Əsərləri
V cild
(1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov;
Transliterasiya
redaktorları:professor Şamil Vəliyev,
elmi işçi Samir Xalidoğlu(Mirzəyev)
(Əvvəli
ötən şənbə saylarımızda)___________
Məhəmməd
Əmin Rəsulzadə Layiheyi-qanuniyyə məvaddi
1- Azərbaycan
parlamanı – (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.
2- Azərbaycan
parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət
oluncaya qədər aşağıdakı tərtiblə
intixab olunmuş əzadan təşəkkül edər:
a- Rusiya Məclisi-Müəssisanına
dörd müxtəlif siyasi firqə siyahıları
mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfindən
intixab olunub da sonra Mavərayi-Qafqas “Seym”ində əza sifətilə
bulunmuş və bədə Azərbaycan Şurayi-Millisini təşkil
eləmiş 44 zatdan;
b- Azərbaycan
bələdiyyələri müsəlman əzası ilə əskidən
mövcud bulunan milli müsəlman komitələri əzası
tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq
zəvatdan;
p- Əqəliyyətdə
bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən
cəlb olunacaq zəvatdan;
t-
Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar və
ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan;
3- Əsasən
mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə
cəlb olunacaq:
a)-
Əhali-islamiyyə tərəfindən Bakı – 5,
Göyçay uyezdi – 2 (biri şəhər, biri uyezd), Cavad –
2 (biri şəhər, biri uyezd), Quba – 3 (biri şəhər,
2-si uyezd), Lənkəran – 2 (biri şəhər, biri uyezd),
Şamaxı – 2, Gəncə – 3 (biri şəhər, 2-si
uyezd), Ərəş – 2, Cavanşir – 1, Zəngəzur – 2,
Qazax – 1, Cəbrayıl – 1, Nuxa – 2 (biri şəhər, biri
uyezd), Şuşa – 2 (biri şəhər, biri uyezd), Zaqatala –
2 (biri şəhər, biri mahal).
İrəvan vilayətinin Azərbaycana keçən
hissəsi – 3, Tiflis vilayətinin Azərbaycana keçən
hissəsi – 1.
b) Əqəliyyət
təşkil edən millətlərdən: erməni əhalisi
tərəfindən 8 Gəncə erməni əhali komitəsindən,
8 Şuşa erməni əhali komitəsindən,
5-i də Bakı Bakı erməni komitəsindən.
Rus əhalisindən
Bakıdakı rus Milli Şurasından – 10
Alman əhalisi
təşkilati-milliyyəsindən – 1
Yəhudi
Şurayi-Millisindən – 1
Gürcü
komitəsindən – 1
Polyak
komitəsindən – 1
Bakı həmkarlar cəmiyyəti şurasından 3,
Bakı Sovet syezd, birja və ticarət sənaye cəmiyyətlərindən
müştərəkən – 2.
Qeyd: 1- Bələdiyyəsi
və Milli Şurası olmayan qəzalar nümayəndələrini
köy obşestvo nümayəndələrinin ictimaində təyin
edə bilərlər.
Qeyd: 2-
Əhvali-fövqəladəyə məruz bulunan yerlərin
nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.
Qeyd: 3-
Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən
44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa
bir səbəblə məclisdən çıxarsa onun əvəzinə
mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə
müəssisatı tərəfindən başqa birisi təyin
olunur.
Qeyd: 4- Cəlb
olunacaq əşxasın intixabatı şəhərlərdə
bələdiyyə rəisləri, uyezdlərdə mirovoy
sudyalar və ya onların müavini və əqəliyyətə
mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs
və nəzarətilə icra olunuyor və intixab olunacaq zəvatə
kəndi imzaları ilə keyfiyyəti intixabı müvəzzəh
və müsəddiq etimadnamələr verilir.
İşbu layihə oxunduqdan sonra
bütün-bütünə Şura tərəfindən qəbul
edildigindən maddəbəmaddə səsə qoyulması
lazım görülməyib bilaittifaq qəbul olunur.
Sonra Şura rəisi ləvazim və təsərrüfat
komissiyasına fraksiyalar tərəfindən namizədlər
göstərilməsi təklifində bulunur.
Məhərrəmov
təklif edir ki: bu komissiya böyük fraksiyadan iki, kiçik
fraksiyalardan birər nümayəndə olmaq üzrə beş nəfərdən ibarət olsun.
