Əli bəy Hüseynzadənin 150 illik yubileyi Salyanda qeyd olunub
Salyan
rayon icra hakimiyyətinin,
Azərbaycan Mətbuat
Şurasının, Azərbaycan
və digər Türk Xalqları Əməkdaşlıq Mərkəzinin
(ATXƏM) birgə təşkilatçılığı
ilə böyük mütəfəkkir Əli
bəy Hüseynzadənin
anadan olmasının
150 illik yubileyi münasibətilə "Əli
bəy Hüseynzadə
- türk dünyasının
siyasi-ideoloji fikir adamı" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan
sonra tədbir iştirakçıları Əli
bəy Hüseynzadənin
də abidəsi önünə gül dəstələri düzüblər. Böyük mütəfəkkirin
adını daşıyan
Salyan rayon tarix-diyarşünaslıq
muzeyində ona aid eksponatlar, rəsm əsərləri, "Füyuzat"
mətbu orqanının
ilk nömrəsi qonaqlar
tərəfindən böyük
maraqla qarşılanıb.
Elmi-praktik konfransda rayon icra
hakimiyyətinin başçısı
Tahir Kərimov ən yeni tariximizə
nəzər salaraq, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının
irsinə ümummilli lider Heydər Əliyevin daim böyük diqqət göstərməsindən danışıb,
Prezident İlham Əliyevin "Məhəmməd
Əmin Rəsulzadənin
130 illik yubileyinin keçirilməsi haqqında"
2013-cü il 22 noyabr, eləcə də "Əli bəy Hüseynzadənin 150 illik
yubileyinin keçirilməsi
haqqında" 2014-cü il
21 yanvar tarixli sərəncamlarını bu
sahədə varislik xəttinin davamı kimi səciyyələndirib.
Azərbaycanda maarifçilik ideyalarının
təşəkkülü və formalaşmasında
Əli bəy Hüseynzadənin əvəzsiz
xidmətlərindən danışan
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı
Şamil Vəliyev bildirib ki, tarix
qarşısında hər
kəsin xidməti layiqincə qiymətləndirilir. Böyük maarifçinin
150 illik yubileyinin qeyd olunması da bunun əyani
təzahürüdür.
ATXƏM-in rəhbəri İlham İsmayıl Əli bəy Hüseynzadənin Azərbaycan
tarixinə görkəmli
ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist,
rəssam, musiqişünas
kimi yazıldığını
diqqətə çatdırıb.
Bildirilib ki, Əli bəy
Hüseynzadə çoxşaxəli
fəaliyyəti ilə
Azərbaycan ədəbi-elmi
fikir tarixində Mirzə Fətəli Axundzadədən sonra yeni bir mərhələnin
başlanğıcını qoyub, "füyuzatçılar"
adlı ədəbi-fəlsəfi
məktəb yaradıb. Görkəmli ictimai xadimin bu gün də
aktuallığını itirməyən
fikriləri tədbirdə
xüsusi qeyd edilib.
Çıxışlarda tariximizə, mədəni
irsimizə göstərdiyi
qayğıya görə
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə
olunub.
Azərbaycan Milli Elmlər Akademiyasında da akademiyanın
(AMEA) A. Bakıxanov adına
Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi,
tanınmış maarifçi
və yazıçı-publisist
Əli bəy Hüseynzadənin 150 illik
yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. Akademiyanın əsas binasında keçirilən
sessiyada institutun direktoru, Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış
edərək tədbirin
əhəmiyyətindən danışıb, elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
"Əli bəy Hüseynzadənin 150 illik
yubileyinin keçirilməsi
haqqında" 2014-cü il
21 yanvar tarixli Sərəncamına əsasən
keçirildiyini bildirib:
"Böyük Azərbaycan
ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr
Azərbaycan-türk ictimai
fikrinin ən görkəmli nümayəndələrindən
biri olmuş Əli bəy Hüseynzadəni təkcə
Azərbaycan milli tarixinin deyil, bütövlükdə türk
islam dünyasının
nadir simalarından biridir.
Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim,
jurnalist kimi fəaliyyət göstərib,
bu sahələrin hər birində özünəməxsus iz
qoyub. O, XX əsr
Azərbaycan mətbuatı
və publisistikası
sahəsində də
müstəsna xidmətlər
göstərib. Bu görkəmli
mütəfəkkir XIX əsrin
sonu, XX əsrin əvvəllərində Azərbaycan
xalqına və eyni zamanda, türk
islam xalqlarına
yol göstərən
və müxtəlif
elm sahələrini layiqincə
təmsil edən tarixi şəxsiyyətlərdən
olub. Onun yaradıcılığı, dünyagörüşü və
özündən sonra
gələn nəsillərə
göstərdiyi yol parlaq şəkildə sübut edir ki, ictimai fikir
sahəsində böyük
kəşflər elmlərin
qovşağında baş
verir. Çünki
Əli bəy Hüseynzadə fizika-riyaziyyat
sahəsində ali təhsil almasına baxmayaraq, təbabət sahəsində
də dünyanın ən qabaqcıl universitetlərindən birini
bitirib. O, publisistikada çox böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini
öyrənmək və
ona yol göstərməkdə
misilsiz tarixi simadır.
Əli bəy Hüseynzadənin milli mücadilə tariximizdə
də misilsiz xidmətlər göstərib. Bu tarixi
şəxsiyyət xalqımıza,
türklərə və
islam mənəviyyatına
qarşı olan basqılara həmişə
öz haqq səsini ucaldıb, daim bu hücumların
qarşısını almağa
çalışaraq dünyada
bu xalqların mübarizliyini təmin etmiş fəlsəfi fikirlərin sahibi olub. Bu nadir sima türkçülüyün, islam dünyasının
azadlığı uğrunda
mübarizəyə başlayanda
ilk növbədə insanlığı,
humanizm fəlsəfəsini
əsas götürüb.
Bu görkəmli mütəfəkkirin düşüncələri
daim aktual olub. Ə.Hüseynzadə ömrü boyu
öz məhsuldar qələmi ilə ümumtürk mənəvi
dəyərlərini tədqiq
və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün
gücü ilə çarpışıb. Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağının,
rənglərinin formalaşmasında
bu tarixi şəxsiyyətin böyük
rolu olub".
İnstitutun direktoru Əli bəy Hüseynzadənin
"Türk qanlı,
islam imanlı və firəng qiyafəli olalım" həyat devizini xatırladıb.
Bu görkəmli şəxsiyyəti
rəssam kimi də xarakterizə edən Yaqub Mahmudov onun bu
sahədə böyük
şöhrət qazandığını
bildirib. Əli bəy Hüseynzadənin
"Bibiheybət məscidi"
tablosunu xüsusilə
vurğulayıb.
Tədbirdə tarix üzrə
elmlər doktoru İradə Bağırovanın
"Əli bəy Hüseynzadənin yaradıcılığında
türkçülük və
ümumislam birliyi məsələləri", tarix
üzrə fəlsəfə
doktoru Sevinc Əliyevanın "Əli
bəy Hüseynzadə
türkçülüyün görkəmli ideoloqu kimi" mövzularında
məruzələri dinlənilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 27 fevral.- S.7.