RYAZAN MOTİVLƏRİ
Sergey Yeseninə
Titrədər qəlbini burda heyrətin,-
Gör, gəlin
qovaqlar nə təzətərdi.
Onları
seirdən ayırmaq çətin,
Onlar Yesenindən
tərcümələrdi.
Niyə ləngimədi şimşək
çaxmağa?
Körpə uşaq kimi oyanır fikir:
Şair
taleyinə şərik
çıxmağa
Yaxşı deyiblər ki,kimsə gecikir.
Orda ki, qovaqlar nəğmə
deyirmiş,
Qəfil bir xəbərdən qırılıb qalıb.
Yollar da hardasa tələsiyirmiş ,
Ölüm döngəsinə burulub qalıb.
Bu da yarpaqların payız nəğməsi,
Toprağa tapşırar ömrünü
bir-bir.
Ürəyimdən keçən ölüm
kəlməsi
Sükuta atılan güllə kimidir.
De, hansı insanın taleyi təkdir,
Hanı
o adaşım, axtarıb
tapam;
Mən də bir "Naməlum qadına məktub",
Mən də ayrılıqdan gələn
cavabım.
Oğulmu
arayır o gözləri
nəm,
Yoxsa ümid
kimi közərir ocaq?!
Birdən,
Ryazanda elə bilirəm,
Qarşıma gileyli anam çıxacaq.
Bu nədir, közərib yanır arzuda,
Tökülür sinəmə duyğular çayı.
Udduğum havada, içdiyim suda
Yəqin Yeseninin ruhu yaşayır.
Təbiət bir çarpan ürəkdi burada,
Yaşıl fəvvarədir şimal qızları.
Nə İran nəğməsi gərəkdi burada,
Nə də Mərdəkanın süd hovuzları.
Bir gün ayaqları baxmaz sözünə,
Ucalar köksündən
ağır bir nida.
Elə an gələr ki, özün-özünə
Deyərsən, görüşək, qardaş, əlvida!
Eh, gəlin qayınlar nə təzətərmiş,
Burada elə gələr eh, sənə hərdən,
Dünya
Yeseninli xatirələrmiş,
Elə düşüb
qalıb xatirələrdən.
Ryazan,1974
Məmməd
İsmayıl
525-ci qəzet.-
2014.- 27 fevral.- S.7.