Firqələr
tərəfindən göstərilən beş
nəfər bunlardan ibarətdir:
Cəmo bəy Hacınski, Abbasqulu Kazımzadə, Rəhim
Vəkilov, Məlikyeqanov və Heybətqulu Məhəmmədbəyov.
Bundan əlavə Milli Şura Azərbaycan Məclisi-Məbusanının
dekabr ayının 3-də dəvət olunmasını qərara
alır.
Bununla iclas xitam bulur.
“Azərbaycan”,
22 təşrini-sani (noyabr) 1918, ¹47
Mucəb
– labüd, zəruri
Məvadd
– maddələr
Tərh –
layihə
Mətruh
– təyin edilmiş
Tövdi
– təslim etmə
İstanbul
səyahəti həqqində Rəsulzadə Məhəmməd
Əmin bəyin konfransı
Cümə
günü 15 təşrini-sanidə Türk ocağı
salonunda sevgili natiqimiz Məhəmməd Əmin bəy bir
konfrans verdi. Natiq cənabları
səhnəyə çıxar-çıxmaz alqışlar
ilə qarşılandı.
Konfrans təxminən
öylə başlandı:
– Əfəndilər!
Heç şübhəsiz ki, imdiki zamanda bütün cəmaətimizin
nəzəri, huş və cuşi və həp
əfkarı bir şeyə mərcudur. Üsuli-siyasəyyə
hamımızı işğal ediyor.
İstanbulda Aləmi-İslamın mərkəzində
bulunduğumuz sırada gördüklərimiz şeylər,
aldığımız təəssürat və xatirat ilə
sizi aşina edəcəgiz. Nə
üçün Türkiyə müharibəyə girdi?
Nə üçün öylə bir surətdə
hərbdən çıxıyor? Türkiyədə
əhval və yeni cərəyanlar nasıldır? Azərbaycan həqqində nə
düşünürlər? Və əhvali-hazirə
nə kibi bir mövqe işğal edəcəgi xüsusunda
sizə söyləmək istiyoruz.
Hərbi-ümumi başlandığı sırada
Türkiyənin vəziyyət pək ağır idi. Bu zaman
Türkiyə Balkan müharibəsindən yeni
çıxmış – həm də məğlub olaraq
çıxmış idi. Burada o
böyük Şərq məsələsi Türkiyə məhafilini
mütərəddid bir halda buraxmışdı. Türkiyə hərbə girsəmi çox qazanar,
yaxud bitərəf dursa? Bu məsələ
hamını düşündürüyordu. Türkiyə müharibəyə girdigi vəqt
Rusiya bu gün gördügümüz yorğun, məğlub,
dağınıq Rusiya degildi. O zaman Rusiyada qüvvətli
bir çarlıq (çarizm) var idi ki, bunun da məqsədi,
çalışdığı daima Aləmi-İslamı,
böyük türklügi əzməklə gələn bir
hökumət idi. Türküstan, Tatarıstan, Qafqasiya və
başqa türk irqi ilə məskun yerlərin nə kibi bir
istibdad altında olduğu hamıya aşikardır. O günlər
Türkiyə müharibəyə atılmazsa idi icbarən
boğazlar açıq olacağı mühəqqəqdi. Öylə olduqda İngiltərə Rusiyaya silah
daşımaqla, ərzaq dəfinəsi olan Rusiya da buğda və
arpa ilə İngiltərəyi təchiz edəcək və
yekdigərinə olduqca kömək edəcək idi. O
zaman Rusiya Almaniyayı Şərqi Prussiyadan sıxışdırdığı
kibi get-gedə iləriləyəcək idi. Və
Rusiyada böylə təzəlzülə, böylə
inqilaba düçar olmaz və işlərin sonunda müharibədən
qalib olaraq çıxacaqdı.
Bunu Türkiyə hərbə soxulmadan görüyorduq. Etilaf Dövlətləri
zaman-zaman müvəffəqiyyətlərə nail oluyordu.
