Vətəndaş cəmiyyəti
qurumlarında kadr potensialı məsələsi:
təcrübə və reallıqlar hansı perspektivi
vəd edir?
Ötən əsrin əvvəllərindən Azərbaycanda geniş vüsət alan vətəndaş cəmiyyəti qurumlarının formalaşması
prosesi,
cəmiyyət həyatında baş verən sosial-iqtisadi dəyişikliklərlə
əlaqədar yerli QHT sektorunun fəallaşması bir sıra məsələləri aktuallaşdırdı. QHT-lərin yaranması və formalaşması prosesinin, onların məqsəd və vəzifələrinin, fəaliyyət
dairəsinin təhlili
ilə bərabər,
həmin qurumların insan resursları, kadr potensialı məsələsi də xüsusi aktuallıq kəsb edən cəhətdir.
Müşahidələr göstərir ki, son illərdə QHT-lərin qarşılaşdıqları ən ciddi problemlərdən
biri də insan resursları, kadr çatşmamazlığı
problemidir. Bu gün respublikamızda müxtəlif
sahələr üzrə
peşəkar kadrların
hazırlanmasında və yetişməsində,
bütövlükdə insan kapitalının formalaşmasında
QHT-lərin rolunu xüsusi qeyd etmək lazımdır.
Hesabatlardan da aydın olur
ki, ölkədə
QHT sektoru üçün
kadr hazırlığını
həyata keçirən
müvafiq təhsil müəssisəsi olmayıb
və hazırda da belə bir
məktəb yoxdur. Buna görə QHT sektorunda insan resursları problemlərinin mövcudluğu
Azərbaycanda vətəndaş
quruculuğunda ən ciddi və vacib
problemlərdən biri
hesab eləmək olar. Amma ölkədə müxtəlif yerli
və beynəlxalq təşkilatların QHT-lər
üçün kadr hazırlığı istiqamətindəki
təlimlərini istisna
etmək olar və əlbəttə, bu da kadr
hazırlığı nöqteyi-nəzərdən
kifayət deyil.
Bəzi faktları göstərməklə
QHT-lərin peşəkar
kadrların hazırlanmasında
oynadığı rolu
daha aydın nəzərə çatdıra
bilərik. QHT-lərin
davamlı olaraq keçirdikləri elmi-praktiki
konfranslar, debatlar, təlim və seminarlar, eyni zamanda digər layihələri buna sübutdur. Azərbaycanda qeyri-hökumət təşkilatları üçün
kadrlar elə QHT-lərin özündə yetişir. Yəni ölkədə QHT sektoru üçün kadr hazırlayan müvafiq təhsil müəssisəsi olmamasına
baxmayaraq bu sektorda çalışanlar
elə işləyə-işləyə
yüksək səviyyəli
peşəkara çevriliblər.
Əlbəttə ki, buna QHT sektorunda uzunmüddətli
fəaliyyət sayəsində
nail olunur.
Amma QHT-lərin maliyyə vəsaitlərinin kasadlığı,
stabil,davamlı layihələrin
olmaması
ilk növbədə bu
təşkilatlarda kadr
və dayanıqlı
insan resurslarının
çatışmamasına səbəb olur. Bu sektorda müxtəlif
sahələr üzrə
peşəkara çevrilənlər,
davamlı, yüksək
əməkhaqqı olmamasından
beynəlxalq təşkilatlara,
dövlət sektoruna,
biznesə keçir.
Bu proses son vaxtlarda daha sürətlə müşahidə olunmaqdadır.
Göstərilən istiqamətdə aparılan araşdırmalar
göstərir ki, mövcud vəziyyətdə
və şərtlərdə
QHT-lərdə yetişən
kadrların bu sahədə qalıb fəaliyyət göstərməsi
real görünmür.
Araşdırmalara və müşahidələrə
görə son illər
Azərbaycanda QHT sektor
bu və ya digər dərəcədə kifayət
qədər inkişaf
etsə də, bu sektorda peşəkar
kadr çatışmazlığı problemi hələ də mövcuddur. Nümunə üçün deyə bilərik ki, milli QHT-ləri
mühasibat baxımından
olduqca ciddi əziyyət çəkirlər.
Mövcud vəziyyət və
şərtlər əksər
QHT-lərə daimi olaraq mühasib saxlamaq imkanı vermir.Bu gün əksər QHT-lərin heç mühasibi də yoxdur. QHT-lərin maddi-texniki
zəifliyinin nəticəsidir
ki, bu sektorda
ofis menecerliyinin də səviyyəsi kifayət qədər aşağı səviyyədədir.
Bu gün QHT sektorunun insan resurslarının idarə olunmasında könüllü çalışanlardan
və tələbə,
gənclərin imkanlarından istifadə
edilsə də, bu daimi olmayıb
müvəqqəti xarakter
daşıyır. Ümumiyyətlə, QHT sektorunda kadr çatışmazlığı siyahısını uzatmaq
da olar. Bir sözlə QHT-lər üçün peşəkar
mütəxəssisi qoruyub
saxlamaq maddi baxımdan çox çətin işdir.
Kadr çatışmamazlığı
sahəsində digər
bir problem də birbaşa QHT-lərin özləri ilə bağlı olan problemdir. Məsələn, hər
hansı bir layihədə ekspertə ehtiyac varsa, QHT-lər əgər yerli ekspert dəvət
edərlərsə olduqca
az məbləğ,
xarici ekspert dəvət etdikdə isə olduqca yüksək məbləğ
təkilf edirlər. Bu da əlbəttə
ki, yerli ekspertlərin ciddi narazılığına səbəb
olur və tezliklə onların QHT sektorunu tərk etməsi ilə nəticələnir.
