BDU-da İlyas
Əfəndiyevlə bağlı elmi konfrans keçirildi
Dünən Bakı Dövlət
Universitetində Azərbaycanın
Xalq yazçısı,
Respublka Dövlət mükafatı laureatı,
görkəmli dramaturq
İlyas Əfəndiyevin
anadan olmasının
100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Konfransı açan rektor, akademik Abel Məhərrəmov
təhsil naziri Mikayıl Cabbarovu və tədbir iştirakçılarını salamlayaraq görkəmli dramaturqun həyat yoluna nəzər salıb. İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə
Prezident İlham Əliyevin imzaladığı
sərəncamı xatırladan
rektor XX əsr Azərbaycan ədəbiyyatında
qüdrətli nasir və dramaturq kimi tanınan Xalq yazıçısı
İlyas Əfəndiyevi
yaratdığı zəngin
ədəbi-bədii irs,
yeni nəsr və teatr məktəbi
ilə özündən
sonrakı ədəbi
proseslərə işıq
salan ustad yazıçı kimi təqdim edib. Bildirib ki, İlyas Əfəndiyevin əsərlərinin
melodramatizmi, lirik-romantik
üslubu, milli ruh, milli zövq,
estetik təsir gücü ilə yoğrulmuş obrazlı dili çoxsaylı oxucu və tamaşaçı
məhəbbəti qazandırıb.
İlyas
Əfəndiyev Azərbaycan
ədəbiyyatına rəngarəng
üslublar, forma və
məzmun yenilikləri
gətirən, özlərinə
məxsus fərdi yaradıcılıq yolları,
cığırları olan
yazıçılardan olub.
Azərbaycan xalqının
mənəvi aləminin
formalaşmasında İ.Əfəndiyev
pyeslərinin xüsusi
rolundan bəhs edən rektor bildirib ki, təkcə
onu göstərmək
kifayətdir ki, ilk tamaşası 1968-ci ildə
olmuş "Unuda bilmirəm" pyesi 1981-ci
ilə qədər, təkcə Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə
oynanılıb və
məhz bu xidmətlərinə görə,
o, respublikamızın xalq
yazıçısı, əməkdar
incəsənət xadimi
fəxri adlarına, Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülüb, "Xalqlar
Dostluğu" və
digər orden və medallarla təltif edilib.
"İlyas Əfəndiyev"
filmi nümayiş olunduqdan sonra BDU-nun kafedra müdiri, professor Tofiq Hüseynoğlu "O həmişə
bizimlədir" adlı
məruzə edib. Sonra AMEA-nın
Dilçilik İnstitutunun
direktoru, professor Tofiq Hacıyev xatirələrini
bölüşüb.
Tədbirin sonunda Baş nazirin müavini, görkəmli dramaturqun oğlu Elçin Əfəndiyev cıxış
edərək tədbirin
təşkilində əməyi
keçən hər kəsə təşəkkürünü
bildirib.
Çıxışlardan sonra bədii hissə olub və İlyas Əfəndiyevin pyeslərindən
səhnələr göstərilib.
525-ci qəzet.-
2014.- 2 may.- S.7.