Türkiyə bitərəf də qalamıyacaqdı. Çünki
qəhhar dövlətlərin hankisi düşərsə
türk topraqlarını ayaqlıyacaqdı. Bu aləmşümul müharibədə bitərəf
qalmaq imkanl yox idi. Nitəkim yunan, İran
istənildigi kibi müharib dövlətlərin keyfinə tabe
oldu, hüdudu onlar üçün tamamən açıq
buraxıldı. Nəticədə bir faidə
çıxmadı. Odur ki, Türkiyədə
öylə vəziyyətə məruz idi. Olsun ki, Türkiyə istər-istəməz
övzai-zamanə və siyasiyyəti tədqiq etdikdən sonra
müharibəyə girdi. Girməsinə də
səbəb Rusiyanın etilaf zümrəsində olduğundan
dolayı məlum ki, Türkiyə də bu zümrəyə
qarışıb getməli idi. Türkiyə
hərbə girməzsə idi, o zaman qaliblər həpsini
başında “Cəmiyyəti-Əqvam” şüarı ilə
bu gün meydana çıxmış Vilson degil, istibdad heykəli-mücəssəmi
olan Nikolay duracaqdı. O zaman gərək İslamiyyət,
gərək Türklük nəşvü-nüması
ümidləri büsbütün sönəcək və
cahanda bu qədər qan tökmə nəticəsində yenə
zülm və istibdad paydar olacaqdı.
Türkiyənin bu müharibədə iştirak etməgə
olduqca həqqi var idi. Buna biz hökm edəriz. Zənn ediyoruz ki, atidə bitərəf müvərrixlər
Türkiyənin bu müharibəyə girməsindən qələm
yürüdür isə böylə hökm xaricində bir
hökm vermiyəcəklər.
Türklər üçün bu cahan müharibəsi bir
çox siyasi və ictimai məsələləri həll edəcək
və qəti bir cavab verəcək müharibədir.
Bu müharibədə fədakarlıqların yüksəkligi
gərək miqdarca, gərək ülviyyətcə təsəvvürat
xaricindədir.
Hələ Çanaqqala müharibəsində
4 yüz minə qərib qurban verən türklər qazanc
götürdülər degil, kəndi həyatlarını
müdafiəyə qadir olduqlarını isbat etmişlər.
Artıq göstərdilər ki, həqiqətən
onlar Vətən yolunda lazım gələrsə ölə
bilərlər. Düşmənlər nə qədər
insafsız olsalar da böylə bir cihadi-kəbir yapan
ruhi-ülviyyətinin qarşısında əgilmiyə bilməz!
Bu müharibədə türklər bir şey daha isbat
etmişlər ki, türk əskərinin vəqtində
qarını doyurulsa, əlbəsəsi verilsə, bilməmum
ehtiyacı ödənsə bu əskər öylə
bükülməz bir qol təşkil edərsə, heç
bir kimsə o qolu bükə bilməz. Nasıl ki, Kəlibullah mərkəzə
yaxın olduğundan, zaman-zaman silahı, aşı, suyu gəldigindən
türk ordusu öylə bir müdhiş bir qol oldu ki, ingilis,
firəng və digərləri kibi qüvvətli düşmən
zərbələri bunları qaytarmağa müvəffəq
olamadığı kibi, Türkiyə də onlar
qarşısında məğlub olmadı.
Halbuki Rusiyada və digər Avropa dövlətlərində
olan miqdarda Türkiyədə vəsait yoxdur. Dəhşətli
dəniz toplarına qarşı çox zaman fəqət
köks gərmişlər və zirehliləri
batırmışlar.
Böylə bir millət heç bir vəqt həqqi-həyatdan
məhrum ediləməz. Türkiyədə şu müharibədən
sonra hər kəs Çanaqqala müharibələrinin mənzərələrindən
söylər, mədhiyyələr ilə mütəhəssis
olur. Hər kəs bu müharibədə
bir adamını qeyb etmiş, qardaşımı,
özümü, pədərimi, burada iştirak etmiş hər
kəs sənə bu müharibədən mənqəbələr
nəql edər, onun əhəmiyyətindən, ülviyyətindən
bəhslər açar. Bu müharibədə
alaylar nasıl yekdigərilə rəqabət etdigini hər kəs
burada şəhid olmaq üçün əmr bəkləmədən
hərbə soxulduğunu söyləyəcəkdir.
lll
Mərkəzi-islama gəldikdə oradakı ənənatı,
o gözəlligi, o məhasını tamamilə dərk
etmiş olursunuz. Tamamilə bunları görər-görməz hiss edəcəksiniz
ki, islam nöqteyi-nəzərində
İstanbul bədayei içində yeni bir həyat doğuyor.
O vəqt anlarsınız ki, nə yolda və nə
üçün bu qədər fədakarlıqlar olur,
xarüqələr göstəriliyor. O zaman etiraf edərsiniz
ki, yeni doğmaqda olan həyat uğrunda həqiqətən fədakarlıq
etmək türklər üçün lazımdır.
