Xanım İsmayılqızının “Dua yağışı” təqdim olundu
Ötən gün Yazıçılar
Birliyində (AYB) bəstəkar
və şairə Xanım İsmayılqızının
“Dua yağışı”
kitabının təqdimatı
keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı
Anar açaraq müəllifi yeni kitabının təqdimatı
münasibətilə təbrik
edib, fikirlərini bölüşüb: “Adı
Xanım olan xanımlara müraciət
edəndə çətinlik
çəkirəm. Çünki Xanım xanım desəm, düşünürəm
ki, deyərlər, yəqin dili topuq çalır, iki dəfə xanım deyir. Amma yadıma düşür ki, bizdə xanımlara daha bir gözəl
müraciət forması
var: banu. Ona görə də mən sizə Xanım banu deyirəm. Xanım banu doğrudan
da çox istedadlı sənət adamıdır. Mən
ona görə sənət adamı deyirəm ki, çünki onun yaradıcılığı çox
çoxtərəflidir: həm
şairədir, bəstəkardır”.
AYB-nin katibi Rəşad
Məcid qonaqları salamlayaraq müəlliflə
dostluğundan danışıb:
“Xanım İsmayılqızı
ilə mənim 25 illik dostluq tarixçəmiz
var. 90-cı illərdə biz bir yerdə Tərcümə Mərkəzində
çalışmışıq. Onda mərhum Aydın Məmmədov sədr idi. O vaxt Xanım nəşriyyat şöbəsinin müdiri
kimi tərcümə
işləri ilə məşğul idi. Onun bir xeyli
tərcümə əsərləri
var. Sonra Xanım gənclik illərindən
yazdığı şeirləri
üzə çıxarmağa
başladı, ondan sonra bir müddət
jurnalistlik fəaliyyəti
ilə də məşğul oldu, bir müddət “525-ci qəzet”ə yazdı, Azərbaycanın tanınmış
sənət adamları
ilə müsahibələr
götürdü. Sonra Xanımın
musiqi bəstələməsi,
mahnılar yazması bizim hamımız üçün sürpriz
oldu. Mənim də bir neçə şeirimə
Xanım musiqi bəstələyib. İndi təqdim
olunan “Dua yağışı” kitabı
da çox sanballı kitabdır.
Afaq xanım da kitaba
çox yaxşı önsöz yazıb”.
Şair
Ramiz Rövşən
təqdim olunan kitabın məziyyətlərindən
danışıb: “Kitabın
adı çox şey deyir: “Dua yağışı”. Xanımın şeirlərində darıxmaq mövzusu qabarıqdı. Darıxmaq situasiya
ilə, vəziyyətlə,
ətrafla bağlı
deyil. Ola bilər ki, Robinzon Kruzo kimi, bir adada
tənha yaşayarsan,
amma darıxmazsan.
Xanımın şeirləri
göstərir ki, insan zahirən, hərtərəfli yaxşı,
təmin olunmuş, sevgiylə onu sevən insanların əhatəsində də
insan darıxa və tənha ola bilər.
Yəni,
bu ayrı şeydi. Artıq bu tənhalıq
özümüzlə bağlı
olan, özümüzdən
gələn deyil.
Darıxmağın bir çox
şəkilləri var,
Xanımın şeirlərində
isə darıxmaq bu formada özünü
göstərir”. Sonra R.Rövşən
müəllifin şeirlərindən
birini tədbir iştirakçıları üçün
oxuyub.
“Xanım İsmayılqızının
yazdığı şeirlərə,
bəstələdiyi mahnılara
qulaq asanda gözümün qarşısına
həmişə müəllif
özü gəlir. Gözəl, əsl Azərbaycan qadını, əsl türk qızı olaraq. Onun yaradıcılığı da özü kimi bənzərsizdir”.
Bu fikirləri təqdimat mərasimində
Dədə Qorqud Fondunun sədri, “Azərbaycan dünyası”
jurnalının baş
redaktoru Eldar İsmayılov səsləndirib.
Sonra Fondun sədri şairəyə Dədə
Qorqud Mükafatını
təqdim edib.
Şair
Çingiz Əlioğlu
Xanım İsmayılqızı
ilə tanışlığının
1976-cı ildən başlandığını
xatırladıb: “Xanımın
bir-birindən gözəl
musiqi əsərlərini
dinləmişəm, şeirlərini,
tərcümələrini oxumuşam.
Onu hələ gənclik illərindən tanıyırdım,
yaradıcılığını izləyirdim, elə o zamandan uğur qazanacağına inanırdım”.
“Dua yağışı”
kitabındakı şeirlər
onun varlığının
ifadəsidir, o bu kitabda bizim görünməyən
tərəfimizi yaradıb. Mənim Xanımla
ilk tanışlığım Tərcümə Mərkəzində
olub. 25 ildən
artıq davam edən dostluğumuz var. Xanım elə bu şeirlərsiz də özü mükəmməl bir poeziyadır. Rəşad müəllim
də bayaq çıxışında onun
şairlik, jurnalistlik,
tərcüməçilik, bəstəkarlıq fəaliyyətini
də vurğuladı.
