Vətəndaş cəmiyyəti təsisatları və media qurumlarının fəaliyyəti davamlı əməkdaşlıq müstəvisində

 

 

Media ilə əlaqələr öz strateji məqsədlərinə nail olmalarında vətəndaş cəmiyyəti institutları üçün vacib fəaliyyət sahəsinə çevrilərək, mühüm əhəmiyyət kəsb edir. Həqiqətən media əlaqələrinin qurulması məlumat/ismarıc mübadiləsinə, peşəkar davamlı əməkdaşlığa, ümumi məqsədlərə, qarşılıqlı maraqlara oyun qaydalarınaəməl edilməsinə  əsaslanan uzunmüddətli bir prosesdir. Sözügedən mövzunun işıqlandırılmasına təhlilinə həsr olunan bu yazıdaDemokratiyanı Öyrənməİctimai Birliyinin materiallarından istifadə edilib.

Media əlaqələri onun əhəmiyyəti

Vətəndaş cəmiyyəti institutları media öz əlaqələrini qarşılıqlı inam anlaşma, pozitiv münasibət, ümumi inanc, əxlaqi mənəvi dəyərlərə əsaslanaraq qurmalıdırlar. İntensiv şəkildə mediaya birtərəfli press-relizlər, bildirişlər elanlar göndərmək, xoşagəlməz sualları ilə qarşılaşdıqda media ilə ünsiyyətdən yayına bilməmək ya hər hansısa bir media təmsilçisi ilə yaxın şəxsi münasibətlərin olması, çoxlarının yanlış olaraq zənn etdiyi kimi, gerçək media əlaqələrin olduğu anlamına gəlməz.

Müxtəlif vətəndaş cəmiyyəti təşkilatları ictimaiyyətlə əlaqə sahəsində fərqli təcrübələrə malikdirlər, onların həyata keçirdiyi fəaliyyətlər irəli sürdüyü təşəbbüslər əksər hallarda görməzdən gəlinir, lazımınca başa düşülmür ya yalnış təqdim edilir. Ancaq vətəndaş cəmiyyəti təşkilatları media ilə bağlı bənzər iradları, gileyləri əndişələri paylaşırlar. Misal üçün bir neçəsini hallandırsaq, kifayət edər: media bizim fəaliyyətimizə xoş məramlarımıza etinasız yanaşır sadəcə sensasiya axtarır; media bizimlə bağlı məsələlərinin işıqlandırılması üçün yetərli məlumata sahib deyil: məlumatlar əksər hallarda səthi, yarımçıq, yalnış qərəzli olur; bizim media ilə işləməyə vaxtımız maliyyə vəsaitimiz yoxdur; biz mətbuat konfransı təşkil edirik, onlardan heç kim gəlmir; onlar yalnız işləri düşəndə ya barəmizdə naxoş bir məlumat eşitdikdə bizimlə əlaqə saxlayırlar; biz sadəcə olaraq onların zənglərinə suallarına cavab vermirik, çünki onların əsas məqsədi bizi narahat etmək qalmaqala cəlb etməkdir.

Buradan aydın olur ki, media vətəndaş cəmiyyəti təşkilatları üçün əhəmiyyət kəsb edir. Bəs bunun səbəbi nədir? Biz “media gerçəkliyiadlanan bir dövrdə yaşayırıq. Yaşadığımız dünyada baş verən mühüm hadisələr haqqında media vasitəsilə xəbər tuturuq. Media bizim üçün həm mühüm informasiya mənbəyi, həm səsimizin eşidilməsi, fəaliyyətimiz mövqeyimiz barədə məlumatların geniş auditoriyaya çatdırılması üçün bir vasitədir. Vətəndaş cəmiyyəti təşkilatları media vasitəsilə müxtəlif tərəfdar tərəfdaşlara, müttəfiq həmkarlara, donorlara, hökumət nümayəndələrinə nüfuzlu insanlara yol tapır bu minvalla da ictimai əlaqələri daha da genişləndirir gücləndirir.

Eyni zamanda media ictimai debatların, müxtəlif baxışlar siyasətlər arasında qarşıdurmaların baş verdiyi unikal bir arenadır. Media təmsilçiləri vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən ya dəstəklənməyən bu baxış siyasətlərə dair bəlli mövqelər tutmaqla ictimai rəyi formalaşdıran əsas aktyorlardır. Məhz bu səbəblərdən media bu qədər əhəmiyyətlidir. Müəyyən məsələlərlə bağlı ictimaiyyətin inandırılmasında səfərbər edilməsində vətəndaş cəmiyyəti təşkilatlarına yardım etməklə ya əngəl olmaqla, media ya potensial müttəfiq, ya da rəqib ola bilər. Bir sözlə, üçüncü sektor medianın vətəndaş cəmiyyəti təşkilatları üçün əhəmiyyəti barədə düşündükdə,  ilk növbədə bunları nəzərdə tutmalıdır: Media kilid informasiya kommunikasiya kanalıdır; xüsusi əhəmiyyət kəsb edən ictimai arenadır; ictimai rəyin formalaşmasında mühüm rol oynayan nüfuzlu bir aktyordur; potensial müttəfiqdir, tərəfdaşdır.