Məəttəssüf Türkiyədə degil, bəlkə
Aləmi-İslamın həpsində ictimaiyyat Avropadakı
kibi olmayıb fəlc bir halda qalmışdır.
Avropanın bütün ictimaiyyəti xəlqinə də
xəlq üçün doğuyor.
Ədəbiyyat ümum heyətilə xəlq ruhilə,
xəlq əfkarilə ümumiyyət naminə yaşıyor. Bizlərdə isə
böylə degil, ədəbiyyatın əsaslarını xəlqin
malı etmək istəmədik. Ayrı-ayrı kimsələr pək alimdir, pək
müxbirdir. Fəqət onu bir araya gəlsə
onlarda bir ümumiyyət, bir həyat olmaz. Qiymətli bir
həyati-ictimai islam məmləkətlərinin
heç birində yoxdur. Bunun ən doğru
şəklini İranda görərsiniz. Küçələr
bir zibil yatağı, hər tərəfə baxılsa bir
xarabazar, bazardakı satıcılar əlinə zir-zibili
qarşısındakı çaya atar, suyunu öylə bir
hala gətirər ki, baxmaq istəməzsən. Haman bu
ümumiyyət halını qiymətsiz edən, alçaldan
cənabın həyat qapısından içəri girdikdə
evində bir cənnət olduğuna şaşıracaqsan, bu
nədir! Onun xüsusiyyəti
üçündür.
Bundan bəllidir ki, burada insanlar ayrı-ayrı yaşar,
fəqət xüsusi həyatından ləzzət aparar.
Ədəbiyyat da öylədir. Şeirlərimiz hər
bir şairin öz zövqünə mütabiq olmuş,
olsa-olsa ətrafındakı bir takım əhbabı, rüfəqası
onu anlar, yaratdığı bədiələr, gözəlliklər
fəqət onun kəndisi üçün imiş zənn edər,
xəlq üçün yaramaz.
Qərbdə isə böylə degil. Orada
bütün ədiblər, şairlər xəlq dərinliginə
atılıb onun içərisində duyduğu təəssürata,
gördügü həyata həp yazdığını
uydurar. Olduqca həyati-ictimaiyyə həyati-münfəridəyə
tərcih verilər.
Qərbdə bugünki tərəqqi ilə bizdəki bu
inhitat bu iki aləmin miyanında olan fərqi nəticəsindəndir.
Şərqdə bir zaman yüksək bir mədəniyyət
var imiş. Lakin o da xas olub gündən-günə zəifə
izmihalə uğradı.
Avropada isə ümumə mal olan mədəniyyəti-ammə
sayəsində özünə tərəqqi yollarını
aradan buldu və bu gün də ondakı qələbə ilə
bizdəki məğlubiyyət həp bundan dolayıdır.
İştə bunu da türklər ep iyi anlamış və
bu yolda get-gedə tərəqqi etməkdədirlər. Bu yolda ədəbiyyat
Türkiyədə gözəl bir mövqe tutuyor. Yeni türk ədəbiyyatı fəqət xəlqin
qalın təbəqəsinə enir və yazılanların həpsi
xəlq üçün yazılır. Türklər
ədəbiyyat yolunda çox çalışdılar.
Bu vəqtədək onlarda bir çox tərcümələr
olmuş, Qərb ruhunda kitablar yazılmış idi. Fəqət Qərbdən alınmış şəklin
eynən qəbul edilməsi yanlış olduğu artıq bəllidir.
Çünki iqlimdən iqlimin fərqli
vardır. Hər yerdə bir xüsusiyyət
bir də ümumiyyət olar. Sənət,
elm, fənn ümumidir. Dil, din, ənənat,
ruh başqa-başqadır. Bunların hər
birini qəbul etdikdə millətin ruhunu, xüsusiyyətini nəzərə
almaq lazımdır.
İşbu belə də Türkiyədə olmuş
idi. Türklər
bu vəqtədək London səyahətindən, Parisdən,
Hinddən və digər yerlərdən əhəmiyyətsiz
şeylərdən belə bəhs edib bircə Anadolunu bu
gün bütün xarüqələr, bütün rəşadətlər
yaradıcısı, həp İstanbulu və başqa yerləri
ərzaq ilə təchiz edən Anadolunu unutmuşlar idi. Məktəblər tamamən İstanbulda, həyati-ictimaiyyə
nümunələri İstanbulda, türklərin nəsi varsa
İstanbulda idi. Anadolunun məktəbi yox,
sənaəti yox, bəlkə belə həyatı da yox kibi
idi.
