Moskvada Məmməd İsmayıl yaradıcılığı ilə bağlı mühüm hadisələr

 

 

Həmyerlimiz şair Məmməd İsmayıl Rusiya Yazarlar Birliyinin Sergey Yesenin ordeninə diplomuna layiq görülüb. Diplom qərarında deyilir: Rusiya Yazarlar Birliyinin Moskva Təşkilatının S.A.Yesenin "Qızıl payız" ordeni diplomu ədəbi sözə böyük xidmətinə görə Məmməd İsmayıla  verilsin.

Bu münasibətlə Moskva Yazarlar Birliyinin binasında fevralın 18-də təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Rusiya Yazarlar Birliyinin Moskva şəhər təşkilatının sədri Məmməd İsmayılın tərcüməçisi Vladimir Boyarinov şair dostunun rus türk ədəbiyyatları qarşısındakı böyük  xidmətlərindən danışıb, Aleksandr Kuşnerin tərcüməsində M.İsmayılın 1974-cü ildə yazılmış S.Yeseninə həsr olunmuş şeirini səsləndirib. "Belə bir şeirin müəllifi çoxdan bu mükafata layiq görülməli idi, amma biz bir az gecikdik"- deyib.

M.İsmayıl öz çıxışında S.Yeseninin onunçün qədər önəmə sahib olduğunu vurğulayıb təqdim olunan mükafat üçün təşəkkürünü bildirib.

Moskvada olduğu müddətdə şairimiz daha bir diploma layiq görülüb. Moskvada yerləşən "Şəhriyar Ədəbi Mədəni Cəmiyyəti" Məmməd İsmayılı Azərbaycan, eləcə Şərq rus ədəbiyyatlarının, mədəniyyətlərinin  inkişafında önəmli xidmətlərinə görə diplomla təltif edib.

Rusiyanın M.Qorki adına Ədəbiyyat İnstitutunda Məmməd İsmayılla görüş keçirilib. Görüş haqqında Rusiyanın internet saytlarında rus şairi Sergey Karatovun hazırladığı məqaləni oxucularımızın diqqətinə çatdırırıq:

"Böyük Azərbaycan şairi Məmməd İsmayıl Moskvaya yaşadığı   çalışdığı Türkiyədən gəlmişdi. Moskvaya gəlişində əvvəlki illərdə olduğu kimi onu yeni görüşlər gözləyirdi. İlk görüş M.Qorki adına ədəbiyyat insitutunda gerçəkləşdiriləcəkdi. Bu görüş ünlü tənqidçi İnna Rostovsevanın poeziya seminarı tələbələri ilə olacaqdı.Görüşdə şairin dostu   tərcüməçisi Mixail Sinelnikov da iştirak edirdi. Görüşü İnna Rostevseva açaraq hörmətli qonağı tələbələrinə dövrümüzün ən orijinal şairlərindən biri kimi təqdim edib onun yaradıcılığından söhbət açdı. Mixail Sinelnikovun tərcümələrindən söz açıb xüsusilə "Yatan mənalar" şeiri üzərində dayandı. Şeirin tərcüməsi tələbələr arasında böyük canlanmaya səbəb oldu.

Məmməd İsmayıl  2 il burada Ali ədəbiyyat kurslarında təhsil alıb Moskvaya gəncliyinin şəhəri kimi baxır. Bəlkə buna görə Türkiyədə Çanaqqala  Univerisitetinin professoru olsa da, Moskvaya buradakı dostlara nostalgiyası onu zaman-zaman bu yerlərə səsləyir. Budəfəki gəlişinin məqsədi yaxın dostu, rəhmətlik şair Yuri Kuznetsova vəfa borcu üçün onun yaradıcılığı ilə bağlı konfransa qatılmaq olsa da, çağrılan görüşləri geri çevirmir. Bugünkü görüş onlardan biri idi. Artıq o yalnız Azərbaycanın, Türkiyənin məşhur sənətkarı deyil. Onun şeirləri rus dilinə  A.Kuşner, Y.Kuznetsov Mixail Sinelnikov tərəfindən elə yüksək səviyyədə tərcümə olunmuş ki, bu əsərlər artıq rus ədəbiyyatının da faktına çevrilmiş rus oxucuları tərəfindən böyük bir maraqla oxunur.Şeirləri dünya ədəbiyyatının ən önəmli antologiyalarında yer alıb müəllifinin adını yer kürəsinə yayır.

