Axtar məni, ara,
bir
məkan
iki, ara, bir.
Evin pirdi – başına
dolanıram
arabir.
lll
Eşq – Kəbədi, Tur dağıdı
öp
daşını türbə
kimi.
Münbit Vətən torpağıdı
–
çək
gözünə, sürmə
kimi.
“Saxla” deyiblər, samanı,
gün
gələr, çatar
zamanı.
Eşqsiz dəqiqəni, anı
yaşayarsan
türmə kimi.
Neyləyirsən
itən ömrü
bu
sinəsi sitəm ömrü?
Vaxt gərəksiz ötən
ömrü
tapdalayır
gərmə kimi.
MƏMUR
ZAMAN
Dünyanın bahar üzünə
Yağan yağış tək
vuruldum.
Naxışım
gətirməsə də,
Bir cüt baxış
tək vuruldum.
Çiçək
açdı, yarpaqladı,
Mənim eşqim dan
üzündən.
Yuxusunda darı gördü –
Beçə xoruz ban üzündən.
Sular dirildi torpaqda,
Dağa-daşa ömür verdi.
Ərki çatdı yamaclara,
Ağaclara əmr verdi.
Mülayim, yumşaq təbiət,
Qorudu məğrurluğunu.
Görməməzliyinə
vurdu,
Zamanın məmurluğunu.
TÖVBƏ GÜNÜ
İnanıram ki, hər kəsin
bir
tövbə günü
var.
Qarşıda boran, qar,
qübar,
intizar.
Qiyamət olar.
Qiyamət günü yalan olar,
həmin
günün yanında.
Növbə ilə tövbəyə başlar,
kimin
etirafı varsa, canında.
İlk xəyanətin kökü
qidasını
hardan tapır? –
Hər kəsin tövbə günündə
günah
düyünü açılar.
Heyrətdən adamın
ağzı
açıla qalar.
Hər kəs tövbə gününün
muştuluğunu
gözləyər.
Etirafının
üzərində
üzərrik
yandırsan da, göz dəyər.
Hər kəsin tövbə günü var:
yaşın
başlanğıcında, ortasında...
Və ya lap axırında –
günün
günortasında.
İTİRDİN
Nə vardısa, itirdin;
açılacaq
sabahları,
püskürəcək
anları.
Keçiləcək
çayları,
içiləcək
pürrəngi çayları,
fincan-fincan
qəhvələri...
Liman-liman gözlərin
həsrətin
qanını içirdi.
Axırda o sevgini
dilənçinin
ovcundan
saldığı
pul kimi
itirdin...
İtirdin şeirimi,
köçürtmədin
üzünü.
İtirdin neçə sabah
–
köçürtmədin
üzünü.
Köhnə əzbərçilər tək
vaxtı
əzbərləmişəm.
Kimə nəsib olubsa,
bədahətən
demişəm...
Başsağlığı
verirəm,
indi
özüm özümə,
həyat
deyil gözümə.
İki yol ayrıcında
bir
həsrət, bir eşq, bir sən...
Sən məni itirməklə
özünü
itirmisən...
NƏZARƏTÇİ
Yaman incimişəm özüm
özümdən,
məni
barışdırma, küsmüşəm
indi.
Özümdən
getmişəm özgə
sözüylə,
ən
zərif bağları
kəsmişəm indi.
Bir “mən” var, adıma qoşur ayama,
xırda
səhvlərimi vurur üzümə.
Düşmən
gərək deyil, düşmən axtarma,
elə
öz düşmənim
özüm özüməm.
Nöqsanlar tökülür min tərəfimdən
bəzən
düzəltməyə qıymıram
ancaq.
Su hərdən bulanır mən tərəfimdən
özümü
o yerə qoymuram ancaq.
Tuturam sevgimə tərəf üzümü,
bütün
xam xəyallar düşür gözümdən.
Bağrıma basıram bəzən özümü,
bəzən
zəhləm gedir elə özümdən.
Yaşam təcrübəmi alqışlamıram,
həyatda
bişməmiş bir
alaçiyəm.
Mən özüm özümü
bağışlamıram,
mən
özüm özümə
nəzarətçiyəm.
DƏYİŞMƏ
Yazacaqlarımı
heç
kəs yazmayacaq
əvəzimdə.
Heç kəs ölməyəcək
yerimdə.
Məni açmır
duyğularımın
bu tərz etirafı,
tərs
etirazı...
Ağaclar partizan kimi
yapışdıqları
torpaqdan əl çəkmir.
Heç kəs azadlığın
tamını
axıracan
dadmır –
yoxsa
ağzının ləzzəti
qaçardı.
Hər kəs bir açardı
nəslinin
şəcərə qapısında.
Ağzını
aradım ağacların...
Heç kəs əyilib-qalxan budaqların
belinin
ağrısını hiss eləməyəcək
–
ata
gövdədən başqa.
Heç kəs ağacların havada
cızdıqlarını
və yazdıqlarını
oxuya
bilməyəcək.
