatlar,
QHT-lər) eynən müəllif QHT-ləri beynəlxaq münasibətlərin
aktoru kimi deyil, subyekti kimi görməkdədir.
Məktəblər üzrə yanaşsaq,
realist və marksist məktəblərdən fərqli
olaraq, liberal məktəb
QHT-ləri beynəlxalq
münasibətlərin həm
subyekti, həm də aktoru kimi qəbul edir və onları
beynəlxalq münasibətlər
sistemini təşkil edən komponentlərdən
biri sayır.
Z.Bzejinski əsasən "Seçim"
əsərində dünyada
mövcud olan sərhədlərin aradan
qalxmasını dəyərləndirərkən
bu halın insanlar üçün deyil, məhz dövlətlər, dövlətlərarası
qurumlar və dövlətdənkənar təşkilatlar
üçün vacibliyini
xüsusi vurğulayır. Məhşur amerikalı politoloq və geosiyasətçinin
dəvlətdənkənar təşkilatları, yəni
QHT-ləri dövlətlə
yanaşı göstərməsi
yuxarıda qeyd etdiyimiz fikirlərin - QHT-lərin beynəlxalq münasibətlər sisteminin
tərkib hissəsi olması fikrinin və onların beynəlxalq münasibətlərə
təsir imkanlarına
sahib olmasının məhşur
siyasətçilər və
dövlət adamları
tərəfindən qəbul
edilməsinə sübutdur.
Z.Bzejinski "Nyu-York Tayms" qəzetində dərc edilmiş "Hegemonluq bataqlığı" məqaləsində
yazır: "...ABŞ-ın
İraqa hərbi müdaxiləsi yanlış
taktiki addım idi. Bunun əvəzində
Birləşmiş Ştatlar
o qədər də
real təhlükə yaratmayan
Səddam rejimini müxtəlif vasitələrlə,
o cümlədən qeyri-hökumət
təşkilatlarının gücündən istifadə
etməklə də devirə bilərdi...". Bu fikri
ilə Bzejinski dünya siyasətində
QHT-lərin iştirak
imkanlarına və oynadıqları rola diqqəti cəlb edib.
Qeyd etmək
lazımdır ki, QHT-lərin tarixi daha keçmişə gedib çıxır. Qədim Çinin
gizli cəmiyyətlərini,
orta əsrlərdə
- tampliyerlər ordenini,
ən yeni tarixdə isə "Green
Peace" xatırlamaq kifayətdir.
70 il tərkibində
olduğumuz Sovet imperiyasının siyasi sistemi bolşevik inqilabına qədər Rusiyada formalaşmış
təşkilatların inkişafından
məharətlə istifadə
edilərək ərsəyə
gəlmişdi. Bunlara nümunə
olaraq, həmkarlar təşkilatlarını, şuraları,
kooperasiyaları, mədəni-maarif,
elmi və sair təsisat və qurumları göstərmək olar.
Əlbəttə, sovetlər rejimi
bu təsisatlardan əsas etibarilə Kremlin siyasətinə uyğun şəkildə, qrup mənafelərini təmin
etmək üçün
istifadə edib. Bununla belə, bu rejim
mahiyyət etibarilə
QHT fenomenindən özünəməxsus
qaydada olsa da, kifayət qədər geniş və hərtərəfli
faydalanıb.
Heç kimə sirr deyil ki, müxtəlif
dövrlərdə dünyanın
çeşidli ölkələrində
zəmanənin ən
görkəmli şəxsləri
məhz QHT-lərin üzvü olaraq, bu qurumların işində fəal iştirak ediblər.
Çağdaş dünyamızda fəaliyyət
göstərən və
beynəlxalq münasibətlər
sisteminin tərkib hissəsinə çevrilən
qeyri-hökumət təşkilatlarının
əsl mahiyyəti və fəlsəfəsi haqqında bir sıra məsələlərə
aydınlıq gətirmək
vacibdir.
İlk növbədə
"qeyri-hökumət təşkilatı
nədir" sualına
cavab tapmağa çalışaq. Mənfəət
əldə etmək məqsədi ilə fəaliyyət göstərməyən,
siyasi hakimiyyət uğrunda mübarizə aparmayan istənilən yerli, milli və
yaxud beynəlxalq vətəndaşlar qrupu tərəfindən yaradılan
təşkilata qeyri-hökumət
təşkilatı (QHT) və ya ictimai birlik
deyilir. Başqa sözlə "ictimai birlik- təsis sənədlərində müəyyən
olunmuş məqsədlərlə
ümumi maraqlar əsasında birləşmiş
bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış
könüllü, özünüidarəedən,
öz fəaliyyətinin
əsas məqsədi
kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri öz üzvləri arasında bölməyən
qeyri-hökumət təşkilatı"
kimi başa düşülür" . Belə sadə
tərif əslində
QHT-lərin olduqca geniş funksiyaları həyata keçirməsindən
xəbər verir.
QHT-lər hüquq,
humanitar, səhiyyə,
təhsil, ekologiya, insan hüquqları, sülh və sair sahələrdə fəaliyyət göstərən
qurumlardır. Onlar hətta
siyasət səhnəsində
cərəyan edən
proseslərə də
ciddi müdaxilə etmək iqtidarında olan qeyri-siyasi vətəndaş qruplarıdır.
"Fəaliyyət ərazisinə
görə qeyri-hökumət
təşkilatlarının 4 növü fərqləndirilir:
yerli; regional; ümumölkə;
beynəlxalq". Qeyri-hökumət və ya qeyri-kommersiya
sektoru dövlət və biznes sahələri ilə birlikdə ictimai həyatın böyük
bir hissəsini təşkil edir. Onun cəmiyyətdəki xüsusi
mövqeyini tez-tez istifadə edilən "üçüncü sektor"
anlayışı da xarakterizə edir. Bu sahəni həmçinin
qeyri-kommersiya, müstəqil,
könüllü, mənfəət
gətirməyən və
xeyriyyə sektoru da adlandırırlar.
Bu anlayışların hər biri mövcud
reallığa söykənərək
bu sektora daxil olan təşkilatların
çoxsaylı aspektlərini
qabarıq şəkildə
ifadə edir. Digər xüsusiyyətlər isə
ya olduqca səthi təqdim edilir, yaxud da,
ümumiyyətlə diqqətdən
kənarda qalırlar.
Misal üçün, "qeyri-hökumət
təşkilatı" termini üçüncü sektorla
hökumət təşkilatlarını
biri-birindən fərqləndirir.
Eyni zamanda sektorun biznesə olan münasibətini əks etdirmir. Üçüncü sektora daxil olan qurumların ən başlıca vəzifəsi gəlir əldə etmək olmasa da, onlar
müəyyən hallarda
mənfəət gətirə
bilərlər. Odur ki,
"mənfəət götürməyən
sektor" termini də
əslində müəyyən
mənada məsələni
tam dəqiqliklə əks
etdirmir.
(Ardı var)
AQİL
525-ci qəzet.- 2014.- 26 fevral.- S.6.