Con F.Kennedi: “Mərdliyin profilləri

 

İngiliscədən Telman Orucov tərcümə edib

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

Lakin Filadelfiya “Press”-inin gözündə onundövlət xadimliyi eqoizm içində dreyf edirdi”, çünki o, nəhəng təzyiqə müqavimət göstərib ittiham əleyhinə səs vermişdi. Çikaqoda Respublikaçıların qurultayı qərara aldı ki, “Respublikaçılar Birliyinin səsləri əsasında seçilmiş hər bir Senator, kim ki, bu vaxt geri çəkilmiş xəyanət etmişdirsə, alçaqdır biabır ediləcəkdir, bu sərbəst hökumətə dözüldükcə təhqir ediləcək ona nifrət ediləcəkdir”. İllinoys Respublikaçılarının lideri möhtərəm Trumbullu xəbərdar etdi ki, “özünü Çikaqonun küçələrində göstərməsin; çünki mən qorxuram ki, onu ən rahat olan işıq dirəyindən asacaqlar”.

 

Lakin ictimai xidmətdəki parlaq karyerasını onu məhkum edən partiyaya özünü həsr etməsini başa vuran Limen Trumbulldan imtina edildikdə, həmin xəbəri belə dözümlü xarakterli sözlərlə qarşıladı:

 

Məsələ, Endryü Consonun hökmən Prezident vəzifəsini tutmalı şəxs kimi olmasına ya orada qalmasına aid deyildi... Bir dəfə qoyulan qayda kimi Prezidentin impiçment nümunəsi, bunun üçün Nümayəndələr Palatasının həyəcanı yatırılanda, kifayət olmayan səbəb kimi qiymətləndiriləcəkdi, Prezidentin gələcəyi isə Nümayəndələr Palatasının çoxluğu Senatın üçdə iki səsi ilə baş verən fərqli tədbirə məruz qaldıqda, onlar isə bunu mühüm hal hesab edirlər, heç təhlükəsiz olmayacaqdır. Konstitusiyanın belə ehtiyatla icad edilmiş onun daimiliyi üçün belə həyati əhəmiyyət daşıyan yoxlamaq tarazlaşdırmaq prinsipi necə olacaqdı? Onların hamısı qurtarıb getmişdir... Mən belə nəticəni almaq üçün alət olmaq istəmirəm, hətta dostluq vurğunluq bağları ilə risk, indiyədək səssiz dövrlər mənim motivimə görə mühakimə edəcək, əyilmədən vəzifədən  getməkdən başqa mənə bir alternativ saxlamayacaqdır”.

 

Tennessidən olan Cozef Smit Fouler Ross, Henderson təzə Senator Van Uinkl kimi ilk dəfə Prezidentin impiçmentə layiq olduğunu düşünürdü. Lakin keçmiş Neşvill professoru Nümayəndələr Palatasının Consona qarşısaxtakarlığa əsaslanansübutlar vasitəsi ilə Ben Batlerinkorrupsiyası biabırçılığıvasitəsilə impiçment qətnaməsinə sövq ediləndə, Nümayəndələr Palatasının dəli ehtirasından dəhşətə gəldi. Ben Batleri isə o, “Birləşmiş Ştatlar Senatını siyasi gilyotinaya (Böyük Fransa İnqilabının edam üçün geniş istifadə etdiyi, Geotenin icad etdiyi məşhur ölüm alətitərcüməçi) çevirməyə çalışan pis adamhesab edirdi. O, “ayrılma dövrü vasitəsilə üzə çıxmış siyasətçilərin tərəfindəözünün burnundan tutulub aparılmasını rədd etdi. Məqsədi isəötüb keçən inqilabın kösövlərini közərmiş şəkildə saxlamaq idi”. Öz Radikal Respublikaçı yoldaşları tərəfindən hədələnən, təhqir edilən biabır edilən əsəbi Fouler 16 maydakı cavabında o qədər büdrədi ki, bu ilk dəfə səhvəntəqsirkardırsözü kimi qəbul olundu. Senatı zəfər dalğası bürüdüConson ittiham edilmişdir, Rossun səsinə ehtiyac olmayacaqdır, lakin sonra təmiz aydın şəkildətəqsirkar deyilcavabı gəldi.