Sonra sıra Məmməd İsmayıla çatır. Onun uşaqlığı, anası, gəncliyi, Moskva təhsil illəri ilə bağlı parlaqduyğusal çıxışı tələbələr arasında böyük həyəcana səbəb olur. Onun həyatını qısaca olaraq tərif etsək, buna əzmin zəfəri deyə bilərik. Uzaq dağ kəndində yetim böyüyən, anasının umuduna həyata tutunmağa çalışan bir uşaqbu uşağın dünya ədəbiyyatına uzanan inanılmaz inadkar həyat və yaradıcılıq yolu yenicə ədəbiyyat  dünyasına yol açmağa çalışan tələbələrə inam və həyat dərsi idi. Şair həyat yollarındakı mücadilələrindən  elə həvəslə danışırdı ki! Və o yolun ən önəmli mərhələsinin Moskvadakı təhsil illəri olduğunu söyləyirdi. Buna görə də heç zaman ədəbiyyat institutunu unutmadığını deyirdi. Onu da deyirdi ki, görünür ədəbiyyat institutu da məni unutmayıb. Unutsaydı, institutun şərəf  lövhəsində mənim portretim bu təhsil ocağını bitirmiş ən məşhur yazıçı və şairlərin arasında yer alardımı?  Sanki tələbələr indi-indi onu yaxından tanımağa və oxuduqları binanın şərəf lövhəsindəki o qara qaşlı, qara bığlı gənc oğlanı indi saçına-saqqalına Şimal qarı səpələnmiş qarşılarında duran adamın içərisindən çıxarmağa çalışırdılar.

Sonra Məmməd İsmayıl bir neçə şeirini həm öz dilində, həm də tərcümələrini səsləndirdikdən sonra zarafatından da qalmadı:-İndi də gəlin Mixail İsaakoviçi dinləyək və əgər oxuyacağı tərcümələr xoşunuza gəlsə mənim xidmətimdi, gəlməsə günahı tərcüməçidə görün, - dedi.

M.Sinelnikov Məmməd İsmayılla ilk tanışlıqlarından geniş söhbət açıb dedi ki, elə  ilk baxışdanca onda ötkəmlik və öz istedadından güc alan bir əmin-arxayınlıq vardı.Və o  mənə təkcə özünü və şeirlərini yox, həm də canı qədər sevdiyi Azərbaycanını, onun qədim ədəbiyyat və mədəniyyətini də sevdirəcəkdi.Sonra bir-birindən gözəl şeirlərin tərcüməsini səsləndirib tələbkar tələbələrin böyük bəyənisini topladı.Axırda mənə  söz verildi.Mən də gücümün yetdiyi qədər Məmməd İsmayılın yaradıcılığından söhbət açıb sonunda türk şairi Mustafa Bərçinin M.İsmayıla həsr etdiyi şeirinin tərcüməsini oxudum.

Tələbələr şairdən ayrılmaq istəmir, onu sual yağışına tutur, Dünya ədəbiyyatı, həyatın keşməkeşlərindən danışmasını istəyirdilər. O da yorulmadan hər suala bir filosof kimi cavablar verirdi. İki saatın necə keçib getdiyi bilinməmişdi.

Görüşün sonunda seminar rəhbəri İ.Rostovseva heyrətini gizlətmədi. M.İsmayılı müharibənin odun-alovun içərisindən sağ-salamat çıxaran o fədakar qadına rəhmət oxuyub: "Yalnız elə analardan belə oğullar doğula bilərmiş" - deyib bu gözəl görüş üçün M.İsmayıla tələbələri adından təşəkkürünü bildirdi. Üstəlik, "son illərdə tələbələrin bu qədər diqqətini çəkəcək ikinci bir görüş xatırlamıram" - dedi. Bu həqiqət sonrakı tədbirlərdə özünü doğruldacaqdı. İnstitut binasında Y.Kuznetsov konfransının davam etdiyi 2 gün ərzində həm şairin görüşündə iştirak edən tələbələr, həm onların dostları M.İsmayılın yanından əl çəkməyəcək ona müxtəlif suallar verəcək, elektron adresini alıb yazışmaq istəyəcəkdilər. Qarlı Moskvadan fırtınalı bir şair keçib gedəcəkdi! Bütün bu tədbirlərlə şairin qarşıdan gələn 75 illik yubileyinin startı verilmiş olacaqdı.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 27 fevral.- S.7.