"Hüqo" monoqrafiyası haqqında düşüncələr

 

Bu il professor Əsgər Zeynalovun "Hüqo"  monoqrafiyası Azərbaycan Dillər Universiteti tərəfindən Dövlət Mükafatına təqdim olunub.

Professor Ə. Zeynalovun "Hüqo" monoqrafiyasında böyük söz fikir adamı Viktor Hüqonun həyat yaradıcılığı haqqında məlumat verilir, onun yazıçı, şair, dramaturq, publisist, ictimai, siyasi fəaliyyəti yığcam şəkildə olsa, təqdim edilir. Monoqrafiyanın "Hüqo Azərbaycan" bölməsində fransız ədibinin Azərbaycanda tərcüməsi tədqiqi tarixinə ekskurs edilir. Tərcümə sahəsində görkəmli ədəbiyyatşünas alim, mahir tərcüməçi Mikayıl Rəfilinin zəhməti xüsusi vurğulanır. Onun müxtəlif illərdə yazıçının "Səfillər", "Paris Notrdam kilsəsi", "93-cü il", "Gülən adam" romanlarını dilimizə çevirdiyi diqqətə çatdırılır.

Hüqonun poeziyasında "Şərq mövzuları" bölməsində göstərilir ki, Azərbaycan oxucularına romanlar müəllifi kimi yaxşı tanınan Hüqo əslində 26 cildlik poetik əsərlərin 20 cildlik nəsr əsərlərinin müəllifidir: "Odalar" (1822), "Payız yarpaqları" (1831), "Şüalar kölgələr" (1840), "Daxildən gələn səslər" (1837), "İntiqam" (1853), "Tamaşalar" (1856), "Dəhşətli il" (1871), nəhayət 1859-70-ci illərdə işıq üzü görmüş dörd cilddən ibarət "Əsrlərin əfsanəsi".

Tədqiqatçı şairin 1929-cu ildə nəşr olunmuş "Şərq motivləri" məcmuəsindən bəhs edərək onun geniş şəkildə təhlilini verib, onun yaranma səbəblərinə münasibət bildirib. Monoqrafiyada qeyd olunduğu kimi, bu dövrdə Lamartin, Qotye, Lil Lekontla yanaşı, Höte Bayronun Şərq mövzusunda əsərlər yazması təsadüfi deyildi.

"Şairin fərdi kədəri" bölməsində ədəbiyyatşünas alim fransız ədibinin yaradıcılığında ümumi kədər probleminə yığcam şəkildə münasibətini bildirdikdən sonra Hüqonun poeziyasında fərdi kədərin üzərində ətraflı dayanır. Tədqiqatdan aydınlaşır ki, 1843-cü il sentyabr ayının 4-də Hüqonun qızı Leopoldina Sena çayında bir neçə ay əvvəl ailə qurduğu Vakeri ilə boğulur şair on üç il müddətində qızının faciəli ölümünə silsilə şeirlər həsr edir. Tədqiqatçı həmin şeirləri ayrı-ayrılıqda təhlil süzgəcindən keçirib, fikrini söyləməyə çalışıb.

"Hüqonun poeziyasından tərcümələr" bölməsində sənətkarın müxtəlif illərdə yazdığı şeirlərin bir qisminin orijinaldan-tərcümələri öz əksini tapıb.

Monoqrafiyada ən çox  diqqəti cəlb edən, xüsusilə Azərbaycan ədəbiyyatşünaslığı üçün ciddi marağa səbəb ola biləcək "Hüqo islam dinini qəbul etmişdirmi?" bölməsidir. Burada göstərilir ki, Hüqo islam dininin yaradıcısı Məhəmməd peyğəmbərə üç poema həsr edib: 1) Hicrinin doqquz ili; 2) "Məhəmməd" "Sidr ağacı". Əsərdən bəlli olur ki, 1840-cı ildə Bibresteyn-Kazımırski "Qurani-Kərimi" fransız dilinə tərcümə edir. Hüqo bu tərcümə Piyer Qiyyomun ona yazdığı ön sözlə yaxından tanış olduqdan sonra bu əsərləri qələmə alıb onlar 1858-ci ildə nəşr etdirdiyi "Qərinələr əfsanəsi" kitabında işıq üzü görüb.