 

Onun yenidən seçilməsi mümkün deyildi, Fouler iki il sonra öz müddəti qurtaranda sakitcə Senatdan istirahətə getdi, lakin bu hərəkət onun öz səs verməsinin müdafiəsi üçün sadə bir bəyanat verilmədən ötüşmədi: “Mən öz ölkəm gələcək nəsillər üçün Allahın iradəsinə tabe olmaqla hərəkət etdim”.

 

Ayovadan olan Ceyms U.Qrimes Senatda Consonun ən acı nüfuzlu düşməni olmaqla, inandırılmışdı ki, mühakimənin niyyəti yalnızburadan yer üzərindəki ən ləyaqətsiz məsuliyyətsiz məxluqlar tərəfindən göndərilən yalanlarvasitəsilə ictimai ehtirasları qızışdırmaqdır. (Bu, güman ki, Vaşinqton müxbirlərinin son səksən yeddi ildə yaxşılaşdırılmış keyfiyyətinin şəhadəti idi).

 

Bədbəxtlikdən təhqir və hədələr mühakimə vaxtı onun üstünə yazılmaqla, səs vermədən iki gün əvvəl onu iflic zərbəsinə hədəf etdi və o, öz çarpayısına bağlandı. Hansısa təxirə salınmadan imtina edən Radikal Respublikaçılar sevinərək əmin oldular ki, Qrimes o qədər xəstədir ki, mayın 16-da faktiki olaraq gəlməyəcəkdir və ya belə səbəb gətirəcəkdir, çünki xəstəlik onun gəlib səs verməsinin qarşısını alır və bu, onun karyerasının sonu olacaqdır. Qalereyalarda camaat oxuyurdu: “Qoca Qrimes ölmüşdür, biz onu bir daha görməyəcəyik”. Nyu-Yorkun “Tribune” qəzetində Horatsi Qriili yazırdı: “Bu belə görünür ki, əgər heç bir nəsil tarixin xəbərdarlıqları arasında yaşamalı olan bir nəfəri verməsə, ötüb keçə bilməyəcəkdir. Biz Benedikt Arnolda, Aaron Barra, Cefferson Deyvisə (Cənub Ştatları Konfederatının prezidenti – tərcüməçi) və indi Ceyms U.Qrimesə malikik”.

 

Lakin Ceyms U.Qrimes mənəvi igidliyə olan kimi, həm də böyük fiziki igidliyə malik idi və mayın 16-da başlanan səsvermədən azacıq əvvəl dörd adam Ayovadan olan sifəti ağarmış və solmuş Senatoru zaldakı öz yerinə gətirdi. O, sonralar Fessendenə yazıb, onun əlini sıxırdı və ona “şərəfli təbəssüm göndərirdi”. “Mən bu gün həmin ad çağırmanı həyatın ən yüksək fərqli hesab etdiyim an olduğu barədə fikrimi dəyişə bilmərəm”. Baş hakim belə gümana görə, səs verəndə onun yerində oturuqlu qalması yol verilən olacaqdır dedikdə, dostlarının köməyi ilə Senator Qrimes güclə ayaqları üstünə qalxdı və təəccüblü qaydada möhkəm səslə dedi: “Təqsirkar deyil”.

 

Portreti yandırılan, mətbuat tərəfindən dəli və gücsüz adam kimi ittiham edilən, öz ştatı və dostları tərəfindən biabır edilən Qrimes heç vaxt sağalmadı – lakin ölümündən əvvəl dostlarına elan etdi ki,

 

“Mən hər vaxt Allaha minnətdar olacağam ki, mühakimənin belə narahat saatında çoxları özəl qaydada etiraf etmişdilər ki, onlar öz ədalətlərini və öz vicdanlarını partiya qəzetlərinin göstərişinə və partiya nifrətinə qurban vermişlər, mən mərdlik göstərdim ki, andıma və vicdanıma düz olum... Yəqin ki, mən partiya göstərişinə görə andımı pozmadım, lakin mən onu görə bilməyəcəyəm ki, həmin yolla öz məsuliyyətimə, yalnız öz vicdanıma və məni Yaradana arxalanmaqla hərəkət edən hakimə çevrildim və heç bir qüvvə məni məcbur edə bilməzdi ki, belə məsələdə əks qaydada qərar verim, istər bu, mənim dostlarımdan və ya düşmənlərimdən düzələn partiya olsun”.

 

 

VII

 

 

Lutsius Kvintis Tsintsinnatus

 

Lamar

 

“Bu gün mən düz ya

 

saxta olmalıyam...”