Şimdi isə öylə degildir. Yeni cərəyan
Anadolu xəlqi ruhundan, həyatından, ehtiyacından
yazıyor, dərdinə ağlıyor.
Bu da siyasətə təsir ediyor. Türk məhafili
də buna diqqət etməgə başlıyor.
Əbdülhəmid zamanı İttihad və Tərəqqi
firqəsi düşünürdü ki, hürriyyət olsa, hər
millət kəndisini unudar. Hamısı qardaş
kibi yaşamağa ibrazi-qeyrət edər. Böylə
bir düşüncəni həyatə də, siyasətə
də tətbiq etdilər. Fəqət məşrutiyyət
zamanı gəldi. Kimsə kəndisini
unutmadı. Arnaudlar, ermənilər, ərəblər,
hər kəs kəndisini düşündü. Unudulmuş bircə türklər
qaldığını artıq gördülər.
Bir türk mütəfəkkiri söylüyor ki, – bən
türklügümü fəqət hər millətin
Türkiyədə kəndisi üçün
çalışdığı zaman duydum.
Türklər də ümumən böylə bir fikrə
gəlmiş idi. Ona binaən türklərin siyasəti
böyük bir təbəddülatə uğrayıb hər
şeydə milliyyət iləri sürülmüşdür.
Lakin burada da bir qədər yanlışlıq,
bir qədər ifrat edilibdir. Məlumdur ki,
hər kəs öz millətini istədigi kibi digərini istəməz.
Hər kəsdə bir milliyyət fikri müqəddəs
tutuluyor. Lakin bir fikrin müqəddəs
olduğu kafi degil, o fikir namüqəddəs yollar ilə
yürüdülsə fikir də namüqəddəs
olacağı bəlli. Məsələn,
bolşevizm əqidəsinin müqəddəs olduğunu kimsə
inkar etməz. Fəqət bolşeviklərin
apardığı siyasət, tutduğu yol namüqəddəs
olduğundan bu gözəl məsləki nə kibi şəklə
salındığını gördünüz. Aləmi kəndilərindən mütənəffir
etməklə həpsini bolşevizmədən
ürkütdülər.
İştə bu müqəddəs “milliyyət” fikrində
türklər də bir çox ifratə uyduqlarından
dolayı bir çox yerlərdə məmurlar digər millətlərə
qarşı “milliyyət”dən suyi-istifadə etdilər. Ümuri-idarələrdə
əxlaqsızlıqlar vücudə gəldi. Böylə suyi-istemal müharibədən fürsəti
qənimət bilən və bundan dolayı üsyan
qaldıran ermənilər həqqində rəva
görüldü. Lakin üsyan bir ermənilər
miyanında vaqe olmuyor. Ərəbistanda
asilər olur. Türk ordusu çəkildigi
yerlərin həpsində qiyam başlanır. Muxtariyyət iddiasına qalkışıyorlar.
Böylə ki ümumiyyət üzrə
Türkiyənin daxilində rahatlıq pozulmuş oluyor.
Bundan maəda türk dörd il degil, səkkiz
il, bəlkə də bir az fəzlədir ki, müharibə
ediyor idi.
Dörd illik müharibədə Avstriya
parçalanmağa başlamış, Almaniyada isə böylə
bir inqilab qopduğunu görüyorsunuz. Artıq bu
kibi hər bir cəhəti qüvvətli dövlətlər
böylə taqətfərsa müharibənin təzyiqindən
bu halə gəldi, ondan maəda müttəfiqlərin yekdigərindən
əli də üzüldü. Türkiyə
də mütarikəyə məcbur oldu.
lll
Hərbi-ümumi zatən Almaniya ilə İngiltərənin
arasında olan müharibədən ədd edilməlidir. İki
müharib zümrələrin əvvəldə birinin
başında alman, digərinin İngiltərə durduğu bədihidir.
Burada iki mədəniyyət mübarizə
ediyordu. Alman sənaət və ticarəti İngiltərə
ticarətinə rəqabət etdigi və hər iki mədəniyyətin
özü üçün bu bir ərsə aramasilə
istehsalatına da satış meydanı bulmaq üçün
can atdıqlarından dolayı bu iki millətin faidələri
müğayir olurdu.
