Ömür də bir borcdur
Tanınmış tənqidçi və
ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadənin
60 yaşı tamam olur. Oxuculara təqdim edilən bu yazıda
yubilyar alimin şəxsiyyəti və
yaradıcılığı haqqında rəğbətlə
söz açılır.
Belə bir fikir var, deyirlər, zaman əbədi davam edən keçmişdir. Həyat isə uzun mübarizə, qısa istirahətdir. İnsan ömrü su kimi axıb gedir. Ömürdən gedən saniyələr və yadda qalan məqamlar zaman vahidi tanımır. O, bütün yaş dövrləri üçün də, gələcək nəsil üçün də nümunə olur.
Ancaq elə hadisə, təəssürat və görüşlər olur ki, o anları xatırlayarkən həmin məqamları ilk dəfə yaşayırmış kimi həmişə həyəcanlanırsan.
Həyatda elə şəxsiyyətlər var ki, onlar öz xalqının elmini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini inkişaf etdirməklə, elinin, obanın zənginləşməsinə millətini dünya xalqları arasında tanınmasına səbəb olur. Xalqı üçün yaşayıb yaradanları xalq həmişə uca tutur. Şərəf, ləyaqəti, paklığını və saflığını uca tutan şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir.
Nizaməddin müəllimin çıxışlarını televizya ekranlarında maraqla dinləyirdim. Ancaq onunla tanış deyildim. Günlərin bir günü onunla Lənkəran rayonunun Separadi kəndində ata-baba həyətimdə görüşüb tanış olmaq mənə qismət oldu. Mən ondan mənə özüm qədər əziz olan bir insanın ətrini duydum.
Nizaməddin müəllim 30 illik dostum Qənimət Səfərov və respublikamızın tanınmış ziyalılardan Şəmistan Əlizamanlı ilə
birlikdə gəlmişdi. Çox az bir zamanda Lənkəran "İstisu" qəsəbəsində istirahət etdik. Orada müalicə qəbul edib dincəldik. Ürək dolu sevincimizi birlikdə həvəslə bölüşdük.
Nizaməddin müəllim mənə seçilmiş əsərlərin üç cildini "Filosof tənqidçi", "Ədəbiyyat nəzəriyyəsi" və "Düman" şeir kitablarını bağışladı. Kitabdakı yazılanları oxuduqca dərk edirsən ki, bu yazılar bizim unudulmaz tariximizdir.
Əlbəttə, Nizaməddin müəllimin yaradıcılığı, dəyərli kitabları barədə danışmaq, onları geniş təhlil etmək maraqlı olardı. Ancaq bunu Nizaməddin müəllimin şəxsiyyəti və yaradıcılığı ilə yaxından tanış olan, onu dərindən dərk edə bilən böyük ədəbiyyatçı alimlərin və təmiz qələm sahiblərinin işidir. Mənə bağışladığı kitabları ilə sanki mənə bir dünya bağışladı və düşünürsən ki, Nizaməddin müəllim özü də xoşbəxt talehli bir insandır. Onun şəxsi-mənəvi keyfiyyətləri, dostluq münasibətləri, bir sözlə ürək aləmi ilə tanış olmaq nə qədər vacib və şərəflidir. Qəlbləri bilmək təbiəti dərk etməkdən çətindir. Amma Nizaməddin müəllimin nurlu üzünə baxanda üzündə nə qədər saf duyğuların və qəlbindəki daxili hissiyyatların təmiz olduğunun şahidi olursan.
Nizaməddin müəllimin düzgün, sözü bütöv, açıq danışan, kamillik sifətlərini dəyişilməz normalar hesab edən sağlam düşüncəli və iti ağıla malik bir şəxsiyyətdir. O, xalqımızın təmiz, pak vicdanıdır. Şəxsən mən onu tanıdığım ilk gündən o
vicdanın ucalığı və saflığı ilə qürur duyuram. O mənim mənəvi meyarımdır. Ədəbiyyatımızın isə əzəmətli bayrağıdır.