Medianı tanımaq

başa düşmək

Hər bir münasibətdə olduğu kimi, media ilə münasibət yaradarkən vacibdir ki, vətəndaş cəmiyyəti təşkilatları öz tərəfmüqabilini yaxından tanıyıb, onun davranış hərəkətlərini başa düşə bunlara müvafiq şəkildə qarşılıq verə bilə. Sadə dillə desək, media xəbər xəbər materiallarının istehsalı yayımı ilə məşğul olan hüquqi fiziki şəxslərin məcmusudur. Jurnalistika media fəaliyyətləri içərisində ən vacib hesab olunanlardan biridir. Bu, məlumatın toplanması, süzgəcdən keçirilməsi, yoxlanması, təhlil, təfsir təşkil edilməsindən, eləcə , xəbər materiallarının paylanmasından ibarət peşəkar bir fəaliyyətdir. Obyektiv jurnalistikanın başlıca məqsədi vəzifəsi ictimaiyyəti etibarlı qərəzsiz məlumatlarla maraqlandırmaqdır. Jurnalistika mediada vaxt yer satın alan xüsusi müştərilərin xeyrinə reklamçılıqla məşğul olmaq deyildir (baxmayaraq ki, reklamçılıq da medianın digər vacib fəaliyyətlərindən biridir, ancaq jurnalistikaya ziddir).

Jurnalistika fərdi, subyektiv düşüncələrin və müəllif mövqelərinin təqdim edildiyi bir ədəbiyyat sahəsi də deyil. Media və jurnalistikanın başqa mühüm funksiyaları da var: ictimai fikrə təsir, ictimai məlumatlılığı artırmaq, insanları maarifləndirmək, səfərbər etmək və əyləndirmək. Media aktyorları məhz bu funksiyaların kontekstində nəyin qələmə alınmağa və çap edilməyə yararlı olduğu üzərində baş yorurlar. Odur ki, xəbər üçün nə yararlıdır sualını media ilə işdə müvəffəqiyyətə aparan əsas yol kimi dəyərləndirmək lazımdır. Media aktyorları adətən günlə ayaqlaşan, konkret bir şəraitdə baş verən maraqlı və drammatik əhvalatları, qalmaqal və qəzaları, tanınmış şəxslərin də müdaxil olduğu və hər gün rastlaşa bilməyəcəyi hadisələri xəbərə çevirməyin arayışında olurlar.

Media ilə mütəşəkkil işin qurulması hər bir vətəndaş cəmiyyəti təşkilatı üçün son dərəcə vacib olanmühüm əhəmiyyət kəsb edən bir məsələdir.

Media ilə əlaqə mexanizmləri

Burda biz media ilə ünsiyyətin 4 müxtəlif formasını təqdim edəcəyik ki, jurnalistlər və ümumi media tərəfindən yaxşı qəbul edilir və vətəndaş cəmiyyəti təşkilatları-media xəbərləşməsində geniş şəkildə tətbiq edilir:  Press reliz; mətbuat konfransı; müsahibə; media tədbirləri.

Bu məlumatlar vətəndaş cəmiyyəti təşkilatıları ilə bağlı olan, geniş ictimaiyyət və ya konkret hədəf auditoriyası üçün maraqlı ola biləcək ən vacib hadisələr haqqında medianı məlumatlandırmağa imkan verir. Press-relizlər brifinq və mətbuat konfranslarında, əlaqə vasitələrindən istifadə etməklə jurnalistlərə çatdırılır. Bu vəsaitin əsas məqsədi medianı vətəndaş cəmiyyəti təşkilatları ilə yaxınlaşdırmaq və onları media ilə daha effektiv şəkildə, əl-ələ çalışmağa sövq etməkdən ibarətdir. Bununla belə, hər bir vətəndaş cəmiyyəti təşkilatları öz əhatə dairəsində özünün müvafiq ortaqlarını, o cümlədən, medianı yaxşı tanımalı və onların spesifik cəhətlərini və fəaliyyət məntiqini nəzərə almalıdır. Hər bir münasibətdə olduğu kimi media və ictimaiyyətlə münasibətlərdə də anlaşılmazlıqlar olacaq. Bu anlaşılmazlıqların aradan qaldırılması yolu bəzən qarşı tərəfin deyil, üçüncü sektorun özünü dəyişdirməsindən keçir. Media ilə sahəsində təcrübə sahibi olan vətəndaş cəmiyyəti təşkilatları öz praktikalarına istinad edərək təklif etdikləri bəzi məsləhətləri də elə bu səbəbdən tövsiyə olaraq təqdim etməlidirlər.

 

AQİL

525-ci qəzet.- 2014.- 9 may.- S.30.