Ön söz

 

       

 

28 May 1918-ci il. Xalq bir gündə qərinələrin sevincini yaşadı”. Bu sözlər M.Ə.Rəsulzadəninbütün şüurlu həyatını vətənin müstəqilliyi, millətin azadlığı, səadət xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmiş bir vətən övladı, istiqlal fədaisinin ürək sözləri idi. Bu əsri sevinc asan başa gəlməmişdi. O, “üsulunu başqa mütərəqqi millətlərin elmi ədəbi hərəkatından, ənənəsini Mirzə Fətəlilər, Həsənbəylər, 1905-ci il inqilabı ilə müvəqqəti istiqbal dövrünün milliyyətpərvər mühərrir ədiblərindən, hərarətini əsrin ən qüvvətli ən həyati məfkurəsini təşkil edən xalqçılıqdan, həyəcanını ən incə tellərə toxunan milliyyət hiss duyğusundan” (M.Ə.Rəsulzadə) alan fədakar məfkurəçi bir nəslin ölüm-dirim savaşının bəhrəsi idi. Milli müqəddəslərimizdən Üzeyir bəyin yazdığı kimimüstəqil dövlətin yaranması çətinliklə əmələ gəldi. Bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdılıb, minlərcə xanimanlarımız xaraba qoyulmuşdu

 

İstiqlal hərəkatı bir nəslin deyil, nəsillərin arzu istəklərinin, fədakarlıq qətiyyətlərinin, səy bacarıqlarının, öyrənmək istedadının bəhrəsi idi. M.Ə.Rəsulzadə bu keyfiyyətləri bir sözlə, istiqlaldeyə səciyyələndirib.

 

M.Ə.Rəsulzadənin əsərlərinin növbəti 5-ci cildinə onun Zaqafqaziya Seyminin iclaslarındakı (1918-ci ilin fevral-aprel ayları) əsas çıxışları, Batumdan Tiflis Gəncəyə qayıtması Gəncədə Milli Şuranın iclaslarındakı çıxışları, İstanbul səfəri oradakı fəaliyyətini əks etdirən bəyanat, müsahibə məktublarından sətirlər, 1918-ci il noyabrın 7-də Bakıya gəlişi haqqında xəbər, Milli Şuranın fəaliyyətinin bərpası Azərbaycanqəzetində bununla bağlı dərc olunmuş yazılar, “Azərbaycanqəzetində rəsmi əməkdaş kimi fəaliyyətə başlaması, “Müsavatpartiyasının işinin yenidən qurulmasında göstərdiyi fədakarlıq, Parlamentin iclaslarındakı çıxışlarından bəzi seçmələr, Azərbaycan hökumətinin daxili xarici siyasəti haqqındaAzərbaycan”, “İstiqlal”, “Naş put” qəzetləri İstiqlalməcmuəsində dərc olunmuş məqalələri, o cümlədənAzərbaycan paytaxtıAzərbaycan Cümhuriyyəti s. daxil edilmişdir.

 

Məlumdur ki, 1918-ci il fevralın 23-dən Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlardan əlavə seçilmiş nümayəndələrdən ibarət Zaqafqaziya Seymi fəaliyyətə başlamışdı. Seymdə Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi vardı. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının rəhbəri M.Ə.Rəsulzadə idi. 1918-ci il fevralın 23-dən mayın 26-dək fəaliyyət göstərmiş Seymin iclaslarında M.Ə.Rəsulzadə dəfələrlə mühüm   əsas məsələlər problemlər üzrə çıxışlar etmişdir. 1918-ci ildə Seymin stenoqrafik hesabatları ayrıca kitabça halında nəşr olunmuşdur. M.Ə.Rəsulzadənin bu iclaslarda rus dilində əsas çıxışlarını əsərlərinin bu cildində ilk dəfədir ki, həm ruscasını, həm ana dilində tərcüməsini dərc edirik.

 

1919-cu il fevralın 17-də BakıdaMüsavatpartiyasının rus dilində həftəlikNaş put” (Yolumuz) adlı mətbuat orqanı nəşrə başlamışdı. Qəzetin 1919-cu ilin aprelinədək 10 sayı buraxılmışdı. Bu nömrələrdə M.Ə.Rəsulzadənin 4 əsəri dərc olunmuşdur. Onları da cildə daxil etmişik. Qeyd edim ki, bu mətbuat orqanı tədqiqatçıların diqqətindən kənarda qalıb.

 

Bildiyimiz kimi, Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixi salnaməsinəMüsavat dövrü”, “Müsavat hakimiyyətikimi anlayışlarla daxil olmuşdur. Müsavatçılıq təkcə partiya deyil, həmçinin müstəqillik, azərbaycançılıq, müasirlik, dünyanın demokratik dövlətləri cərgəsində öz yerini tutmaq anlayışıdır. Rəsulzadənin bu dövr fəaliyyətinin əsasında 110 illik fasilədən sonra müstəqil Azərbaycan dövlətçiliyinin Azərbaycan adı ilə həqiqi demokratik  parlament respublikası kimi bərpasına nail olmaq prinsipi dayanırdı. Azərbaycanın coğrafi məfhumdan dövlət məfhumuna çevrilməsi işində, Türk İslam aləmində, hətta beynəlxalq miqyasda ilk demokratik cümhuriyyət kimi tanınması M.Ə.Rəsulzadənin başçılıq etdiyiMüsavatpartiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