Təfəkkürü saf və təmiz olan insanın sözü və görkəmi də saf və təmiz olur.
Nizaməddin Şəmsizadəyə həsr edilmiş və onun özünün dərin məhəbbətlə yazdığı əsərləri maraqla, sevinc və iftixar hissi ilə oxuyub öyrənirəm.
"Filosof tənqidçi" kitabında onun istedadlı mənəviyyatı, təmizliyi, bilik səviyyəsi, mədəniyyəti və başqa keyfiyyətləri barədə deyilənlərə heyran qalıram. Ayrı-ayrı dəyərli ziyalıların onun şəxsiyyətinə verdikləri yüksək qiymət və ürək sözləri onu əzəmətli könül nəğməsi kimi ürəkdən ürəyə aparan zirvələrə yüksəldir.
Nizaməddin müəllimin öz
üslubu, öz
yazı tərzi var. Bunlar
onun yaradıcılığında ikinci yerdədir. Birinci
yerdə isə mənsub olduğu
xalqın mənəviyyatı və xasiyyəti durur. Onun
yaradıcılığı xalqımızın tale kitabıdır, mənəvi gözəllik
və saflıq salnaməsidir. Bulud olmasa, yağış hardan yağar?
Səma olmasa, qar hardan yağar?
O, həmişə özünə
ürək dostu axtarıb tapmağı bacarır. O deyir dostlarım başımın
tacıdır. Bu baxımdan
dostlarını həmişə
uca tutur.
Ağac kökü, insan dostu ilə güclüdür. Dostu olmayan insan həyatda yetim və kimsəsizdir - deyir. Ünsiyyətdə olduğu, ürəyinə
yatan, dostluq etdiyi insanları uca tutur. Cünki onun üçün dost məfhumu
böyük, sirli dünyadır. Həmişə dostlarının qələbəsini sevinclə
qarşılayır. Özünü isə heç vaxt nümayiş etdirmir, amma onu tanıyan insanlar arasında şöhrətlənir və
sevilir. O, özünü
bəşəriyyətdə, bəşəriyyəti isə
özündə tapmağı
bacarır.
Bəzən həyatın elə təsadüfləri olur ki, onlar insan
ömrünün axarını,
hədəfini dəyişir. Onu tamam
başqa istiqamətə
yollamağa məcbur edir.
Müdriklərdən biri cəmiyyətdə şəxsiyyətin
rolu haqqında deyib: "Kütlə sonsuz sıfırdır, onun qarşısına vahid qoyduqda o milyon və milyarda çevrilir".
Nizaməddin Şəmsizadə bir
İnsan kimi, ətrafında olanlar ilə həm sevinci ,
həm də kədəri bölüşməyə
çalışır. Çünki insan da ağac
kimidir. Öz kökü ilə
nəslinin, yurdunun, yuvasının şirəsini
qəbul edir, ilk dəfə üstündə
rişələndiyi kökün
üzərindən dünyaya
baxır və sınanmış bərkdən
boşdan çıxmış
nəzərlərlə həqiqəti,
onun mahiyyətini anlayır, dərk edir və həyat
yolunu həmin hüdudlarda qurmağa çalışır.
Nizaməddin Şəmsizadə də məhz öz kökü üstündə
boy atıb böyüyən
və həyat yolunu müəyyənləşdirən,
tanınan böyük
şəxsiyyətlərdəndir.
Çünki böyük şəxsiyyətin
böyük də şöhrəti olur. Yaradıcılıqla şəxsiyyət bir-birini
tamamlayanda ədəbiyyatın
böyük siması
yaranır.
Azərbaycan ədəbiyyatının tanınmış
simalarından olan Nizaməddin Şəmsizadə
məhz belə şəxsiyyətlərdəndir. O, sağlığında
klassikləşmiş canlı
bir abidədir. Onun insan arzu və
diləklərinə səpdiyi
xeyirxalıq və məhəbbət toxumları
cücərir, daim bəhrə verir. Adı dildən-dilə düşür.