Almanlar gənc bir millət və olduqca mütəşəbbüs
xəlqdir. Onların güvəndikləri zor və qüvvələridi
və qüvvətli olduqlarını bütün cahana
anlatdılar. İnsafla deyilər isə bu
onlar üçün məğlubiyyət degildi, bu onların
siyasətinin bərhəm olması idi.
İngilislərin dənizlərə təsahübi bir tərəfdən
və yürütdükləri siyasəti, millətlər ilə
rəftarı tamamilə başqa bir tərzdə idi. Almanlar
bütün müvəffəqiyyətlərini fəqət
yumruq qüvvətlərində görüyor, vəqt
uzandıqca İngiltərəyə müavinət ediyordu.
Müharibənin başında daha zorlu, daha dəhşətli
almanın get-gedə yekdigərini təqib edən xətalara
uğruyordu. Həp millətləri və ən
axırda Amerika kibi müəzzəm bir milləti də
öz dəmir yumruğuna qarşı qaldırdı. Amerika hərbə girdikdən sonra Almaniyanın
işi fənalaşmağa başlıyor. Almaniya onun müharib bir dövlət
olmadığını onun üçün və Avropaya
lazımi miqdarda əskəri qüvvə çıxarmaz zənn
ediyor idi. Bunlar həp yanlış oldu.
Almanlar təsəvvüratlarında xətalı siyasətlərində
də əsla nəzakət bilməz olduqları üçun
dost və düşmənlərini özlərindən
incitmişlərdi. Türklərə
qarşı yürütdügü siyasətdən dolayı
hətta türk məhafilində də nifrət qazanmağa
başlamış idi. Qafqasiya məsələsində
Almaniyanın siyasət yaramazlığı meydana
çıxdı.
Onun
Estlandiya, Turliyandiya, Yiflıyanda və işğal etdigi
başqa məmləkətlərdə yapdığı hərəkəti
eynilə türklər də Qafqasiyada öz irqləri
üçün yapmaq istərlərdi. Lakin
burası Almaniyanın keyfinə müğayir gəliyordu.
Hətta Azərbaycanın kəndisinə ittixaz
etdigi paytaxtını gizlicə bolşeviklərə vermək
istədi.
İləridə ərz etdik ki, Türkiyənin hərbə
girməkdən məqsədi Rusiya çarizmini sərnigün
etmək idi.
İştə türk bu məqsədə nail olmuşdu. Ona binaən də sülhü əvvəlcə
yapmaq lazım idi. Çünki Türkiyə
üçün artıq məqsəd hərb qalmış
idi. Bu da hasil olduğu zamanlarda sülh əqd
edilsə idi, qazanc çox olurdu. Bu babda
İttihad və Tərəqqi ricali-dövləti millət tərəfindən
tənqid edilməkdədir. Bilməm istənildigi
vəqt hərbdən çıxmaq səhl idimi? Buna da vəsait mümkün idi, ya yox məsələsi
məchuldur.
Fəqət hər nədənsə türklər ilə
müttəfiqlərinin arası açılmış idi.
Bunu da təsviyə üçün Tələt
Paşa Berlinə əzimət etdi. Oradan da döndügi
kibi sülhə girişmək tərəfdarı olduğunu
göstərdi. Məlum oluyor ki, yolda
Avstriyanın və Bolqariyanın əhvalını Tələt
Paşa ep iyi tədqiq etmiş imiş.
Bu zamanda idi ki, Bolqariyada qarqaşalıq başladı, əskər
dönüklük göstərdi. Düşmənlər
Bolqariyayı sıxışdırmağa başladı.
O da bütün cəbhəxanasını anbarlara qoyur, onu da
müttəfiqlər kontrolu altına veriyor. Böyləliklə,
Türkiyənin Mərkəzi Dövlətlər ilə
münasibatı qət oluyor. Digər tərəfdən
də Avstriyanın da halı bərhəm oluyor xəbərləri
gəliyordu. Şu sırada idi ki,
Almaniyanın özündə də daxili hərəkətlər
çıxdı. Artıq Almaniya da kəndi
zəifini və müvəffəqiyyətsizlikligini etiraf etməliydi.
Zatən böylə müvəffəqiyyətsizlik
bu gündən degil, ta almanların Paris üzərinə
hücum etdikləri zaman arxalarına baxmadan pək məğruranə
Fransa paytaxtına zərbə endirməgə
çalışdığı zaman meşəyə gizlənmiş
fransız ordusunun onları yardığı gündən
başlanmış idi.