Monoqrafiyada o da xüsusi vurğulanır ki, fransız ədibi ömrünün son illərində tez-tez, bəzən gündə bir neçə dəfə "Qurani-Kərim"in "Əl-Fatihə" surəsindən bir kəlamı tez-tez işlədər ağlayardı: "İhdinas siratəl müstəqim -"Bizi doğru yola yönəlt".

Tədqiqatçı Hüqonun islam dinini qəbul etməsi ilə bağlı fikrinə münasibətini bildirməklə yanaşı onun peyğəmbərə həsr olunmuş 156 misradan ibarət "Hicrinin doqquz ili" poemasını dilimizə çevirib Azərbaycan oxucularına təqdim edib.

Kitabda "Hüqonun romanları" bölməsində yazıçının iki romanı tədqiqata cəlb olunub: 1831-ci ildə nəşr olunmuş "Paris Notrdam" kilsəsi romanının təhlilində araşdırıcı əsərdəki ziddiyyətləri problem kimi qoyub bunu təhlil süzgəcindən keçirməyə çalışıb.

Onu da ayrıca vurğulamaq lazımdır ki, ədəbiyyatşünas alim deyilən fikirləri ehkam kimi qəbul etmir, lazım gəldikdə özünün münasibətini elmi şəkildə əsaslandırır.

Lev Tolstoyun fransız ədəbiyyatının ən yaxşı romanı adlandırdığı "Səfillər" əsərinin təhlili əsərdə öz əksini tapıb. Özünü təkcə respublikamızda deyil, Fransada da Hüqoşünas alim kimi təsdiq etmiş Ə.Zeynalov fransız ədibinin nəsr əsərləri ilə poeziyasını müqayisəli şəkildə təhlil edib maraqlı nəticələr əldə edib.  Onun fikrincə, Hüqo "Səfillər" romanında Kozetta surəti ilə qızı Leopoldinanın surətini yaradıb. Aparılmış paralel təhlillər inandırıcıdır.

Hüqonun "Fransız yazıçıları haqqında çıxışları" bölməsində fransız ədibinin Volter Balzak haqqındakı çıxışları təqdim olunub.

Son dərəcə qüvvətli bir şəkildə söylənmiş bu nitqlər istər Volterin, istərsə Balzakın həm bir şəxsiyyətə həm nəhəng yaradıcılıq dünyasına malik olduğunu qabarıq surətdə göstərir.

Monoqrafiyada "Hüqonun dost kədərləri" başlığında yazıçının öz qələm dostları Balzakın, Aleksandr Dümanın, Jorj Sandın dünyasını dəyişmələri ilə bağlı yazıları öz əksini tapıb. Bu yazıçılar Hüqonun gənclik illərindən başlayıb ömürlərinin sonuna kimi sadiq dostları olublar.  Ona görə bu itkilərin hər biri fransız ədibinə ağır təsir etmişdi. Bu məqalələri yazmaqla sanki Hüqo bir az rahatlıq tapmışdı. Onun Jorj Sandın ölümü münasibətilə yazdığı məqalədə "Mən ölümü ağlayır, ölməzliyi isə salamlayıram" - ifadəsini bizcə, bu yazıçıların hər üçünə aid etmək olar. Çünki onların hər biri həm ölməz yazıçı, sənətkar idi.

