Vilnüsdən Bakıya minnətdarlıq məktubu

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara

 

Hörmətli Anar müəllim!

 

Siz başda olmaqla Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyinə AYB-nin XII Qurultayına AYB-nin yaradılmasının 80 illik yubiley tədbirinə dəvət edildiyim üçün, eləcə Azərbaycanda şəxsimə göstərilmiş səmimi münasibətə yüksək diqqətə görə AYB-nin bütün dəyərli əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Həmçinin Litva Yazıçılar İttifaqı adından Qurultayda təbrik çıxışı etmək üçün mənə yaradılmış imkana görə Sizlərə təşəkkürlərimi izhar etməkdən məmnuniyyət duyuram.

Sevindirici haldır ki, Qurultayın işində bir sıra diaspora yazarları da iştirak etdilər. Diasporun yaradıcı nümayəndələrinin Qurultaya dəvət edilməsini biz ilk növbədə Azərbaycan Dövləti tərəfindən Diaspora göstərilən diqqət qayğının təzahürü olaraq qəbul edir, Dövlət Diaspora siyasətinin mühüm tərkib hissəsi kimi dəyərləndiririk.

Qeyd etmək istərdim ki, Qurultaydan aldığımız ən xoş təəssüratlar, daima çiçəklənməkdə olan gözəl Bakıdan apardığımız konstruktiv təkliflər yeni yaradıcı ideyalar Avropa Birliyi ölkələrində ədəbi nailiyyətlərimizin daha fəal təbliğ edilməsi milli-mənəvi dəyərlərimizin müasir üsullarla geniş yayımlanması istiqamətində tədbirlərin genişləndirilməsi, o cümlədən yeni məzmunlu müstəqil Litva-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, Dünya azərbaycanlı ziyalılarının Azərbaycançılıq ideyası ətrafında kulturoloji zəmində səfərbər edilməsi diaspora yazarlarının tarixi Vətənimizlə əlaqələrinin möhkəmləndirilməsi işinə nəzərəçarpan təkan verir, Azərbaycan milli mənafelərinin xarici dövlətlərdə həm Diaspora təşkilatları xətti ilə uğurla təmsil olunması xalqımızın bütöv Azərbaycan iradəsinin bütün Dünyada dönməz şəkildə təsdiq edilməsi məqsədinə çatmaq üçün daha geniş milli-ideoloji imkanlar yaradır.

Hörmətli Anar müəllim, Siz həm məşhur Xalq yazıçısı görkəmli ictimai-mədəni xadim, həm Azərbaycan Yazıçılar Birliyinin təcrübəli sədri olaraq Azərbaycan diaspora ədəbiyyatı təmsilçilərinin fəaliyyətini həmişə diqqət mərkəzində saxladığınız üçün, onlara əsl vətənpərvər ziyalı ustad sənətkar münasibəti göstərərək böyük həssaslıqla yanaşdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Ümidvarıq ki, Sizinlə gələcəkdə AYB-nin analoji Forumlarında iştirak edib görüşəcək, Azərbaycan ədəbiyyatının xarici əlaqələrini irəlilətmək yolunda dərin məzmunlu ünsiyyət münasibətlərimizi davam etdirəcəyik. 

Sayqılar Sizə uğur arzularıyla.

 

VilnüsBakı, 10 iyul 2014-cü il

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

 

525-ci qəzet.- 2014.- 17 iyul.