Bu yarışdan başlayaraq gündən-günə
ricət davam ediyor. Nəticədə bugünki hal meydana gəliyor.
Nəhayət, Almaniyanın özündə hökuməti
sıxışdırmağa başlıyorlar. Üsuli-idarənin
dəgişməsi, hökumət məmurlarının məsul
olması məsailindən mübərra qalmış Almaniyada
parlamentarizm başlıyor. Az bir
zamanda millət özü öz idarəsinin başında
müntəxəb kişilər qoymaq arzusuna
düşüyor. Almaniya halı Türkiyəyə
də təsiri-nüfuz ediyor. Türkiyə
də daxili təşkilatı yolunda olmadığından
onları müntəzəm etmək üçün
çalışıyordu. Bu zamanda idi ki,
burada da hökumət böhranı başladı. İstefa vermiş hökumət əvəzinə
yeni bir hökumət gəldi.
Ta Tələt Paşa kabinəsi getməmiş Avstriya
hökuməti münfəridən müttəfiqlərə
sülh təklifini etmişdi. Hətta fransızlar
da öz müvəffəqiyyətlərini bildiklərinə
“Klemanso bu notanın cavabını keçmiş nitqində
vermişdir” demişlər. Avstriyanın
bu müraciəti etinasız qalmışdı. Ondan sonra Vilsonun nitqləri əsnasında sülh
şəraiti həqqində anlatdığı 14 maddəyi
almanlar da təsvib edib müttəfiqən tərəfi-müqabilə
mütarikə təklif etmişlər idi. Bu maddələrin 13-cüsündən böylə
seziliyor ki, türklər məskun olan yerlərdə tam
hakimiyyət onların, türklərdən qeyri olan millətlər
ayrı hökumət quracaqlar.
Bunun üzərinə Vilson nitqində 4 maddədən
ibarət bir şeydə əlavə ediyor ki, heç bir millət
üçün bir dövlət təbəəligindən
çıxıb digərinə keçmək olmaz.
Alman və Avstriyanın müraciətinə Vilson cavab
verməyib sonra anlatdı ki, Almaniyada imperator olduqca mütarikə
olmayacaqdır.
Onun üçün Qeyser təxtdən əl
çəkdi. Vəliəhd də qəbul
etmədi.
Baxıyorsunuz
ki, hər yerdə hökumət böhranı sühulət kəsb
edərsə Türkiyədə nədən isə bir az çətinlik ilə oluyor. Burada
bir də parlaman böhranı oldu. Səbəbi
də o idi ki, parlamanda külliyyətli bir firqə təşəkkül
ediyor, bunun bir müxalif firqəsi yoxdur. Onun
üçün də İttihad və Tərəqqi firqəsi
şübhələndi, tez bir zamanda “Hürriyyətpərvəran”
firqəsi meydana gəldi. Hamısı buna
bəyani-etimad etdi. Ümumi sülh
müzakiratını təklif etmək mümkün degildi.
Almaniya ilə müttəfiqlər arasında
israr ediliyor. Türkiyə ilə də
Almaniyanın əlaqəsi kəsilmiş idi.
Yeni
parlamanda proqramı başında bütün
dağınıq ordunu toplamaq, Qafqasiyayı boşaltmaq,
almanların Türkiyədən getməsi, siyasi cinayətkarların,
sürgünlərin vətənə ovdəti müsaidəsi
və bir çox böylə maddə qəbul etdigi kibi
boğazların şimdilik müttəfiq dövlətlər
və Amerikanın təhti-işğalında qalmasını
qəbul etdi.
Bu ancaq mütarikədir və ümumi konfransadək
hökmü vardır. Siyasətdə cilvələr pək müxtəlif ola bilər. Kim diyordu ki, iki ay əvvəl
Paris üzərinə yürüyən o möhtəşəm
ordu birdən-birə böylə məğlub bir halə düşəcəkdir.
İki ay əvvəlki halət böylə bir
vəziyyətə təbəddül ediləcəkdir. İmdidən də gələcək xüsusunda bir
şey söyləmək imkan xaricindədir. Firəng və İngiltərə, Amerika ordusu Batum
təriqilə gəlib Qafqasiyadan keçəcəkdir. Ola bilsin ki, gəlib buradan da keçsinlər, yaxud
buranı özlərinə bir üsuli-hərəkə qərar
verəcəkdir.