"Hüqonun müasirləri" bölməsində XIX əsr fransız ədəbiyyatının ən görkəmli yazıçılarının - Balzakın, Dümanın (ata), Jorj Sandın, Qüstav Floberin Qi Mopassanın həyat yaradıcılığı barəsində oçerklər təqdim olunub. Tədqiqatçı bu məqalələrlə demək olar ki, XIX əsr fransız ədəbiyyatının ən tutarlı, ən nəhəng yazıçılarının haqqında monoqrafiyaya yazılar daxil etməklə bir növ yığcam şəkildə həmin əsrin ədəbiyyat tarixini yaradıb.

Kitabın əvvəlində müəllif belə bir epiqraf verib: "Viktor Hüqo 1850-ci il avqust ayının 20-də Balzakın qəbrinin üstündə çıxış edərkən deyib: "Balzak XIX əsr yazıçılarının Napoleondan sonra gəlmiş qüdrətli nəslinə mənsub idi..." Bu nəslin ən qüdrətli nümayəndələrindən biri məhz Hüqonun özü idi".

1857-ci ildə Qustav Floberi "Madam Bovari" romanını nəşr etdirəndən sonra məhkəməyə verirlər. Dostunun təqib olunduğunu eşidən Hüqo sürgündən Floberə yazırdı: "Siz küləklərin silkələdiyi, lakin heç nəyin sarsıda bilmədiyi dağ zirvələrinə mənsubsunuz. Bütün qəlbimlə sizinləyəm".

Monoqrafiyadan bəlli olur ki, Hüqo dostluqda çox sadiq, etibarlı bir insan olub, dostlarının uğurlarına çox sevinmiş. Çətin vaxtlarda dayaq olub, onları itirəndə isə dərindən kədərlənib sarsılıb.

"Parisə məktublar Parisə məktublar" bölməsində Ə.Zeynalov həmkarı, Hüqonun araşdırıcısı Arno Lasterlə məktublaşmalarındakı "Hüqonun fransız mütəxəssisi" başlığında isə dünya şöhrətli hüqoşünas alimin həyat fəaliyyətindən bəhs olunur.

"Rəylər" bölməsində Samir Kazımoğlu (Türkiyə) 2007-ci ilə tədqiqatçı ilə birlikdə bir ay Fransada təkmilləşmə kursunda olmuş Bakı Xoreqrafiya məktəbinin müəllimi Cənnət Kazımzadənin məqalələri diqqət çəkir. Hələ 16 il əvvəl tədqiqatçının "fransız ədəbiyyatında Şərq" monoqrafiyasından danışan Samir Kazımoğlu inamla qeyd edir ki, bu sahədə Əsgər Zeynalov kimi ikinci araşdırıcı yoxdur.

Monoqrafiyanın sonunda tədqiqatçının fransız ədəbiyyatına dair 100-ə yaxın elmi əsərlərinin (monoqrafiya məqalələr) verilmiş siyahısı onun bu sahədə apardığı tədqiqatları əyani surətdə təsdiq edir.

Xatırlatmaq lazım gəlir ki, ədəbiyyatşünas alimin fransız ədəbiyyatı ilə bağlı yazdığı məqalələr İranda, Türkiyədə, Rusiyada işıq üzü görüb.

"Hüqo" monoqrafiyasındakı araşdırmaların, poetik tərcümələrin Azərbaycan fransız dillərində verilməsi ədəbiyyatşünasların gələcəkdə müqayisəli şəkildə, geniş surətdə tədqiqat apara bilməsinə imkan yaradır.

Özünü həm respublikamızda, həm Fransada hüquqşünas alim kimi təsdiq etmiş tədqiqatçının bu monoqrafiyasını dünya ədəbiyyatının hər hansı bir korifeyi haqqında yazılan Dövlət Mükafatına təqdim olunan ilk əsər olmaqla yanaşı, Azərbaycan ədəbiyyatşünaslığında da bir hadisə hesab etmək olar.

 

Şahin XƏLİLLİ, filologiya elmləri doktoru, professor.

 525-ci qəzet.-2014.- 20 may. - S.8.