Bu gün ölkədə
fəaliyyət göstərən
kifayət qədər
QHT göstərə bilərik
ki, onların mütəxəssisləri
həmin təşkilatlardan
ayrılıblar. Onlar hazırda yüksək
dövlət orqanlarından,
ən nüfuzlu beynəlxalq təşkilatlarda
fəaliyyət göstərirlər.
Ekspertlərə görə
QHT davamlı iş yeri sayılmır, burda əmək haqqı da o qədər çox deyil. Öz ekspertlərini qoruyub
saxlaya bilən QHT-lər barmaqla sayılacaq qədər azdır. Əksər təşkilatlar ancaq layihə dövründə işə
mütəxəssis cəlb
edirlər.
Ekspertlərə görə də
son illərdə QHT-lərdə
müxtəlif sahələr
üzrə xeyli sayda mütəxəssislər
yetişsə də, bu sektorun kadr
nöqteyi-nəzərdən dayanıqlı olmaması
səbəbində xeyli
sayda peşəkar dövlət,özəl qurumlarına və ya beynəlxalq təşkilatlara transfer etmişlər.
Demək
olar ki, QHT sektoru həmin qurumlar üçün kadr hazırlığı
sahəsinə çevrilmişdir.
Nəticə etibarı
ilə bu sektor göstərilən mənada formalaşıb inkişaf edə bilmir.Bu səbəbdən
bu istiqamətdə ciddi, köklü islahatlara ehtiyac var. Həm dövlət, həm də özəl qurumlar QHT-lərə tərəfdaş
kimi baxmalı, onların güclənməsinə
maraq göstərməlidirlər.
Bu gün bir
sıra dövlət orqanları və özəl qurumlar QHT-lərin sifarişlə görə biləcəyi
sosial işləri özləri görməkdənsə,
cəmiyyətə daha
yaxın olan QHT-lərə həvalə etsələr daha yaxşı və effektiv olar. QHT-lər bu
işləri daha ucuz və keyfiyyətlə
icra edə bilərlər. Çünki vətəndaş cəmiyyətinin
qurulmasında ən başlıca amil olan qeyri-hökumət təşkilatları peşəkarların
toplaşdığı və
öz intellektual xidmətlərini təkilf
edən qurumlardır.
Onlar öz intellektual biznesləri ilə məşğul ola biləcək
mühiti əldə etməlidirlər.
QHT sektorunu tərk
edən kadrlar arasında aparılan sorğu göstərir ki, eyni zamanda
bu sektor onların karyera yüksəlişində ciddi
tranpilin rolunu oynamışdır. İşlədikləri təşkilat sözün
əsl mənasında
onlar həm məktəb, həm də müəyyən mənada qazanc mənbəyi olmuşdur. QHT sektorundan fəaliyyətə
başlayan insanların
mütəxəssis kimi
formalaşmasında bu
sektor əvəzsiz rol oynayır.
Ekspertlərin dediyinə görə qeyri-hökumət təşkilatları
resursları məhdud,
lakin çox iş görmək iddiasında olan təşkilatlardır. Onlar hesab edir ki, kadr
qıtlığı probleminin
əsas səbəbi
QHT-lərin maliyyə
davamlılığının olmamasıdır.QHT-lərdə yaxşı kadrlar yetişir, amma sonra çıxıb gedirlər.
Sonda QHT sektorunda mövcud olan insan resursları problemlərinin bəzilərini sadalamaqla və onların həlli istiqamətində bir sıra tövsiyələr irəli sürmək olar. QHT-lərlə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi və bu istiqamətdə yeni qanunların qəbulu, QHT-lər üçün kadr hazırlığını təmin etmək üçün daimi milli məktəblərin yaradılması və həmin məktəblərdə QHT fəlsəfəsi,yaranması və formalaşması, əsas məqsəd və vəzifələri, idarə olunması və mövzular tədris edilməsi, QHT sektorunda çalışanların müvafiq ixtisasartırma kurslarına cəlb edilməsi və yeni bacarıqlar, baxışların və s. məsələlərinin onlara aşılanması belə məsələlərdəndir. Eyni zamanda dövlət və özəl sektorlarla QHT-lərin əməkdaşlığı gücləndirilməsi, bir sıra sosial layihələrin QHT-lərə həvalə olunması, QHT-media əməkdaşlığı yolu ilə bu sektorda uğur qazanmış, karyera qurmuş kadrların təcrübəsi ictimaiyyətə çatdırılması da vacibdir. Sözsüz ki, kadr məsələsi istənilən qurum üçün ən zəruri amillərdəndir. Ancaq bir sıra cəhətlərinə görə digər sektorlarda qurumların kadr yetişdirilməsi, onların işə cəlb olunması və əvvəlkilərin təcrübəsindən istifadə yolu ilə yeni kadr potensialı formalaşdırılması prosesi bir qədər rahat və əlverişli sayıla bilər. Vətəndaş cəmiyyəti institutu kimi QHT-lərin fəaliyyəti nisbətən yeni olduğu üçün ölkəmizdə onların bu baxımdan imkanlarının müəyyən qədər məhdud olduğu qaçılmaz reallıqdır. Bununla belə, müşahidə olunan inkişaf prosesi, fəaliyyətin intensivliyi və dünya təcrübəsindən təlim və iş prosesində yararlanma səviyyəsinin artması deməyə əsas verir ki, ölkənin QHT sektoru yaxın gələcəkdə bu sahədə bəlli bir irəliləyişə nail ola bilər.
525-ci qəzet.- 2014.- 3 may.- S.30.