Bunu da zənn etmək olmaz ki, bu gün bütün
cahanın 14 maddələr ilə hüsni-təvəccöhini
qazanmış Vilson ümumi iğfal etmək
üçün bir bilöf yapıyor. Yəqin ki, o
da bu gün bir qüvvət qarşısındadır. Hər
şeydən daha qüvvətli olan millətlər hüquqi
bir cəmilə yapmaq üçün tədil və təfsirlər
ola bilər. Lakin bu prinsiplər
bütün-bütünə məhv olar fikri doğru degildir.
Bolşevizm bir yorğunluq fikridir. Millətlərin
hüquqi-mədəniyyəsi fikri də bu yorğun və parçalanmış
Rusiyadan doğdu. Əgər bu sosializmin əsaslarından
biri olan bu maddə cahil Rusiyada məsxərə şəklində
oldusa da artıq Avropanın yarısı bununla müstövli
olmuşdur.
Şübhəsiz bu qədər qan tökmənin bir nəticəsi,
bir səmərəsi olacaqdır. O səmərə də bəşəriyyətin,
insaniyyətin, millətlərin yekdigəri hüququnu
tanıyan “Cəmiyəti-Əqvam” təşkil edəcəkdir.
Onu da bilməlisiniz ki, bu şüar böylə nahaq qan
tökməkdən bıkmış, yorulmuş bütün bəşəriyyətin
nəticeyi-əfkarıdır.
İştə onun üçün xəlqimiz də
öz hökumətləri arxasında dursunlar, həqqi-hüquqa
layiq olduqlarını isbat etsinlər. Bu da macəra
yapsınlar demək degildir. Maddətən
tabe olmaq mənən də tabe olmaq degildir. Gələnlərin də bizdəki intizamı, bizdəki
birligi görüb hörmət etmək məcburiyyətində
olacağı aşkardır. Ondan maəda
şəhərimizə gəlmək istəyən ordu bir
paraları kibi təkrar qarqaşalıq salmaq
üçün gəlmiyor, onlar gəlib buradan gedəcək
və Rusiyayı toplayacaqlar.
Burada hökumətin qaim olduğunu gördükdən
sonra onlar bizə riayət edər. Bizim hökumət də
o hökumətə etilaf edə bilər. Bunun
üçün xəlqimiz də özünü toplayıb
təşkil etdigi hökumətə müavinət etməlidir.
Həyəcanə imkan yoxdur. Məyusiyyətə gəlməz, cürəbəcür
küçələrdə danışılan sözlərdən
artıq təşvişə düşülməsin. Vəzifəmiz kəndi idarəmizi müdafiə etmək
olacaqdır. Yarından parlaman adından
lazımi yerlərə müraciət edilir. Teleqraflar çəkilir, öylə olmaz ki, bu
gün hər millətin öz kökü üstə bitməsi
tərəfdarı olanlar bir dövlət rəisi, yaxud mədəni
Avropa cümlənin səsini eşitdigi halda bizləri
eşitməgə qadir olmasın, yaxud ümumcahanı
iğfal etsin. Bu gün Avropayı millətlərin
həqqi-hüququnu tanımağa məcbur edən yarınki
məhkəməyi-kəbirada yəqin ki, orada bizim də həqqimiz
aranılar. Biz də istədigimizə nail olarız. Bu gün millətlər hürriyyəti tərəfdarı
olanlar da ədalətsizligin zirvəsinə qalxıb da bir
şey yapamazlar.
M.H.
“Azərbaycan”,
17, 20, 22
təşrini-sani (noyabr) 1918,
¹42, 45, 47
Məhasin
– gözəl keyfiyyətlər
Fəlc –
iflic
Əhya –
yeniləşmə
Münfərid
– təkbaşına
İnhitat
– tənəzzül
Amm – xalq,
kütləvi
Mütənəffir
– nifrətlənən
Ədd –
sayma
Bədihi
– aydın
Ərsə – meyda
Bərhəm – qarmaqarışıq
Təsahüb – sahib çıxma
Səhl – asan
Qeysər – hökmdar, padşah
Müntəxəb – seçilmiş
Sühulət – əlverişlilik
İğfal – aldatma
Tədil – ədalətli iş görmə
Əhbab – dostlar
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.- 2014.- 9 may.- S.26-27.