Şərəf və ləyaqətlə
keçən ömrün
hər anı daha mənalı olur, yadda qalır
və tarixə çevrilir.
İndiki zamanda saf hörmət
qazanmaq üçün
göz görə-görə
çox şeylərdən
imtina etməlisən.
Nizaməddin müəllim zamanı çox yaxşı qiymətləndirməyi bacarır. Qarşılaşdığı hadisələrdə nəyin boş, nəyin faydalı olduğunu vicdanı və ağılı ilə ayıra bilir. O, nə qədər çətinlik
və sıxıntı
ilə qarşılaşsa
da heç zaman ümidsizliyə qapılmır.
Sabaha gedən
yola inamla, ümidlə baxır.
Elə çıxmasın
ki, mən bu müqayisə ilə nəyisə mütləq qəbul edirəm. Mütləq həqiqət nisbi həqiqətin cazibəsində mövcuddur.
Platon demişdir: "Təbiətdən
kənar məkan və zaman yoxdur.
Zaman isə yalnız məkanla birgə mövcuddur" .
Məlumdur ki, insan təkcə
çörəklə yaşamır. Ancaq çörəksiz
yaşamaqda olmur.
Yaxşı yaşıyırsan və yaxşı yaşayacaqsan sözünü
demək çətindir.
Ömər Xəyyam da demişdir, o adam
ki, insan kimi yaşamağı bacarır və buna imkanı var o, xoşbəxtdir. O adam ki,
insan kimi yaşamağa imkanı yoxdur və bunu da qanmır,
o da "Xoşbəxtdir".
Nizaməddin Şəmsizadə deyir:
Mənim
arzum: Azərbaycanı
bütöv görmək.
Mənim
məramım: Sözün
nuru ilə qəlbləri işıqlandırmaq.
Mənim
qayəm: Sözün
hikməti ilə insan zəkasını azad etmək.
Mənim
məqsədim: İnadkar
inamım və istedadımla Şəxsiyyətimi,
Ailəmi və Vətənimi qorumaq.
Mənim
fəlsəfəm: İnsan
dünyaya xeyirxalıq
üçün gəlib.
Mənim
ideologiyam: Azərbaycançılıq.
Mənim
şairim: Füzuli
Mənim
şüarım: Türk
millətindənəm, İslam
ümmətindənəm, Azərbaycan
məmləkətindənəm.
Mənim
idealım: Məcnunluq.
Mənim
yolum: İnsanlığı
insanlaşdırmaq.
Nizaməddin müəllimin həm təmiz ürəyi, həm saf qəlbi,
həm də bəsirət gözləri
var.
Mübaliğəsiz demək olar ki, Nizaməddin Şəmsizadə çox
zəhmətkeş, istedadlı,
incə və kövrək bir şəxsiyyətdir. Onun bir məqsədi var. Gecə-gündüz çalışıb
insanların qəlbinə
yol tapıb bir insan kimi
onların qəlbini sevindirsin.
Şair
İ.Kəbirlinin dediyi
kimi:
Hər yanan
Külə dönmür.
İnsan
üçün yanan
kəs
Yanır,
sönmür ki sönmür!
Mənə özüm qədər əziz olan Nizaməddin müəllim
haqqında qəlbimdə
olan sözləri yazdım. Elə bir insan ki, o mənim kimi çox insanların əziz və sevimli dostudur.
Mən yaza bildimmi dostum haqqında qəlbimdən
keçən sözləri?
Əgər yazdımsa, bəs
niyə ürəyim yenə dolu qaldı?..
Səadət TAĞIYEV, Lənkəran rayonu, Separadi kəndi.
8 aprel 2014-cü il
525-ci qəzet.- 2014.- 27 may.- S.8.