 

M.Ə.Rəsulzadə öz dövrünün cərəyan edən hadisələrinə yeni baxış nümayiş etdirirdi. Bu baxışlar indinin özündə çox böyük elmi-nəzəri tarixi əhəmiyyətə malikdir. Məsələn, M.Ə.Rəsulzadə 1918-1920-ci illəridövri-hürriyyət”, yəni azadlıq dövrü adlandırırdı. O, eyni adlı məqaləsində (“Azərbaycanqəzeti, 14 mart 1920, ¹54) yazırdı: “Böyük Fransa inqilabı (1789-1793-cü illər inqilabından söhbət gedir. – Ş.H.) hüquqi-bəşər”i elan eləmişdi. Böyük Rusiya inqilabı da (1917-ci il fevral inqilabı – Ş.H.) hüquqi-miləl”i elan etdi”. M.Ə.Rəsulzadə bu yazıda 1905-1907-ci illər inqilabını rus yox, məhz Rusiya inqilabı adlandırmışdı. Eyni ilə 1917-ci il fevral inqilabını da təkcə rus yox, Rusiya zülmü altında əziyyət çəkən bütün xalqların inqilabı kimi səciyyələndirirdi. Rəsulzadə qeyd edirdi: “Rusiyada fevral inqilabına mütəaqib bir oktyabr inqilabı (bolşevik xürucu) vaqe oldu ki, bu da artıq Rusiya degil, rus inqilabı idi... Nəticədə görüyoruz ki, Rusiya inqilabı bütün sabiq Rusiya xalqlarına şamil ikən, rus inqilabı yalnız ruslara şamil olunuyordu”. M.Ə.Rəsulzadənin bu dövr yazdığı məqalələrin mövzu dairəsi çox genişdir. Burada Azərbaycan hökumətinin, Azərbaycan parlamentinin fəaliyyətinə dair çox ətraflı, dəqiq təhlil şərhlər verilir, hökumətin gördüyü işlər qiymətləndirilir, müstəqillik əleyhdarlarının təxribatçılıq fəaliyyəti çox kəskin ciddi şəkildə ifşa olunurdu.

 

Məlumdur ki, bu dövrdə 23 ay fəaliyyət göstərmiş Azərbaycanın müstəqil dövlət hakimiyyətinin fəaliyyəti çox kəskin daxili xarici şəraitdə cərəyan edirdi. Müstəqillik düşmənləri həddindən artıq çox idi. Müstəqilliyin ilk 6 ayında Azərbaycan hökuməti Qafqaz İslam Ordusunun varlığı şəraitində fəaliyyət göstərirdi. 1918-ci il noyabrın birinci yarısında Qafqaz İslam Ordusu Azərbaycanı tərk etdikdən sonra, noyabrın ikinci yarısında müttəfiq qoşunları Vətənimizə gəldi 1919-cu ilin avqustunadək burada qaldı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayın yalnız 8-ni xarici hərbi qüvvələrsiz fəaliyyət göstərmişdir. Bu cür mürəkkəb şəraitdə dövlətin müstəqilliyini qorumaq, onun 1920-ci ilin yanvarında Paris sülh konfransında müttəfiq dövlətlər tərəfindən tanınmasına nail olmaq M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan istiqlalçılarının qədər savadlı, dərin təfəkkürlü, vətənə sədaqətli fəaliyyət göstərmələrinin nümunəsidir.

 

Oxucular təqdim etdiyimiz əsərlərlə tanış olduqda özləri bunun şahidi olacaqlar. M.Ə.Rəsulzadənin Cümhuriyyət dövrü fəaliyyəti onun bir dövlət xadimi, siyasətçi kimi fəaliyyətinin əsas mərhələsini təşkil edir.

 

M.Ə.Rəsulzadə 71 il ömür sürmüşdür. Onun yalnız 32 ilini bilavasitə vətənində yaşamışdır. Bu müddətdə onun göstərdiyi nəhəng fəaliyyət Azərbaycan tarixinin qızıl səhifələrini təşkil edir. Bu dövr haqqında çox yazılıb, xeyli dissertasiya işləri müdafiə edilib. Əlbəttə, sovet dövründə yazılanların hamısı məlum ideoloji siyasi amillər səbəbilə düşmənçilik, saxtakarlıq, böhtan iftira ilə müşayiət olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Rəsulzadə irsinə münasibət tam olmasa da dəyişib. Məqsədim M.Ə.Rəsulzadənin vətənindəki fəaliyyətini, xüsusilə onun dövri mətbuatda dərc edilmiş məqalələrini, imzası ilə dərc olunmuş sənədləri toplamaq nəşr etdirməkdir. M.Ə.Rəsulzadənin Cümhuriyyət dövrünü əhatə edən əsərlərinin əlavə 2 cildini hazırlayıram. 6-cı cild onun parlamentdəki çıxışları, 7-ci cild isə ədəbi-bədii tərcümə əsərlərindən ibarət olacaqdır.

 

Zənnimcə bu əsərlər tariximizin bu möhtəşəm dövrünün tədqiqi təbliğində ən möntəbər mənbələrdən sayıla bilər.

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2014.- 20 mart.- S.26.