 

   

 

Heç kəs heç vaxt görməmişdi ki, belə möhkəm veteran, Nümayəndələr Palatasının spikeri Ceyms Q.Bleyn ağlasın. Lakin oturduğu yerdə heç bir utancaqlıq hiss etmədən onun göz yaşları yanaqlarından axırdı, o, öz emosiyalarını palata üzvlərinin və müşahidəçilərin baxışlarından gizlətməyə qadir deyildi. Zaldakı və qalereyalardakı az sayda adam 1874-cü ilin həmin dramatik günü mister Bleynə diqqət verirdi və əksəriyyət öz göz yaşlarını gizlətməyə cəhd edirdi. Demokratlar və Respublikaçılar eyni qaydada, Vətəndaş Müharibəsinin döyüş çapıqları olan veteranları və siyasətin gücü, kədərli sakitlikdə oturub Missuridən olan təzə Koqressmeni məcburi qaydada dinləyirdilər. Çıxış edən sakit, adəti ritorika icadlarına əl atmadan özünün dolğun, qüvvətli səsi ilə hər bir dinləyicinin ürəyinə, Şimal və Cənub arasında dostluq və ədalətin bərqərar olması üçün sadə yalvarışla toxunurdu.

 

Onun söylədiklərindən hər şeyə toxunulurdu, lakin həmçinin bu sözlərin təsiri adamları sarsıdırdı – çünki Missuridən olan Lutsius  Lamar Cənubun ən əvəzedilməz düşməni, Radikal Respublikaçı, Cənub üçün Yenidənqurma dövründə qaralar üçün dəhşətlərin törədilməsinə kömək etməsi ilə heç vaxt yaddan çıxmayan bir adamın adına – Massaçusetsdən olan Çarlz Samnerə müraciət edirdi. Çarlz Samner Deniel Uebsteri Birliyi qoruyub saxlamaq yollarını aradığına görə satqın adlandıraraq ona hücum etmişdi. O, Konqressin kütlə idarəçiliyinə qarşı səs verdiyinə görə Edmund Rossun dar ağacına çəkilməsinə kömək etmişdi, bu isə ona Cənuba və Prezidentliyə öz dabanı altında müstəvi verəcəkdi – onun öz ölümü Senat zalında illərlə əvvəl Cənubi Karolinadan olan Konqressmen Bruks tərəfindən çəliklə dəhşətli dərəcədə döyülməsi ilə sürətlənmişdi. Bu hadisədən sonra Bruks Cənub qəhrəmanına çevrilmişdi, Çarlz Samner isə bu vaxt ölmüşdü. Və Lutsius Lamar müharibədən əvvəlki günlərdə nə vaxtsa ən quduz “alov yeyən”lərdən biri olmaqla, Cənubun lap dərinliyindən çıxmışdı, Nümayəndələr Palatasının zalında duraraq, öz gedişini sərt dillə demək şəklindəki nitqlə çatdırmışdı.

 

Çarlz Samner öləndən əvvəl Lamar onun barəsində özünün sakitləşən auditoriyasına demişdi:

 

“İnanırdı ki, Şimalla Cənub arasında mübarizəyə və inamsızlığa aid bütün hadisələr ötüb keçəcəkdir. Bu, Şimal və Cənub adamlarının əgər böyük kütləsinin ümumi hissi deyildisə və ya əgər o  yoxdursa, olmalı idimi, ya olmamalı idi? Biz bəşər meyllərinin və rəhmdilliyinin həyata keçirilməsi üçün bu ciddi yalvarışların qalıqlarını şərəfləndirəcəyik ya yox, barışıqlarda kənarda durmaqla yalnız anlaşılmazlığın və inamsızlığın əbədiləşməsinə xidmət edirik və hər iki tərəfdən ağıllı etirafı biz bir nəfər kimi daha ciddi surətdə, hissimizdə və ürəyimizdə arzulamırıqmı?... Bu məşhur ölənin ruhu, hansına ki, biz ağlayırıq, qəbirdən hər iki partiyaya hüznlü fikir ayrılığını deyə bilər və onun deyiliş tonu ilə bu geniş ərazinin hər yerində hər bir kəsə və hər bir ürəyə çatmalıdır: “Mənim həmvətənlərim! Bir-birinizi tanıyın və sizin biriniz digərini sevəcəksiniz”.