Bu kitab məndə
böyük təəssürat
yaratdı. Bu kitabda olan şeirlərin
hər biri ayrılıqda bir kitabdır və bütövlükdə bir
kitabdır. Burada bir
dənə də olsun saxta hissə,
saxta düşüncəyə
rast gəlmədim”.
Bu fikirləri mərasimdə yazıçı
Yaşar dilə gətirib.
Publisist
İradə Tuncay, Xanım İsmayılqızının
yaradıcılığını müntəzəm izlədiyini
diqqətə çatdırıb:
“Bayaq Xanımın şeirlərindəki darıxmaq
mövzusundan söz açıldı. Mənə
elə gəlir ki,
Xanım hələ
böyüməyən uşaqdır.
Yəni,
kəpənəklərin dalınca
qaçan bir uşaq. Bu cəhət
mənim də xasiyyətimdə var. Yaş
sadəcə bir rəqəmdir. Kimsə
18 yaşında 60 yaşında
ola bilir,
kimsə də 60 yaşında 18 yaşında
olur. Ona görə mən
Xanımın içindəki
çocuğu qorumasını
istəyirəm. Ruhundakı o gözəlliyin, təmizliyin
həmişə qalmasını
arzulayıram”.
Şairə Telli Pənahqızı
deyib ki, Xanım İsmayılqızı
daxilən həmişə
təmiz, saf olub: “Təsadüfi deyil ki, bu
gün onun ətrafına yığışan
insanlar onunla dost olduqlarını dilə gətirdilər. Dost olmaq çox çətin məsələdir.
Xüsusilə də indiki
dövrdə. Dostluğu
25 il qoruyub
saxlamaq sübut edir ki, hər
iki tərəfdə çox böyük saflıq, gözəllik və qarşılıqlı
hörmət olub. Mənim düşüncəmə görə,
şeir heyrətdən
doğur. İnsan nəyəsə
heyrətlənəndə, nəyəsə inciyəndə,
nəyisə sevib cavabsız qalanda şeir yaranır. Bəxtəvər adam şeir yazmır. Kimin ki, ürəyində
dünyanın, insanların,
küçənin, yalqızlığın,
qışın dərdi
varsa və onları başa düşürsə, onlara
ağlayırsa, deməli
onun ürəyi çox böyükdür,
o mütləq şeir
yazacaq.
Arzulayıram ki, bu dualı, içi hisslərlə, duyğularla
dolu olan kitab hər birimizin ürəyinə istilik, hərarət bəxş eləsin”.
Tənqidçi Vaqif Yusifli neçə gündür
Xanım İsmayılqızının
“Dua yağışı”
ilə baş-başa
qaldığını vurğulayıb:
“Son illərdə mənim
oxumadığım az
şeir kitabı qalmış olar. Amma elə kitab var ki, adamın
içini tərpədir.
Xanım
İsmayılqızının özü ilə duet oxumasam da, şeirlərindəki
dərdlə, ağrıyla,
tənhalıqla “duet oxumuşam.
Mənə elə gəlir
ki, Xanım İsmayılqızının bütün
yaradıcılığı boyu səpələnən
ruhunu toplamaq üçün yollardadır.
Bu şeirlər kitabında Xanımın içini, duyğusunu görürəm. Onunu
şeirlərində çoxlu
obrazlar var: yağış, külək,
səs, ruh və sair. Elə bil
ki, Xanım öz ruhunun ardınca qaçır.
Bütün şairlər darıxır.
Xanımın şeirlərində də bu öz
əksini tapır”.
“Xanım İsmayılqızının
bütün şeirlərində,
bütün mahnılarının
sözlərində ürək
var, ruh var. Mən o ürəyin, duyğuların istisini
hiss eləyirəm”. Bu fikirləri tədbirdə
“Azərbaycan” jurnalının
baş redaktoru İntiqam Qasımzadə səsləndirib.
Şair Baba Vəziroğlu “Dua yağışı” kitabının
sanbalı haqqında söz açıb, gözəl mətnlər
yazmaqla bərabər ürəyəyatan mahnılar
bəstələdiyinə görə
də onu unikal şəxsiyyət kimi səciyyələndirib.
Gənc
şairə Arzu Hüseyn sosial şəbəkə vasitəsilə
Xanım İsmayılqızı
ilə tanış
olduğunu deyib, onun gözəl dost olduğunu qeyd edib.
İlqar Əlfi müəllifin şeirləri ilə hamıya doğmalaşdığını
çıxışında önə çəkib.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli bildirib ki, Xanım İsmayılqızının şeirləri özünə bənzəyir: “Bəlkə Xanım bircə misra da yazmasaydı yenə də Allaha, insana sevgisi, humanistliyi, davranışı ilə təpədən dırnağa şairdi”.
Sonda çıxış edən Xanım İsmayılqızı tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 3 may.- S.16.