Ağaclar yerində sayacaq,
heç
nə baş verməyəcək,
heç
nə dəyişməyəcək...
Yalnız payızda
qulaqlarının
sırğalarını dəyişəcək.
İSTİRAHƏT
GÜNÜ
Haçan yağış yağmadı,
qar
çiçək-çiçək açmadı...
qarğa
adamdan qaçmadı,
istirahət
günüdü göyün.
Köhnə xəzəllər
deportasiya
olunacaq.
Sürgünə
göndəriləcək –
istirahət
günüdü göyün.
Özünü
göstərər hava,
Günəş üzünü göstərməz.
O gün üfüqə göz dəyməz –
istirahət
günüdü göyün.
Bulud çıxar topa-topa
zirvələri
tutmaz topa...
Dolu başlayar hap-gopa –
“İstirahət
günüdü göyün”.
Budağında yaşıl sarğı,
söyüdlər
hoppanar arxı...
Fırlanar zamanın çarxı –
istirahət
günüdü göyün.
SƏFƏR
Şairlər səfərdədi:
duyğu
şəhərində,
vurğu
şəhərində,
misra
xiyabanında,
qafiyə
küçəsində.
Hər səfər bir Səfər ayıdı,
mübarək
zəfər ayıdı.
Söz ki, qidalanıb rişə atır,
cücərib
bar verir –
tamamlanır
səfəri şairin...
Və yenə səfər başlanır,
söz
məmləkətinə.
Səfər zamanı ki,
yolları
qar-yağış döyür,
görürsən,
sular da səfərdədi,
buludlar
da səfərdədi
–
bulaqlar
yol yoldaşındı,
bulaqlar
da səfərdədi...
Səfər bitib-tükənmir –
nə
ömür zəmisində,
nə
tale gəmisində.
Nə misra döngəsində
söz
uğrunda vuruşan
şir
ürəkli şairin
igidlik
kölgəsində...
NƏ
DEYİR MƏNDƏN
Bir əsim soyuq küləyəm,
qovaqlar
nə deyir məndən?
İndi o kefdə deyiləm,
qabaqlar
nə deyib məndən?
Vallah, yatar ilan vuran,
pıçıltısı
inam qıran...
Hər xəbərə inanmıram,
yarpaqlar
nə deyir məndən?
Gah üşüyən, gah laxlayan,
gah
qar sırğası bağlayan.
Buz sırsırası bağlayan
budaqlar nə deyir məndən?
Qəmini çalıb-çapmayan,
danışmağa
söz tapmayan.
Ünvanını
düz tapmayan
dodaqlar
nə deyir məndən?
SƏN
UÇUB GEDİRDİN
Sən uçub gedirdin ta uzaqlara
Dolan bulud
kimi, itən sis kimi.
Dilin gəlmirdi ki, durub deyəsən:
“kimi
gözləyirsiz, axı,
siz kimi”.
Neçənci qatına qalxırdın göyün,
Neçənci dəfəydi üz
turşutmağın.
Onsuz havalanıb uçub gedirdin,
Məni lazım idi
ucuz tutmağın?
Çəkirdi içinə nəfəsini
də,
Hava açılmırdı sənin
üzündən...
Sən uçub gedirdin yad planetə
Xəbərin yox idi sənin özündən.
Nə olsun, açıqdı göylərin üzü,
Sənə nə olmuşdu
bu yaşda axı?
Bir eşqin peşiman üz qaralığı,
Bizə gətirmədi baş ucalığı.
SÖZ
ALTINDA QALMADIM
Şair
Eldar İsgəndərzadəyə
Gözə gələ bilərdim,
Göz altında qalmadım.
Ocaqda külə döndüm,
Köz altında qalmadım.
Qarşım duman, qarşım sis,
Başımda tüküm biz-biz.
Murazımı basıb his,
Toz altında qalmadım.
Qaçan yol-riz qıyqacı –
Ürəyim cığır açı...
İz qoydum cığır açım,
İz altında qalmadım.
Ələdi ələyimi,
Qanatdı lələyimi.
Söz kəsdi kələyimi,
Söz altında qalmadım.
TƏKBƏTƏK
Hərdən qalmaq istəyirəm,
özüm özümlə
təkbətək.
Nə könlümdən keçər,
olsa
gözüm gözünlə
təkbətək.
Bar gətirən ağac idim,
dərd köçürən
sayğac idim.
Baş götürüb
hara gedim?
sözüm sözünlə
təkbətək.
Nə hasil oldu şeirdən? –
yaxa qurtardım sehirdən.
Mən ölmüşəm, götür
yerdən,
üzüm üzünlə
təkbətək.
Mən bir mağmın, sən bir qoçaq,
sevinc məndən düşüb qaçaq.
Buza dönüb isti ocaq –
közüm közünlə təkbətək.
Ağacəfər
Həsənli
525-ci qəzet.-
2014.- 3 may.- S.