 

Ümumi sakitlik yarandı – bu düşünmək üçün olan və şok sakitliyi idi. Bu vaxt birdən bütün tərəflərdən alqışlar səsləndi. “Mənim Allahım, bu necə bir çıxış idi!” – Nyu-Yorkdan olan Konqressmen Limen Trimeyn Pennsilvaniyadan olan “Dəmir Donuz” ləqəbli Kelliyə dedi: “Bu bütün ölkə boyu səslənəcəkdir”.

 

Amerikan siyasi tarixinin az sayda natiqi belə qəfləti zərbəyə malik olmuşdu. Bir gecə ərzində bu, Lamarı Konqressin və ölkənin birinci adamları səviyyəsinə qaldırdı; və daha əhəmiyyətlisi, Şimalla Cənub arasında dönüş nöqtəsini göstərməsi ilə əlamətdar idi. İki həftə sonra Samnerin panegiriki Missuridən olan Çarlz Sxurts Bostonun on min vətəndaşı qarşısında dayanıb Lamarı Şimalla Cənubun əlaqələrində yeni günün peyğəmbəri kimi salamladı. Bostonun “Globe” qəzeti Lamarın Samner barədə çıxışını “Cənubda Birliyin bərpasının sübutu” adlandırdı; və Bostonun “Adveritiser” qəzeti deyirdi ki, bu “müharibədən bəri Cənubdan eşidilən ən əhəmiyyətli və ümidverici kəlam” idi.

 

Bu labüd idi ki, həm Şimaldan, həm də Cənubdan bəziləri onu düzgün başa düşməsin. Keçmiş Konfederatın ştatları üzərində federal hegemonluqdan asılı olan Şimallıların siyasi hakimiyyəti sektsional mübarizənin sağaldılmasının istənilən cəhdinə qarşı müqavimət göstərirdi. Göz yaşları quruduqda Ceyms Bleyn Samner barədə panegirikini yazırdı: “Bu Cənub nümayəndəsində pozitiv dühanın əlaməti idi ki, mister Samner barədə hərarətli və ayrı-seçkilik panegiriki tələffüz etsinCon Uesli kimi mister Samnerin inandığı bütün əclafların cəminə inanmalı olduğundan, onu müdafiə etmək üçün ağıllı surətdə naxış toxudu”.

 

Çarlz Samner Cənublular üçün müharibədən əvvəlki abolitsionist hərəkatının ən pis simvolu idi və müharibədən sonrakı yenidənqurmaya o, xəyanət edildiyini hiss edirdi. Missisipinin bir sıra aparıcı qəzetləri, Kolumbusun “Demosrat”-ı, KantonunMail”-i və Meridianın “Mercury”-si daxil olmaqla, onun köhnə dostlarının çoxunun etdiyi kimi Lamarı cəsarətlə tənqid edirdilər, onun Cənub prinsiplərini və şərəfini təslim etməsi fikrini dəstəkləyirdilər. Lamar öz arvadına yazırdı:

 

Burada heç kəs düşünmür ki, mən Cənub bayrağını aşağılamıram. Lakin Cənub mətbuatı bunu mənim üstümə yıxır... Bizim xalq o qədər əziyyət çəkmişdir ki, dəfələrlə o qədər satılmışdır ki, bunlara görə kiməsə onların etimad bəsləməsi ciddi səbəbə malikdir, lakin bu da təbii idi ki, onlar Cənub adamı tərəfindən Şimala deyilən istənilən sözdən və ya cəhd xarakterli hərəkətdən şübhələnirlər. Mən bir daha inanıram ki, onun xeyrinə görmüşəm... əvvəllər gizli mövcud olan hüsn-rəğbətimi indi oyatmışam. Əgər o, məni məhkum edirsə, mən onun narazılığına biganə qalmayacağam... Mən nifrət edilən olmayacağam. O fikirdən xoş hal olacağam ki, onun üçün xeyirxah görmüşəm. İctimai şəxs üçün elə bir vaxtdır ki, o, Cənuba xidmət etməyə səy göstərsin və özünün qıcıqlanma hissinə kölə olmasın... Mən onunkundan başqa heç bir marağa xidmət etməyəcəyəm və onun xalqı məni bəyənməsə, dinməz qaydada özəl həyata çəkiləcəyəm”.

 

 (Ardı var)

525-ci qəzet.- 2014.- 3 may.- S.22.